AZƏRBAYCAN TEXNOLOGİYA
UNİVERSİTETİNDƏ İDMAN SARAYININ AÇILIŞI
Çiçəklənən, müstəqil Azərbaycan getdikcə daha da möhkəmlənir, infrastrukturlar güclənir, insan potensialı zənginləşir, maliyyə resursları daimi artır. Bu gün artıq hər bir sahədə maddi-texniki baza yüksələrək, ümumilikdə ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Qədim Şeyx Nizami yurdu olan, respublikanın ikinci şəhəri Gəncə, sürətli və innovativ inkişaf nəticəsində sözün əsl mənasında əfsanəyə çevrilmişdir. Həyata keçirilən bu sürətli yeniləşmə ali təhsil ocaqlarına daha da sirayət etmiş, gənclərin hərtərəfli inkişafına stimul vermişdir. Ali təhsil ocaqlarında həm təhsilin keyfiyyəti, həm də maddi-texniki bazası müasir dünya standartlarına uyğun yenidən qurulmuş, tələbələrin idmanla məşğul olması və asudə vaxtını səmərəli keçirilməsi üçün geniş idman sarayları tikilib gənclərin istifadəsinə verilməkdədir.
Azərbaycan Texnologiya Universitetində də belə bir möhtəşəm idman sarayı yeniləşdirilərək tələbələrin istifadəsinə verilmişdir. Bəli, bu dövlət başçısının idmana diqqət və qayğısının bariz nümunəsidir. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin iştirak etdiyi geniş açılış mərasiminə dövlət rəsmiləri, ziyalılar, geniş ictimaiyyətin nümayəndələri, professor-müəllim və tələbə kontingenti qatılmışdır. Şəhər rəhbəri ilk öncə, iştirakçıları və universitetin geniş kollektivini bu sevincli gün, müasir idman sarayının açılışı münasibəti ilə təbrik edərək, qeyd etdi ki, ölkədə gedən möhtəşəm lahiyələrin icrası, sıçrayışlı inkişaf, gələcəyimiz olan gənclərin intellektual səviyyəsinin yüksəlişinə son dərəcədə önəm verməkdədir. Bu, dövlət başçısının təhsilə, idmana, ümumilikdə şəhərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycan Texnologiya Universitetinin idman sarayının binası 1984-cü ildə
tikilib. Zalın təmirinə 2013-cü ildə başlanılıb.
Bu gün ali
təhsil ocağında
təhsil alan tələbə gənclər
daimi olaraq müxtəlif idman növləri ilə məşğul olurlar.
Sonra, şəhər rəhbəri
müasir idman sarayını gəzərək,
görülən işlərlə
yaxından tanış
oldu. İdman zalının birinci
mərtəbəsində top oyunları - futbol, basketbol, həndbol, voleybol və eyni zamanda güləş
idman növü üzrə məşqlərin
aparılması üçün
hər cür şərait yaradılmışdır.
İkinci mərtəbədə isə stolüstü oyunlar — tennis, bilyard, şahmat və trenajor zalı fəaliyyət göstərir.
İdman
zalında müasir kommunal şərait yaradılıb, zal lazımi idman avadanlıqları və istilik sistemi ilə təchiz olunub, müasir duş kabinələri mövcuddur.
Onu demək yerinə düşərdi ki, universitetin idman sahəsində böyük nailiyyətlər əldə olunub. Belə ki, tələbələr arasında dünya və Avropa çempionları vardır. Onlardan Hakim Nəzərəliyev sambo üzrə 7 dəfə dünya və 5 dəfə Avropa çempionu olmuş, Məmişov Sadiq Şərqi Avropa çempionatında karate üzrə 3-cü yeri tutmuşdur. Bir çox idmançılar “fəxri fərmanlar”la və qiymətli hədiyyələrlə mukafatlandırılmışlar. Bu yaxınlarda universitetin oğlanlardan ibarət futbol komandası Təhsil Nazirliyi tərəfindən ali təhsil ocaqları arasında keçirilən futbol yarışında finala vəsiqə qazanmışlar. Müxtəlif səviyyəli şəhər və respublika yarışlarında mütəmadi iştirak edir, müvəffəqiyyət qazanırlar. Uğur olsun.
Zabit XƏLİLOV,
Respublika.-2014.- 24
may.- S.6.