AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ PARLAMENTİNİN TƏŞKİLİ VƏ FƏALİYYƏTİ

 

Azərbaycan Xalq Cümhuriyyəti kimi onun parlamenti özünəməxsus tarixi bir yol keçmişdir

 

Şərqdə ilk parlamentli respublika — Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci il tarixdə Tiflisdə Azərbaycan Milli İslam Şurasının qərarı ilə yaradılmasına baxmayaraq, həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti təşkil olunmamış və təbii ki, fəaliyyət də göstərməmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti 16 iyun 1918-ci ildə Tiflisdən Gəncə şəhərinə köçdükdən sonra həmin vaxt Gəncədə real hakimiyyətə malik Qafqaz İslam Ordusunun komandanlığının təklifi ilə Azərbaycan Milli İslam Şurası buraxılır və yalnız 20 noyabr 1918-ci ildə Bakı şəhərində yenidən fəaliyyətini davam etdirir.

Tarix elmləri doktoru, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi A.Paşayev “Azərbaycan Xalq Cümhuriyyətinin parlament təcrübəsindən” adlı məqaləsində göstərir: “1918-ci il noyabrın 16-da Bakıda yenidən fəaliyyətə başlamış Azərbaycan Milli İslam Şurası həmin il noyabrın 19-da respublikada ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti Parlamentini yaratmaq haqqında qanun qəbul edir. Həmin qanunla dekabrın 3-də parlamentin ilk iclasını çağırmaq qərara alınır”.

Azərbaycan Milli İslam Şurası Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə Bakıda fəaliyyətini bərpa edərək 20 noyabr 1918-ci ildə “Azərbaycan Parlamentinin təsisi haqqında” Qanun qəbul edir. Həmin Qanuna görə Azərbaycan Parlamenti 120 əzadan (üzvdən-İ.A.) ibarət müəyyən edilir. Qanunun 2-ci maddəsində göstərilirdi ki, Azərbaycan parlemanı (parlamenti-İ.A.) Azərbaycan Məclisi- Müəssisanı dəvət oluncaya qədər 44 nəfər Rusiya Məclisi-Müəssisasının üzvləri Parlamentin deputatları hesab edilirlər.

1918-ci ilin mart-aprel aylarında daşnak S.Şaumyan başda olmaqla ermənilər tərəfindən azərbaycanlılara qarşı Bakıda əsl soyqırımı törədilməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi beynəlmiləlçilik və tolerantlıq prinsiplərinə sadiq qalaraq parlamentə 21 nəfər erməni millətindən olan deputatın, o cümlədən 8-i Gəncə erməni əhali komitəsindən, 8-i Şuşa erməni komitəsindən, 5-i də Bakı erməni komitəsindən seçilməsi də nəzərdə tutulmuşdu.

Çox təəssüflər olsun ki, parlamentin 1920-ci il 15, 22, 26 və 27 aprel tarixli iclas protokolları və onların stenoqrafik hesabatları arxivdə qalmayıbdır... Parlamentin hakimiyyətin bolşeviklərə təhvil verilməsinə həsr olunmuş son – 1920-ci il 27 aprel tarixli iclasının protokolustenoqrafik hesabatı da arxivdə saxlanılmadığı üçün mərhum akademik Ziya Bünyadovun Respublika Dövlət Təhlükəsizlik Komitəsinin Arxivindən götürərək “Elm” qəzetində nəşr etdirdiyi stenoqrafik hesabatın mətni də bu nəşrə daxil edilməmişdir.

Dərc edilən protokolstenoqrafik hesabatların əsilləri ərəb əlifbasındadır.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı 7 dekabr 1918-ci ildə keçirilir. Parlamentin ilk iclasını Azərbaycan Milli İslam Şurasının sədri Məmməd Əmin Rəsulzadə açır. M.Ə.Rəsulzadə çıxışını bu sözlərlə başlayır: “Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk Məclisi-Məbusanını açmaq yomi-səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsilə müftəxirəm” (Alqışlar).

Parlamentin ilk tədbirlərindən birini Paris sülh konfransına səlahiyyətli nümayəndə heyəti göndərməsi təşkil edir. Bu nümayəndə heyəti qarşısında Azərbaycan istiqlaliyyətinin Avropa ölkələri tərəfindən tanıdılması kimi tarixi vəzifə dururdu. Nümayəndə heyətinə parlamentin sədri və üzvləri Ə.M. Topçubaşov (bitərəf), M.H.Hacınski (Müsavat), Ə.Ağaoğlu (bitərəf), Ə.Şeyxülislamzadə (Hummət), eləcə də müşavirlər M.Məhərrəmov (sosialist), M.Y.Mirmehdiyev (İttihad), Ç.Hacıbəyli (Müsavat), əməkdaşlar Ə.Hüseyn- zadə (bitərəf), V.Marçevski (bitərəf) və başqaları daxil idi.

Parlamentin 1919-cu il 3 yanvar tarixli iclasının qərarı ilə qanunvericiicraedici hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq parlament üzvünün dövlət orqanlarında işləməsi məqbul sayılmadı. Yalnız nazirlərin eyni zamanda parlament üzvü olmasına icazə verilirdi. Dövlət qulluğunda işləyən parlament üzvü bir neçə gün ərzində iki vəzifədən birini seçib parlamentin rəyasət heyətinə bildirməli idi.

Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Qeyri-yerli əhali nümayəndələri çıxışlarınını rus dilində olmasını təklif etdikdə parlamentin iclaslarından birində bu məsələ xüsusi müzakirə olunmuş bu xüsusda qərar qəbul edilmişdi. Qərara əsasən parlamentin rəsmi dili Azərbaycan dili elan olunmuş, digər millətlərin nümayəndələrinin öz çıxışlarını rus dilində etmələri məqbul hesab edilmişdi.

Hüquqi dövlət quruculuğu məqsədi ilə Xalq Cümhuriyyətində hakimiyyətin bölgüsü prinsipinə riayət edilirdi. Parlament o dövrdə ölkə qarşısında duran əsas vəzifələrin həyata keçirilməsi qanunvericilik bazasının yaradılması baxımından əhəmiyyətli işlər görür, gənc Azərbaycan dövlətinin dünya dövlətləri tərəfindən tanınması üçün var qüvvəsini sərf edirdi.

Ümumiyyətlə, parlament cəmi 17 ay fəaliyyət göstərmiş, bu müddətdə parlamentin 145 iclası keçirilmişdir, ilk iclas 7 dekabr 1918-ci il tarixdə, son iclas isə 27 aprel 1920-ci ildə olmuşdur.

Öz fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onların da 230-a yaxını təsdiq edilmişdir.

Əlbəttə, Azərbaycan Parlamentinin qəbul etdiyi qanun qərarların hamısı müstəqil ölkənin ilk qanun qərarları olduğu üçün çox əhəmiyyətli idi. Lakin onların arasında elə qanunlar vardı ki, ölkə üçün onların əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Çünki bunların cümhuriyyətin fəaliyyətini, strateji istiqamətlərini müəyyən etməkdə mühüm rolu olmuşdur. Bunlardan vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisi haqqında, Bakı Dövlət Universitetinin yaradılması haqqında, gömrük poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında, məhkəmə qanunvericiliyi haqqında digər qanunları göstərmək olar.

Azərbaycan Xalq Cümhuriyyətinin ali qanununuKonstitusiyasını qəbul etmək isə mümkün olmamışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iyunun 5-də (1995-ci il - İ.A.) keçirilən ilk  iclasındakı nitqində demişdir: “Biz birinci növbədə tariximizə nəzər salmalıyıq. Azərbaycan Konstitusiya quruculuğunun tarixi var. Azərbaycan Respublikasının ilk demokratik dövlətinin, 1918-ci il mayın 28-də yaranmış demokratik respublikasının Konstitusiyası olmayıb. Ancaq bu hökumət, bu dövlət fəaliyyət göstərdiyi dövrdə Konstitusiya xarakteri daşıyan bir neçə aktlar, qərarlar qəbul etmiş onların əsasında işləmişdir. Ona görə onları demək olar ki, müəyyən qədər Konstitusiya quruculuğunun başlanğıcı kimi qiymətləndirmək olar”.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin protokollarının öyrənilməsi göstərir ki, bir çox hallarda kvorum olmadığı üçün parlament iclası baş tutmamışdır. Məsələn, 1919-cu ilin sonuna qədərki dövrdə olmuş 110 iclasın 13-ü kvorum olmadığından baş tutmamışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri Paris Sülh Konfransının iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması idi. Bu məqsədlə parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Fransaya nümayəndə heyəti göndərildi. Nümayəndə heyətinin gərgin fəaliyyəti sayəsində 1920-ci il yanvarın 12-də Paris Sülh Konfransında iştirak edən əsas ölkələr Azərbaycanın müstəqilliyini tanıdılar. Həmin il aprelin 22-də parlament İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında Qanun qəbul etdi.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sonuncu — 145-ci iclası 27 aprel 1920-ci ildə keçirilir. Parlamentin təcili fövqəladə axşam iclası saat 20:45-də başlayır. Parlamentin iclasına Məmməd Yusif Cəfərov sədrlik edir, katib isə Rza bəy Qaraşadlı olur. Parlamentin həmin iclasının açıq ya bağlı olması iclasın əvvəlində müzakirə edilir. Həmin iclasda M.Ə.Rəsulzadə söz alaraq çıxışında deyir: “Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoyaq ki, hər kəs cür təhlükəli vəziyyət içində olduğumuzu, cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq millətdən bixəbər qərar qəbul etməyək”.

Parlamentin üzvi M.X.Hacınski isə çıxışında demişdir: “Cənablar! Vəziyyət hamıya məlumdur bu barədə danışmaq istəmərəm. Bir komissiya təşkil olunmuşdur mən onun sədriyəm. Arxadaşlarla bərabər biz yerli kommunist firqəsi nümayəndələri ilə müzakirəyə girişdik. Burada olanAzərbaycan Kommunistfirqəsindən bir məktub gəlib. Bu məktubun məzmununu hamı bilir. Lakin onu təkrarən oxuyuram (rusca oxuyur). Tərcümə etmək lazımdır ki, müxtəcər tərcümə edirəm. Mərkəzi Azərbaycan Kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-yə qədər (28 aprel 1920-ci il saat 19-dək- İ.A.) hökuməti onlara təslim edək”.

ParlamentAzərbaycan Kommunistfirqəsinin bu ultimatumunu müzakirə edərək 7 şərtdən ibarət qərar qəbul edir, lakin faktiki olaraq bu şərtlərdən yalnız birinəbolşevik Rusiyası qoşunlarınınQızıl Ordunun Bakı şəhərinə döyüşsüz daxil olması şərtinə əməl edilir. Belə ki, Müvəqqəti Hökumət təzyiq altında hakimiyyəti təhvil verir, ona görə şəhər döyüşsüz, başqa sözlə, qan tökülmədən təhvil verilir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin son iclası saat 23:25-də bağlanır.

Ümummulli lider Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə , sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə , onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.

Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətininin varisi olaraq Üzeyir Hacıbəyovun Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir”.

Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd vəzifələrə görə Avropanın ənənəvi demokratik respublikalarından heç geri qalmırdı.

Azərbaycan Xalq Cümhuriyyəti kimi onun parlamenti nisbətən az müddət fəaliyyət göstərməsinə baxmayaraq, Şərqdə ilk demokratik respublika kimi fəaliyyəti həyata keçirdiyi tədbirlər Azərbaycan xalqının hafizəsində həmişəlik qalacaqdır.

 

İlham ABBASOV,

Ədliyyə Akademiyasının baş müəllimi.

Respublika.-2014.- 28 may.- S.7.