Müstəqilliyimizin
şanlı tarixi
1918-ci il mayın
28-də yaradılan Azərbaycan
Xalq Cümhuriyyəti
ölkəmizin çoxəsirlik
sosial-iqtisadi, ictimai-siyasi
və mədəni inkişafının, xalqımızın
milli oyanışı
və dirçəlişi
proseslərinin məntiqi
nəticəsi idi.
Məmmədəmin Rəsulzadə tərəfindən
əsası qoyulan Demokratik Cümhuriyyət Türk və İslam dünyasında
ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət
nümunəsi olmuşdur.
Azərbaycanın istiqlaliyyətinin elan
edilməsində, Xalq
Cümhuriyyətinin təşəkkül
tapmasında və fəaliyyət göstərməsində
Cümhuriyyətə rəhbərlik
etmiş şəxslərin
— Əlimərdan bəy
Topçubaşovun, Məmmədəmin
Rəsulzadənin, Fətəli
xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük
xidmətləri olmuşdur.
Bu görkəmli dövlət xadimlərinin,
vətənpərvər ziyalıların,
peşəkar hərbçilərin
adları xalqımızın
yaddaşına əbədi
həkk olunmuşdur.
Müstəqil Azərbaycan Cümhuriyyəti
qısa ömrundə
böyuk nailiyyətlər
əldə etmişdir. İlk dəfə qadınların
seçim hüququnu tanıyan və qadın-kişi bərabərliyini
təmin edən cümhuriyyət o cümlədən
milli ordu, milli pul, demokratlaşma,
milli bank, azad seçkilər, beynəlxalq
əlaqələr və
beynəlxalq ictimayyət
tərəfindən Azərbaycan
istiqlalının rəsmiyyətdə
tanınması, iqtisadi
islahat və bir cümlədə desək bu gün
özlərini modern hesab
edən ölkələrin
bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şəraiti 96 il bundan əvvəl Müstəqil Azərbaycan
Cümhuriyyəti təmin
etmişdir.
4 iyun 1918-ci ildə
Azərbaycan Demokratik Respublikasını rəsmi
surətdə tanıyan
ilk dövlət Osmanlı
dövləti olmuşdur. 1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin
təklifi əsasında
Azərbaycan Demokratik Respublikasının üç
rəngli bayrağı
qəbul edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə
Şərq mədəniyyətinin
xüsusiyyətlərini üzvi
şəkildə birləşdirən
yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət
göstərməsinə baxmayaraq,
ilk respublika dövründə
həyata keçirilən
tədbirlər müstəqil
dövlətçiliyimizin əsaslarının yaradılması
və gələcək
inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm
əhəmiyyət kəsb
etdi. Demokratik hüquq və azadlıqların bərqərar
olması, etnik və dini mənsubiyyətdən
asılı olmayaraq bütün vətəndaşların
bərabər hüquqlarının
tanınması, hətta
bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına
xüsusi diqqət göstərilməsi, nizami
milli ordunun, təhlükəsizlik strukturlarının
qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü
siyasətin miqyasını,
mahiyyət və mənasını əyani
şəkildə səciyyələndirir.
Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat
və incəsənətin
inkişafı sahəsində
fəaliyyəti ilə
yadda qalmışdır. Azərbaycan hökumətinin
həyata keçirdiyi
tədbirlərdən biri
tədris müəssisələrinin
milliləşdirilməsi oldu.
1919-cu il sentyabrın 1-də Azərbaycan
parlamenti Dövlət
Universitetinin təşkili
haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası
qoyuldu.
Demokratik Respublika dövründə
kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti
geniş oxucu kütləsinin ehtiyaclarını
ödəmək üçün
Bakıda ümumi kitabxana təşkil etmək məsələsini
qaldırmışdır. 1920-ci ilin apreli
üçün Azərbaycanda
95 min nüsxə kitab
fondu olan 11 kitabxana var idi.
AXC dövründə Azərbaycanda ilk muzey — “İstiqlal” muzeyi təşkil olunmuş, Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında
məsələ qaldırılmışdır. Xalq Cümhuriyyətinin
zəngin və rəngarəng, orijinal mətbuatı var idi. O cümlədən,
1918-20-ci illərdə Bakıda,
Gəncədə və
respublikanın digər
şəhərlərində onlarca qəzet və jurnal nəşr olunurdu.
İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın
ümumiyyətlə incəsənətin
inkişafında çox
mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin
oktyabrında Bakıda
Hacıbəyli qardaşları
tərəfindən teatr
truppası yaradılmışdır.
Azərbaycan hökuməti türk
teatr truppasını öz himayəsinə almışdır. Ümumiyyətlə, istiqlal dövrü teatrın inkişafında
əsaslı keyfiyyət
dəyişiklikləri, dövlətin
teatr sənətinə
fəal yardımı,
teatrın cəmiyyətin
həyatında rolunun
artması ilə əlamətdardır.
Nəhayət, 1991-ci ildə Sovet İmperiyasının dağılması
ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Lakin ölkəmiz elə
vəziyyətə düşmüşdü
ki, bir daha
dirçələcəyimizə gümanımız yox idi, Azərbaycanın bir dövlət kimi mövcudiyyəti şübhə altına düşmüşdü. Xalq daha ağır günə düşə
bilərdi, daha bir addım bəs idi ki,
o, dərin uçurumlara
yuvarlansın. Problemlər
baş alıb gedirdi, həmin problemləri aradan qaldıra biləcək yeganə qüvvə isə yalnız Heydər Əliyev şəxsiyyəti ola bilərdi. Ölkəni
görünməmiş bəlalardan
xilas etmək üçün lazım olan enerji, müdriklik
və uzaqgörənlik
yalnız bu nadir insanda var idi,
ümidlər yalnız
ona idi.
Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Heydər Əliyev Milli Məclisin 15 iyun
1993-cü il tarixli iclasında ölkə parlamentinə sədr seçilərkən xalq qarşısında bəyan
etdi: “Azərbaycan xalqının tarixi nailiyyətii olan Azərbaycan Respublikasının
dövlət müstəqilliyini
qorumağı, möhkəmləndirməyi,
inkişaf etdirməyi
özüm üçün
ən əsas vəzifələrdən biri
hesab edirəm...Heç kəsin şübhəsi olmasın
ki, ömrümun bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının
müstəqil dövlət
kimi inkişaf etdirilməsinə həsr
edəcəyəm...”.
Ümummilli liderimiz Heydər Əliyev Xalq Cümhuriyyətinin ənənələrini
əsas tutaraq, müstəqil Azərbaycan
dövlətini yaratdı. Lakin Azərbaycan
Respublikası Azərbaycan
Xalq Cümhuriyyətindən
fərqli olaraq, mürəkkəb vəziyyətdə
öz müstəqilliyini
və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı,
dövlətçiliyin qorunması
üçün qətiyyətli
tədbirlər görüldü,
ölkədə davamlı
ictimai-siyasi sabitlik bərpa edildi.
Heydər Əliyev Azərbaycanı
yox olmaqdan qurtardı, müstəqilliyimizi
dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı
oldu, Azərbaycanı
inkişafa, firavanlığa
doğru addımlayan,
dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi.
Bu il mayın
28-də Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasının
96 ili tamam olur. Bu tarixi
gün Azərbaycan xalqının həyatına
böyük və əlamətdar hadisə kimi daxil olmuşdur.
Bu gün Azərbaycan
dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil
siyasət yürüdən
bir dövlətdir, imzalar içində millətimizin də imzası görünür. İndi planetimizin
çox yerindən nəzərlər dünyada
ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana
yönəlib. Təkcə biz yox, bütün dünya bilir ki, “Əsrin müqaviləsi” adı almış neft konraktlarının, iqtisadi
və strateji baxımdan misilsiz əhəmiyyətə malik
neft kəmərinin reallaşması Heydər
Əliyevin xidmətidir.
1994-cü ildə çoxlarına əfsanə
kimi görünən
layihələri yalnız
ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi
sayəsində reallaşdırmaq
mümkün olub.
Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı,
Böyük İpək
Yolunun bərpası,
TRASEKA-nın reallaşması
da ümummilli liderimizin bəşəri
xidmətlərindəndir. Heydər
Əliyev deyirdi: “Heç bir ölkə, ən böyük ölkə də öz çərçivəsində iqtisadiyyatını lazımi
səviyyədə inkişaf
etdirə bilməz... Tarixi böyük İpək Yolunun bərpası, milli və regional nəqliyyat strukturlarının,
beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı Avrasiya məkanında sülhün,
sabitliyin və tərəqqinin möhkəmləndirilməsi
üçün böyük
əhəmiyyət kəsb
edir”.
Bu gün möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Respublikasında
demokratik, hüquqi, dünyəvi dövlət,
vətəndaş cəmiyyəti
quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər
qürur doğurur.
Respublikamızda siyasi, iqtisadi
və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı
dönmədən inkişaf
etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün
təsirli tədbirlər
görülür.
Ümummilli liderimizin başladığı
işlər bu gün onun layiqli
siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Ölkəmizin
rəhbərinin bu gün dünya miqyasında qazandığı
böyük nüfuz,
nəhəng dövlətlərin
başçıları ilə
bərabərhüquqlu tərəfdaş
kimi danışıqlar
aparması, xalqımızın
həqiqətlərini uca
səslə bəyan etməsi bir daha sübuta yetirir ki, Heydər
Əliyev yolu xalqımızı yeni-yeni
uğurlara, zəfərlərə
aparır və Azərbaycanın müstəqilliyi
əbədidir, dönməzdir.
Qətibə ƏSƏDOVA,
Müharibə və Əmək Veteranları Pansionatının direktoru.
Respublika.-2014.-
28 may.- S.7.