Saatlı: abadlıq-quruculuq işləri yeni vüsət alır

 

Saatlı rayonu Araz boyunda yerləşən abad məkandır. Bu rayonun bərəkətli torpaqları, saf havası, təbii imkanları bölgədə yaşayan insanların ruzi-bərəkət mənbəyidir. Son illərdə istər rayon mərkəzi Saatlı şəhəri, istər ayrı-ayrı kəndlər öz simasını dəyişir, burada inşa olunan təhsil, səhiyyə, mədəniyyət, ticarət guşələri, abad istirahət ocaqları əhali tərəfindən razılıq hissi ilə qarşılanır.

 Azərbaycanın hər bir bölgəsində, eləcə də Saatlıda görülən işlər cənab İlham Əliyevin imzaladığı və yerinə yetirilməsinə şəxsən nəzarət etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrasının məntiqi nəticəsidir. Əsası xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun, yeni keyfiyyət və məzmunda davam etdirilən uğurlu sosial-iqtisadi xətt bu gün yeni vüsət alır. Azərbaycanın hər bir bölgəsi kimi Saatlı rayonunun da inkişafı üçün lazımi tapşırıq və tövsiyələrini verən, daima diqqət və qayğı göstərən cənab İlham Əliyev regionlara etdiyi səfərlər çərçivəsində 5 dəfə bu bölgədə olmuşdur. Görülən işlərlə maraqlanmış, əhali ilə görüşlər keçirərək qaldırılan hər bir məsələnin həlli ilə bağlı öz tapşırıqlarını verərək mühüm sosial məsələlərin icrası istiqamətində sərəncamlar imzalamışdır. Sözsüz ki, bütün bunlar rayon sakinlərinin böyük ruh yüksəkliyinə və əmək coşqunluğuna stimul vermiş, əmək kollektivlərini iqtisadiyyatda, sosial-mədəni həyatda daha mühüm nailiyyətlər qazanmağa ruhlandırmışdır.

Son illər Saatlı rayonu sözün həqiqi mənasında yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün rayonda görülən irihəcmli işlər hər kəsin diqqətini cəlb edib böyük razılıqla qarşılanır. Şəhərin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin “Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 16 iyul 2013-cü il tarixli 3005 nömrəli Sərəncamına əsasən 44 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən, 21,0 kilometr uzunluğu olan Qarayevkənd-Smadakənd yerli əhəmiyyətli avtomobil yolunun tikintisi aparılmışdır. Ümumilikdə bu yolun Hacıqabul-Bəhramtəpə magistral avtomobil yoluna qədər olan məsafəsi 23,2 kilometrdir ki, bundan 21,0 kilometri Saatlı rayonu, 2,2 kilometri isə Sabirabad rayonunun ərazisidir. Yolun rayon ərazisinə düşən 11,0 kilometriSabirabad rayonu ərazisinə düşən 2,2 kilometri tikilərək ötən il istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin növbəti 27 mart 2014-cü il tarixli 354 nömrəli sərəncamı ilə həmin yolun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş 3,7 milyon manat vəsait ayrılmışdır. Hazırda Smadakənd istiqamətində həmin yolun tikintisi davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 12 may 2011-ci il tarixli 1498 saylı Sərəncamı ilə Saatlı rayonunda Olimpiya idman kompleksinin və Gənclər Mərkəzinin tikilməsinə başlanılması məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Saatlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 1 (bir) milyon manat vəsait ayrılmışdır.

2013-cü ildə Olimpiya İdman Kompleksinin 800 tamaşaçı yeri olan əsas korpusunun, 200 yerlik üzgüçülüq hovuzunun və 5 ədəd kottec binasının tikintisi başa çataraq 29 avqust 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Hazırda futbol meydançası, xidməti otaqlar və tribunanın tikintisi davam etdirilir.

Cari ilin avqust-sentyabr aylarına açılışı nəzərdə tutulan obyektlərdən biri də Saatlı şəhərində ulu öndərin adını daşıyan parkla üzbəüz ərazidə yerləşən Valeri Əsgərov adına 4 nömrəli tam orta məktəbi üçün 480 şagird yerlik, ümumi sahəsi 2052 kvadratmetr olan ikimərtəbəli yeni məktəb binasını qeyd etmək olar. Tikinti işləri layihə üzrə hazırda sürətlə davam etdirilir. Bundan əlavə, E.Cəfərov adına Məmmədabad kənd 80 şagird yerlik ibtidai məktəb binasının tikintisində isə son tamamlama işləri aparılır. Həmçinin rayon Təhsil şöbəsindən daxil olan məlumata görə Nəsimikənd tam orta məktəbinin əsaslı təmiri ilə əlaqədar layihə işləri tamamlanmış və yaxın günlərdə təmir işlərinə başlanılacaqdır. Yaxşı haldır ki, bütün yeni tikilən və ya əsaslı təmir olunan təhsil müəssisələrinin müasir standartlara cavab verən, yeni inventar və avadanlıqlarla təchiz olunması da diqqətdə saxlanılır.

Abadlıq və ekoloji tədbirlər sırasında Saatlı şəhəri ərazisində yerləşən gölməçənin qurudulması ilə əlaqədar aparılan işlər hazırda davam etdirilir.

Rayon əhalisinin böyük razılıqla qarşıladığı tədbirlərdən biri də dövlət sifarişi əsasında 11,4 kilometr uzunluğunda Saatlı-Heydərabad avtomobil yolunun tikintisi işlərinə başlanılması və cari ilin avqust ayında işlərin başa çatdırılmasının nəzərdə tutulması kimi mühüm layihədir.

Əlisoltanlı kəndi ərazisində istismar müddəti başa çatmış fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış 230 məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış qəsəbəsinin, o cümlədən 230 birmərtəbəli fərdi yaşayış evinin, içməli su, elektrik, qaz təchizatı və yol-küçə şəbəkəsinin, 198 şagird yerlik məktəbin (qazanxana ilə birlikdə), 50 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin, inzibati binanın, tibb məntəqəsinin və poçt binasının tikinti işlərinə 2013-cü ildə başlanılmış və 2014-cü ilin sentyabr ayına qədər təhvil verilməsi nəzərdə tutulmuşdur.

Təhsil müəssisələri üçün yeni binaların tikilməsi, mövcud müəssisələrin əsaslı təmiri və maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə başçısının tapşırıq və tövsiyələri rayonda geniş miqyasda həyata keçirilir. Belə ki, hazırda rayon əhalisinin kompakt yaşadığı ərazilər nəzərə alınmaqla 2 yerdə hər biri 100 yerlik olmaqla körpələr evi-uşaq bağçası binasının tikintisi işlərinə başlanılmışdır.

Bu ilin ötən aylarında rayonun idarə, müəssisə və təşkilatlarını, yerli icra strukturlarını və bələdiyyələri, əmək kollektivlərini cəlb etməklə ağacəkmə kampaniyası davam etdirilmişdir. Saatlı şəhərinin mərkəzi küçələri boyu, parkxiyabanlarda, eləcə də Saatlı şəhərindən başlamaqla magistral avtomobil yolunun kənarlarında, kənd yaşayış məntəqələrinə gedən və hazırda yenidənqurma işləri aparılan yol kənarlarında, yaşıllıq salınan ərazilərdə müxtəlif növ həmişəyaşıl və dekorativ ağaclar, həmçinin yerli iqlim və şəraitə uyğun olan ağaclar, gül kolları əkilmişdir. Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində sahibkarlığın inkişafı dəstəklənməklə yeni yerlərinin açılmasına xüsusi fikir verilmiş, yerli xammallarehtiyatlar nəzərə alınmaqla adamları və sahibkarların cəlb olunması ilə qeyri-dövlət sektorunda inkişafa hərtərəfli şərait yaradılmışdır. Hazırda rayonda 608 hüquqi, 3981 fiziki şəxs kiçikorta sahibkarlıqla məşğul olurlar. 2014-cü ilin birinci rübündə 226 vahid yeni yeri yaradılmışdır ki, bundan 188 vahidi daimi yerləridir. Məhsul istehsalının həcminin yüksəlməsi, əmək haqlarının, pensiya və müavinətlərin artırılması və yeni yerlərinin yaradılması əhalinin pul gəlirlərinə müsbət təsir etmişdir. 2014-cü ilin birinci rübündə əhalinin pul gəlirləri 219132,5 min manat olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə adambaşına düşən gəlirlər 3,1 faiz artaraq 2203,8 manat təşkil etmişdir.

Kənd təsərrüfatı bölməsində işin səmərəli şəkildə qurulması, dövlət tərəfindən məhsul istehsalçılarına göstərilən maliyyə və texniki dəstək, suvarma suyunun vaxtında verilməsi, kənd əməkçilərinin texnika ilə təminatı məhsul istehsalının artımına əlavə imkanlar yaratmışdır. Bu sahədə əlbəttə ki, Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına maliyyə yardımı verilməsi kimi mühüm dövlət tədbirini xüsusi qeyd etməliyik.

Saatlı rayonu üzrə 2014-cü ildə rayon ərazisində fəaliyyət göstərən pambıq zavodları əhali və fiziki şəxslər daxil olmaqla 4720 hektarda pambıq toxumu əkilməsinə müqavilə bağlanmış və əhaliyə avans olaraq 470 min manat nağd pul vəsaiti verilmişdir. 2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 21031 hektar taxıl əkilmişdir. Bunun 16740 hektarını buğda, 4291 hektarını isə arpa təşkil edir.

Heyvandarlıq sahəsində artım müşahidə edilmişdir.

Hesabat dövründə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların və müavinətlərin vaxtında və şəffaf şəkildə yerinə yetirilməsi nəzarətdə saxlanılmışdır. Ünvanlı sosial yardım proqramının qanuna müvafiq olaraq həyata keçirilməsinə xüsusi diqqət ayrılır.

Ölkədə həyata keçirilən əsaslı sosial müdafiə tədbirlərinə uyğun DSMF Saatlı şöbəsi də “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrlə bağlı müvafiq tədbirləri yerinə yetirir.

Rayon icra hakimiyyətinin gündəlik diqqət ayırdığı sahələrdən biri əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi üçün sayğaclaşmanın başa çatdırılması, istehlak olunan elektrik enerjisi, qazsuyun dəyərinin bütünlüklə toplanılmasına nəzarətin artırılması olmuşdur.

Rayon icra hakimiyyəti ötən dövrdə yaşayış məntəqələrində içməli su qurğularından istifadə edilməsi, yenilərinin tikilməsi və şəhər əhalisini təmiz içməli su ilə təmin etmək üçün mövcud su qurğuları sisteminə nəzarətin gücləndirilməsinə başlıca diqqət ayırmış, daxili imkanlar səfərbər edilmişdir.

Ötən müddət ərzində də təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə böyük diqqət yetirilmiş, vacib sosial layihələrin həyata keçirilməsinə aidiyyəti dövlət qurumları ilə birgə lazımi səylər göstərilmişdir. Əlbəttə, rayonda Tibb Kollecinin açılması orta tibb işçisinə olan ehtiyacları da aradan qaldıracaqdır.

Vətəndaşların tibbi müayinədən keçirilməsinin əhalinin sağlamlığı işində böyük rol oynadığını xüsusi razılıq hissi ilə deməliyik.

İdeoloji işin təşkili məqsədilə aparılan tədbirlər sırasında Heydər Əliyev Mərkəzinin işinin təkmilləşdirilməsi ilə əlaqədar yaradılmış tədqiqat qrupları tərəfindən məqsədyönlü işlər davam etdirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərin, sosial-iqtisadi inkişaf və həyata keçirilən genişmiqyaslı layihələr haqqında dolğun məlumatların öyrənilməsi, operativ qaydada əhaliyə çatdırılması məqsədilə yaradılmış 5 təbliğat qrupunun fəaliyyəti daha da gücləndirilmişdir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun bu gün respublikamızın Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi barədə məlumatlar vətəndaşların diqqətinə çatdırılır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyələri rəhbər tutularaq əhali ilə hər həftə keçirilən səyyar qəbullara, görüşlərə xüsusi fikir verilmiş, qaldırılan problemlərin həlli istiqamətində son illərin ən yaxşı təcrübəsi olan, insanlarla birbaşa təmas yaratmaqda ən faydalı vasitə olan səyyar qəbulların əhəmiyyətindən lazımınca istifadə edilməsinə başlıca yer ayrılmışdır.

 

Tofiq HÜSEYN,

Respublika.-2014.- 30 may.- S.13.