Qazanılmış nailiyyətlər
dövlət qayğısının nəticəsidir
Tarixi həqiqətdir ki, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatması və inkişafında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu gün sürətlə dünya birliyinə inteqrasiya olunan müstəqil Azərbaycan dövləti, onun çağdaş milli tarixinin son bir qərinəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ölkəmizdə sosial-iqtisadi və mədəni sahələrin, xüsusilə də milli təhsilin inkişafında xüsusi mərhələ təşkil edir. Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı, Prezidentimiz İlham Əliyev tərəfindən son on il ərzində bütün sahələrdə olduğu kimi təhsil sisteminin də yenidən qurulmasına yönəldilən sosial siyasət bu gün öz parlaq təzahürlərini verməkdədir. Təhsil sisteminin mükəmməl tərzdə inkişaf etdirilməsi, onun maddi-texniki bazasının mükəmməlləşdirilməsi nadir potensialının gücləndirilməsi bütün bunlar yeni-yeni uğurların qazanılmasında başlıca rol oynamışdır. Ölkəmizin qabaqcıl təhsil ocaqlarından biri olan Mingəçevir şəhər təhsil şöbəsi son vaxtlarda xeyli uğurlu işlərə imza atmış, yeniyetmə və gənclərin əsl vətənpərvər kimi formalaşması istiqamətində ürəkaçan işlər görmüşdür.
Həmsöhbətimiz şəhər təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, respublikanın əməkdar müəllimi Sahib Məmmədovdur.
—Ölkəmizin dinamik
inkişafı cəmiyyət həyatının bütün sahələrində özünü büruzə verir,
– deyə sözə başlayan Sahib müəllim bildirdi ki, bu baxımdan təhsil
də istisna təşkil etmir.
Müstəqillik əldə edildikdən sonra
Azərbaycan məhz ümummilli lider Heydər Əliyevin
hazırladığı və həyata keçirdiyi
neft strategiyası nəticəsində iqtisadi inkişaf yoluna qədəm qoydu və
hazırda bu yolla irəliləməkdədir.
Amma sirr deyil ki, neft,
qaz kimi sərvətlər daimi deyil. Prezident İlham Əliyev
dəfələrlə bildirib
ki, respublikamızda iqtisadiyyatın modernləşdirilməsi
ilə bağlı ardıcıl işlər
görülür və
Azərbaycan hökumətinin
apardığı siyasətin
əsas istiqamətlərindən
biri “qara qızıl”ı insan kapitalına çevirməkdən
ibarətdir. “Qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində
son illər ölkədə
mühüm addım atılıb, təhsilin normativ-hüquqi bazasının
təkmilləşdirilməsi, maddi-texniki təminatı istiqamətində ölkə
Prezidentinin sərəncamları
əsasında geniş
tədbirlər həyata
keçirilib. Bu işlər respublikanın
hər bir guşəsində olduğu
kimi, doğma şəhərimizdə də
yüksək səviyyədə
həyata keçirilir.
Təhsil müəssisələrimizdə
məskunlaşan köçkün
soydaşlarımız üçün
yeni şəhərciyin
istifadəyə verilməsi
məktəblərimizdə tədrisin normal təşkili
üçün yaxşı
şərait yaratmışdır.
Bu, möhtərəm Prezidentimizin həm köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılmasına,
həm də təhsılə diqqət
və qayğısının
nəticəsidir. Əlavə olaraq
qeyd edim ki, məcburi köçkünlərimizdən boşaldılan məktəblərimizin
əksəriyyətində bu ildən yüksək
səviyyədə əsaslı
təmir işləri
başlanmasına göstəriş
verilmişdir. Bu işlər
şəhərimizin 4 və
10 saylı tam orta məktəblərində, 10 və
12 saylı körpələr
evi-uşaq bağçalarında
yekunlaşmaq üzrədir.
Digər
7 məktəbdə isə
layihə işləri
tamamlanaraq bu günlərdə təmirə
başlanılacaqdır. Bu, Mingəçevir və Mingəçevirin təhsil işçilərinə
göstərilən böyük
diqqət və qayğıdır. Biz təhsil işçiləri
bu qayğıya cavab olaraq və
yaradılan şəraitdən
istifadə edərək
bir sıra uğurlara imza atmışıq.
Ötən tədris ilində XI sinfi bitirmiş şagirdlərimizin 18 nəfəri
qızıl medala layiq görülmüşdür
ki, bu nailiyyət
şəhərimizin təhsil
tarixində heç vaxt olmamışdır. IX sinfı bitirən 9 nəfər şagirdimiz isə fərqlənmə
şəhadətnaməsi almışdır.
Ali məktəbə qəbul
üçün sənəd
vermiş məzunlarımızın
408 nəfəri qəbul
imtahanlarını müvəffəqiyyətlə
verərək respublikamızın
və xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul
olmuşlar. Bu, ümumi şagirdlərin
61 faizini təşkil
edir. Onlardan 14 nəfəri xüsusi təyinatlı ali
təhsil müəssisələrinə
sənəd verənlərdir.
Ali məktəbə qəbul
olunanların 2 nəfəri
700 bal (respublika üzrə cəmi 6 nəfər olmuşdur) 32
nəfəri 600-dən yuxarı
bal toplayaraq tələbə
adını qazanmışdır.
Üç nəfər şagirdimiz
Prezident təqaüdünə
layiq görülmüşdür.
500-700 bal toplayanların faiz
göstəricisinə görə
Mingəçevir 8,84 faiz olmaqla respublika
birincisidir. Dövlət sifarişi üzrə
qəbul göstəricisinə
görə Mingəçevir
respublika ikincisidir.
Respublikanın ən yaxşı məktəblər
siyahısına Mingəçevirin
4 məktəb: təbiət,
riyaziyyat və humanitar elmlər təmayüllü lisey,
19 saylı THL və
10 saylı məktəblər
daxil edilmişdir. Fizika, kimya, biologiya və rus dili
fənni üzrə Mingəçevirin göstəricisi
respublkanın ən yüksəklərindəndir. Rus bölmələri üzrə
qəbula görə Mingəçevir respublika
birincisi olmuşdur.
Şəhərimizin 14 saylı tam orta
məktəbinin rus bölməsi üzrə göstəricisi respublika üzrə ən yüksək göstəricilərindəndir.
Şagirdlərimiz il ərzində yarış
və müsabiqələrdə
də Mingəçeviri
uğurla təmsil etmişlər. 1 saylı
tam orta məktəbin
şagirdi Gülnar Mirzə qızı Tağıyeva “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin Respublika
turunun qalibi olmuş və qızıl medala layiq görülmüşdür.
Ulu öndərimiz Heydər Əliyevin 91 illiyinə həsr edilmiş respublika inşa müsabiqəsində
18 saylı tam orta məktəbin XI sinif şagirdi Pərvanə Allahverdiyeva həvəsləndirici
yer tutmuşdur. Şahmat məktəbinin yetirməsi
Zeynəb İsmayılzadə
Avropa kuboku yarışlarında öz
yaş qrupunda II yeri tutmuşdur.
4 N-li tam orta məktəbin informatika müəllimi Natəvan Mustafayeva “İlin ən yaxşı müəllimi” müsabiqəsinin
qalibi olmuşdur. Texniki Humanitar liseyin müəllimləri Sevda İsmayılova və Arzu Hüseynovanın hazırladıqları “Riyaziyyat-6” dərsliyi Təhsil Nazirliyi tərəfindən
əsas dərslik kimi təsdiq edilmişdir. Onlar “Riyaziyyat-7” dərsliyinin üzərində işləyirlər.
3 N-li tam orta məktəbin
rus dili müəllimi Sevil Abdulkərimova Təhsil Nazirliyi tərəfindən
keçirilən “Elektron
təhsil müsabiqəsi”ndə
“Müəllim bloqu” nominasiyası üzrə
I yerə layiq görülmüşdür. Fənn olimpiadalarının
respublika turunda 20 N-li tam orta məktəbin
X sinif şagirdi Məmmədli Ayşən
Habil qızı tarix fənni üzrə 2-ci yerə layiq görülmüşdür.
13 N-li məktəbin
şagirdi Vəlizadə
Zakir Alim oğlu ətraf mühitin mühafizəsinə
həsr edilmiş
“İNEPO” Beynəlxalq yarışda
3-cü olmuşdur.
Bütün bu uğurlarımızın
əldə olunmasında
bizə və bütövlükdə Azərbaycan
təhsilinə göstərdiyi
diqqət və qayğıya görə cənab Prezıdentimiz İlham Əliyevə öz minnətdarlığımızı
bildiririk. Hər bir nailiyyətimizin
əldə edilməsində
bizlərə ruh verən, köməklik göstərən, hər
dəfə səmimi qəbul edərək dəyərli təkliflərini
verən, şagirdlərimizin
tez-tez görüşünə
gələrək müxtəlif
hədiyyələrlə onları
sevindirən və ruhlandıran hörmətli
icra başçımız
Niyazi Bayramova da Mingəçevir müəllimlərinin təşəkkürünü
çatdırmaq istəyirəm.
Söhğə zamanı bu gün Sahib müəllim
təhsil işçilərini
narahat edən bəzi problemlərə də toxunaraq vurğuladı ki, qeyd edilən uğurlarla yanaşı bizləri narahat edən, düşündürən,
həllini vacib hesab etdiyimiz məsələlər də
vardır. Yüksək
nailiyyətlər əldə
edən Mingəçevir
məktəbləri və
müəllimlərinin respublikada
keçirilən “İlin
ən yaxşı məktəbi” və ən yaxşı müəllimi” müsabiqələrindəki
zəif çıxışı,
gənc müəllimlərimizin
fəaliyyəti, şagirdlərimizin
asudə vaxtlarının
təşkili kimi məsələlər bu gün təhsilimizin diqqət mərkəzindədir.
Uşaqların yay istirahət
düşərgələrindən, asudə vaxtlarının səmərəli keçirilməsindən
söhbət düşəndə
çoxları sovet dövrünün nisgili ilə köks ötürür. O dövrdə
uşaqları yay istirahətləri zamanı
yay düşərgələrinə
göndərir, müxtəlif
ekskursiyalar təşkil
edilirdi.
Heç şübhəsiz, asudə
vaxtın səmərəli
təşkili uşaqların
inkişafında mühüm
rol oynadığını
nəzərə alaraq
çalışacağıq ki, şəhərimizin müvafiq şəraiti olan məktəblərimizdə
belə düşərgələrin
fəaliyyətinə dəstək
verək.
Deyirlər zirvədə dayanmaq ora qalxmaqdan daha çətindir. Çox haqlı
deyimdir. Lakin Mingəçevir
müəllimləri növbəti
tədris ilində daha böyük uğurlara imza atmağı qarşısına
bir məqsəd qoyub. Böyük rus yazıçısı
Lev Tolstoy yazılarının birində deyirdi: “Xoşbəxt olmaq üçün xoşbəxtliyin
mümkünlüyünə inanmaq lazımdır”. Bu gün biz Mingəçevir
müəllimləri daha
böyük zirvələrə
qalxacağımıza inanırıq.
Bu inamı bizə
verən təhsili dövlətin prioritet sahəsi hesab edən cənab Prezidentimiz İlham Əliyevin apardığı
cahanşümul işləri,
şəhər rəhbərliyinin
bizlərə olan qayğısı, valideynlərimizin
bizlərlə olan qırılmaz əlaqəsi
və müəllimlərimizin
yüksək peşəkarlıq
və bacarığıdır.
Söz yox ki, əldə etdiyimiz nailiyyətlər bizi arxayınlaşdıra
bilməz.
Tədris ilini uğurla başa vurmaq, yeni tədris ilində daha böyük nailiyyətlər
qazanmaq üçün
pedaqoji kollektivlərimiz
bundan sonra da səylərini əsirgəməyəcəklər.
İlham PƏNAHOV,
Respublika.-2014.- 30
may.- S.13.