Heyvandarlıqda aparılan islahatlar və gələcəyə baxış proqramı

 

Respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən dövlətimiz aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması ücün davamlı addımlar atır. Xüsusən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” imzaladığı Dövlət Proqramı əhalinin ərzaq təhlükəsizliyinin təminatı cəhətdən xüsusi əhəmiyyət daşıyır. Dövlət proqramında xüsusi olaraq qeyd edilir ki, dövlət insanlarımızın ərzaqla tam təminatını ödəmək üçün 2015-ci ilədək dənli bitkilərin əkin sahələrini 900 min hektara çatdırmalı, 2,8 milyon ton dənli bitkilər istehsal edilməlidir. Ət istehsah 340 min tona, südsüd məhsulları istehsalı 2,4 milyon tona, sənaye üsulu ilə quş əti istehsalı 80 min tona, yumurta istehsalı isə 1,3 milyard ədədə çatdırılmalıdır. Ölkədə tərəvəz və bostan məhsullarının istehsalı 1,72 milyon ton, kartof 1,12 milyon ton, meyvə 800 min ton olmalıdır. Yağlı bitkilərin əkin sahələrini 135 min hektara, şəkər çuğunduru əkinini isə 20 min hektara qədər artırmaq nəzərdə tutulur. Ümumilikdə yem bitkilərinin əkin sahələri 500 min hektar olmaqla qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaqbir proqram olaraq qarşıya qoyulur.

Qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün dünya praktikasında, eləcə də respublikamızda əldə olunan elmi-texniki tərəqqinin nailiyyətlərini kənd təsərrüfatında, bilavasitə aqrar sahədə tətbiq etmək lazımdır. Elmi-texniki tərəqqinin inkişafı kənd təsərrüfatında ixtisaslaşmanın və təmərküzləşmənin genişlənməsinə kömək edir. Belə ki, kənd təsərrüfatının ayrı-ayrı sahələrinə, ictimai kömək bölgüsünün dərinləşməsi sahəsində, ixtisaslaşmış təsərrüfatlar sistemi yaranır.

İxtisaslaşmış təsərrüfatların əsasında sənaye bünövrəsi üzərində heyvandarhq məhsulları istehsal edən komplekslər yaradılır. Belə komplekslərin yaradılması heyvandarlıq məhsullarının artırılmasına bir stimul verir. Həmin komplekslər indiki ixtisaslaşmış təsərrüfatlardan təkcə istehsalın geniş təmərküzləşdirilməsi ilə deyil, həm də kompleks mexanikləşdirilmiş və avtomatlaşdırılmış fasiləsiz istehsal proseslərinə əsaslanan tamamilə yeni texnologiya ilə fərqlənir. Bu, məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafından irəli gələn obyektiv prosesdir. Demək, inkişaf etmiş cəmiyyətlərdə olduğu kimi respublikamızda kənd təsərrüfatı sahələrində məhsul istehsalı elmi-texniki tərəqqinin müasir tələblərinə uyğun şəkildə, yəni intensiv əsaslar üzrə həyata keçirilir.

Elmi-texniki tərəqqi kənd təsərrüfatının intensivləşdirilməsini təmin etməklə məhsul istehsalını artırır, əmək məhsuldarlığını yüksəldir və kənd təsərrüfatında tərəqqinin əsas istiqamətlərini müəyyən edir.

- kənd təsərrüfatının ardıcıl intensivləşdirilməsi və onun müasir sənaye əsası üzərinə keçirilməsi;

- maddi-texniki bazanın möhkəmləndirilməsi, bütün istehsal proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması məqsədi ilə maşınlar və mexanizmlər sisteminin yaradılması;

- yüksək məhsuldar kənd təsərrüfatı bitkilərinin və heyvan cinslərinin yaradılması və təkmilləşdirilməsi;

- heyvanların yemə olan tələbatını ödəmək üçün qarışıq yem ehtiyatı, yem bazasının yaradılması və s. bu istiqamətlərdəndir.

Bu ilin mart ayının əvvəlində kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda, eyni zamanda institutun nəzdində fəaliyyət göstərən Süni Mayalanma Mərkəzində (SMM) olmuş, Yardımçı Təcrübə Təsərrüfatında (YTT) yetişdirilən, Türkiyə Respublikasından gətirilmiş Avasi qoyun cinsinə, onlardan alınan quzulara və mələzləri nəzərdən keçirmiş, SMM-də aparılan işlərlə yaxından tanış olmuşdur. Cənab nazir respublikamızda yerli aborigen qoyun cinslərinin məhsuldarlıq göstəricilərinin, xüsusilə də süd, ət və yun məhsuldarlığının artırılmasında Avasi qoyun cinsindən istifadə olunmasının böyük əhəmiyyəti olduğunu bildirmişdir. Alimlərlə görüş zamanı respublikamızda qeyri-neft sektorunun prioritet sahələrindən aqrar sektorun inkişaf etdirilməsi üçün, bu sahə ilə məşğul olan alimlərin də qarşısında böyük vəzifələrin olduğunu göstərmişdir. Bu vəzifələri layiqincə yerinə yetirmək üçün alimlər öz sahələri üzrə daha əzmlə çalışmalıdırlar.

Bu məsuliyyəti biz öz üzərimizdə hiss edirik. Aqrar sahədə aparılan islahatlarda elmi müəssisə olaraq iştirak edirik. Heyvandarlıqda tətbiq olunan biotexnoloji üsullar və alınan nəticələr bunu bir daha sübut edir. Ona görə də tədqiqat işləri regionlar üzrə təsərrüfat fəaliyyətinin istiqamətinə uyğun olaraq, alman nəticələrin tətbiqi və yayılması sisteminin təkmilləşdirılməsi üçün aparılır. Bununla əlaqədar tədqiqatların planlaşdırılması və maliyyələşdirilməsi sistemində də dəyişikliklər edilir.

Bunun üçün:

- mədəni faunanın genetik ehtiyatlarının toplanması, tədqiqi, qorunub saxlanması və müxtəlif istiqamətdə istifadə metodunun işlənməsi və təkmilləşdirilməsi;

- yeni cins, xətt və ailələrin yaradılması istiqamətində aparılan elmi-tədqiqat işlərinin intensivləşdirilməsi;

- heyvandarlıqda və quşçuluqda yem bazasmm səmərəliliyinin artırılması, yemlərin orqanizmlərin fizioloji və biokimyəvi tələblərinə uyğun genetik göstəriciləri nəzərə alınmaqla səmərəli yemləmə texnologiyalarının elmi əsaslarının işlənməsi;

- heyvandarlıq məhsulları istehsalı və emalı sahəsində yeni texnologiyalarının elmi əsaslarının işlənməsi və s. işlər həyata keçirilməlidir.

Aqrar islahatların aparılması zamanı bazar iqtisadiyyatına keçid və kənddə sahibkarlığın inkişafı üçün hüquqi-normativ baza yaradılmalı, kənd təsərrüfatı sahəsində idarəetmə strukturları təkmilləşdirilməli və bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmalıdır. Kənd təsərrüfatı məhsullarının istehsalı strukturu keçmiş planlı sosialist təsərrüfatından tam fərqli surətdə, bazarın tələb və təklifinə uyğun formalaşmalı, aqrar sahədə çalışan sahibkarlar informasiya sistemləri ilə təmin olunmalı, nəhayət, kənd təsərrüfatı məhsulları istehsalı iqtisadiyyatın ən mühüm və aparıcı sahəsi olmalıdır.

Ölkədə heyvandarlıq məhsulları istehsalını artırmaq üçün heyvandarlıq məhsulları və yem istehsalının artırılmasının uzunmüddətli konsepsiyası və elmi-texniki proqramları hazırlanmalı, tədqiqat nəticələrinin fermerlərə çatdırılması üçün davamlı yayım çərçivəsi yaradılmalı, tədqiqat və biznes sahəsində əməkdaşlığa dair təşəbbüslər göstərilməli, elmi-texniki potensial yaradılmalı və onların saxlanılması və səmərəli istifadəsi həyata keçirilməlidir. Belə ki, heyvanların süd və ət məhsuldarlığını artırmaq məqsədilə yerli cinslərin gətirilmə cinslərin toxumları ilə mayalandırılmasından, çarpazlaşdırılmanı nəzərdə tutan genetik təkmilləşdirmə, yerli qoyun cinslərinin qorunub saxlanılması üçün yerli qoyun cinsləri ilə gətirilmə cinslərin çarpazlaşdırılmanı nəzərdə tutan seleksiya proqramları hazırlanmalıdır.

İstehsal metodlarının iqtisadi qiymətləndirilməsi və heyvandarlıq məhsullarının keyfiyyət məsələləri, emal və marketinqinə dair tədqiqatların artırılmasından, yeni texnologiyaların yayılmasından, eləcə də prioritetlərin seçilməsinə uyğun olaraq fermerlərin ehtiyaclarını müəyyən etmək üçün məsləhət xidməti, əməkdaşlıq şəraitində işlərin qurulması və alınmış nəticələrin həyata keçirilməsindən istifadə edilməlidir.

Heyvandarlıqda aparılan islahatları əsas götürərək bu sahənin intensiv inkişafını təmin etmək üçün heyvandarlığın dövlət damazlıq ocaqlarının yaradılmasına, heyvandarlığın sənaye əsasında inkişaf etdirilməsi üçün isə yeni biotexnologiyalara əsaslanan mexanizmin hazırlanmasına nail olunmalıdır. Heyvandarlıqda damazlıq işinin yaxşılaşdırılması üçün süni mayalandırılma işinə diqqət artırılmalı, qısa müddət ərzində maldarlıqda, camışçılıqda və qoyunçuluqda məhsuldarlığın 2-2,5 dəfə artımı təmin edilməlidir.

Yerli (aborigen) qaramal, camış, qoyun, keçi, at, dəvə, quş, arı populyasiyalarının qorunub saxlanması üçün xüsusi proqramın hazırlanmasına ehtiyac var.

Azərbaycan Respublikasında heyvandarlığın müasir vəziyyətinin təhlili üçün geniş ekspedisiyanın təşkili gənc alimlərin elmi müəssisələrdə işə cəlb olunması üçün həvəsləndirmə işinin aparılması məqsədəuyğundur.

Fermer təsərrüfatlarında və dövlət damazlıq idarələrində elmi-tədqiqat işlərinin aparılması üçün şəraitin yaradılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermerlərin maarifləndirilməsi işinin aparılması, beynəlxalq əlaqələrin daha geniş səviyyədə yaradılması, respublikanın bölgələrinin iqtisadi coğrafi şəraitinə uyğun cinsin rayonlaşdırılması planına düzgün riayət olunması vacibdir.

Abşeron yarımadasında, Şəki-Zaqatala bölgəsində Qara-ala, Gəncə-Qazax bölgəsində Şvis, Muğan-Şirvan bölgəsində Simmental cinsinin yetişdirilməsini məqsədəuyğun hesab edirik.

Ətlik maldarlığın inkişaf etdirilməsinə, bu məqsədlə Azərbaycana ətlik istiqamətli, təmizqanlı Şarole, Hereford, Aberdin-Anqus, Kalmik, Şorthorn, Hollavey, Limuzin, Santa-Hertruda cinslərinin gətirilməsinə, Azərbaycan Zebusuonun ətlik mal cinsləri ilə mələzlərinin yaradılması və onların məhsuldarlığının öyrənilməsinə diqqət artırılmalıdır.

Murrah cinsli yüksək məhsuldar camış törədicilərinin respublikamıza gətirilməsinə, camışçılıqda biotexnoloji üsullardan istifadə etməklə (süni mayalanma işində) yerli camışların məhsuldarlıq göstəricilərinin artırılması vacibdir.

Azərbaycan dağ merinosu qoyun cinsininKrossbred yunlu mələz qoyunların qorunub saxlanması istiqamətində aparılan işləri planlı surətdə həyata keçirməküçün bir sıra, o cümlədən cinslərin dağ və dağətəyi bölgələrdə Şəmkir, Qazax, Gədəbəy, Qax, Şəki-Zaqatala) yetişdirilməsinə, cinsin yaxşılaşdırılması məqsədi ilə Stavropol vilayətində “Vostoq” damazlıq zavodunda yetişdirilən Şimali Qafqaz ətlik-yunluq cinsiUkrayna Respublikasında “Askani-Nova” damazlıq zavodunda yetişdirilən Askani yunluq-ətlik cinstörədici qoçlarının gətirilməsinə, istehsal olunan məhsulun ixracı üçün fermerlərə dövlət dəstəyi və başqa tədbirlərin aparılmasına, zərif və Krossbred yun məhsulunun satılması üçün bazarın yaradılmasına ehtiyac var.

Azərbaycanda Ləzgi qoyun cinsini bərpa etmək üçün Dağıstan Muxtar Respublikasından təmizqanlı Ləzgi cinsinin törədicilərinin gətirilməsi Türkiyə Respublikasından gətirilmiş Avasi qoyun cinsi Gəncə-Qazax bölgəsində həm təmizlikdə yetişdirilərək, həm də Qarabağ, Mil-Qarabağ, Azərbaycan dağ merinosu, Bozax, Abşeron cinsləri ilə çarpazlaşdırılmaqla ətlik-südlük-yunluq istiqamətli mələz qoyun sürüləri yaradılması həyata keçirilməlidir.

Qoyunçuluğun daha da inkişaf etdirilməsi, heyvanların baş sayının artırılması, onların damazlıq keyfiyyətinin yaxşılaşdırılması üçün qoyun cinslərinin təmizlikdə yetişdirilməsinə, xarici ölkələrdən təmizqanlı cinslər gətirilməməsinə, genofonddan istifadə edilərək yeni planlı cinslər, xətlər, krossların yaradılmasına, bu işdə süni mayalandırılma işindən istifadə edilməsinə, müasir tipli qoyunçuluq sənaye komplekslərinin, quşçuluğunintensiv inkişafını əsas götürərək respublikamızın müxtəlif bölgələrində iri inkubator stansiyalarının tikilməsinə nail olunmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramını əsas götürərək arıçılıq haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsini, damazlıq işinin yaxşılaşdırılmasına, yerli arı cinslərinin və populyasiyalarının qorunub saxlanması və təkmilləşdirilməsinə, Qabaqtəpə və Şahdağ arı populyasiyalarının yetişdirilməsinə, Zaqatala, Şəmkir, Daşkəsən, Lerik, Astara, Balakən, Quba, Qusar, Şamaxı, Şəki, İsmayıllı rayonlarında arıçılığın intensiv inkişaf etdirilməsinə, respublikamızda atçılığın inkişaf etdirilməsinə, müxtəlif iqlim şəraitinə uyğun atların baş sayının artırılmasına nail olmalıyıq. Mövcud genofondun qorunmasını əsas götürərək Azərbaycan ET Heyvandarlıq İnstitutunda “Atçılıq laboratoriyası” yaradılmasını, atların seleksiya-damazlıq işi ilə əlaqədar elmi-tədqiqat işləri aparılmasını və bu sahə ilə məşğul olan mütəxəssislər hazırlanmasını, möhkəm yem bazasının yaradılmasını və hər şərti mal-qaraya ən azı 28-30 sentner yem vahidi tədarükünə nail olmasını vacib sayırıq.

Fundamental tədqiqatların prioritetlərinin, eyni zamanda ölkənin sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi üçün mövzuların konkret layihələr şəklində toplanılması və aparılacaq elmi tədqiqat işlərinin istiqamətini müəyyən etməklə damazlıq-seleksiya planının hazırlanmasına, tədqiqat işlərinin nəticələrinin dürüstləşdirilib kəndli fermer təsərrüfatlarında tətbiq edilməsinə, davamlı tədqiqat işlərinin davamlı yayım vasitəsilə fermerlərə çatdırılmasına ehtiyac var.

Kəndli fermer təsərrüfatlarında tədarük olunmuş südün, ətin istehsal texnologiyalarının işlənilərək təsərrüfatlara tətbiqinə, mövcud standartlara cavab verən mini süd və ət emalı sexlərinin quraşdırılmasına diqqət artırılmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixliAqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında qarşıya qoyulan məsələlərin həll edilməsini əsas götürərək elektron kənd təsərrüfatı informasiya sistemi “ŞƏBƏKƏ” şəklində yaradılmalıdır.

Hazırda fəaliyyət göstərən laboratoriyaların müasir tipdə rekonstruksiya edilməsinə, Elmi-Tədqiqat İnstitutlarının maddi-texniki bazasının yaxşılaşdırılmasına, aqrar elmin inkişafı konsepsiyasında biotexnoloji üsullardan istifadənin genişləndirilməsi və mövcud cinslərin qorunub saxlanması üçün xüsusi təsərrüfatların yaradılmasına, aborigen, bizim genofondumuz hesab olunan cinslərin toxumlarının xüsusi texnologiya ilə (toxum bankında) saxlanmasına, elmi tədqiqat işlərinin aparılmasında şəffaflığı təmin etmək üçün sahibkarlarla elmi əməkdaşlar arasında əlaqələrin yaxşılaşdırılmasına, respublikamızda fermer təsərrüfatlarının artdığını nəzərə alaraq aqraryönümlü orta ixtisas, peşə təhsilli müəssisələrin və fermerlərin ixtisasa uyğun maarifləndirilməsi üçün kursların təşkil edilməsinə, gənc kadrları elmi müəssisələrdə işlə təmin etmək üçün xüsusi konsepsiyanın hazırlanması və həvəsləndirici işlərin həyata keçirilməsinə, elmi əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi zamanı yeni mexanizmin hazırlanmasına ehtiyac vardır.

 

Məmməd BALAKİŞİYEV,

Azərbaycan Elmi-Tədqiqat

Heyvandarlıq İnstitutunun direktoru,

aqrar elmlər üzrə fəlsəfə doktoru.

 Yasif GÖZƏLOV,

İnformasiya və tətbiq şöbəsinin müdiri.

Respublika.-2014.- 30 may.- S.15.