Poliqrafik keyfiyyətin dolğun ifadəsi

 

Bəzən sevdiyin oxuduğun müəlliflərin sözü ömürlük beyninə həkk olur, yoluna işıq salır həyatına zəngin rənglər qatır. Sevərək oxuduğum Əbu Türxanın bu sözləri hər zaman xatirimdədir: “Ordu torpaqları, kitab könülləri fəth edər”. Cücərən arzuların, ümidlərin fəsli olan baharda sizlərin həyatına bir anlıq da olsa işıq sala, ruhumuza az da olsa, mənəvi qida verə biləcəyimizi düşündüyümüz üçünNaşirin növbəti sayı ilə yenidən görüşünüzə gəlmişik. Sizi—əziz oxucularımızı oyanan, tumurcuqlayan çiçəklərdən, təbiətdən, ətraf aləmdən zövq alaraq baharın ətrini, nikbin ovqatını jurnalımızla yaşamağa dəvət edirik!

Bir-birindən maraqlı xəbərlərə, kitab dünyasında baş verən ən son yeniliklərə, “Naşirin səhifələrindən boylandıq. Ümid edirik ki, yaz səhərində, təbiətin ən gözəl çağında kollektivimizin hazırlayıb ərsəyə gətirdiyi bu buraxılışımız da həyatınıza işıq salacaq, ruhunuza istilik bəxş edəcək. Ədəbiyyatımızın görkəmli simaları İlyas Əfəndiyev və Tövsiyə xanım, Teymur ElçinLeyla xanım, Rəsul RzaNigar xanım sevgisinin böyüklüyünü, ucalığını da könüllərin sevgi ilə döyündüyü bu gözəl bahar günlərində nəvələrin dilində “Babalar və nəvələr” rubrikasında bir daha xatırladıq. Qonaq-qarasız bir gününüz olmasın deyib Ankaradan gələn qonağımız, türk dünyasının tanınmış simalarından olan gözəl yazıçı, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu ilə sözə, kitaba verilən dəyərdən danışdıq. Qonaq qəbul etdiyimiz kimi, xaricdə qonaq olan dəyərli həmvətənlərimizi də diqqətdən kənarda qoymadıq. Axı vətəndə vətən üçün çalışmaq hər kəsin işidi, amma Vətəndən kənarda ölkəsini, xalqını təmsil etmək hər kəsə nəsib olmur. Belə insanlardan biri olan Çexiyada yaşayan həmyerlimiz, fəxrimiz—Karlova Varada fəxri konsulumuz Fəxrəddin Mirzəyevi daha yaxından tanımağa və tanıtmağa çalışdıq.

Sərhədlərimizdən kənarda yaşayan dəyərlərimizi tanıdarkən məşhur kamança ifaçımız, gənc sənətkar İmamyar Həsənovu unuda bilməzdik... “Naşironu tanıtmağa çalışdı, o isə dünyaya, Amerikaya Azərbaycan musiqisini tanıdır....

Kitab həmişə olduğu kimi, bu sayımızdan ana mövzusudur. Ona görə də şair Vaqif Bəhmənlinin xüsusi seçimlə verdiyimiz ağ-qara səhifələrdəki redaktəsiz yazısı bu mövzuya həsr edilir.

Naşirlik məsuliyyətini isə fəlsəfə elmləri doktoru, professor Səlahiddin Xəlilovun qələmindən oxuya bilərdiniz... Amma bunlar son deyil ... Bütün bunlar fəsli-baharda “Naşirin söz sandığından çıxan yazıların kiçik bir qismidir... Yüz deməkdənsə bir oxumaq yaxşıdır. Söyləyərək sizləri jurnalımızla baş-başa buraxaraq hər birinizə xoş ovqat arzulayırıq.

Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin təsis etdiyiNaşir” jurnalının baş redaktoru Gülnar Məsimlinin bu cür təqdimatından sonra onu əlavə etmək lazımdır ki, dərgi nəşrə başladığı gündən hər sayı ilə geniş oxucu rəğbəti qazanmağa nail olmuşdur. Hər sayı bir-birindən maraqlı, rəngarəng, yazıları ilə kitaba marağın artırılmasına, oxu mədəniyyətinin formalaşmasına özünəməxsus töhfələr vermişdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, jurnal nəşr sahəsinin ən son üsulları ilə çap olunur, yüksək poliqrafik keyfiyyəti ilə seçilir, nəfis tərtibatı oxucunun özünə marağını təmin edir. Naşirin belə uğurlu olmasında Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin rəhbəri, tanınmış naşirpedaqoq Bəhruz Axundovun diqqət və qayğısını ayrıca vurğulamaq olar. Məhz onun təcrübəsi və jurnalın çapına, onun hər məziyyətinin peşəkarlıqla yerinə yetirilməsinə verdiyi dəyər jurnalın saylarında aydın nəzərə çarpır. Naşirin az bir zamanda geniş oxucu marağına səbəb olması belə deməyə əsas verir ki, İctimai Birlik qarşıya qoyulan məram və məqsədi layiqincə yerinə yetirir.

Ədəbiyyat hər kəsə özünü göstərə bilmək üçün kifayət qədər geniş meydan verir. Bu meydan, bu da sən... Dərginin bu sayında ədəbiyyat meydanında özünü çox yaxşı göstərə bilən, yazmaqda heç bir kişidən geri qalmayan, əsərləri tez-tez The Best olan qadın yazarlardan söz açılır. Kimdir onlar? Joon RoulinqHarry Potter, Stefani Mayer və Vampirlər, E.L.Yeyms və bozunçalarları, Syuzen Kollinz, Yillian Flinn, Silviya Dey, Veronika Rot, Kasandra Kler.

Ədəbi-bədii, ictimai-siyasi nəşrlər arasında gündəliklər xüsusi yer tutur. Ötən əsrlərdə bir çox siyasisosial sarsıntılara məruz qalan xalqların ədəbiyyat tarixlərinin tam mənzərəsinin yaradılmasında gündəliklərin rolu böyükdür. Gündəliklərə müraciət əsasən, tarixin mürəkkəb, kəşməkəşli dövrlərində daha intensiv xarakter alır. Bu baxımdan XX əsrin son onillikləri səciyyəvidir. Bu barədə jurnalın “Vərəqlərin söhbəti” rubrikasında söz açılır.

“Ümumidən xüsusiyə” rubrikasında, “525-ci qəzet”in baş redaktoru, AYB-nin katibi Rəşad Məcidin Milana səfər təəssüratları, ordakı duyğuları barədə yazı oxucuların maraqla qarşılayacağına əminliyimizi ifadə edə bilərik.

Naşirin bahar sayında qədim Bakını, İçərişəhəri böyük sevgi ilə, böyük həvəslə kağız üzərinə, kətan üzərinə köçürən, güllə şəhərinizə həyat verən rəssam, heykəltəraş Mir Teymur Məmmədovun emalatxanasına da üz tutur.

Maraqlı rubrikalar, öyrənməli mövzular barədə yazılar çoxdur. “Naşirin bu sayını da sevə-sevə oxuyub növbəti sayını gözləmək arzusundayıq.

 

Mustafa KAMAL,

Respublika.-2014.-30 may.-S.16.