Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümünə həsr olunmuş təntənəli toplantı

 

Qazaxda Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümünə həsr olunmuş təntənəli toplantı keçirilmişdir. Toplantını giriş sözü ilə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev açmış, Qazax RİHB-nın müavini Gülayə Həsənova məruzə ilə çıxış etmişdir. YAP rayon təşkilatının sədri Həmid Pənahovun, Mədəniyyət və Turizm şöbəsinin müdiri Valeh Vəliyevin, AMİ-nin Qazax filialının direktor müavini Məmməd Yusifovun çıxışları dinlənilmişdir. Məruzə və çıxışlarda Şərqdə ilk demokratik respublika olan AXC-nin keçdiyi şərəfli tarixi yola bir daha nəzər salınmış və vurğulanmışdır ki, cümhuriyyətin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etmiş, eyni zamanda xalqımızın tarixində ilk demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin təşəkkülünün əsasını qoymuşdur.

Lakin ölkəmiz bolşevik-rus imperiyası tərəfindən hərbi təcavüzə məruz qalıb işğal olunduğundan müstəqilliyimiz cəmi 23 ay sonra süqut etmişdir. Xalqımız 70 il sovet imperiyasının tərkibində yaşamışdır. Bütün bunlara baxmayaraq Azərbaycanın üçrəngli milli bayrağı əsrin sonlarında yenidən bir daha yüksəlmiş və ölkəmiz böyük itkilər və qanlar bahasına yenidən müstəqil olmuşdur. Lakin bu dəfə də Azərbaycanın xarici düşmənləri və onların daxildə olan havadarları məkrli planlar əsasında dövlətçiliyimizə və müstəqilliyimizə zərbələr vurmuşlar. Azərbaycanda vətəndaş müharibəsi başlamış və qardaş qanı axıdılmışdır. Azərbaycan dövlətinin məhv olması üçün real təhlükə yaranmışdır. Belə çox ağır bir gündə xalqın xahişi və təkidli tələbi ilə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldi. Yalnız bundan sonra ölkəmiz və müstəqilliyimiz üçün bütün təhlükələrin qarşısı alındı.

Müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev müstəqilliyimizin və dövlətçiliyimizin möhkəm əsaslarını yaradaraq AXC-nin siyasihüquqi varisi olan bugünkü qüdrətli, çiçəklənən Azərbaycanı yaratmışdır.

Müstəqil Azərbaycan dövləti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ölkəmizdə çox böyük iqtisadisiyasi nailiyyətlər qazanılmışdır. Azərbaycanın müstəqilliyi dönməz və əbədi olmuşdur.

 

 Ə.YusifbƏyli,

 Respublika.-2014.- 30 may.- S.12.