GƏNCƏDƏ MÖHTƏŞƏM İSTİQLAL PARKININ AÇILIŞI OLMUŞDUR

 

Çiçəklənmiş Azərbaycanımızın iqtisadiyyatının surətli inkişafını təcəssüm etdirən milli-iqtisadi modelin başlıca istiqamətləri, ölkənin bütün sahələrdə dinamik inkişafı, dünya iqtisadiyyatına inteqrasiyası, Azərbaycan vətəndaşlarının rifah halının yüksəldilməsidir. Bu modelin müvəffəqiyyətlə icra olunması nəticəsində ölkəmizin genişmiqyaslı uğurları ardıcıl xarakter almış, ərzaq və enerji təhlükəsizliyini təmin edərək, öz siyasiiqtisadi müstəqilliyinə nail olmuşdur. Artıq dünya iqtisadiyyatı gündən-günə inkişaf edib, çiçəklənən Azərbaycanı Cənubi Qafqazın mirvarisi adlandırmışlarsa, Qədim Nizami yurduna – Gəncəyə isə “Gəncə Azərbaycanın cəvahiridir” demişlər. Doğrudan da, bu son 3 ildə şəhərin axar-baxarlı mənzərəsi tamam dəyişirilmiş, sözün əsl mənasında möcüzələr şəhərinə çevrilmişdir. Darısqallıq içində boğulan küçə və xiyabanlar genişləndirilmiş, binaların fasadları gözəl dizaynla və zövqlə üzlənmiş, yaraşıqlı işıq dirəkləri şəhəri çıraqban edərək, sanki ətrafa gül-çiçək yağışı yağdırmışdır. Əsrarəngiz yaşıl qazonlara xüsusi gözəllik verən al-əlvan çiçəklər, çıl-çıraqlı fəvvarələr və əyləncə kompleksləri sakinlərin ruhuna qida verir, qəlbləri oxşayır. Bəli, bu gün, Gəncə ən parlaq dövrünü yaşayır. Ötən gün Nizami yurdunun füsunkar təbiətə malik olan Gülüstan qəsəbəsində sakinlərin əsl istirahət mərkəzinə çevrilən möhtəşəm İstiqlal parkının açılışı olmuşdur. Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP şəhər təşkilatının nümayəndələrinin, hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrinin rəhbərlərinin, geniş ictimaiyyətin və sakinlərin iştirak etdiyi mərasimi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev parkın baş tərəfindədə inşa edimiş möhtəşəm kompleks önünə gül-çiçəklə bəzənmiş əsrarəngiz çələng qoydu, bu möhtəşəm bayram münasibətilə hörmətli iştirakçıları təbrik etdi. O Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, keşmə-keşli yollarından, müstəqilliyimizin bərpasından ətraflı danışdı. Yalnız xalqın iradəsi ilə 1993-cü ildə əbədiyaşar Heydər Əliyevin qayıdışı ilə müstəqillik əldə olundu, ölkədə sabitlik yarandı, inkişafın əsası qoyuldu. Bu gün praqmatik dövlət başçısı, görkəmli siyasətçi, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin titanik səyi nəticəsində, Azərbaycanın surətli və innovativ inkişafda olmasını vurğuladı.

Çıxış edənlər Gəncədə gedən möhtəşəm layihələrin həyata keçirilməsinə diqqət və qayğı ayirdığına görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mərasimi yekunlaşdıraraq, bu möhtəşəm İstiqlal parkın inşasında işgüzarlıqla çalışan insanlara öz minnətdarlığını bildirdi. Sonra füsunkar parkla tanışlıq oldu. Müasir işıqlandırma sistemi, zövqlə quraşdırılmış oturacaqlarla təmin olunan parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Göz oxşayan füsunkar fəvvarənin çarhovuzu və divarları mərmər üzlüklə işlənmiş, yaşıl qazonlar arasından boylanan gül-çiçəklər ətrafa kolorit verirdi. Onu xüsusilə qeyd etmək lazımdır ki, parkın baş tərəfində ucaldılan möhtəşəm kompleksin qabaq hissəsində “İstiqlal bəyannaməsi (Əqdnamə)”, sol hissəsində “Azərbaycan Dövlət Müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Heydər Əliyev”, sağ hissəsində “Müstəqillik ən böyük sərvətdir, ən böyük uğrumuzdur. Azərbaycan xalqı azad yaşayır, Azərbaycan xalqı öz taleyinin sahibidir. İlham Əliyev” arxa hissəsində “16 iyun 1918-ci ildə Gəncə Azərbaycan Xalq Cimuhiriyyəti fəaliyyəti dövründə 154 qərar qəbul etmişdir ki, onlardan 98-i Gəncdə qəbul olunmuşdur. ”-ifadələri əbədiyaşar Heydər Əliyevin və ölkə başçısı çənab İlham Əliyevin çox dəyərli kəlamları ilə nəqş edilmişdir. İnsanların mədəni istirahətinin yüksək səviyyədə təşkil olunmasına xidmət edən belə layihələrin icrası yeni şəhər elementlərinin meydana çıxmasına imkan verir. Bu həm də belə istirahət məkanlarının yerləşdiyi ərazilərdə gedən inkişaf proseslərin göstəricisidir.

 

   Zabit XƏlilov

  Respublika.-2014.- 30 may.- S.12.