Düşünülmüş siyasətin uğurları

 

Müstəqil Azərbaycanın iqtisadiyyatı sürətli innovativ inkişaf edir. 2009-cu ildə baş verən beynəlxalq böhran dünya ölkələrinin iqtisadiyyatına ağır zərbə vursa da, düşünülmüş siyasət nəticəsində ölkəmizdən yan keçmişdir.

Ulu öndər Heydər Əliyevin müdrik siyasi, iqtisadi kursunu qətiyyət və bacarıqla, dövrün çağırışlarına müvafiq reallaşdıran dövlət başçısı İlham Əliyev real iqtisadiyyatın çoxşaxəli inkişafını təmin  etmək üçün bütün siyasihüquqi addımları atır. Bu gün dünyada enerji daşıyıcılarının əhəmiyyəti daim artır və bir çox ölkələrin milli təhlükəsizliyində həyati əhəmiyyət daşıyır.  Dövlətimiz strateji məhsul olan neft amilindən ölkənin siyasiiqtisadi maraqlarına uyğun  istifadə edir. Bu gün Azərbaycanın enerji təhlükəsizliyi təmin olunub, neftdən gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ilə iqtisadiyyatın davamlı, çoxşaxəli inkişafına nail olunub, ölkə öz karbohidrogen ehtiyatları ilə AvropaAsiya dövlətlərinin enerji təhlükəsizliyinin təmin  olunmasında önəmli rol oynayır. Bu ilin may ayında Çinin Şanxay şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında qəbul olunmuş Bəyannamədəki müddəalar bir daha Azərbaycanın düzgün siyasət yürütdüyünü, enerji təhlükəsizliyi, transmilli layihələrin reallaşması, beynəlxalq iqtisadi  inteqrasiya, mədəniyyətlərarası dialoq istiqamətindəki fəaliyyətinin regionalqlobal səviyyələrdə sülhə, sosial-iqtisadi inkişafa, insanların rifahına xidmət etdiyini sübut edir. Azərbaycan dövləti  sürətli innovativ inkişaf edən iqtisadiyyatı əsasında güclü, balanslaşdırılmış siyasi iradə nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyev ölkədəki davamlı inkişaf barədə demişdir: “Bütövlükdə  Azərbaycanın uğurlu dinamik inkişafı təmin edilmişdir. İl ərzində qarşıda duran bütün vəzifələr icra edilmişdir, iqtisadiyyat artmışdır. Dünya miqyasında müqayisə etsək, görərik ki,  Azərbaycan iqtisadiyyatı ən yüksək templərlə artır... Bu da əslində görülən işlərin təzahürüdür. Onu göstərir ki, bizim siyasətimizin əsas istiqaməti  iqtisadi islahatlardır. Bu islahatlar nəticəsində biz bu uğurlara imza ata bilmişik.  Qeyri-neft sektorumuz artır, indi ümumi daxili məhsulda qeyri-neft sektoru üstünlük təşkil edir. Əminəm ki, bu meyillər gələcək illərdə güclənəcəkdir”.

Hər bir iqtisadi islahat və layihələr əhalinin sosial rifahına xidmət edir. Belə ki, hazırkı beynəlxalq aləmdə sosial rifah bir çox ölkələrin həll olunası çox ciddi probleminə çevrilib. Sosial inkişafın əsasında isə iqtisadi tərəqqi dayanır. İqtisadi inkişaf da dövlətlərin qarşılıqlı səmərəli əməkdaşlıqlarının nəticəsində meydana gəlir. Heç bir dövlət öz-özlüyündə inkişaf edə bilməz. Baş verən əməkdaşlıq isə düşünülmüş siyasət və iqtisadi maraqların uzlaşdırılması nəticəsində səmərəli ola bilər. Azərbaycanın həyata keçirdiyi beynəlxalq siyasəti şəffafdır, açıqdır, səmimidir. Dünyada sülhün, sabitliyin qorunmasına və sosial-iqtisadi inkişafa xidmət edir. Aydındır ki, Azərbaycanda həyata keçirilən nəhəng beynəlxalq iqtisadi layihələr təkcə bizim ölkənin maraqlarına xidmət etmir. O həm də bu infrastrukturla bağlı neçə-neçə dövlətin iqtisadiyyatının dirçəldilməsinə yardım edir. Hər bir belə layihə  region dövlətlərilə də siyasi əməkdaşlığın güclənməsinə səbəb olur.  Azərbaycan  regional əməkdaşlığın güclənməsində  səyini əsirgəmir və bu prosesdə öz pozitiv rolunu oynayır. Bu inteqrasiya regional əməkdaşlıq sərhədlərini çoxdan aşıb və daha geniş dünya bölgələrini əhatə etməkdədir. Genişlənən əməkdaşlıq, regionda proqnozlaşdırma və birgə fəaliyyət mövcud riskləri azaldır və müəyyənləşdirilən gələcək inkişafa yardım edir.

Ölkəmizdə uğurla həyata keçirilmiş və inşasına start verilmiş transmilli layihələr olduqca geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradıb. Azərbaycandan ixrac olunan karbohidrogen ehtiyatları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və  Asiya məkanında da sosial-iqtisadi inteqrasiyanın davamlı surətdə güclənməsinə öz töhfəsini verir. Bu fəaliyyət  ölkələrin sosial-iqtisadi inkişafı ilə yanaşı, beynəlxalq sülhün, sabitliyin qorunmasında da mühüm rol oynadığını təsdiqləmişdir. Bu gün Azərbaycan Avrasiya materikində ciddi və önəmli iqtisadisiyasi partnyora çevrilib. Ölkə rəhbərliyi neft amilindən asılılığın minimuma endirilməsi və iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla reallaşdırır.

Hazırda karbohidrogen ehtiyatlarından  gələn gəlirlərin və ayrılan investisiyaların məqsədyönlü istiqamətə yönəldilməsi nəticəsində regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı uğurla icra edilmiş, 2004-2008-ci illərdə iqtisadiyyat 2,6 dəfə, sənaye istehsalı isə 2,5 dəfə artmışdır. Bu göstəricilərə görə Azərbaycan Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Davos  İqtisadi Forumus. nüfuzlu qurumlar tərəfindən dünyanın ən islahatçı, yüksək templə tərəqqi edən ölkəsi kimi qeyd edilmişdır. İkinci Dövlət Proqramı başa çatdıqda isə iqtisadiyyat artıq 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı isə 1,5 dəfə artmışdı.  Qeyri-neft sektorunun inkişafının prioritet elan edilməsi nəticəsində iqtisadiyyatın müxtəlif sahələri uğurla inkişaf edir. Təsadüfi deyil ki, 2014-cü ilin birinci rübündə qeyri-neft sənayesindəki artım 8,8 faiz olmuşdur.

Uğurlu beynəlxalq iqtisadi əməkdaşlıq ölkənin dünya bazarında müvəffəqiyyətlə təmsil olunmasına imkan yaratmaqla yanaşı, ölkəni qısa müddətdə iqtisadiyyatı  innovativ inkişaf edən dövlətə çevirmişdir. Bu gün Azərbaycanın istehsalı olan məhsullar dünya bazarlarında uğurla realizə olunur. Belə ki, 2014-cü ilin  yanvarında ölkəmizin rezidentləri dünyanın 101 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparmış, 46 ölkəyə əmtəə  ixrac, 99 ölkədən idxal olunmuşdur. İxrac əməliyyatı 2406 milyon dollarlıq, idxal isə 535,2 milyon dollarlıq edilmişdir. 1335,6 milyon dollarlıq müsbət saldo yaranmışdır. Nəticədə Azərbaycanın valyuta ehtiyatları da davamlı surətdə artır. Dövlət başçısı bu barədə demişdir: “Bizim valyuta ehtiyatlarımız artır və birinci rübdə də xeyli artmışdır. Hazırda valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil edir. Bu, çox böyük rəqəmdir. Xüsusilə ölkəmizin əhalisini nəzərə alsaq, görərik ki, bu göstərici  üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır. Ən önəmli məsələ ondan  ibarətdir ki, baxmayaraq bizim böyük investisiya proqramlarımız icra edilir, valyuta ehtiyatlarımız  azalmır, ildən-ilə artır. Bu da bizim siyasətimizdir”. Ötən müddət sübut etdi ki, Azərbaycanın seçdiyi düşünülmüş siyasətlə, konkret proqramlarla fəaliyyət ən doğru yoldur. Müəyyənləşdirilən və doğru proqnozlaşdırılan istiqamət Azərbaycanı regionun qüdrətli dövlətinə çevirmiş, ona beynəlxalq investisiyalar üçün ən cəlbedici ölkə mövqeyini qazandırmışdır.

Beləliklə, Azərbaycan düşünülmüş, məqsədyönlü siyasətilə  əldə edilən uğurları daha da artırmaq, yüksək tərəqqi tempini saxlamaq və “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəalarını reallaşdırmaq üçün bütün qüvvəsini səfərbər etmişdir.

 

Ataş CƏBRAYILOV,

Respublika.-2014.- 31 may.- S.4.