Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə üç yeni gəminin tikilməsi üçün sənədlər imzalanmışdır

 

Bu gün Azərbaycanın bir çox sahələrdə inkişafı göz qabağındadır. Onlardan biri də qədim tarixə malik olan gəmiçiliyin yeniləşməsinə göstərilən diqqətdir. Vaxtilə bu sahədə yeni gəmilər Rusiya Federasiyasında və digər dövlətlərdə sifarişlə tikilirdi. Hazırda bu işi 2010-cu ildə təməli qoyulmuş, Prezident İlham Əliyev tərəfindən 2013-cu ilin sentyabr ayında dövlətimizin başçısının iştirakı ilə Bakı Gəmiqayırma zavoduistismara verilmişdir.

Zavodun ümumi sahəsi 71,46 hektar, örtülü sahəsi isə 7,5 hektarı əhatə edir.

İllik istehsal gücü 25 min tonu əhatə edən zavod nəinki Azərbaycanda, dünyanın gəmi qayırma müəssisələri ilə müqayisədə, müasir avadanlıqlarla təchiz olunmuş zavoddur.

Mayın 30-da bu barədə Azərbaycan Xəzər Dəniz Akademiyasında Gəmiqayırma və gəmitəmiri ixtisası üzrə təhsil alan tələbələr qarşısında çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev qeyd etdi ki, çox az müddətdə fəaliyyət göstərən  Bakı Gəmiqayırma zavodunun indiki problemlərindən biri və ən başlıcası yüksək ixtisaslı yerli kadrların olmamasıdır. Elə buna görə də siz tələbələri zavoda dəvət etməkdə əsas məqsəd zavodun istehsal sahələri ilə tanış olmaq və gələcəkdə bu müasir istehsal müəssisəsində hər birinizin işlə təmin olunmağınızdır. Çox sevindirici haldır ki, bu gün zavodda çalışanların çoxu ölkəmizin Dəniz Akademiyasının məzunları və başqa dövlətlərdə bu sahə üzrə yüksək səviyyədə təhsil alıb vətənə qayıdan gənclərdir.

Daha sonra QSC-in sədri uzunluğu 168, eni 50, hüundürlüyü 17,5 metr olan Dok barədə, dokun imkanları barədə tələbələri məlumatlandırdı.

Zavoda yeni direktor təyin olunmuş Sinqapurlu Keysi Lam öz çıxışında bildirdi ki, zavodun tikintisi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ)  SinqapurunKeppel” şirkəti tərəfindən Bakı Gəmiqayırma Zavodu MMC birgə müəssisəsi yaradılmışdır. Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış razılaşmaya əsasən ARDNŞ, AİŞ və “Keppelzavodun nizamnamə kapitalında müvafiq olaraq 65, 25 və 10 faiz paya malikdirlər.

Keysi Lam qeyd etdi ki, uzunluğu 38,22 metr, eni 8,2, suya oturumu 2,25 metr olan 80 nəfərlik üç sərnişin gəmisinin tikilib “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə təhvil verilməsi və SC-in sədri ilə müqavilə imzalamağımızın qayəsi Xəzər neftçilərinə dəniz nəqliyyatı xidmətləri göstərməkdir. Azərbaycanlı gənc mütəxəssisin “Keppel” şirkətinin Sinqapurda yerləşən zavodlarında təlim və peşə hazırlığı kursları keçərək Bakı gəmiqayırma zavodunda fəaliyyətə başladıqlarını deyən R.Vəliyev, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrinin də burada uğurlu karyera qura biləcəklərini vurğuladı. QSC sədri qeyd etdi ki, bunun üçün hər bir gənc gəmiçiliyin sirlərinə dərindən yiyələnməli və savadlı mütəxəssis kimi yetişməlidirlər.

Bakı gəmiqayırma zavodunun baş direktoru Keysi Lam isə müəssisənin Azərbaycan iqtisadiyyatındakı rolundan danışdı, Sinqapurun gəmiqayırma sahəsindəki təcrübəsindən burada da istifadə olunduğunu diqqətə çatdırdı. O qeyd ki, biz Azərbaycanın inkişafına öz töhfəmizi verməyə çalışırıq.

Sonra Sinqapurda hazırlıq kursları keçən gənclər təcrübələrini tələbələrlə paylaşdı, zavodda onlara yaradılan əlverişli şəraitdən bəhs etdilər.

Sonda  Bakı gəmiqayırma zavodunun fəaliyyəti və istehsal gücündən bəhs edən videoçarx nümayiş etdirildi.

 

Kamal İBADOV,

Respublika.-2014.- 31 may.- S.5.