Dövlət Bayrağı
gününə həsr olunmuş tədbir
Noyabrın 6-da Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən “9 noyabr - Dövlət Bayrağı günü” münasibəti ilə konfrans və Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda keçirilən inşa yazı və şeir müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Fondun konfrans zalında təşkil olunan tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmed Tecim, Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Səbuhi Rzayev, millət vəkili Kamilə Əliyeva, bəstəkar Sevinc Tofiqqızı, şair Vaqif Nəcəfzadə, şagirdlər və digərləri iştirak ediblər.
İlk öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Konfransda tədbirin əhəmiyyətindən söz açılıb, müsabiqənin 2 mərhələdə keçirildiyi bildirdi.
Tədbiri giriş sözü ilə açan Raqif Abbasov qeyd etmişdir ki, məktəblilərin bu mövzuya həvəs göstərməsi və yüzlərlə şagirdin müsabiqəyə qatılması Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik gəncliyin yetişdiyinin bariz nümunəsidir.
O bildirmişdir ki, Dövlət Bayrağı ən böyük mənəvi dəyər, müstəqilliyimizin, azərbaycançılığın rəmzidir. Azərbaycan gəncliyinin milli-mənəvi ruhda tərbiyə olunmasında ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev əvəzolunmaz işlər həyata keçirib, gənclərə doğru yol göstəriblər. Azərbaycanda dövlət bayrağımızı işğal altında olan Dağlıq Qarabağ torpaqlarında ucaldacaq gənclik yetişib və gənclərimiz hər an buna hazırdırlar.
Daha sonra mükafatlandırma mərasimi
keçirildi.
İlk öncə
“Mənim bayrağım”
mövzusunda keçirilən
inşa yazı və şeir müsabiqələrində fərqlənmiş
8 şagird, sonra isə qaliblər mükafatlandırıldılar.
Qeyd edək ki, tədbirin
keçirilməsində məqsəd
Azərbaycan Dövlət
Bayrağı gününun
geniş qeyd edilməsi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramının
müvafiq bəndinin icrası, orta ümumtəhsil məktəblərinin
şagirdləri arasında
vətənpərvərlik və vətəndaşlıq
hisslərinin gücləndirilməsi,
xalqımızın çoxəsrlik
dövlətçilik ənənələrinin
davam etdirilməsinə
nail olmaq, yeniyetmə və gənclər arasında Dövlət atributlarının təbliği,
istedadlı şagirdlərin
şeir və inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin
yaradılmasından ibarət
olmuşdur.
Ramiz YUSİFLİ,
Respublika.-2014.- 7 noyabr.- S.6.