Sülhə, tərəqqiyə, iqtisadi inkişafa xidmət edən tarixi saziş

 

18 noyabr 1999-cu ildə Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri xam neftin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəql edilməsinə dair Hökumətlərarası Saziş imzalamışlar

 

Azərbaycanın neft sənayesi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən proqramlar, reallaşan yeni-yeni layihələr ölkəmizin qüdrətinin artmasına, sənaye potensialının güclənməsinə xidmət edir. Bir vaxtlar əfsanə adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq neçə illərdir ki, reallığa, gerçəkliyə çevrilərək, region xalqlarına iqtisadi səmərə gətirməkdə, ölkəmizin iqtisadi inkişafına, güclü, qüdrətli Azərbaycan quruculuğuna xidmət etməkdədir.

1998-ci ildə ulu öndərimiz Heydər Əliyev Ankarada Türkiyə və Gürcüstanın prezidentləri ilə Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin inşa edilməsi haqqında ilk Bəyannamə imzaladı. Bundan bir müddət sonra, 1999-cu ilin aprel ayında Bakı-Supsa neft kəməri işə düşdü. Bu, xarici neft konsorsiumu ilə Azərbaycan hökumətinin birgə hasil etdiyi ilkin neftin xarici bazarlara axını idi. Amma Azərbaycan neftinin Qərb bazarlarına nəqli üçün BTC-nin işə düşməsi kimi qarşıda həddindən artıq çətin işlər dayanırdı. 1999-cu il noyabrın 18-də keçirilən ATƏT-in İstanbul zirvə toplantısı Bakı-Tbilisi-Ceyhanın nəqli ilə bağlı ən mühüm sənədin imzalanması ilə yadda qaldı. Həmin toplantıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri xam neftin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəql edilməsinə dair Hökumətlərarası Sazişə imza atdılar. Eyni zamanda, ABŞ prezidentinin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən bu layihənin dəstəklənməsi haqqında və qısa müddət ərzində həyata keçirilməsi barədə İstanbul Bəyannaməsi imzalandı. 1999-cu il dekabrın 29-da Prezident Heydər Əliyev “Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin tikintisiistismara verilməsi tədbirləri haqqında” sərəncam imzaladı və bununla da layihənin həyata keçirilməsi üçün komissiya təşkil edildi.

2000-ci ilin oktyabr ayında layihə tərəfdaşlarının birgə iştirakı ilə BTC-nin Sponsorlar Qrupu yaradıldı. 2002-ci il avqust ayının 1-də Londonda BTC-nin sponsorları ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə kəmərin tikintisini və gələcəkdə neftin istismarını həyata keçirəcək “BTC Co” şirkətini təsis etdi. Bu, Azərbaycandan və Xəzər regionundan Gürcüstan vasitəsilə Türkiyənin Aralıq dənizi sahilindən Ceyhana xam neft ixrac edəcək 1762 kilometrlik boru kəmərinin reallaşması istiqamətində atılmış növbəti addım idi. Sonra isə yuxarıda da qeyd etdiyimiz kimi, hər üç ölkənin prezidentləri və ABŞ-ın energetika nazirinin iştirakı ilə Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təməli qoyuldu və kəmərin tikintisinə start verildi. 2003-cü il yanvarın 23-də Gürcüstanın Qara dəniz sahilindəki Poti limanına kəmərin tikintisi üçün ilk borular gətirildi. Azərbaycanda tikinti işlərinə 2003-cü il aprelin 8-də Səngəçal yaxınlığında kəmərin 5-ci kilometr olan hissində start verildi. Həmin il iyul ayının 30-da BTC-nin ilk boruları Azərbaycanda torpağa qoyuldu. 1762 kilometr uzunluğunda olan kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan və 1070 kilometri Türkiyə ərazisindən keçir.

Artıq böyük zəhmət, gərgin əmək və çox böyük siyasi iradə sayəsində reallığa çevrilən Bakı-Tbilisi-Ceyhan kəməri xalqımıza, iqtisadi qüdrətimizin artmasına ximət etməkdədir. 2003-2014-cü illər ölkənin neft sənayesinin inkişafında mühüm mərhələ təşkil edir. Beynəlxalq neftqaz kəmərləri region ölkələrinə və xalqlarına iqtisadi səmərə, sülh və əmin-amanlıq gətirməkdə davam edib.

“Əsrin müqaviləsi”nin imzalanmasından keçən müddət ərzində Azərbaycan neft sənayesi görünməmiş tərəqqi dövrü keçmişdir. 1994-cü ildən indiyədək xarici şirkətlərlə imzalanmış neft-qaz müqavilələri ölkə iqtisadiyyatının digər sahələrinin, habelə sosial infrastruktur obyektlərinin inkişafına əsaslı təkan vermişdir. Ötən müddət ərzində bir çox irimiqyaslı layihələr həyata keçirilmiş, neft-qaz hasilatında yüksək göstəricilərə nail olunmuşdur. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin dünya iqtisadiyyatının vacib bir hissəsinə, tranzit ölkələrdə iqtisadi inkişafın, Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz amilinə çevrildiyi, onun coğrafi-iqtisadi əhəmiyyəti bütün dünyada etiraf olunur. Vaxtilə BTC-nin uğur qazanacağına inanmayan, onu xəyal və əfsanə hesab edən qüvvələr belə etiraf edirlər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin davamlı iqtisadi yüksəlişə güclü təkan vermiş yeni neft strategiyası möhkəm elmi əsaslar üzərində qurulmuşdur və yalnız Azərbaycanı deyil, həmçinin region dövlətlərini uğurlu inkişaf magistralına çıxarmışdır.

Kəmər Mərkəzi Asiya neftinindünya bazarlarına çıxarılmasına imkan verir. Ölkə başçısının vaxtilə Qazaxıstana rəsmi səfəri çərçivəsində ARDNŞ və Qazaxıstanın dövlət şirkəti olanKazMunayQaz” arasında Transxəzər enerji sisteminin yaradılmasına dair iki sənəd – neft-qaz sahəsində strateji əməkdaşlığa dair Saziş və Transxəzər layihəsinin gerçəkləşdirilməsi haqda Birgə Memorandum imzalanmışdır. Bütün bunlar beynəlxalq neftqaz kəmərlərinin perspektivlərindən, yeni neft strategiyasının təntənəsindən xəbər verir.

“Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasimdə möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “İyirmi sentyabr ölkəmiz üçün tarixi bir gündür. İyirmi il bundan əvvəl - 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır. O, tarixi bir hadisə idi. Çünki gənc, müstəqil Azərbaycan dünyada o qədər də tanınan ölkə deyildi. Azərbaycan çox böyük problemlərlə üzləşmişdi. Erməni işğalı, vətəndaş müharibəsi, iqtisadisiyasi böhran - bütün bu amillər ölkəmizin inkişafına böyük problemlər yaradırdı, böyük maneə idi”.

Məhz ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, cəsarəti, müdrikliyi sayəsində “Əsrin kontraktı” imzalanmışdır. Beləliklə, Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranmışdır. Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa başlanmışdır. Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlamışdır. Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etmişdir. Ölkəmizin ümumi iqtisadisiyasi inkişafı məhz “Əsrin kontraktı”ndan başlamışdır. Yeni neft strategiyası 20 ildir ki, icra edilir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir.

Heç şübhəsiz ki, enerji sahəsindəki bu uğurlarımız həm ölkəmizi gücləndirir, beynəlxalq mövqelərimizi möhkəmləndirir, həm də bütövlükdə regionalcoğrafi-siyasi vəziyyətə çox böyük dərəcədə təsir göstərir. Bütün bunlar bizi irəliyə aparır. Bu layihələrin icrası nəticəsində, ilk növbədə, Azərbaycan xalqı xeyir görür, ölkəmizin iqtisadi imkanları artır, insanların həyat səviyyəsi yaxşılaşır. Güclü, qüdrətli Azərbaycan quruculuğu yolunda inamlı işlər davam edir.

“Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzərdə maraqları təmin olunmuş bəzi aparıcı Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağı artdı, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq sahəsində tamamilə yeni mərhələnin başlanğıcı qoyuldu.

“Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən Səngəçal terminalının genişləndirilməsi proqramı bu obyekti dünyanən ən nəhəng terminallarından birinə çevirmişdir. Yeni neft strategiyası bir daha Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bəyan etdi. Neft müqaviləsini imzalamaqla Azərbaycan Respublikası suveren hüquqlarının bərqərar olduğunu, tam müstəqil dövlət olduğunu bütün dünyaya bəyan etdi.

“Əsrin müqaviləsi”ndən sonrakı müddət ərzində onlarca yeni müqavilə imzalanmışdır. Bu müqavilələrin bağlanması dünya ölkələrinin şirkət və adamlarının ölkəmizə tam inam və etibarının nəticəsidir. 30 il müddətində bağlanmış “Əsrin müqaviləsi” bu müddət ərzində respublikaya 200 milyard ABŞ dollarından artıq vəsaitin daxil olmasına imkan yaradacaqdır.

Ölkə başçısı möhtərəm İlham Əliyev “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə bildirmişdir ki, “...1994-cü ildən başlayaraq bu günə qədər bütövlükdə neft-qaz sahəsində bir neçə önəmli mərhələ olmuşdur. Onların bir neçəsini mən indi sadalamaq istəyirəm. 1994-cü il sentyabrın 20-də “Əsrin konkratkı”nın imzalanması, 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması. O da çox önəmli hadisə idi. Çünki bu gün “Cənub” qaz dəhlizinin resurs mənbəyi “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur.

1999-cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdir. Bu da yeni bir ixrac marşrutu idi. 2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. O kəmər ki, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. O, bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçünbir ixrac boru kəməri kimi fəaliyyət göstərir. Ondan sonra 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisitarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır”.

Ölkə başçısı daha sonra vurğulamışdır ki, bu kəmərin yeni xəttinin tikintisi, əslində bu gün başlayır. Azərbaycan artıq “Cənub” qaz dəhlizinin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir. Ondan sonrakı dövr ərzində biz böyük layihə üzərində işləyirdik. Bildiyiniz kimi, bir neçə variant var idi. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir. TANAP layihəsi və onun həyata keçirilməsi tarixi hadisədir. Məhz TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub” qaz dəhlizinin konturları görünməyə başlamışdır. Eyni zamanda, keçən il artıq qazın satışı ilə bağlı kontraktlar imzalanmışdır. Yəni bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə “Cənub” qaz dəhlizinin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik.

Bir sözlə, son illər ərzində Azərbaycan ölkə Prezidenti İlham Əliyevin müdrik siyasəti ilə öz enerji siyasətini ardıcıl şəkildə irəliyə aparır. Heç şübhəsiz ki, əgər əvvəlki illərdə yuxarıda qeyd edilən məsələlər öz həllini tapmasaydı, “Cənub” qaz dəhlizindən söhbət gedə bilməzdi. Bütün bunlar isə tərəfdaş ölkələrlə birgə həyata keçirilir.

Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək. Baxmayaraq ki, son on il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Bu layihə ölkəmiz üçün yeni imkanlar açır.

Beynəlxalq maliyyə qurumları tərəfindən müəyyən hesablamalar var. Bu hesablamalara görə, əgər neftin 1 barelinin qiyməti 50 dollar olarsa, onda qarşıdakı 20 ildə Azərbaycan neft layihələrindən 140 milyard dollar əldə edəcəkdir. Bu bizim ölkəmizin iqtisadi dirçəlişini, xalqımızın güzəranının yaxşılaşdırılmasını təmin edən çox böyük bir məbləğdir. Məhz bu vəsaitin hesabına infrastruktur yeniləşəcək, xalqımız daha da yaxşı yaşayacaqdır. Azərbaycan çox güclü, qüdrətli bir ölkəyə çevriləcəkdir.

Azərbaycan iqtisadiyyatı ümummilli liderimiz Heydər Əliyevin yaratdığı təməl üzərində hərtərəfli və dinamik inkişaf edir. Qlobal proqramlar, irimiqyaslı layihələr, dövlət proqramları ən ümdə məqsədə - Azərbaycanın iqtisadi qüdrətinin artmasına xidmət edir. İqtisadiyyatımıza xarici investisiyaların axını güclənir.

Ümummilli liderimiz Heydər Əliyevin siyasəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycan dünyanın nəhəng neft ixrac edən dövlətlərindən birinə çevrilmişdir. Ölkə Prezidenti 2006-cı ildə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsini və “Şahdəniz” yatağından ilk qazın hasil edilməsini mühüm tarixi hadisələr adlandıraraq demişdir: “Bu iki tarixi hadisə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyən edəcək. Azərbaycanı iqtisadi cəhətdən möhkəmləndirəcək və əlbəttə ki, dünyadakı mövqelərini möhkəmləndirəcəkdir”.

Keçən müddət ərzində xarici sərmayədarların ölkə Prezidenti İlham Əliyevin apardığı xaricidaxili siyasəti dəstəkləmələri, respublikada yaranmış sabitliyə və sərmayələrin qorunmasına inamları nəticəsində ölkəmizə milyardlarla dollar həcmində sərmanyələr axını başlandı. İqtisadiyyatı inkişaf edən bir ölkə kimi bu gün Azərbaycan bölgədə liderliyini davam etdirir. Ölkə iqtisadiyyatındakı dinamik proseslər davam edir, güclü sənaye potensialı yaranır. Sosial problemlərin həlli istiqamətində məqsədyönlü tədbirlər görülür. Azərbaycanın BTC layihəsindəki, digər iri layihələrdəki iştirakından xalqımız fayda görməkdədir.

2014-cü ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 481 min 366 ton Azərbaycan nefti nəql olunmuşdur. Cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 milyon 325 min 558 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il noyabr ayının 1-ə qədər BTC-yə 259 milyon 467 min 151 ton neft vurulub. Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə ümumilikdə 353 min 558 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

2014-cü ilin oktyabr ayı ərzində 2 milyon 495 min 968 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır (Bu həcmin 1 milyon 641 min 41 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 24 milyon 594 min 844 ton təşkil etmişdir. Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il noyabr ayının 1-ə qədər Ceyhan limanından 257 milyon 738 min 758 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismara verilməsi neft sənayemizin zəngin tarixində həqiqətən mühüm bir mərhələdir. Bu, Xəzərdəki neft həcmlərini bir əsr ərzində ilk dəfə yenidən bir araya gətirir və dünya bazarına çıxarır.

Vaxtilə - 18 noyabr 1999-cu ildə Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri xam neftin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəql edilməsinə dair Hökumətlərarası Sazişi imzalamaqla tarixi bir qərar verdilər. Artıq neçə illərdir ki, BTC region ölkələrinə əmin-amanlıq, rifah gətirməkdədir.

 

Tofiq ƏBDÜLHƏSƏNLİ,

Respublika.-2014.- 18 noyabr.- S.8.