Aşıqlar festivalı keçirilmişdir

 

Gədəbəy rayonunda II Beynəlxalq Aşıq Festivalı böyük maraqla qarşılandı.

13 noyabr 2014-cü il tarixdə Gədəbəy rayonu Aşıq musiqi məktəbində, Heydər Əliyev Fondunun himayəsi altında və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Beynəlxalq Aşıq Festivalı uğurla keçirilmişdir. Tədbirdə Gədəbəy Rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, RİH Başçısı aparatının məsul işçiləri, Azərbaycanın görkəmli ziyalısı, professor Qəzənfər Paşayev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, eyni zamanda idarə, müəssisə, təşkilat və hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Festivalı giriş sözü ilə Gədəbəy Rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov açaraq, festival iştirakçılarını salamladı və bildirdi ki, bu gün tarixi bir gündür. Belə ki, II Beynəlxalq Aşıq Festivalı Gədəbəy rayonunda keçirilir. Festivalda Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyasından və Azərbaycanın bütün bölgələrindən aşıqlar dəvət olunmuşlar.

Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın muğamla yanaşı, ölkəmizin aşıq sənətinin də geniş təbliği məqsədi ilə apardığı ardıcıl və kompleks işlər bəhrəsini verməkdədir. Məhz Heydər Əliyev Fondunun xətti ilə reallaşdırılan silsilə tədbirlər sayəsində Azərbaycanın Aşıq Musiqisi artıq xaricdə də böyük rəğbət qazanmışdır və dünya musiqi inciləri sırasında layiqli mövqeyini tutmaqdadır. Azərbaycanda aşıqlar yurdu kimi tanınan bölgələrimiz çoxdur. Bu baxımdan dağlar qoynunda yerləşən Gədəbəyin də özünəməxsus yeri vardır. Hazırda Gədəbəydə 150-dən çox aşıq var. Əməkdar mədəniyyət işçisiprezident təqaüdçüsü aşıq İsfəndiyar Rüstəmovun rəhbərliyi ilə rayondaXalq aşıqları” ansamblı fəaliyyət göstərir və ansambl fəaliyyətini daim genişləndirir.

Daha sonra çıxış edən Azərbaycanın görkəmli ziyalısı, professor Qəzənfər Paşayev festivalın hazırlanmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi.

Sonra söz saz-söz ustadlarına verildi. Festivala dəvət olunmuş Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyasından və Azərbaycanın bölgələrindən olan aşıqlarla yanaşı, Gədəbəy aşıqları öz gözəl ifaları ilə qonaqları valeh etdilər. Gədəbəy ictimaiyyəti tədbiri böyük maraqla qarşıladı.

 

Eyvaz HƏmid,

Respublika.-2014.- 18 noyabr.- S.10.