Bakıda III Beynəlxalq Uşaq Konfransı keçirildi

 

13-15 noyabr tarixlərində Bakıda “3R - Reuse, Reduce, Recycle” (Yenidən istifadə et, Azalt, Çeşidlə) şüarı altında III Beynəlxalq Uşaq Konfransı keçirildi. Almaniya, Latviya, Macarıstan, Ukrayna, Rusiya, Belarus, Gürcüstandan olan məktəblilərin də iştirak etdiyi konfrans Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-in təşkilatçılığı ilə baş tutdu.

Bu günlər ərzində qonaqlar Şəhidlər xiyabanını ziyarət etdilər, Azərbaycanın yeni tarixi barədə məlumat əldə etdilər. Qala qəsəbəsində yerləşən Etno-Ekoloji Mərkəzdə təşkil olunan rəsmi açılış mərasimində iştirakçılara “Təmiz Şəhər” ASC-in şöbə müdiri Oqtay Məmmədov və təşkilatçı qurum olanEkoSfera” Mərkəzinin rəhbəri Firuzə Sultan-zadə ətraf mühit, tullantıların idarə olunması, həyata keçirilmişicra olun layihələr, gələcək planlar barədə verdiyi faydalar barədə məlumat veriblər. Tədbirdə yerli ekspertlərlə yanaşı, xarici ekspertlərin də çıxışları və təqdimatları dinlənilib. Məktəblilər daha sonra komandalara bölünərək ekoloji layihələr hazırlamağa başlayıblar. Tədbirin ilk gününün sonunda Qala qəsəbəsində yerləşən Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə səfər təşkil edilib.

Tədbirin növbəti günündə “Təmiz Şəhər” ASC-yə məxsus Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarında maarifləndirici tur təşkil edilib. Qonaqlar burada  tullantıların idarə edilməsi ilə əyani tanış olub, onları maraqlandıran suallara mütəxəssislərdən cavab alıblar. Uşaqlar həmin gün Heydər Əliyev Mərkəzində də olublar. Burada ekspozisiyalaruşaq proqramları ilə tanış olublar.  Məktəblilər 5 qrupa bölünərək 1) Göllər və çaylar, 2) Dənizlər və çimərliklər, 3) Meşələr və dağlar, 4) Çöllər və bağlar, 5) Parklar və şəhər mövzularında qrup işləri görüblər. İş gününün sonlarına doğru təlimçilər və xarici eksperlət üçün seminar keçirilib.

Konfransın son günündə xarici və azərbaycanlı məktəblilər ASAN xidmət mərkəzində oldular. Konfrans iştirakçıları yarım gün könüllü kimi ASAN üçün işlədilər.

Daha sonra konfrans Qala qəsəbəsində Etno-Ekoloji Mərkəzdə uşaq qruplarının layihələrinin təqdimatı olub. Məktəblilər təklif olunan layihələri müzakirə ediblər.

EkoSfera” Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən konfransın sonunda tədbir iştirakçılarına diplomlar təqdim olunub.

 

Respublika.-2014.- 18 noyabr.- S.11.