Gəncə Dövlət Universiteti yeni inkişaf mərhələsində

 

Çağdaş tariximizdə Azərbaycan dövlətinin özünütəsdiq faktına çevrilmiş Heydər Əliyev fenomeni respublikaya rəhbərliyi dövründə möhkəm təməllərə əsaslanaraq, fundamental dövlətçilik ənənələri formalaşdırmış, milli müstəqilliyimiz əbədiləşmişdir. Yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, intellektuallıq, milli mənəvi dəyərləri daim uca tutması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik kimi yüksək və zəngin keyfiyyətlər sayəsində dahi şəxsiyyətin qurub-yaratdığı müstəqil Odlar Yurdu dünyada öz layiqli yerini tutmuşdur.

Son illər Azərbaycanın qazandığı yeni-yeni uğurlar hər birimizdə böyük fəxarət hissi doğurur. Artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın ən islahatçı dövlət olduğunu etiraf edir, innovativ inkişafda olan dövlət kimi tanıyır və yüksək inkişaf tempi layiqincə qiymətləndirilir. İldən-ilə güclənən dövlətimiz bütün sahələrdə olduğu kimi, milli təhsilin inkişafına da böyük diqqət və qayğı göstərir, təhsil islahatı bu gün prioritet istiqamət təşkil edir, bu isə artıq öz bəhrəsini verməkdədir.

Bu gün Azərbaycanda ümummilli liderin arzuladığı ideyaları uğurla həyata keçirən praqmatik dövlət başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin titanik səyi nəticəsində sürətli və innovativ inkişaf göz qabağındadır. Daha savadlı, geniş dünya görüşünə və yüksək intellektual səviyyəyə malik gələcək nəslin yetişdirilməsi üçün yeni təhsil ocaqlarının tikintisi, onların texniki təminatının daha da yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması prioritet məsələlərdəndir. Çiçəklənən Azərbaycanımızın cəvahiri olan, sözün əsl mənasında, inanılmaz templə gözəlləşən Şeyx Nizami yurdu, ulu Gəncədə fəaliyyət göstərən, bütün infrastrukturlar yeniləşmiş, elm-təhsil, səhiyyə və mədəniyyət ocaqlarında aparılan məqsədyönlü islahatlar və irimiqyaslı layihələr yüksək səviyyədə həllini tapmışdır. Ali təhsil ocaqlarının hamısı zövqlə, dizaynla, şəhərin üslubunamüasir standartlara uyğun təmir olunmuş, maddi texniki bazası möhkəmləndirilmişdir. Yüksək kadr hazırlığı ilə məşğul olan çox qədim və zəngin ənənələrə malik Gəncə Dövlət Universitetində də dövlət başçısının diqqət və qayğısı ilə əsaslı yenidənqurma, tikinti -abadlıq işləri aparılmış, professor-müəllim və tələbələr üçün maksimum şərait yaradılmış, müasir tədris avadanlıqları ilə təchiz olunmuşdur. Məhz bunun nəticəsidir ki, müasirliyi və tədris prosesinin yüksək keyfiyyətinə, tələbələrin intellektual səviyyəsinin yüksəkliyinə və digər sahələrə görə Respublikanın qabaqcıl ali təhsil müəssisələrindən biri olmuşdur. Qocaman Gəncə Dövlət Universiteti, yaradılandan bəri Avropa təhsilinin və mədəniyyətinin əsas hissəsi olub, özündə klassik universitetin konsepsiyasını, onun tədqiqatlarını və təhsilini təcəssüm etdirmişdir. Universitetin məramı məhz kamil insan, bacarıq və vərdişlər sisteminə yiyələnməklə bərabər, həm də sosial ədalət bilicisi, sosial ədalət daşıyıcısı və sosial ədalət müdafiəçisi kimi bir vətəndaş yetişdirməkdir.

Bu gün zəngin tarixə malik Universitetin nailiyyətlərinə nəzər salmaq üçün bütün həyatını elmə sərf etmiş alim, elmlər doktoru, professor, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov ilə görüşdükbu haqda məlumat verməyini xahiş etdik. O dedi ki, ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitet statusuna malik olaraq Gəncə Dövlət Universiteti adlandırılmış bu təhsil ocağı keçən müddət ərzində respublikamızın təhsil sahəsində layiqli mütəxəssislərin hazırlanmasında öz sözünü demiş, gözəl bir ənənəyə sahib olmuş, yüksək reytinqli bir təhsil ocağına çevrilmişdir. Bu reytinqin göstəricilərindən biri yüksək bal toplayan tələbələrin bu təhsil ocağını seçməsidir. Bu gün çox dəyərli professor-müəllim tərəfindən bu ənənə uğurla davam etdirilir, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın reallaşdırılmasında, təhsilin Avropa standartlarına uyğun həyata keçirilməsində əzmlə çalışırlar.

Məlumdur ki, sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin, etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyietik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Bu baxımdan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı və diqqəti sayəsində son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ-hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində məqsədyönlü geniş tədbirlər həyata keçirilmişdir. Müasir dünya standartlarına cavab verən çoxsaylı məktəb binaları, ali təhsil müəssisələri tikilmiş və əsaslı təmir-bərpa işləri uğurla aparılmış, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir.

Universitetin əsas məqsədi yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd olunduğu kimi, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi əsas məsələdir. Hər şeydən əvvəl təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması, təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması bu gün universitetin prioritet məsələlərindəndir.

Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar universitetin intellektual potensialının əsasını təşkil edir. Müasir dövrdə də ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi, insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. Bu isə sadəcə olaraq hər iki tərəfin — təhsilverənin və təhsilalanın müasirləşməsini nəzərdə tutur. Məhz hər iki tərəfin də uğurlu nəticəsini əldə etmək üçün əsas şərtlərdən biri müasir tələbata uyğun və təhsilalma şəraitinin yaradılmasıdır ki, universitet bu sahədə ciddi irəliləyişlər əldə etmişdir. Gəncə Dövlət Universitetinin müasir tələblərə cavab verəcək Heydər Əliyev prospekti, Əhməd Cəmil küçəsi-1, Heydər Əliyev prospekti-9, Mikayıl Müşfiq küçəsi-19 ünvanlarında yerləşən 4 tədris binası, yataqxanakitabxana tələbələrin və professor-müəllim heyətinin istifadəsindədir. Onu xüsusilə qeyd etmək yerinə düşərdi ki, universitetin çox zəngin kitabxanası vardır. Bu kitabxanadan hətta digər ali təhsil ocaqları da istifadə edir, yararlanırlar. Tədris korpusunun hamısında internet xidməti mövcuddur. Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Aztelekom tərəfindən bütün korpuslara fiber optik kabelin çəkilişi uğurla başa çatdırılmışdır.

Universitetin hərtərəfli inkişaf etdiriməsi amillərindən biri də məhz ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlıqdır. Bu, hər şeydən əvvəl mütəxəssis mübadiləsi, təhsil sahəsində qabaqcıl təcrübənin mənimsənilməsi, elmimetodiki sahələrdə yeniliklərin əldə edilməsi, onlardan bəhrələnmə və dünyagörüşünün artması deməkdir. Gəncə Dövlət Universiteti elmi-tədqiqat və beynəlxalq əlaqələr sahəsində də irəliləyişlərə nail olmuşdur. Təkcə onu demək kifayətdir ki, 2013/2014-cü tədris ilində Beynəlxalq və Respublika elmi konfranslarında 450 məruzə edilmiş, 50-dən yuxarı məqalə xaricdə dərc olunmuş, oxuculara çatdırılmışdır.

Son bir neçə ayda Gəncə Dövlət Universitetinin müəllimləri Portuqaliyada, Polşada, Hollandiyada, İspaniyada mübadilə proqramı çərçivəsində təlimlər keçmişdir. Universitetin 9 nəfər tələbəsi 2014/2015-ci tədris ili üçün Fransa və Finlandiyanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanmışlar. Məhz bu innovativ xarakterli yeniliklərin nəticəsidir ki, müəllimlər və tələbələrimiz elmi-pedaqoji sahədə uğurlar əldə etməkdədirlər.

Onların bu fəaliyyətləri dövlət tərəfindən həmişə diqqət və qayğı ilə əhatə olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2 nəfərə Əməkdar elm xadimi, 10 nəfərə Əməkdar müəllim, 1 nəfərə Əməkdar rəssam, 1 nəfərə Əməkdar jurnalist kimi fəxri adlar, 13 nəfərə isə “Tərəqqi” medalı verilmişdir. Təhsil nazirinin əmri ilə 20 nəfər əməkdaş “Qabaqcıl təhsil işçisi” medalına layiq görülmüşdür. Fərəhli haldır ki, tələbələr idman aləmində də doğma universitetlərinin şərəfini qorumuş, bir nəfər karate üzrə dünya çempionu olmuş, bir çoxları dəfələrlə diplomsertifikatlarla, qələbələrlə geri dönmüşlər. Eyni zamanda tələbələr mütəmadi olaraq bilik yarışlarında, fənn olimpiadalarında iştirak edirlər. Bu cəhət də ürəkaçandır ki, tələbələrimiz əksər müsabiqələrdən uğurla qayıdırlar. Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının təşəbbüsü ilə Azərbaycan təhsilinin hamisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar “Ulu öndər Heydər Əliyev irsini öyrənirik” mövzusunda keçirilən bilik yarışında Universitetimizin tələbələri birinci yerə sahib olmuşlar.

Respublikanın prestijli ali məktəbləri sayılan Bakı Dövlət Universiteti başda olmaqla Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Ali Neft məktəbi ilə bağlanan müqavilələr diqqətəlayiqdir.

Bu müqavilələrdə tərəflər elmi-pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyət növlərinin yerinə yetirilməsini bəyan edirlər. Mövcud müqavilələrə əsasən ali təhsil müəssisələri birbaşa əlaqə və əməkdaşlıq yaratmaq üçün professor və müəllim heyətini dəstəkləyəcəklərini və zəruri tədbir görəcəklərini bildirirlər. 8 maddədən ibarət müqavilələrdə mövcud fakültələr və kafedralar arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin, layihələrinin yerinə yetirilməsi, professor-müəllim heyəti, doktorant və magistrlər üçün hər iki ali təhsil müəssisəsində təkmilləşdirmə kursları və tədris, elmi-tədqiqat praktikalarının təşkili, elmi araşdırma aparmaq, təlim kursları və seminarlar keçirmək məqsədilə, universitet əməkdaşlarının qısa və ya uzunmüddətli mübadiləsi, hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyəti tərəfindən magistrdoktorantlara elmi rəhbərlik edilməsi, onların elmi-tədqiqat təcrübələrinin təşkil edilməsi nəzərdə tutulmuşdur.

Son altı ayda Türkiyə Cümhuriyyətində “Mövlana” mübadilə proqramı çərçivəsində iyrimi ali təhsil müəssisəsi ilə, o cümlədən Kastamonu, Giresun, Firat, Ərzurum Teknik, Çankaya, Ərzincan, Nevşehir Hacı Bektaş Vəli, Bitlis Eren, Aksaray, Uşak, Bozok, Cümhuriyyət, Hacettepe, Ərdahan universitetləri ilə müqavilələr imzalanmışdır. Onu qeyd etmək yerinə düşərdi ki, bu məsələlərlə məşğul olan elmtexnika üzrə prorektor Pərvin Kərimzadənin ciddi fəaliyyəti nəticəsində ali məktəblərlə əməkdaşlıq sahəsində uğurlar əldə edilmiş, bir neçə istiqamətdə yüksək reytinqə malik ali məktəblərlə müqavilələr bağlanmışdır. Avropa istiqamətində Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belarusiyanın Vitebsk, Ukraynanın Poltava Ticarət və İqtisad Universiteti, Gürcüstanın Tbilisi, Kutaisi Dövlət universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın Bakı Dövlət, Sumqayıt Dövlət, Texniki universitetləri, AMEA Aşqarlar Kimyası, AMEA Kimya Problemləri İnstitutu, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq uğurla davam etdirilir.

Gəncə Dövlət Universiteti Avropa İttifaqının “TEMPUS” və “Erasmus Mundus Windows Lot 5” proqramları çərçivəsində beynəlxalq əlaqələrdə iştirak edir. Fransanın Reym-Arden Universiteti, Kral Dövlət Universiteti, Yunanıstan Saloniki ATEİ, Hollandiya Haz-den-bosh Universiteti, Bolqarıstan Rousse Universiteti, Fransa Angers Universiteti, İtaliya Viterbo şəhəri Tucia Universiteti, Litva Mikolas Remarius Universiteti, Latviya Rezekne Universiteti, Qafqazda Tiflis Dövlət Universiteti, Batumi Dövlət Universiteti, Kutaisi Dövlət Universiteti, Telavi Dövlət Universitetibaşqa universitetlərlə əməkdaşlıq müqaviləsi çərçivəsində fəaliyyət göstərir.

Bütün dövlətlərdə ali təhsilin Avropa modeli üzrə inkişafı məqsədinə, müəllim və tələbələrin mübadiləsinə xidmət edən “ERASMUS” proqramında iştirak etməyimiz, həqiqətən, universitetimiz üçün ciddi bəhrə vermişdir. Bu əməkdaşlıq ilbəil inkişaf etdirilir. Keçən il yalnız iki tələbə bu proqramdan bəhrələnmişsə, 2014-2015-ci tədris ilində onların sayı 10 nəfərə çatdırılmışdır. Həmin tələbələr İtaliyada, Fransada, PolşadaFinlandiyada bakalavr, magistraturadoktorantura səviyyəsində təhsillərini davam etdirəcəklər.

Alman akademik mübadilə xidməti olanDAAD”la da universitetin əlaqələri mövcuddur. Alman dili kafedrasının təşəbbüsü ilə “DAAD” təşkilatı alman dili müsabiqəsi keçirmiş bu müsabiqədə qalib olan 6 nəfər tələbə Almaniyanın müxtəlif ali məktəblərində bir müddət təhsil alacaqlar.

Universitetin fransız dili kafedrası Strasburq Universiteti ilə ciddi əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə Universiteti bitirmiş tələbələrin buraxılış işləri imtahanı fransızlar tərəfindən qəbul edilir (GDU Strasburq universitetləri arasındakı əməkdaşlıq müqaviləsinə əsasən).

Azərbaycan Respublikasının Təhsil Nazirliyi müxtəlif elmi tədbirlərin, o cümlədən Respublika beynəlxalq elmi konfransların, simpozium konqreslərin keçirilməsinə xüsusi diqqət yetirir. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə hər il keçirilən beynəlxalq Respublika elmi konfransları Təhsil Nazirliyinin tabeliyində olan bütün ali təhsil müəssisələrini əhatə edir. Ali məktəblərdə bu tip tədbirlər beynəlxalq əməkdaşlıq, təhsilin uğurla nəticələnməsi, elmi-metodiki təcrübələrin mübadiləsi, əməkdaşların elmi maraqlarının artması, elmi fəaliyyətdə məsuliyyətlərinin ciddiləşməsi baxımından olduqca əhəmiyyətlidir. Bu məqsədlə Gəncə Dövlət Universiteti may-iyun aylarında iki genişmiqyaslı elmi konfrans keçirmişdir: Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi iləMüasir biologiya kimyanın aktual problemləriRiyaziyyat İKT-nin tətbiq sahələri. Yeni tədris texnologiyalarımövzusunda keçirilmiş beynəlxalq konfransda nüfuzlu ali məktəb nümayəndələri, AMEA-nın institutlarını təmsil edən 125-dən artıq alim, altı ölkənin təmsilçiləri iştirak etmişlər. Konfransın materiallarının kitab şəklində nəşr etdirilməsi isə iştirak edən alimlər, eyni zamanda universitetin tarixi üçün ən layiqli hədiyyə olmuşdur.

Praktik təcrübələrin keçirilməsi məsələsi həmişə xüsusi diqqət mərkəzindədir. Hətta təcrübələrə verilən vaxtlar da kifayət qədər artırılmışdır. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyinə ciddi məsuliyyətlə yanaşlmalıdır. Universitetin rəhbərliyi bu sahəyə daim xüsusi diqqət yetirir. Tələbələrimizin təkcə nəzəri cəhətdən yox, həm də pedaqoji təcrübə baxımından layiqli mütəxəssislər kimi yetişmələrinə hər cür imkan yaradılmışdır.

Universitet tələbələrinin idmanın müxtəlif növləri üzrə hazırlaşmaları üçün hər cür şərait yaradılmışdır. Şübhə yoxdur ki, onların lazımi səviyyədə təhsil almaları ilə bərabər, sağlam insan kimi yetişmələri də rəhbərliyin diqqət mərkəzindədir. Atalar demişkən, “Sağlam bədəndə, sağlam ruh olar”. Cənab Prezidentin Respublika üzrə idmana, idman tikililərinə göstərdiyi qayğının əvəzsiz olduğu göz qabağındadır. Universitetimizbu doğma, isti diqqət və qayğıdan qədərincə bəhrələnmişdir. Tələbələrimiz rəhbərliyin qayğısını dərk edir, qiymətləndirir, həmişə öndə olmaq üçün səy göstərirlər.

İdman gününə həsr edilmiş yarışlarda, Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyinə həsr edilmiş spartakiadada, aprel-may aylarında idmanın müxtəlif növləri üzrə ali təhsil müəssisələrinin respublika spartakiadasında universitetin qız və oğlanlardan ibarət komandası böyük uğurlar qazanmışlar.

Universitetin hərtərəfli inkişafına, Avropa ali məktəbləri səviyyəsinə çatacağına möhkəm inam və davamlı fəaliyyət vardır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqət və qayğısından bəhrələnən universitetin kollektivi daha da irəli addımlamaq əzmindədir.

 

Zabit XƏLİLOV,

Respublika.-2014.- 1 oktyabr.- S.6.