Nobel mükafatçısı İqtisad Universitetində olub

 

Piter A.Daymond 2010-cu ildə iqtisadiyyat üzrəAxtarış müqavimətli bazarın təhlilisahəsində uğurlarına görə Nobel mükafatına layiq görülüb. Massaçusets Texnologiya İnstitutunun sosial təminat, təqaüdlər və vergi üzrə mütəxəssisi, professordur. O, həmçinin ABŞ prezidenti Barak Obamanın göstərişi ilə Federal Ehtiyatlar Sisteminin İdarəetmə Şurasının üzvü təyin olunub.

Ekspertlər iqtisadiyyat üzrə 2010-cu ilin Nobel mükafatı laureatlarını makroiqtisadiyyatın klassikləri hesab edirlər.

Oktyabrın 1-də Nobel mükafatı laureatı Piter A.Daymond Azərbaycan Dövlət İqtisad Universitetinin qonağı olub. Amerikalı iqtisadçı ADİU-nun professor-müəllim heyəti və tələbələri ilə görüşüb.

Tədbir Piter A.Daymondun həyat və fəaliyyətini əks etdirən qısa filmlə başlayıb. Universitetin rektoru, professor Ədalət Muradov Nobel mükafatçısını bu təhsil ocağında görməkdən məmnun olduğunu bildirərək, cənab Daymondun elmdə əldə etdiyi nailiyyətlərdən danışıb. ABŞ prezidenti Barak Obamanın Piter A.Daymondu  birtərəfli iqtisadçı kimi qəbul etdiyini vurğulayıb.

Sonra rektor Ədalət Muradov Nobel mükafatı laureatı Piter A.Daymonda universitetin “Fəxri doktoru diplomunu təqdim edib.

Piter A.Daymond tədbirdə çıxış edərək, İqtisad Universiteti ilə tanışlıqdan və universitetin “Fəxri doktoru adına layiq görülməkdən məmnun olduğunu qeyd edib. Nobel mükafatçısı dünya iqtisadiyyatında, xüsusən də qlobal əmək bazarında gedən proseslərə münasibətini bildirib.

Əmək bazarının  iqtisadiyyata təsirinin böyük olduğunu deyən P. Daymond qeyd edib ki, sadə modelləri tapa bilmək üçün o, 10 il vaxt sərf edib. Həmçinin, vurğulayıb ki, “Əvvəllər qiymətin formalaşmasının tələb-təklifdən asılı olduğu bildirilirdi, indi isə bu məsələyə tələb-təklif aspektindən yanaşmaq düzgün deyil. Hazırki dövrdə alıcı məhz internet vasitəsilə tələb olmasa da məhsulu almaq üçün şirnikləndirilir. Pərakəndə bazarda qiymətin adi bazardan fərqli olmasının səbəbi alıcıların məlumatının az olmasıdır”.

Tədbirin sonunda qonaq universitetin müəllim və tələbələrinin suallarını cavablandırıb.

 

E.AĞƏLİOĞLU,

 Respublika.-2014.- 2 oktyabr.- S.8