Almaniyada Azərbaycan təhsilşünaslığına dair monoqrafiya nəşr olunmuşdur

 

İndi dünyada yüksək ixtisaslı kadrların əməyi intellektual əmək hesab olunur. İntellektual əmək işçisi isə hər hansı müəssisə və ya təşkilatın ən vacib və dəyərli resursları sayılır. Çünki intellektual əmək və ya yüksək ixtisaslı kadrların əməyi, onların bilik və bacarığı başlıca istehsal resursu kimi meydana çıxır. Ona görə də müasir dövrdə yeni iqtisadi anlayış “bilik iqtisadiyyatı” və ya “biliklərə əsaslanan iqtisadiyyat” anlayışları meydana gəlmişdir. Məşhur iqtisadçı D.Bell bu mənada qeyd edir ki, “gələcəkdə əhalinin yüksək sosial təbəqələrə aid olanaid olmayan hissələrə bölünməsi onların maddi vəziyyəti ilə deyil, yeni biliklər yaratmaq iqtidarında olan intellektual potensialı-bilik daşıyıcıları ilə müəyyənləşəcəkdir”.

Müasir dövrdə təhsilşünaslığa dair beynəlxalq tendensiyalara diqqət yetirsək, görərik ki, yüksək hazırlığa malik kadr potensialı həm də sosial iqtisadi, bir az da geniş anlamda qeyd etsək, milli təhlükəsizlik baxımından əhəmiyyətli rol oynayır.

Bu mənada Azərbaycan Respublikasının prezdenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda deyilir: “Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır.”... Qeyd olunanlarla yanaşı, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir”.

Yeni nəsil pedaqoji elminin istedadlı nümayəndələrindən biri olan Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru, baş elmi işçi, Rusiya Təhsil Akademiyasının akademiki Hümeyir Əhmədovun Almaniyada ingilis dilində nəşr edilmiş “Azərbaycanda təhsilin inkişaf strategiyası” əsərini (The Strategy of Education Development in Azerbaijan. Saarbrücken, Deutschland / Germany. LAP LAMBERT Academic Publishing, 2014, 245 p.) son illərin ciddi elmi araşdırmalarından hesab etməklə, ingilis dilində nəşr edilən ilk milli monoqrafiya kimi xüsusi təqdirə layiqdir.

Ölkədə müasir təhsilin başlıca inkişaf tendensiyasının tədqiqinə həsr edilmiş araşdırmalar, eyni zamanda son 20 ildə milli təhsilin inkişafına aid rəsmi sənədlərlə birlikdə ilk dəfə işıq üzü görür. Monoqrafiya ilə ətraflı tanışlıq zamanı öyrənirik ki, müəllifin əsas məqsədi müasir təhsil siyasətinin başlıca uğurlarını şərtləndirən bütün nüansları göstərmək, əsaslı islahatyönümlü tədbirlərin həyata keçirilmə prosesini qabartmaqla ulu öndər Heydər Əliyevin bu sahədə müstəsna əhəmiyyətli taleyüklü xidmətlərini qeyd etmək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil sahəsindəki fəaliyyətinin öyrənilməsində obyektiv mənbə kimi mühüm əhəmiyyət kəsb edən materialları, bu inkişafı şərtləndirən normativ-hüquqi bazanın təminatçısı olan rəsmi sənədləri “Əlavələr” şəklində təqdim etməklə, müəllif bu işin öhdəsindən uğurla gəlmişdir.

Cəmiyyət qarşısında dayanmış bir sıra əsaslı problemlərin həlli ilk növbədə təhsilin tərəqqisindən keçir. Təsadüfi deyil ki, Azərbaycanın və ümumilikdə dünyanın indiyə qədər yetirdiyi ən böyük mütəfəkkirlər onları düşündürən mənəvi idealların təntənəsini məhz təhsildə, insanların maariflənməsində axtararaq zəmanələrinin böyük maarifpərvərləri kimi tarixdə əbədilik qazanmışlar. Onların hələ yüzilliklər boyunca düşüncələrə səpdikləri maarif toxumları indi öz bəhrəsini verir. İnformasiya əsri adlandırılan XXI əsrin hər birimizi təəccübləndirən elmi-texniki möcüzələri, bütün dünyada demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təminatı istiqamətində qazanılan nailiyyətlər elmi, təhsili vaxtı ilə bəşəriyyət üçün vacib sosial amilə çevirməyə müvəffəq olmuş fikir adamlarının bu gün gerçəkləşən arzularıdır.

Dörd fəsildən ibarət olan monoqrafiyada Azərbaycanda təhsil tarixinə ümumi nəzər yetirməklə, təhsilin son dövr inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin ictimai-pedoqoji təhlili aparılır. Onun təhsilə, elmə, mədəniyyətə qayğısı sonralar Moskvaya rəhbər işə irəli çəkilərkən daha geniş masştab almış, ölkədə təhsil islahatının təşəbbüsçüsü və əsas qayğıkeşi olmuşdur. Digər mühüm məsələ monoqrafiyada ulu öndərin təhsillə bərabər xüsusi bölmədə elmin inkişafına qayğısının verilməsi və nəhayət, müstəqillik dövründə, yəni hakimiyyətə ikinci qayıdışı dövründə milli təhsil quruculuğundakı xidmətlərinin ayrıca başlıqla tədqiqata cəlb edilməsi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir quruculuq prosesinin əsas istiqamətlərinə, xüsusilə bu inkişafın tərkib hissəsi olan təhsilin modernləşməsi sahəsində görülən işlərə, o cümlədən iqtisadi potensialın inkişaf etmiş insan kapitalına yönəlməsi sahəsində görülən işlər təhlil edilir, müasir cəmiyyətdə vətənpərvərliyin və xeyirxahlığın ali ünvanı olaraq Heydər Əliyev Fondunun, onun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın təhsil quruculuğu sahəsindəki çoxşaxəli fəaliyyəti araşdırılır. Bütün bunlar monoqrafiyada konkret faktlarla verilmişdir.

Əsərin I və II fəsli Azərbaycan təhsilinin inkişaf tarixinə xronoloji baxış olmaqla bərabər, son dərəcə geniş statistik rəqəm və hesabatlara istinadən faktoloji materiallara əsaslanaraq orijinal araşdırmanı ərsəyə gətirə bilməsi xüsusi qeyd edilməlidir. III fəsli isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti dövrü təhsilin inkişafı sahəsində görülən işlərin tədqiqi və təhlilinə həsr edilmişdir. Onun, “Bizim ən böyük resursumuz insanların biliyidir, savadıdır. Biz öz imkanlarımızdan səmərəli istifadə edərək maddi kapitalı insan kapitalına çevirməliyik” fikrini əsas götürən monoqrafiya müəllifi bu dövrdə təhsilin modernləşməsi və beynəlxalq standartlara inteqrasiyası baxımından həyata keçirilən layihələri milli genefondun yeni intellektual inkişafını təmin etmək baxımından tarixi əhəmiyyətini tədqiqata cəlb etmişdir. Göstərilən fəsildə toxunulan məsələlərin elmi-yanaşma arealı da geniş coğrafiyası ilə diqqəti cəlb edir: müasir təhsilin strategiyası, milli kurikulum, dərslik siyasəti, informasiya əsrinin meyarları, “Azərbaycanda distant təhsil”, “Təhsil yoxsulluğa qarşı”, “Azərbaycanda ali təhsilin inkişaf perspektivləri”, “Boloniya prosesi-reallıqlar, problemlər, perspektivlər”, “Azərbaycan təhsilində yeni istiqamətlər, yaşlıların təhsili, insan kapitalı”.

Müasir quruculuq prosesində təhsil quruculuğu, xüsusilə bu sahədə formalaşmış beynəlxalq əlaqələr xüsusi yer tutur. Bu sahənin əsas istiqamətləri tələbə, şagirdmagistr mübadiləsi, birgə elmi-tədqiqatlar, beynəlxalq və regionlararası təhsil proqramlarına qoşulmas. ibarətdir. Bunun nəticəsidir ki, Azərbaycan təhsil müəssisələri YUNESKO, YUNİSEF, YUNEVOK, İSESKO, Avropa Şurası, Avropa Təhsil FonduAvropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumların işində fəal iştirak edirlər. Beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlığın nəticələrindən biri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən TEMPUS / TASİS proqramına Azərbaycan ali məktəblərinin fəal cəlb olunmasıdır.

Son illər ərzində Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində ölkəmizin 16 ali məktəbini əhatə edən 4,4 milyon avro məbləğində 21 layihə həyata keçirilmişdir. Layihə çərçivəsində tələbə mübadiləsi, mütəxəssis hazırlığı, müəllimlərin xaricdə staj keçməsinin təşkili, ali təhsil müəssisələrinin müasir informasiya texnologiyaları və tədris avadanlıqları ilə təchizatı üzrə tədbirlər reallaşdırılmışdır.

Əsərdən bir daha öyrənirik kı, Təhsil Nazirliyinin ən səmərəli və ahəngdar əməkdaşlıq ediyi beynəlxalq təşkilatlardan biriYUNİSEF-dir. Azərbaycan hökuməti ilə imzalnmış Əməkdaşlıq Proqramı çərçivəsində 2000-2004-cü illər arasında “Erkən uşaqlıq dövründə inkişafdaha yaxşı valideynlik təşəbbüsü”, “Fəal təlim və məktəb rəhbərliyi”, “İnkişaf üçün təhlil və Uşaq Hüquqları Konvensiyası”, “Təhsil sistemində məlumatların və təhlillərin təkmilləşdirilməsi”, “Gənclərin sağlamlığı və inkişafı”, “Valideyn-müəllim Assosiasiyasının yaradılması”, “Mina təhlükəsinə dair maarifləndirmə” kimi layihələr üzrə çox uğurlu işlər aparılmışdır. Son illərdə əməkdaşlıq proqramı  çərçivəsində həyata keçirilən tədbirlərə ildə 300 min ABŞ dolları olmaqla ümumilikdə 1,5 milyon ABŞ dolları həcmində vəsait sərf edilmişdir. Konkret faktlara istinadən milli təhsilimizin beynəlxalq əlaqələrinin geniş mənzərəsinin yaradıldığı monoqrafiyadan öyrənirik ki, “Təhsil Nazirliyi ABŞ, Fransa, Böyük Britaniya, Qazaxıstan, Almaniya, Rusiya, Çin, Yaponiya, İsrail, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Misir, Hindistan, Ukrayna, Gürcüstan, Moldova, Çexiya, Slovakiya, ÖzbəkistanPolşa kimi ölkələrlə birbaşa təhsil əlaqələri yaratmışdır və bu əməkdaşlıq bu günuğurla davam etdirilir” (s.176). Bu sahədə görülən çoxşaxəli işlərlə bərabər ölkəmizin ali məktəblərinin xarici ölkələr üçün kadr hazırlığı sahəsində əldə etdiyi uğurlar da monoqrafiyada təhsil statistikasının dili ilə geniş elmi-nəzəri təhlilini tapmışdır. Ali təhsil sistemində aparılan məqsədyönlu işlərin nəticəsidir ki, hazırda Azərbaycanın ali məktəblərində 40-a yaxın ölkədən 6,7 mindən çox əcnəbi tələbə təhsil alır. Bu nəticə ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və təhsildə keyfiyyətin yüksəldilməsi, ən başlıcası isə ölkə daxilində yaradılmış sabitsağlam mühit sayəsində əldə edilmişdir.

Bu gün ölkənin təhsil sistemində Açıq Cəmiyyət İnstitutu-yardım fondunun “Addım-addım” və “Tənqidi təfəkkürün inkişafı texnologiyaları”, BMT-nin “Davamlı insan inkişafı”, ABŞ-ın “Proyek Hormoni” təşkilatının, YUNESKO-nunAssosiativ məktəblər”, “Qardaşlaşmış məktəblər” layihələr”i, “Alman Akademik Mübadilə Xidməti”-nin, “Gənclərin nailiyyətləri” təşkilatlarının proqramları ümumilikdə 200-dən çox təhsil məssisəsində uğurla tətbiq edilir. Monoqrafiyada bu məsələlərin geniş təhlili verilməklə milli təhsilin beynəlxalq əlaqələrini tənzimləmək və daha da inkişaf etdirmək üçün müvafiq hüquqi bazanın formalaşması prosesi dövlət quruculuğu sahəsində əldə edilmiş uğurlar kontekstində təhlilə cəlb olunmuş, xüsusilə, ali təhsil sahəsi də, o cümlədən elmi dərəcələrin tanınması ilə bağlı ölkəmizin qoşulduğuAvropa regionu dövlətlərində ali təhsil kurslarının, ali təhsil diplomlarının və elmi dərəcələrin tanınması haqqında YUNESKO-nun 1979-cu il Paris Konvensiyası”, “AsiyaSakit Okean ölkələrində tədris kurslarının, ali təhsil sahəsində diplomların və elmi dərəcələrin tanınması haqqında YUNESKO-nun 1983-cü il Banqkok regional Konvensiyası”, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında 1997-ci il Lissabon Konvensiyası” kimi vacib beynəlxalq sənədlərə müvafiq respublikada normativ bazanın yeniləşdirilməsi ilə bağlı görülən çoxşaxəli işlərin təhlili aparılmışdır.

Monoqrafiyada son vaxtlar həyata keçirilən hər bir layihəyə münasibət bildirilmiş, beynəlxalq təşkilatların müvafiq normativ sənədlərinə istinadən görülmüş işlərin koordinasiyasına toxunulmuşdur. Məsələn, “MDB ölkələri ilə ABŞ-ın qardaşlaşmış məktəbləri” layihəsi, Azərbaycanda peşə təhsilinin inkişafı sahəsində Avropa Təhsil Fondunun Təhsil Nazirliyi ilə birgə layihəsi, Azərbaycanın təhsil müəssisələrində ingilis dilinin tədrisi metodikasının təkmilləşdirilməsi üzrə Britaniya Şurasının Təhsil Nazirliyi ilə birgə proqramı, Avropa Şurası ilə “Tbilisi təşəbbüsü” birgə regional layihə, Avropa Şurası ilə “Milli azlıqların təhsili sahəsində siyasət” birgə layihəsi, ABŞ-ın Montana Dövlət Universiteti və Təhsil Nazirliyi ilə Azərbaycan təhsil sistemində demokratiyanın əsasları və vətəndaşşünaslığın tədrisi sahəsində yüksək hazırlıqlı kadrların tədris proqramı və dərs vəsaitlərinin hazırlanması üzrə layihələr bu qəbildəndir.

İrimiqyaslı qlobal layihələrin təhlili zamanı uğurlar ölkədəki inkişafın, xüsusilə Prezident İlham Əliyevin elmə, təhsilə prioritetlərin prioriteti kimi yanaşmasının nəticəsi kimi dəyərləndirilir. Müəllif yazır: “Prezident İlham Əliyevin elmə diqqət və qayğısı həm də respublikanın gələcəyi baxımından vacib olan intellektual kadr potensialının formalaşdırılması niyyətindən irəli gəlir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi zərurəti nəinki yüksək peşəkarlıq və zəka, həmçinin, yüksək əxlaqi və mənəvi keyfiyyətləri, vətənpərvərliyi, Vətənə hədsiz sədaqəti ilə seçilən kadrların hazırlanmasını diktə edir. Dövlət başçısı müasir qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına da xüsusi əhəmiyyət verir”.

Monoqrafiyada müəllif haqlı olaraq müasir bazar iqtisadiyyatı şəraitində təhsilin keyfiyyətini artırmaqla, dövlətin iqtisadi və mənəvi dəyərlərinin qorunmasına, inkişaf etdirilməsinə, respublikanın əmək qabiliyyətli əhalisinin tam və səmərəli məşğulluğunun təminatına nail olmaq qənaətinə gələrək, qeyd edir ki, bunun üçün ilk növbədə respublika vətəndaşlarının ümumi inkişaf səviyyəsinin, intellektual potensialının, peşə ixtisas dərəcəsinin və təhsil səviyyəsinin artırılması vacibdir. Çünki hər bir vətəndaşın mütəxəssis kimi yetişdirilməsi, formalaşdırılması və cəmiyyətdə rolunun artırılmasına qısa vaxtda nail olmaq mümkün deyil. Buna görə də yüksək kadr hazırlığına nail olmaq üçün hər kəsin təhsilin bütün pillələrində yüksək təhsil almasına şərait yaradılmalıdır, qənaətinə gələn müəllif bunun üçün ölkədə həyata keçirilən yeni təhsil quruculuğunun geniş inkişaf mənzərəsini vermişdir. Bundan başqa, monoqrafiyada yüksək təhsil nailiyyətlərinin təminatında elmin inkişafına xüsusi dövlət dəstəyinin xronologiyasının verilməsidir. Elm və təhsil sahəsində mövcud olan problemlərin həlli, təbii ki, ilk növbədə bu sahədə fəaliyyət göstərən mütəxəssislərin sosial vəziyyətinin yaxşılaşdırılmasından gedir. Cənab İlham Əliyevin dövlət rəhbərliyinə gəlişindən sonra bu istiqamətdə də əsaslı addımlar atılmışdır. Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2004-cü il tarixli sərəncamına uyğun olaraq AMEA sistemində, elmi-tədqiqat və təhsil müəssisələrində, habelə digər sahələrdə çalışan işçilərin elmlər doktoru və elmlər namizədi alimlik dərəcələrinə görə vahid tarif cədvəli üzrə vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin məbləği 2004-cü ilin iyulundan 5 dəfə artırılmışdır. 2004-cü ıl aprelin 19-da dövlət başçısının “Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncamı gənc nəslin intellektual potensialını yüksəltmək, onların elmə olan marağını daha da gücləndirmək baxımından mühüm dövləti-siyasi əhəmiyyət kəsb etmişdir. Dövlət başçısının digər bir sərəncamı ilə 25 cildlik Milli Ensiklopediyanın hazırlanmasına başlanmış, artıq xüsusi ilə birinci cildin nəşri təmin edilmişdir.

Elm və təhsilin inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artması da bu sahənin Azərbaycanın ümumi inkişafı və dövlət siyasəti ilə vəhdətini göstərir. 2004-cü ildə təhsilə büdcə xərclərinin 19 faizi qədər  vəsait ayrılmışdırsa, 2006-cı ildə bu rəqəm əvvəlki illə müqayisədə 33 faiz artmış, 2010-cu ildə isə təhsilə 1,2 milyard manat vəsait ayrılmışdır.

Hələ Milli Elmlər Akademiyasının 60 illik yubiley mərasimində çıxış edən Prezident İlham Əliyev bəyan etmişdir: “Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi işində əlavə addımlar atılacaqdır. Biz gərək bu maddi-texniki bazanı möhkəmləndirək. Akademiyanın nəzdində fəaliyyət göstərən institutlara daha böyük həcmdə kömək edək. Əlbəttə, akademiya sistemində çalışan insanların maaşları, əmək haqları qaldırılmalıdır və biz bunu edəcəyik”(s.182).

Monoqrafiyada həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın humanitar sahədəki ahəngdar fəaliyyəti, xüsusilə təhsil quruculuğuna yeni impuls vermək baxımından müstəsna xidmətləri də geniş ictimai-pedaqoji təhlilə cəlb edilmişdir. Monoqrafiyada bu məsələlər Mehriban xanımın “Həyat dərsi” adlı fikirləri ilə başlanır. O, deyir: “... Heydər Əliyev tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı... Hələ məktəb illərindən universitetə qədər, oradan da müstəqil həyata vəsiqə alanlar üçün Heydər Əliyev möhkəm iradəsi, təşkilatçılıq və dövlətçilik vərdişlərinin unikal virtuozluğu ilə heyran edən, geniş erudisiyası, qibtəediləcək hafizəsi və işgüzarlığı, sənətə vurğunluğu və sənət adamlarına himayədarlığı ilə örnək bir lider olmaqla yanaşı, həm də bizim gündəlik həyatımızın, məişətimizin təcridedilməz bir hissəsi idi.”

Monoqrafiyada “Heydər Əliyev fondu milli maarifçilik ənənələrinin davamçısıdır”, “Gələcəyə körpü”, “Yeniləşən ölkənin yeni məktəbləri” başlığı altında verilən materiallarda ölkənin birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli maarifçilik fəaliyyəti işıqlandırılmışdır.

Monoqrafiya təhsil işçiləri, təhsilşünaslar və təhsili idarəetmə üzrə mütəxəssislər üçün, eləcə də çoxminli professor-müəllim heyəti və tələbə kollektivi üçün əsl töhfədir. Kitabı əldə etmək istəyənlər https://.lap-publishing.com/catalog/details/store/gb/book/978-3-659-25759-9/the-strategy-of-education-development-azerbaijan?search=ahma ov%20humeyir  saytına müraciət edə bilərlər.

Pedaqoqika üzrə elmlər doktoru, akademik Hümeyir Əhmədovun Almaniyada ingiliscə nəşr olunmuş “Azərbaycan təhsilinin inkişaf strategiyası” monoqrafiyası son dövrün ən uğurluelmi-pedaqoji tədqiqatlarından biri kimi, ilk ingilisdilli pedaqoji ədəbiyyatlarımızdan olmaqla ciddi siyasi-təbliği əhəmiyyət kəsb edir.

 

Oruc HƏsƏnli,                          

Naxçıvan Müəllimlər İnstitutunun rektoru,

Əməkdar elm xadimi,

pedaqoqika üzrə elmlər doktoru, professor,

PedaqojiSosial Elmlər Akademiyasının həqiqi üzvü.

 

Həsən Bayramoğlu,

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin dosenti,

pedaqogika üzrə fəlsəfə doktoru,

Pedaqoji Sosial Elmlər Akademiyasının həqiqi üzvü.

 

Respublika.-2014.- 3 oktyabr.- S.14.