İnkişaf tempi davam edir
Son illər Bakının Nəsimi rayonunda müsbət dəyişikliklər baş vermiş, abadlıq, quruculuq işləri vüsət almış, insanların həyat tərzi yaxşılaşmışdır.
Bu günlərdə rayon icra hakimiyyətində 2014-cü ilin 9 ayının yekunlarına həsr olunmuş tədbir keçirildi. Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev vurğuladı ki, rayonda sosial-iqtisadi vəzifələrin həyata keçirilməsi istiqamətilə məqsədəyönlü iş aparılır, inkişaf tempi uğurla davam edir, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Cari ilin 9 ayının nəticələri bunu bir daha təsdiq edir.
Toplantıda rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyevin 9 ayın yekunlarına həsr olunmuş hesabat məruzəsi dinlənildi. O, qeyd etdi ki,
2014-cü ilin yanvar-sentyabr aylarında Nəsimi rayonunun sənayesində 274 mln. 110 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.4 faiz artım deməkdir. Sənaye istehsalının 25 faizi, məhsul istehsalının 75 faizi isə sənaye xarakterli xidmətlərin payına düşür.
Sənayenin dövlət sektorunda 123 mln. 210 min manatlıq və ya ümumi istehsalın 44.9 faizi qədər, qeyri-dövlət sektorunda isə 150 mln. 900 min manatlıq və ya ümumi istehsalın 55.1 faizi səviyyəsində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2014-cü ilin 9 ayında istehlakçılara 85 mln. 112 min manatlıq və ya bütün sənaye istehsalının 46.3 faizi qədər sənaye məhsulu göndərilmişdir. 2014-cü il oktyabr ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 1 mln. 520 min manat olmuşdur.
2014-cü ilin 9 ayında istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və rayon əhalisinə 710 mln. 220 min manatlıq geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Bunun 436 mln. 130 min manatı pərakəndə əmtəə dövriyyəsinin, 16 mln. 80 min manatı iaşə xidmətinin, 270 mln. 455 min manatı pullu xidmətin payına düşür.
Cari ilin yanvar-sentyabr aylarında rayonda rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən rabitə xidmətinin həcmi 29 mln. 128 min manat olmuşdur.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən görülən iş və xidmətlərin həcmi isə 8 faiz artaraq 362 mln. 110 min manat olmuşdur.
Cari ilin 9 ayında rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 390 mln. 812 min manat məbləğində investisiya yönəldilmişdir. Yönəldilmiş investisiyanın 370 mln. 567 min manatı tikinti-quraşdırmaya, 12 mln. 255 min manatı əsaslı təmirə, cari təmirə və sair işlərə sərf olunmuşdur.
2014-cü ilin yanvar-sentyabr aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 452 mln. 669 min manat olmuşdur. Bu da kecən ilin müvafıq dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur .
2014-cü ilin yanvar-avqust aylarında rayon üzrə işçilərin sayı 144.7 min nəfər olmuşdur. Cari ilin müvafiq dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 8.5 faiz artaraq 496.4 manat olmuşdur.
2014-cü ilin 9 ayı ərzində rayon məşğulluq mərkəzinə 2716 nəfər müraciət etmişdir. Müraciət edənlərin 495 nəfəri daimi işlə təmin edilmişdir ki, bu da proqramda nəzərdə tutulandan 86 nəfər çoxdur.
Cari ilin 9 ayında Nəsimi Rayon Dövlət Sosial Müdafiə Fondunda 23 min 776 nəfər təqaüdçü qeydə alınmışdır. Bunlardan yaşa görə əmək pensiyaçıları 16 min 696 nəfər, əlilliyə görə əmək pensiyaçıları 5 min 285 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyaçıları 1 min 795 nəfər təşkil edir.
İlin əvvəlindən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi üzrə 22 min 880 nəfər pensiyaçının sığorta hissəsi üzrə aylıq 45 min 100 (45,1 min) manat artım olunaraq ödənilmişdir.
Ümumiyyətlə, 2014-cü ilin 9 ayı ərzində pensiyaların ödənilməsinə 46 min 869 manat 50 qəpik, dəfn xərcinin ödənilməsinə 176 min 100 manat, qanunvericiliyə müvafiq olaraq məhkəmə qərarlarına əsasən pensiyalardan tutularaq köçürmələr 49 min 200 manat, fıziki şəxslərə 13 min 800 manat, pensiya və müavinətlərin ödənilməsinə görə 188 min 700 manat xidmət haqqı ödənilmiş və şöbə aparatının saxlanılmasına görə 236 min 100 manat vəsait xərclənmişdir.
2014-cü ilin 9 ayı ərzində Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində yaradılmış müvafiq təşkilatların nümayəndələrindən ibarət komissiya üzvləri tərəfindən 956 ailənin 3 min 593 nəfər üzvünə ünvanlı dövlət sosial yardımı təyin olunmuş, hər bir ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği 130 manat, hər bir ailə üzvünə düşən orta aylıq məbləğ isə 34 manat olmuşdur. Keçən dövr ərzində ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqində aztəminatlı qaçqın və məcburi köçkün ailələri də diqqətdən kənarda qalmamış, 87 qaçqın və məcburi köçkün ailəsi ünvanlı dövlət sosial yardımı ilə təmin olunmuşdur. 326 nəfər tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilmişdir.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2011-2013-ci illər)” çərçivəsində Nəsimi rayonu üzrə nəzərdə tutulan tədbirlərin icrası uğurla həyata keçirilmiş, 46 və 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universiteti nəzdindəki Məktəb-Lisey Kompleksində əsaslı təmir işləri başa çatdırılmış və cənab Prezident İlham Əliyev məktəblərdə aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur. Hazırda 135, 147 və 174 saylı körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri davam etdirilir.
46 saylı Məktəbdən Kənar Tərbiyə işi mərkəzinin, 22 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri və H.B.Əliyev küçəsi 46, 52 saylı binaların arasında yerləşən mini idman meydançasının inşası və B.Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfıziologiya İnstitutunda əsaslı təmir işləri başa çatdırılmışdır.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”nın icrasına başlanılmışdır.
Rayon icra hakimiyyəti tərəfindən 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən məktəb binasında aparılan tikinti işləri başa çatdırılmış, açılış mərasimində cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişdilər. Hazırda Heydər Əliyev adına İdman-Konsert Kompleksində proqrama uyğun olaraq əsaslı təmir işləri davam etdirilir.
Rayonda körpələr evi-uşaq bağçalarına olan ehtiyacın azaldılması məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 yeni körpələr evi-uşaq bağçasının tikintisi üçün müvafiq yerlər ayrılmış, hazırda isə tikintisinə başlanmışdır.
Nəsimi Qaz İstismarı İdarəsi 2014-cü ilin 9 ayı ərzində istehlakçılara 6 mln. 933 min 33 manat, o cümlədən əhaliyə 3 mln. 874 min 82 manatlıq təbii qaz satmışdır. Ümumi satışın və əhaliyə satılmış təbii qazın dəyəri 103,0 faiz ödənilmişdir.
2014-cü ilin 9 ayı ərzində rayon qaz istismar sahəsi tərəfindən M.Qaşqay, Mövsüm Sənani, Hüseynqulu Sarabski, Cavadxan, Hüseyn Seyidzadə, 20 Yanvar küçələrində, 3-cü Alatava yaşayış massivində və s. ünvanlarda ümumilikdə 3563 ədəd mexaniki sayğac “Smart-kart” sayğacları ilə əvəz olunmuşdur.
2014-cü ilin yanvar-sentyabr ayları ərzində Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə 73 min 160 istehlakçıya 453,58 mln. kvts və ya 27,18 mln. manatlıq elektrik enerjisi satılmış, 27,41 mln manat vəsait toplanmışdır ki, bu da satılmış elektrik enerjisinin dəyərinin 100,8 faizni təşkil etmişdir.
Rayon enerji təchizatı və satış idarəsi tərəfindən ümumilikdə 27 min 566 m kabel və naqillər dəyişdirilmiş, 8 transformator məntəqəsində transformatorlar daha güclüsü ilə əvəz olunmuşdur.
Nəsimi Rayon Sukanal Departamenti 2014-cü ilin ilin 9 ayı ərzində 70 min 95 abonentə, o cümlədən, əhali üzrə 64 min 294, qeyri-əhali üzrə 5 min 801 abonentə xidmət etmişdir.
2014-cü ilin yanvar-sentyabr ayları ərzində abonentlər üzrə ümumi ödənişin miqdarı 6 mln. 970 min 383 manat olmuşdur ki, bu da ümumi satışın 93,6 faizni təşkil edir. Keçən ilin müvafiq dövrünə nisbətən əhali üzrə 4,8 faiz, qeyri-əhali üzrə 9,2 faiz artım olmuşdur.
“Azərsu” ASC-nin Nəsimi Rayon Sukanal İdarəsi tərəfindən Cəlil Məmmədquluzadə, Abdul Salamzadə, Ceyhun Hacıbəyli və s. küçələrdə, müxtəlif diametrdə ümumilikdə 5800 p.m. su borusu çəkilmişdir. Ümumi uzunluğu 700 p.m. kanalizasiya xətləri çəkilmişdir.
Mövsüm ərzində 1 saylı İstilik Sistemləri İstismar Sahəsinin ərazisində 199 yaşayış binası, həmçinin, 17 məktəb, 12 uşaq bağçası, 6 səhiyyə və 11 digər obyekt istilik enerjisi ilə təmin olunub. S.Rəhimov küçəsi 138 ünvanda 156 saylı qazanxananın modernləşməsi işləri başa çatdırılaraq qazanxana istifadəyə verilmişdir. 1-ci mkr., Moskva pr. 56, 90 saylı yaşayış binalarının aşağı paylama istilik xətləri yeniləşdirilərək istilik mənbəyinə qoşulmuşdur. Ümumilikdə qazanxanada payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bütün işlər başa çatdırılmışdır.
Hazırda ölkənin hər yerində olduğu kimi, Nəsimi rayonunda da boyük abadlıq, quruculuq işləri davam etdirilir. Cavadxan küçəsində salınan parkın tikinti işləri başa çatmaqdadır, yaxın günlərdə istifadəyə veriləcəkdir. Hüseynbala Əliyev küçəsi ilə Rəşid Məmmədov küçələrinin kəsişməsində yerləşən “Heydər parkı”nda isə əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən parkın şimal hissəsi sökülərək (M.Əcəmi metrosunun qarşısı) yenidən abadlaşdırılır. Vaqif pr., X.Şuşinski, Ə.Qasımzadə və S.Rüstəm küçələri ilə əhatə olunan parkda və Asif Məhərrəmov küçəsi 47 ünvanın qarşısında yerləşən parkda abadlıq işləri aparılır. Mir Cəlal küçəsi 2, 4, 16 saylı binaların qarşısındakı ərazidə əsaslı yenidəqurma işləri aparılaraq, müasir tələblərə cavab verən parkın salınmasına başlanmış, hal-hazırda işlər davam etdirilir. Tbilisi, Vaqif, Azadlıq və Moskva prospektləri, S.Vurğun, M.Cəlal, Cavadxan, 20 Yanvar, H.Seyidzadə, R.Behbudov, Ü.Hacıbəyov, D.Əliyeva, H.Ələsgərov küçələri boyunca 17460 m yeni yaşıllıq zolaqları salınaraq, 2474 ədəd ağac və gül kolları əkilmişdir. Səkilərin təmiri zamanı 5254 m səki daşı (tamet) vurulmuş, 5321 p.m. bordür yenisi ilə əvəz edilmişdir.
Bülbül prospekti, Füzuli, S.Vurğun, C.Məmmədquluzadə, 20 Yanvar, Cavadxan və rayonun digər küçələrində, məhəllədaxili yollarında təmir işləri zamanı ümumilikdə 59.920 m asfalt örtüyü vurulmuşdur.
“Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Nəsimi rayonu inzibati ərazisinə düşən “28 May” metro stansiyasında müasir tələblərə cavab verən səviyyədə yenidənqurma işlərinə başlanmış, “Memar Əcəmi-2” metro stansiyasının tikintisi ilə əlaqədar əsas girişin sökülərək yenidənqurulması işləri aparılır.
Ziya Bünyadov prospekti ilə Abdulvahab Salamzadə, Alı Mustafayev və Hüseyn Bala Əliyev küçələrinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Tbilisi pr. 3007-ci məhəllədə Respublika Velotrekində yenidənqurma və bərpa işləri davam etdirilir.
Toplantıda Mənzil Kommunal Təsərrüftı Birliyinin rəisi Laçın Mustafayev, Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ramil Yusifov, rayon qaz istismar sahəsinin rəisi Məcid Kərimli, rayon sukanal sahəsinin rəisi Həmdula Əliyev və “Azər İstilik Təchizat” ASC-nin 1 saylı istilik sistemlərinin istismarı sahəsinin rəisi İlham Bəşirov çıxış etdirilir.
Yığıncağı rayon icra hakimiyyətinin başçısı Nəsib Məhənəliev yekunlaşdıraraq əminliklə vurğuladı ki, 2014-cü il uğurlu nəticələrlə yekunlaşdırılacaq. Nəsimi rayonu paytaxtın rayonları arasında liderlik mövqeyini ləyaqətlə qoruyub saxlayacaqdır.
Qədir ASLAN
Respublika.-2014.- 14 oktyabr.- S.6.