Nərimanov rayonu: Layihələr uğurla icra olunur

 

Bakının Nərimanov rayonunda son illər sosial-iqtisadi inkişafın həyata keçirilməsi istiqamətilə mühüm işlər görülmüş, abadlıq-quruculuq işləri vüsət almış, xüsusilə sənaye sahəsində uğurlu nəticələrə imza atılmışdır.

Bu günlərdə rayonda 2014-cü ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirildi. Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev vurğuladı ki, cari ildə rayonda inkişaf tempi sürətlə davam edir, müxtəlif sahələrdə mühüm irəliləyişlər nəzərə çarpır, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.

Toplantıda daha sonra söz rayon icra hakimiyyəti başçısının müavini Şahmar İbadova verildi. O, hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasmın Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülmüşbu işlər hazırda da uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü ili “Sənaye ilielan etmişdir. Doqquz ayın yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmişbu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 941,2 milyon manatlıq məhsul istehsal olunmuş, keçən ilin müvafıq dövrünə nisbətən 1,1 faiz artım əldə edilmişdir.

Ötən dövr ərzində sənaye kompleksində işləyənlərin sayı 675 nəfər artaraq 10702 nəfər təşkil etmiş, onların orta nominal əmək haqqı 12,4 faiz artaraq 509,1 manata çatmışdır.

Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 3842 daimi yerləri yaradılmışdır.

Tikinti təşkilatları tərəfindən yerinə yetirilmiş podrat işlərin həcmi 467,2 milyon manat təşkil edərək əvvəlki dövrə nisbətən 77,6 faiz təşkil etmişdir. Bu sahədə işləyən işçilərin sayı 10890 nəfər təşkil etmiş və onların orta aylıq əmək haqqı 21,9 faiz artaraq 678 manata çatmışdır.

Ticarət və nəqliyyat sahələri də xeyli inkişaf etmişdir. Belə ki, 9 ay ərzində ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 680,3 milyon manat olmaqla 11 faiz artmışdır.

Nərimanov rayonunun qısa zaman kəsiyində geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ildən bu günədək 66 dəfə Nərimanov rayonunda olmuş, obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə tanış olmuş, keçirilən Beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak etmişdir. Həmin tədbirlərdən 4-ü bu ilin doqquz ayı ərzində olmuşdur. Belə ki, 7 yanvar 2014-cü il tarixdə ölkə başçısı respublikanın ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq  Mərkəzinin təntənəli Açılışında iştirak edərək xeyir-duasını vermiş, 7 mart 2014-cü il tarixdə Nərimanov rayonunda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişatı ilə tanış olmuşdur.

Ötən dövr ərzində rayonda geniş abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Belə ki, “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Vaqif prospektinin genişləndirilməsi və Əhməd bəy Ağaoğlu küçəsi ilə birləşdirilməsi, Ziya Bünyadov küçəsinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla davam etdirilmişdir.

Heydər Əliyev prospektinin yenidənqurulması ilə əlaqədar olaraq istismar müddətini keçmiş 8 ədəd yaşayış binalarının sökülərək yerində müasir, milli memarlıq üslubunda 4 ədəd 7 mərtəbəli yeni yaşayış binalarının tikintisinə başlanılmış və işlər uğurla davam etdirilir. Həmin binalarda yaşayan 320 nəfər sakin əvvəlcədən kirayə haqqı ödənilməklə köçürülmüş, tikinti işləri tam başa çatdırıldıqdan sonra sakinlərin əvvəlki mənzillərinin sahəsindən 30-40 faiz artıq olmaqla tam təmirli, geniş və yaraşıqlı mənzillər onların istifadəsinə veriləcəkdir.

Azərbaycan və Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq əlaqələri son zamanlar daha intensiv templə inkişaf edir. 2010-cu ildən başlayaraq bu günə qədər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırığı ilə, Həştərxan şəhərində sosial sahəyə xeyli investiya cəlb edən bir sıra genişmiqyaslı layihələr həyata keçirilmişdir.

Məlumat üçün bildirirəm ki, cari ilin aprel-may aylarında Rusiya Federasiyasının Həştərxan vilayətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilmişdir.

Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2014-cü ilin 9 ayı ərzində müvafiq işlər görülmüşdür.

Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 1094 m 0,4 kV-luq və 3876 m 6/10 kV-luq kabellər yenisi ilə əvəz olunmuş, 1141 m uzunluğunda 0,4 kV-luq və 994 m uzunluğunda 6-10 kV-luq yeni kabellər çəkilmişdir. Bundan başqa, 5 ədəd KTM quraşdırılmış, 67 ədəd TM-də və 32 ədəd KTM-də təftiş işləri aparılmış, 6270 ədəd SMS tipli sayğac quraşdırılmışdır. Həmçinin 2325 m hava xətti yenisi ilə əvəz olunmuşdur.

Rayon sukanal departamentinin su şəbəkələri və qurğularının istismarı xidməti tərəfindən cari ilin 9 ayı ərzində 318 ədəd nasos, 123 ədəd mühərrik və 125 ədəd siyirtmə təmir olunmuş, 1568 p.m. boru dəyişdirilmiş, 7 ədəd su anbarı yuyulmuş, 2155 ədəd su sayğacı quraşdırılmışdır.

Rayon qaz istismar sahəsi tərəfindən cari ilin 9 ayı ərzində 136 ədəd Qaz Tənzimləyici Şkaf, 28 ədəd Qaz Tənzimləyici Qurğu və 15 ədəd Qaz Tənzimləyici Məntəqə təftiş edilmiş, mövcud qaz kəmərləri boyalanmış və sair işlər görülmüşdür.

Ötən tədris ilinin nəticələri Nərimanov rayonunda da qənaətbəxş olmuşdur. Belə ki, rayon ərazisində fəaliyyət göstərən 22 müəssisədə 23497 şagird təhsil alıb. Məktəbi bitirən 3 971 nəfər məzundan 2 111 nəfəri şəhadətnamə, 1860 nəfəri isə attestat almışdır. 5 nəfər şagird qızıl medala layiq görülmüşdür.

Bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə 66 nəfər 600-dən yuxarı bal toplamış, onlardan 16 nəfəri 650 baldan yuxarı nəticə əldə etmişdir. 2 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. Ali məktəblərə yüksək balla daxil olmuş tələbələr “Bilik günü” münasibətilə keçirilən toplantıda rayon icra hakimiyyəti tərəfındən mükafatlandırılmışlar.

Nərimanov rayonunda ilkin hesablamalara görə, ali məktəblərə qəbul 72 faiz  olmuşdur. Rayon üzrə yüksək göstərici 207 saylı məktəbdə qeydə alınmışdır.

Əhalinin sağlamlığını hər zaman diqqətdə saxlayan dövlət başçısının tapşırığına əsasən fevral ayının 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinələrdən keçirilməsi Nərimanov rayonunda da uğurla aparılmışdır.

2014-cü ilin doqquz ayı ərzində əsaslı təmirdən sonra Nərimanov rayonu ərazisində yerləşən Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzi istifadəyə verilmişdir, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda əsaslı təmir işləri davam etdirilir. Bu il daha 2 səhiyyə ocağında (6 saylı uşaq xəstəxanasında və 7 saylı qadın məsləhətxanasında) yenidənqurma və bərpa işlərinin aparılması nəzərdə tutulmuşdur.

9 ay ərzində rayon icra hakimiyyəti tərəfindən ictimai-siyasi əhəmiyyət kəsb edən bir sıra tədbirlər keçirilmiş, əlamətdar və bayram günləri ilə bağlı mərasimlər təşkil olunmuşdur.

Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2014-cü ilin 9 ayı ərzində Dövlət Gənclər Siyasəti, kütləvi bədən tərbiyəsi və idman sahələri üzrə 70-dən çox tədbir həyata keçirilmişbu tədbirlərdə 10820 nəfər gənc və idmançı iştirak etmişdir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində respublika Prezidentinin fərman, sərəncam və tapşırıqlarını rəhbər tutaraq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi sosial sahədə qəbul edilmiş Dövlət proqramlarının icrasını həyata keçirmişdir.

9 ay ərzində Məşğulluq Mərkəzinə 325 nəfər qadın olmaqla 1071 nəfər işaxtaran vətəndaş müraciət etmişdir ki, onlardan da 732 nəfəri müxtəlif yerləri ilə təmin olunmuşdur.

Bu dövr ərzində 76 nəfər işsizişaxtaran vətəndaş, o cümlədən 60 nəfər gözdən əlil peşə hazırlığı kurslarına cəlb edilmiş, 85 nəfər işaxtaran vətəndaşa işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmiş, onlardan 15 nəfərinə təkrar müvinət təyin olunmuşdur.

Nərimanov  Rayon  Əhalinin  Sosial Müdafiəsi Mərkəzi  9  ay  ərzində  Əhalinin Sosial Müdafiəsi sahəsində bir sıra işlər görmüşdür.

Ünvanlı Dövlət Sosial Yardımı Proqramının həyata keçirilməsi ilə əlaqədar 1155 ailəyə və ya 4451 ailə üzvünə orta hesabla hər ailəyə 209,4 manat ünvanlı sosial yardım ödənilmişdir.

Hesabat dövrü ərzində Nərimanov Bələdiyyəsi tərəfindən də əlamətdar tarixi hadisələrin və bayram günlərinin qeyd edilməsi ilə bağlı bir sıra tədbirlər keçirilmiş və abadlıq işləri görülmüşdür. Məlumat üçün bildirirəm ki, Nərimanov rayonunda 18 saylı Nərimanov - Nizami, 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci Dairə Seçki komissiyaları fəaliyyət göstərir. 3 seçki dairəsi üzrə 79 seçki məntəqəsi mövcuddur.

2014-cü ilin 9 ayı ərzində RİH-ə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 12 Fərman və 16 sərəncam, 13 qanun, 436 ərizə, Nazirlər Kabinetindən 28 sərəncam və qərar, 18 xidməti sənəd, 73 ərizə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatından 11 sərəncam, 27 məktub, 224 ərizə, Milli Məclisdən 27 ərizə, digər respublika təşkilatlarından 374 xidməti sənəd, rayonun idarə, müəssisə və təşkilatlarında 78 xidməti sənəd və rayon əhalisi tərəfindən isə 1151 ərizə daxil olmuşdur. Aparata daxil olan ərizə, şikayət və məktubların icrasına ciddi nəzarət olunmuşdur.

RİH-ə daxil olan Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamları vaxtlı-vaxtında icra olunmuşdur. Yığıncaqda millət vəkili Rasim Musabəyov, 36 nömrəli orta məktəbin müəllimi Solmaz Hüseynova, rayon enerji təchizatı və satışı idarəsinin rəisi Həsən Həsənov və 18 saylı şəhər poliklinikasının baş həkimi Şəhla Məmmədova çıxış etdilər.

Toplantıda təhsil və digər sahələrdə fərqlənənlər mükafatlandırıldılar.

Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev yığıncağı yekunlaşdıraraq əminliklə vurğuladı ki, 2014-cü ildə qarşıya qoyulan vəzifələr uğurla həyata keçiriləcəkdir.

 

Qədir ASLAN

Respublika.-2014.- 15 oktyabr.- S.6.