Azərbaycanın iqtisadi qüdrəti günü-gündən artır

 

Bunu cari ilin 9 ayının sosial-iqtisadi göstəriciləri təsdiq edir

 

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inamla, qətiyyətlə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası gələcək dövr üçün sürətli inkişafın möhkəm təməlinin yaradılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilmişdir. Son illər əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü olduğunu bir daha təsdiqləyir.

Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan vermişdir.

Uğurla gerçəkləşdirilən iqtisadi inkişaf strategiyası respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxarıb. Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ana xətti kimi diqqəti çəkir.

Azərbaycan iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət proqramları mühüm rol oynamışdır. Hökumətin regionların inkişafına xüsusi diqqət və qayğı ilə yanaşması, bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərin əsas hədəfi də ilk növbədə bölgələrin sürətli irəliləyişinə nail olmaqdır. İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, tarixən aqrar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır. Son illərdə kənd təsərrüfatı sahəsində çalışan fermerlər lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilmişdir. Regionlarda soyuducu anbanrların inşası da fermerlərin maraqlarına cavab verməklə onların istehsal etdikləri kənd təsərrüfatı məhsullarının etibarlı saxlanılmasına və dünya bazarlarına çıxarılmasına imkan yaratmışdır.

2014-2018-ci illəri əhatə edən yeni “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda da qeyri-neft sektorunun inkişafı, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi, sahibkarlığın inkişafı, yol və nəqliyyat infrastrukturunun, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və idman-sağlamlıq obyektlərinin beynəlxalq standartlara uyğun inşası və yenidən qurulması öz əksini tapmışdır. Həmçinin proqramda torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi və yeni torpaqların dövriyyəyə cəlb edilməsi, yeni müəssisələrin açılması, əhalinin məşğulluq səviyyəsinin artırılması və s. istiqamətlərdə tədbirlərin görülməsi nəzərdə tutulur.

Ümumiyyətlə, dövlət başçısı cənab İlham Əliyevin imzaladığı dövlət proqramları ölkə həyatının müxtəlif sahələrində kompleks islahatların əsasını qoymuşdur. İnkişaf, sosial təminat və strukturyönümlü layihələri, ilk növbədə hər bir vətəndaşın layiqli həyat tərzinə, insan hüquq və azadlıqlarının təminatına, bir sözlə, davamlı və sabit inkişafa xidmət etmişdir.

İqtisadi sahədə əldə edilmiş nailiyyətlər statistik göstəricilərdə də əks olunur. Belə ki, qeyri-neft sənayesi 6 faiz səviyyəsində, əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır. İnflyasiya isə çox aşağı səviyyədə, cəmi 1,5 faiz olmuşdur. Son illərdə sərmayələrin həcmi daha da artır. Yəni investisiyalar böyük həcmdə qoyulur. Təkcə bu ilin əvvəlindən 19 milyard dollar sərmayə qoyulmuşdur ki, onlardan da 11 milyardı daxili sərmayələrdir. Mübaliğəsiz demək olar ki, ölkəmizdə çox müsbət sərmayə mühiti vardır, yerlixarici investorlar ölkəmizdəki münbit şəraitdən faydalanır və respublikamızın gələcəyinə inanırlar. Ölkəmizdə investisiyalar müxtəlif sahələrə – sənayeyə, kənd təsərrüfatına, turizm sektorunun, neft-qaz sənayesinin inkişafına qoyulur. Həmçinin respublikamızın kifayət qədər valyuta ehtiyatları vardır. Bu ilin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Bütövlükdə ölkəmizin 53 milyard dollardan çox valyuta ehtiyatı vardır ki, bu isə dünya miqyasında çox böyük göstəricidir.

Ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da daim inkişaf edəcək. Bu gün ümumi daxili məhsulda qeyri-neft sektorunun həcmi 55 faizdən artıqdır. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Doqquz ayın iqtisadi göstəriciləri də çox müsbətdir. İqtisadiyyatımız inkişaf edir, artır. Xüsusilə qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunurbu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, – bunu biz hər dəfə məmnuniyyətlə qeyd edirik, – qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır”.

Bu gün qeyri-neft sektorunda yeni yerlərinin açılması dövlətimizin daim diqqət mərkəzindədir. Regionların sosial-iqtsiadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində yüz mindən çox yeni yeri açılmışdır ki, onlardan 80 mini daimi yerləridir. Proqramın əvvəlindən, yəni 2004-cü ildən bugünə kimi ölkəmizdə 1 milyon 300 min yeni yeri açılmışdır. Odur ki, işsizlik cəmi 5 faiz təşkil edir. Bunun əsas səbəbi, regionların sosial-iqtisadi inkişafına dair I və II dövlət proqramlarının uğurlu icrası, dövlət investisiyaları, gözəl sərmayə iqliminin olmasıdır.

Dövlətimiz həmçinin kənd təsərrüfatının inkişafına da böyük önəm verir. Respublikamızda müasir emal müəssisələri yaradılır. Kənd təsərrüfatı məhsullarımız yerli bazarlarımızı təmin etməklə yanaşı, dünya bazarlarına da çıxarılır. Ölkəmizdə aparılan uğurludinamik sosial-iqtisadi siyasət nəticəsində artıq bir neçə ildir ki, aqrar sahədə daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olmuşdur. Odur ki, ölkə Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” mühüm əhəmiyyətə malikdir. Ərzaq təhlükəsizliyi ölkəmiz üçün böyük əhəmiyyət daşıdığından bu istiqamətdə aparılan məqsədyönlü siyasət əsasən mövcud potensialdantorpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltməklə istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına yönəldilmişdir.

Məlum olduğu kimi, 2006-cı ilin avqust ayından başlayaraq bazarlarda kənd təsərrüfatı məhsullarının satış qiymətinin kəskin bahalaşması, onun səbəbləri və qarşısının alınması ilə bağlı dövlət tərəfindən hər həftənin şənbə və bazar günləri təşkil olunan yarmarkalarda biz də fəal iştirak edirik. Firmamız qiymətlərin aşağı salınması istiqamətində müəyyən tədbirlər görmüşdür. Hazırda bu yöndə işlər mütəmadi olaraq aparılır. Məqsədimiz isə paytaxt sakinlərini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir.

 

Rauf ŞİRƏLİYEV,

“Kəngərli” firmasının baş direktoru.

Respublika.-2014.- 15 oktyabr.- S.9.