Heydər Əliyev: “Azərbaycan Avropanın bir hissəsidir”

 

2015-ci il iyun ayında Bakıda ilk Avropa  Oyunları start götürəcəkdir. Deməli, Azərbaycan, eləcə də Avropa ölkələri üçün əlamətdar olacaq bu tədbirin başlanmasına təxminən 8 ay qalır. Şübhəsiz, belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxilixarici siyasətinin və həm də onun Azərbaycan idmanına və idmançılarına böyük qayğısının nəticəsidir. Son illərdə ölkəmizin iqtisadi yüksəlişi, onun dünya miqyasında söz sahibi olması, eləcə də idmançılarımızın beynəlxalq yarışlardakı uğurları bu qərarın qəbul edilməsində mühüm amillərdən olmuşdur.

Oyunların keçirilməsinə məsul olan rəsmilərin bildirdiklərinə görə, 49 ölkədən təxminən 6 min idmançı idmanın 20 növü üzrə yarışmalara qatılacaqdır. Bundan əlavə, idmançıları müşayiət edəcək minə yaxın şəxs və iki minə yaxın media işçisi, habelə yarışları izləyəcək on minlərlə azarkeşin turist qismində ölkəmizə gəlməsi gözlənilir. Təbii ki, bu qədər insanın qarşılanması, yerləşdirilməsi, onların təhlükəsizliyinin təmin edilməsi asan deyil. Düzdür, Azərbaycan indiyə kimi bir neçə dünyaAvropa səviyyəli tədbirlərə ev sahibliyi edib, amma etiraf etməliyik ki, ilk Avropa  Oyunları istər miqyasına, istərsə də məsuliyyətinə görə onlardan fərqlidir və bizim üçün daha əhəmiyyətlidir.

Prezident İlham Əliyevin birbaşa nəzarəti və ilk Avropa  Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi altında tədbirə ciddi hazırlıq işləri gedir: yarışlar keçiriləcək idman obyektlərinin əksəriyyətində tikinti və təmir işləri başa çatdırılıb, bir neçəsində davam etdirilir, şəhərdə infrastruktur yenilənir, abadlıq işləri görülürs. Oyunların keçiriləcəyi əsas arena - 65 minlik Bakı Olimpiya Stadionunda tamamlama işləri aparılır, inşaatçılar işlərin qrafikə uyğun getdiyiniobyekti vaxtında təhvil verəcəklərini bildirirlər. Oyunlara hazırlıq işləri üçün ayrılan vaxtın çox qısa - cəmi 2.5 il olması isə Azərbaycanın məsuliyyətini daha da artırır.

Ehtimal etmək olar ki, yarışlarda iştirak edəcək idmançıların və onları izləyəcək qonaqların böyük əksəriyyəti, bəlkə açıq deməsələr də, belə bir suala cavab axtaracaqlar - ilk Avropa  Oyunları nədən Azərbaycanda keçirilir? Məgər Azərbaycan Avropa ölkəsidir? Maraqlıdır ki, bu sualın cavabını hələ 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev Fransa Respublikası senatının sədri Kristian Ponseleonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən vermişdir: “Azərbaycan Avropanın bir hissəsidir. Biz bütün səylərimizi yönəltmişik ki, Azərbaycan Avropa strukturlarına daxil olsunAvropa dövləti kimi inkişaf etsin”. Ulu öndərin uzaqgörənliklə dediyi bu sözlər artıq demək olar ki, öz təsdiqini tapmışdır və onun arzuları gün-gündən gerçəkləşməkdədir. İndi Azərbaycan Avropa ölkələri ailəsində nüfuzlu mövqeyə malikdir, onun istər siyasi, istərsə də iqtisadi qurumlarında təmsil olunur, idman, elmi və mədəni tədbirlərində fəal iştirak edir. 2012-ci ilin dekabrın əvvəllərində Avropa Olimpiya Komitəsinin Roma şəhərində keçirilmiş iclasında 2015-ci ildə ilk Avropa  Oyunlarının Bakıda keçirilməsinə dair böyük səs çoxluğu ilə qərar qəbul edilməsi də bunun bariz nümunəsidir. Bu münasibətlə hörmətli Prezidentimiz İlham Əliyev Azərbaycan xalqını təbrik etdibununböyük tarixi hadisə, ölkəmizin böyük uğuruolduğunu xüsusi vurğuladı.

Bizi əsasən neft-qaz ölkəsi kimi tanıyırlar. Bu günlərdə 20 illiyini qeyd etdiyimiz “Əsrin müqaviləsi” və enerji sahəsində bağlanmış digər beynəlxalq müqavilələr (“Şahdəniz”, TANAP, TAP və s.) buna əyani sübutlardır. İqtisadi yüksəlişlə bərabər, biz hər bir imkandan istifadə edərək vətənimizin tarixini, mədəniyyətini, idmanını da tanıtmalı, nümayiş etdirməliyik. Təbii ki, bu istiqamətdə lazımi işlər gedir, tədbirlər görülürilk Avropa Oyunlarının Bakıda keçirilməsi də belə imkanlardan biridir. biz hamımız bir nəfər kimi çalışmalıyıq ki, tədbirlər xalqımızın adına layiq yüksək səviyyədə keçirilsin, qonaqlar göstərilən xidmətdən və yaradılan şəraitdən razı qalsınlar, onlara imkan yaradaq ki, ölkəmizin özəllikləri ilə yaxından tanış ola bilsinlər və xoş təəssüratlarla vətənlərinə dönsünlər. Şübhəsiz, bütün bunlar ölkəmizin beynəlxalq imicinin daha da yüksəldilməsinə və Azərbaycanın nəinki iqtisadi və mədəni cəhətdən inkişaf etmiş, həm də coğrafi cəhətdən bir Avropa ölkəsi olmasına dair onların yəqinliyinin təsdiqlənməsinə səbəb olacaqdır.

Bəs Azərbaycanın coğrafi cəhətdən Avropa ölkəsi olmasına şübhəmi var? Şübhələr, doğrudan da var və səbəbi də AvropaAsiya qitələrinin qurudan keçən sərhədlərinin dəqiq təyin edilməməsi və ya 1964-cü ildə Beynəlxalq Coğrafiya İttifaqının Londonda keçirilmiş XX konfransında qəbul edilmiş yanlış qərarıdır. Həmin qərara görə bu qitələrin sərhədi Rusiya və Qazaxıstanda UralMuqocar dağlarının şərq yamaclarından, sonra Emba çayı ilə, Qafqazda isə Xəzər dənizinin şimal sahilləri və Kuma-Manıç çökəkliyindən və Azov dənizi ilə Kerç boğazından keçir. Rusiyalı alimlərin təklifi və təkidi (bəlkə də təzyiqi) ilə qəbul edilmiş bu qərar indiyədək qüvvədədir və coğrafiya dərsliklərində, məlumat kitablarında, müxtəlif məzmunlu xəritələrdə və s. materiallarda hələ də təkrarlanmaqdadır. Bəlkə də iki qitənin qurudakı sərhəd xəttinin o zaman ancaq bir dövlətin - SSRİ adlı super dövlətin ərazisinə aid olduğu üçün digər ölkələrin mütəxəssisləri belə yanlış qərarın qəbuluna çox da etiraz etməmişlər?Ola bilər. Amma reallıq bundan ibarətdir ki, o zaman da, indi də əksər dünya və bəzi rus alimləri sərhəd xəttinin UralQafqaz sıra dağlarının suayırıcı xətti boyunca keçirilməsinin ən doğru variant olduğunu qeyd etmişlər, lakin görünür, o vaxtkı mərkəzə iqtisadi cəhətdən Uralın və Qafqazın bölünməzliyi daha vacib idi. Digər ehtimal isə Qafqaz xalqlarının avropalı kimi göstərilməsini onlar heç cür həzm edə bilməzdilər.

Artıq 20 ildən çoxdur ki, dövran dəyişib, həmin super dövlət də yoxdur, hamının əvəzindən qərar verən mərkəz də - onun yerində müstəqil dövlətlər yaranıb. Bu səbəbdən qitələrarası sərhədə yenidən baxılmalı və bu zaman onun keçirilməsi elmi əsaslara söykənməlidir. Materik, qitə coğrafi anlayışlar olduğu üçün onların sərhədləri də siyasi, inzibati, iqtisadi, etno-kulturoloji amillərlə deyil, təbii - coğrafi, geolojigeomorfoloji amillərə əsaslanmalıdır. Burada isə okean və dənizlərdən sonra, relyefdə kəskin seçilən landşaft elementləri, o cümlədən sıra dağlar əsas götürülməlidir. Sərhədin Baş Qafqaz silsiləsinin suayırıcısı boyu keçirilməsi Azərbaycan (ərazinin 12 faizi Avropada) və Gürcüstanın (4 faiz) da Qazaxıstan (14 faiz), Rusiya (23 faiz) və Türkiyə (3 faiz) kimi transkontinental, yəni ərazisi iki qitədə yerləşən ölkələr olmasını təsbit edir. Onsuz da bu ölkələr Avropanın siyasi (AŞPA, ATƏT), iqtisadi (Avropa Yenidənqurma və İnkişaf Bankı), idman (UEFA və s.) və başqa qurumlarında Avropa ölkəsi kimi təmsil olunurlar, lakin burada bir şərtilik var. Əgər iki qitənin coğrafi sərhədləri dəqiqləşdirilib rəsmiləşdirilərsə, Azərbaycan şübhəsiz ki, şərti deyil, Ermənistandan fərqli olaraq, real Avropa ölkəsi sayılacaqdır. Əksər dünya və bəzi rus alimləri ilə bərabər, Azərbaycan alimləri, o cümlədən bu sətirlərin müəllifi də Qafqaz bölgəsində AvropaAsiya qitələrinin sərhədlərinin Böyük Qafqaz sıra dağları boyunca keçirilməsinin tərəfdarıdırlar. Geoloji nöqteyi-nəzərdən də bu belədir - Baş Qafqaz sıra dağları Yer qabığının iki müxtəlif struktur vahidinin - Şərqi Avropa (və ya Rus) və Ərəbistan platformalarının milyonlarca il öncə toqquşması nəticəsində əmələ gəlmişdir.

Diqqətəlayiqdir ki, əsrlərlə davam edən bu mübahisəli məsələyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz münasibətini bildirmişdir. 2012-ci il 22 dekabr tarixində “Rossiya - 24” telekanalına müsahibəsi zamanı rusiyalı jurnalist Evelina Zakamskayanın Azərbaycanda idmanın vəziyyəti haqqında sualını cavablandırarkən Prezident İlham Əliyev bu qərarın əhəmiyyətini bir daha qeyd etmişdi. Jurnalist həmin qərara münasibət bildirərkən maraqlı bir mövzuya - Azərbaycanın Avropanın bir hissəsi olması məsələsinə toxunmuşdu. Jurnalist: “Mən onu əlavə etmək istəyirəm ki, bu, Azərbaycanı Avropanın bir hissəsi kimi tanımaq deməkdir, çox cəhətdən siyasi əhəmiyyətli qərardır”. Azərbaycan Prezidenti onun fikri ilə razılaşaraq məsələnin mahiyyətini çox qısa, lakonik, eyni zamanda tam doğrudüzgün izah edərək demişdir: “Əlbəttə, elədir. Siz tamamilə haqlısınız, bu, Azərbaycanı Avropanın bir hissəsi kimi tanımaq deməkdir. Ona görə ki, yəqin sizbilirsiniz, indiyə qədər Azərbaycanın Avropanın bir hissəsi olub-olmaması barədə diskussiyalar Avropada, o cümlədən Azərbaycanda da davam edir. Bizim coğrafi mövqeyimiz elədir ki, bu barədə iki fikir ola bilər və prinsip etibarilə hər iki fikir məqbuldur. Biz həm Avropa Şurası Təşkilatının, həm də İslam Əməkdaşlıq Təşkilatının iştirakçısıyıq. Ona görə ki, biz bu qitələrin qovuşduğu məkanda yerləşirik və düşünürəm ki, bu qərar olduqca ölçülüb-biçilmiş, müdrik, düzgün qərardır”.

Göründüyü kimi, zamanında ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələyə dair fikirlərini ortaya qoymuşlar. Bəs məsələnin həlli üçün, eləcə də gələn qonaqları inandırmaq üçün nə etməliyik? Axı onların arasında məsələnin mahiyyətini, sadəcə, bilməyənlərlə bərabər, bu fikrə şübhə ilə yanaşanların və hətta bilərəkdən qəbul etmək istəməyənlərin də olması mümkündür.

Düşünürəm ki, ilk növbədə vaxt itirmədən, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutuya Azərbaycan Coğrafiya Cəmiyyətinin təşəbbüsü və rəhbərliyi ilə aidiyyəti təşkilatların alim və mütəxəssislərinin birgə yığıncağını keçirmək, orada məsələni müzakirə edib iki qitənin quru sərhədlərinin meyarlarını müəyyən etmək, sərhədin hansı nöqtələrdən keçməsinə dair ümumi razılığa gəlmək və sonra Azərbaycan Coğrafiya Cəmiyyəti adından bu barədə təkliflə Beynəlxalq Coğrafiya İttifaqına müraciət etmək lazımdır. Beynəlxalq Coğrafiya İttifaqında məsələnin həllinin xeyli vaxt tələb etdiyiniilk Avropa  Oyunlarının başlamasına isə az vaxt qaldığını nəzərə alaraq, İttifaqın rəsmi qərarını gözləmədən, tam əminliklə biz öz ərazimizdə Yer səthində - naturada sərhəd xəttini müəyyən edib bir neçə nöqtədə müvafiq işarə qoymaq, mühüm yerlərdə isə obelisk tikə bilərik. İlkin araşdırmalara görə qitələrin sərhəd xətti, Baş Qafqaz sıra dağlarının suayırıcı xətti boyunca Bazar Düzü (4466m), Tufandağ (4191m), Babadağ (3629m), Dübrardağ (2205m) kimi zirvələrdən keçir, cənub-şərq istiqamətində uzanaraq aşağılarda Kəmçidağa (1026m) və İlxıdağa (336m) qədər gəlib çatır və Ceyranbatan su anbarının sağ sahilində Bakı-Quba magistral yolunu kəsərək Abşeron yarımadasının şimalındakı təpəliklərdən keçir. Güman edirəm ki, coğrafi sərhədin magistral yolla həmin kəsişmə nöqtəsində möhtəşəm “Avropa-Asiya qapısı” adlı arka-kompleksin tikilməsi, onun lazımi məlumat-informasiya lövhələri ilə bəzədilməsi, ətrafında idman-əyləncə, istirahət və iaşə obyektlərinin salınması ölkəmizin qonaqları üçün maraqlı turizm məkanı ola bilər. Ən önəmlisi isə, biz ilk Avropa  Oyunlarına gələnlərə iki qitə sərhədinin Azərbaycandan keçməsini əyani olaraq göstərməklə, ölkəmizin Avropaya aidliyinə dair onların şübhələrinə son qoymuş olarıq. Təbii ki, bunlarla paralel məsələyə dair reklam və broşürlər buraxmaq, televiziyada elmi söhbətlər aparmaq, qəzet və internet səhifələrində şərhlər, elmi jurnallarda məqalələr yazmaq olardaha sonra isə coğrafiya dərsliklərində, xəritələrdə müvafiq dəyişikliklər edilməlidir.

Bunlar bizə lazımdırmı?” - kimi fikirləşənlərə demək istərdim ki, bəli, lazımdır! Görüləcək bu tədbirlər nəticəsində, əvvəla, coğrafi-tarixi bir ədalətsizlik bərpa ediləcək və bu məsələdə də “hər şey doğru-düzgün olmalıdır” prinsipi bərqərar olacaqdır. İkincisi, heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın dünyada daha da tanınmasına xidmət edəcəkdir. Üçüncüsü, bizim Avropaya aidliyimizi şübhə altına almağa səy göstərənlər birdəfəlik anlayacaqlar ki, biz avropalıyıq. Və, nəhayət, ulu öndər Heydər Əliyevin demiş olduğu “Azərbaycan Avropanın bir hissəsidir” tezisi öz əyani təsdiqini tapmış olacaqdır.

 

Rəşid FƏtƏliyev,

Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının neftkimya şöbəsi müdirinin müavini,

geologiya-mineralogiya elmləri namizədi.

 

 Respublika.-2014.- 16 oktyabr.- S.4.