Azərbaycanda astrofizik yüksək texnoloji tətbiqi elmə perspektiv baxış

 

Oktyabrın 21-də Bakıda öz işinə başlayanNüvə elmləri onun tətbiqləri” VII Avrasiya konfransının  4 gün davam etməsi nəzərdə tutulmuşdur. Tədbirdə Azərbaycan alimləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislər məruzələrlə çıxış edəcəklər. Konfransda nüvə fizikası və kimyası, radiasiya materialşünaslığı, texnologiyaları, ekologiyası, biologiyası və təhlükəsizliyi mövzusunda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı strategiyasının işlənilməsi istiqamətində müasir fizikanın və ona bağlı olan elmlərin tətbiqi sahələr ilə əlaqəsinin aydınlaşdırılması və bu əlaqələrin müəyyənləşdirilməsi yollarının axtarılması zərurəti  gündəmdədir. Hər bir elmdə olduğu kimi, fizikada da, bir qayda olaraq, Azərbaycan fizika elmində sonuncusu dominantlıq təşkil edən, tətbiqi və fundamental xarakterli tədqiqatlar aparılır. Fizika elminə qlobal platformadan baxdıqda, azərbaycanlı fiziklər tərəfindən aparılan fundamental xarakterli tədqiqatların tətbiqi elmlərdə yararlılığı imkanlarının müəyyən edilməsi və bu tədqiqatların dünya elmini narahat edən problemlərlə uzlaşdırılması, strategiyanı müəyyən etmək kontekstində qaçılmazdır. Fizikanın bir sıra bölmələri, mikrodünya fizikası (bu sıradan nano-elmlər, nüvə elmləri və kondensə olunmuş mühit fizikası), və meqadünyanın (Astronomiya, astrofizikakosmologiya da daxil olmaqla) yaranması nəzəriyyəsinin fundamentini təşkil edən, bu sırada,  elementar zərrəciklər fizikasının (Yüksək Enerjilər fizikası) riyazi aparatı olan kvant sahə nəzəriyyəsinin mövqeyinin vacibliyinin nəzərə çatdırılması qaçılmazdır.

Azərbaycanda, elmin bu sahəsində tədqiqatlar, təxminən 50 il bundan əvvəl, keçən əsrin ortalarından başlayaraq bugünlərimizədək davam etdirilir. Bu illər ərzində respublikaxarici jurnallarda 1000-dən artıq elmi məqalə dərc etdirilmiş, mötəbər konfranslarda yüzlərlə məruzələr edilmiş və dünyanın bir sıra qabaqcıl ölkələrinin elmi mərkəzləri ilə müştərək tədqiqatlar aparılmışdır. Bu gün də fizikanın bu bölməsinin azsaylı nümyəndələri bir sıra beynəlxalq elmi layihələrdə iştirak edirlər. Onların sırasında Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Yüksək Enerjilər Fizikası qrupunun əməkdaşlarının nailiyyətləri nəzərəçarpandır. Qrupun əməkdaşlarının maraq dairələri  Nüvə və Yüksək Enerjilər fizikasının bir sıra aktual problemlərini əhatə edir. Bu tədqiqatların aparılmasında, qrupun əməkdaşları xarici ölkələrin müxtəlif fondlarından aldıqları qrantlarla yanaşı, Azərbaycan Respublikasının Prezidentinin 21 oktyabr 2009-cu il 526 saylı sərəncamı ilə yaradılan Elmin İnkişaf Fondunun qrantlarının, dünyanın aparıcı ölkələrinin elmi ezamiyyətlərə ayırdıqları vəsaitlərin miqdarında (bəzən daha yüksək) vəsaitin ayrılması, Azərbaycan Respublikasında elmin inkişafı strategiyasının işlənilməsinə öz əvəzolunmaz töfhəsini verməyə başlamışdır.

Bu nöqteyi-nəzərdən, Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutu tərəfindən mütəmadi olaraq keçirilən “Fizikanın Müasir Problemləri” IV Elmi konfransının (24-25 dekabr 2010-cu il) “Yüksək Enerjilər Fizikası, nəzəri və riyazi fizika” bölməsində, professor A.Kazımzadənin Nobel Mükafatı lauretaı V.L.Ginzburqa istinadən fizikada narahatlıq doğuran və hər bir tədqiqatçıya ən azı məlum olmalı “fiziki minimum” adlı  30 problem, və  məşhur astronom Alan Sendicə istinadən, 23 problem haqqında  etdiyi məruzədəki, yuxarıda adları çəkilən hər iki alimin qoyduqları bəzi problemlərin üst-üstə düşməsi, bir çoxunun  isə fizika, yaxud astronomiya elmləri nöqteyi-nəzərindən bir-birini tamamlaması (qeyd edilməlidir ki, astronomiyaastrofizika problemlərinin araşdırılmasında, riyaziyyatmexanika ilə birlikdə fizika da bəzi digər elmlər kimi astrofizikakosmologiya ilə ayrılmaz vəhdət təşkil edirlər), idarə olunan termo-nüvə reaksiyaları, fullerenlər və nanoborular, materiyanın fundamentini təşkil edən elementar zərrəciklərin kütlə spektrindən tutmuş Böyük partlayış nəzəriyyəsindən irəli gələn kvark-glüon plazması, Kainatda materiyanın generasiyası, gizli kütlə, kosmoloji problemlər, inflyasiya, kosmologiya və yüksək enerjilər fizikasının əlaqəsi və digərləri  öz əksini tapmış və sadalanan problemlər ətrafında mövzu açmaq əhəmiyyəti yaranmışdır. Oxuculara təqdim olunan hazırkı materialElm və Həyat” jurnalının 2011-ci il 3 N-li buraxılışında çap olmuşBöyük partlayış nəzəriyyəsi - həqiqət və müəmmalar” məqaləsinin elmi-məntiqi davamı olaraq Kainatın yarandığı ilk saniyələrin cirəsində (10 üstü 43 san) Kainatın testi (“xəmiri”) sayıla biləcək materiyanın kvark-glüon plazması adlanan aqreqat halı və Müasir Kainatın inflyasiya nəzəriyyəsi haqqında gedərək, Bioloji varlığın rüşeymlərinin yaranmasına Kvant biologiyası platformasında yanaşılmasının nəzəri əsaslarının dərk olunması məqsədi daşıyır.

Son zamanlar Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Yüksək Enerjilər fizikası qrupunun üç əməkdaşı,  Elmin İnkişaf Fondunun Mobillik qrantının dəstəyi ilə Almaniya, Cənubi Koreya və Türkiyənin Yüksək  Enerjilər və Nüvə fizikası mərkəzlərində elmi ezamiyyətdə olmuşlar. Bu tədqiqatlar nəzəri xarakter daşıyaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 may 2014-cü il sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində yaradılmış “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin qarşısında duran Nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi zərurətindən irəli gələn, Azərbaycan Respublikası Prezidentinin direktivlərindən biri olan, Azərbaycan Milli Elmlər Akademiyası ilə, bu Cəmiyyətdə aparılacaq fundamental və tətbiqi elmi tədqiqatların əlaqələndirilməsinin təmin edilməsi kontekstində, Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Yüksək Enerjilər Fizikası qrupunun fəaliyyəti də,  bu direktivdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə öz töhfəsini verə bilər.

Qrupda aparılan tədqiqatlar Yüksək Enerjilər və Nüvə fizikasının nəzəri problemlərini əhatə edərək, həm termal sıx mühitdə, həm də ənənəvi nəzəri (nüvə və elementar zərrəciklər materiyasının temperatur və sıxlıqlarının nəzərə alınmadığı tədqiqatlar) araşdırmaları əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən xüsusi  layihələrin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2014-cü ildə keçirilmiş 4-cü “Mobillik qrantı” müsabiqəsinin qalib layihələrindən biri çərçivəsində - “Qaynar və sıx mühitdə baryon rabitəli halları molekullarının tədqiqi” mövzusunda nəzəri tədqiqatlar aparmaq məqsədi ilə, bu sətirlərin həmmüəlliflərindən biri olan, BDU-nun Fizika Problemləri İnstitutunun Yüksək Enerjilər Fizikası qrupunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Rauf Qədir oğlu Cəfərov  2014-cü il 15 avqust - 13 sentyabr  tarixlərində təcrübəkeçmə məqsədi ilə Türkiyənin İzmit şəhərində yerləşən Kocaeli Universitetinin Fizika Bölümünün Termal Yüksək Enerjilər Fizikası Qrupunda ezamiyyətdə olmuşdur.

Müvəffəqiyyətlə baş tutan bu təcrübəkeçmənin yekunu kimi nəzərdə tutulan birgə elmi araşdırmalar, Kocaeli Universitetinin Fizika Bölümün rəhbəri, termal Yüksək Enerjilər fizikası üzrə tanınmış mütəxəssis professor Elşən Vəli Vəliyevin də qənaətinə görə aktual olaraq öz perspektivliyini ortaya qoyur.

XXİ əsrin ilk onilliyində  Azərbaycan Respublikasında iqtisadiyyat, idman və mədəniyyətin bütün sahələrində olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün  yaradılmış Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyindəkiMilli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti qarşısında qoyulmuş məsələlərin həlli istiqamətində, Azərbaycan Prezidentinin uzaqgörən siyasətindən doğan  direktivlərin bir-birini tamamlaması kontekstində, Azərbaycanın həm daxili, həm də xarici siyasətinin həyati və bəşəri olduğunun bariz sübutudur.

 

 

İsgəndər Cəfərov,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzəri fizika kafedrasının müdiri,

AMEA-nın müxbir üzvü, professor.

 

Rauf Cəfərov,

Bakı Dövlət Universiteti Fizika Problemləri İnstitutunun baş elmi işçisi,

fizika-riyaziyyat elmləri doktoru.

 

 Respublika.-2014.- 16 oktyabr.- S.7.