İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi

 

Sentyabr ayının 24-də Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsindəİnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstəkTvinninq layihəsinin təqdimatı keçirilmişdir. Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov təqdimat mərasimini giriş sözü ilə açaraq, Tvinninq layihəsinin həyata keçirilməsinə yardımçı olan Avropa İttifaqına, onun Azərbaycandakı nümayəndəliyinə minnətdarlığını bildirmişdir.

Nazir qeyd etmişdir ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyininvergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verirdaim bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni öyrənərək öz işini yüksək dünyaAvropa standartları səviyyəsində qurmağa çalışır. Son illər bu məqsədlə bir sıra iri layihələr reallaşdırılmışdır ki, bunlar da ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən modernizasiya siyasətinin göstəricisidir. İnsan resurslarının idarə olunması həmişə prioritet məsələlərdən hesab edilir və Vergilər Nazirliyi insan resurslarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə hələ 2004-cü ildə “Dövlət vergi orqanlarında insan resurslarının inkişafı strategiyasının Konsepsiyası”nı qəbul etmişdir. Konsepsiyada əksini tapmış hədəflərə çatmaq üçün həm daxili, həm də kənar mənbələr hesabına insan resurslarının sistemli şəkildə inkişafının uzunmüddətli strategiyasının hazırlanmasının vacibliyini vurğulayan F.Məmmədov bildirmişdir ki, işçilərin bilikləri mənimsəməsi, onların motivasiyasının stimullaşdırılması və peşəkar karyera yüksəlişinin təmin olunması üçün şəffaflıq və azad rəqabət prinsipləri əsasında formalaşan, müasir tələblərə və gələcəyə yönəlmiş tənzimləyici normativlər və qaydalar işlənib hazırlanmalıdır.

Tədbirdə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mard, Avropa İttifaqı tərəfindən layihə rəhbərləri — İspaniya Maliyyə Nazirliyinin Vergi araşdırmaları mərkəzinin rəhbəri cənab Qonzalo Qomez de Liano və Fransanın Maliyyə Nazirliyinin Şərq Regional Vergi İdarəsinin rəhbəri cənab Noel Klaudon, layihənin rezident tvinninq məsləhətçisi xanım Pilar de Enterria, Vergilər Nazirliyi tərəfindən layihənin rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov çıxış etmişlər.

Tvinninq layihəsinin 2014-cü il sentyabr ayının 1-dən başlayaraq İspaniya və Fransanın Vergi administrasiyaları ilə birgə 2 il müddətində həyata keçirilməsi nəzərdə tutulur. Avropa Komissiyası ekspertlərinin rəylərinə əsasən, onun tətbiqi sayəsində üç əsas nəticə əldə olunacaq. Birincisi, İnsan resurslarının uzunmüddətli və çoxməqsədli İnkişaf Strategiyası və İnkişaf Planı hazırlanacaq. İkincisi, Vergilər Nazirliyinin insan resurslarının inkişafını və səmərəli idarəetməsinin təmin edilməsi üçün tənzimləyici rol oynayan ən müasir normativ qaydalarmetodoloji rəhbərliklər toplusu hazırlanacaq və tətbiq ediləcək. Üçüncüsü isə İnsan resurslarının uzunmüddətli İnkişaf Strategiyası və Tədbirlər Planına uyğun olaraq, işçi heyətinin peşəkarlıq səviyyəsinin daim artırılmasını təmin etmək üçün Avropa İttifaqının ən müasir təcrübəsinə uyğunmüasir informasiya texnologiyalarına əsaslanan dayanıqlı təhsil və çoxpilləli treninq sistemi tətbiq ediləcək.

Tədbirdə Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndələri, Milli Məclisin deputatları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

 

M.MirzƏ,

Respublika.-2014.- 25 sentyabr.- S.3.