İndi Ermənistan adlandırılan ərazilər qədim Azərbaycan torpaqlarıdır

 

Böyük rus alimi, jurnalist tarixçi V.L.VelickoQafqaz, rus işi qəbilələrarası məsələlərəsərində göstərmişdir ki, böyük şair A.S.Puşkin ermənilərə nifrətini belə ifadə etmişdir: “Sən qulsan, sən qorxaqsan, sən ermənisən”.

V.L.Velicko daha sonra həmin əsərində göstərir: “Qafqaz tatarları deyir: erməninin yolunu işıqlandırmaq üçün on barmağını şam kimi yandırsan da, o sənə sağ ol deməyəcəkdir”. V.L.Velicko həmin əsərində azərbaycanlıları belə xarakterizə edir: “Azərbaycanlıların qanı, şübhəsiz, xeyirxahdır; onlar təbiətən rəhmdil, kişiyana, geniş qəlbli, əqli və əxlaqı inkişafa qadirdirlər”.

Azərbaycan xalqının bir zərb-məsəli var: “Ermənini qapında gör”. Yəni bu o deməkdir ki, erməni nökər kimi sənə sədaqətlə qulluq edəcək, lakin vəziyyət dəyişən kimi onun sifəti də dəyişəcək, o tamam başqa adam olacaqdır.

Əsl erməni xislətini ermənilərin özləri obyektiv göstərmişlər. Erməni tarixinin atası sayılan Movses Xarenasi yazmışdır: “Mən xalqımızın daşürəkliliyini və yekəxanalığını göstərmək istəyirəm. Erməni həqiqəti inkar etməyi xoşlayır. Ermənilər böyük-böyük danışmağı xoşlayan, ikiüzlü millətdir”.

Azərbaycanın ikiyə parçalanmasını rəsmiləşdirən “Türkmənçay” müqaviləsi bağlanandan (10 fevral 1828-ci il) dərhal sonra Paşkeviçin rəhbərliyi ilə Azərbyacana İrandan 40 min, Türkiyədən 90 min erməni köçürülmüşdü. Onların bir hissəsi Azərbaycanın qərb torpaqlarında, qalan hissəsi isə QarabağYelizavetpol (Gəncə şəhəri-İ.A.) quberniyasında yerləşdirilmişdi. Ermənilər bu yerlərdə məskunlaşandan sonra azərbaycanlıları sıxışdırmağa başlamış, onların çapqınçılıq və qəraətçilik əməlləri adi hal almışdı. Ermənilərin dinc Azərbaycan əhalisinə qarşı kütləvi qırğınları Azərbaycan türklərinin məhvinə yönəldilmişdi.

Erməni şairi Yegişe Çarens ermənilərə məxsus xarakterik xüsusiyyətləri daha kəsgin ifşa etmişdir: “Biz ermənilərdə ikiüzlülük ana bətnində ikən yaranır. Ermənilər rus çarlarının təşəbbüsü və dəstəyi sayəsində Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan adlı dövləti də “qədim Ermənistan” adlandırmaqdan utanıb qızarmırlar”.

Məşhur rus yazıçısı və diplomatı A.S.Qriboyedovun aşağıdakı sözləri ermənilərin xarakterini bütün çılpaqlığı ilə açır: “Bu ermənilər nə murdar adamlardır. Onlar həmişə qulağıma pıçıldayaraq deyirlər ki, ruslar onların havadarlarıdır. Sözdə belə deyir, ancaq əslində, erməniləri təpik altına salmağa hazır olan farslara satılırlar”.

Vaxtı ilə Azərbaycana səyahət etmiş böyük fransız yazıçısı Aleksandr Düma (ata) “Qafqaza səyahət” kitabında göstərmişdir: “Ermənilər həmişə erməni dinindən fərqli dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə onlar öz fikirlərini, hisslərini və məramlarını gizlədən vücudlara, habelə dələduzlara və fırıldaqçılara çevrilmişlər”.

1911-ci ildə böyük rus alimi və tədqiqatçısı Nikolay Şavrov ermənilər barəsində yazmışdır ki, Cənubi Qafqazda yaşayan ermənilərin böyük əksəriyyəti yerli əhali deyil, ruslar tərəfindən buraya köçürülənlərdir.

Ermənilərin tarixən dövlətçiliyi olmamışdır. “Bolğşaə sovetskaə gnüiklopediə“nın 2-ci cildində göstərilir ki, erməni milləti “hay” sözündəndir. Hazırki Ermənistan Respublikası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qədim Azərbaycan torpaqları hesabına yaradılmışdır. Belə ki, 28 may 1918-ci ildə Tiflisdə Qafqaz Canişininin iqamətgahında Azərbaycan Milli İslam Şurasının qərarı ilə “İstiqlal bəyannaməsi” qəbul edilərək, Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edildikdən sonra Azərbaycan Milli İslam Şurasının 26 üzvü 29 may 1918-ci ildə yenə Tiflisdə Qafqaz Canişininin iqamətgahına toplaşaraq erməni dövlətinin yaradılması ilə əlaqədar Azərbaycan Milli İslam Şurasının nümayəndəliyi ilə erməni milli şurası üzvlərinin Azərbaycan və Ermənistan ərazi sərhədləri barədə danışıqlarının nəticələri haqqında məsələ müzakirə etmişlər.

Həmin məsələ barəsində Azərbaycan Xalq Cümhuriyyəti müvəqqəti hökumətinin sədri, Milli İslam Şurasının üzvü F.X.Xoyskinin məruzəsi dinlənilmişdir. F.X.Xoyski məruzəsini belə bir məlumatla qurtarır ki, Ermənistan federasiyası üçün siyasi mərkəz lazımdır, belə bir mərkəz Aleksandropol şəhəri (Gümrü şəhəri-İ.A) Türkiyəyə keçdikdən sonra, yalnız İrəvan şəhəri ola bilər, ona görə də İrəvan şəhərinin ermənilərə güzəşt edilməsi qaçılmazdır. Məsələ barəsində Milli Şura üzvü Xəlil bəy Xasməmmədov, M.Y.Cəfərov, Şeyxülislamov (“Hümmət” partiyası), M.Məhərrəmov (sosialist müsəlman bloku) çıxış edərək İrəvanın ermənilərə güzəştə gedilməsini tarixi zərurətdən irəli gəlməsini qəbul edirlər. Səsvermə zamanı Milli İslam Şurasının 26 üzvündən 16 nəfəri təklifin leyhinə, 1 nəfəri əleyhinə səs verməklə, 3 nəfər isə bitərəf qalır.

Əgər hesab etsək ki, Azərbaycan Milli İslam Şurasının İrəvanın ermənilərə güzəştə gedilməsinə cəmi 16 nəfər səs vermişdir, deməli, səsvermədə qərar o zaman qanuni qəbul edilmiş hesab edilərdi ki, iclasda iştirak edən üzvlərin ən azı 17 nəfəri lehinə səs versin, yalnız o zaman qəbul edilmiş qərar leqitim (qanuni-İ.A.) hesab edilə bilərdi. Halbuki həmin qərar qəbul edilərkən məsələnin lehinə cəmi 16 nəfər, 1 nəfər isə əleyhinə səs vermiş, 3 nəfər isə bitərəf qalmışdır. Protokolda isə iclasda cəmi 19 nəfər Şura üzvünün iştirak etməsi göstərilmişdir. Beləliklə, həmin məsələnin-İrəvanın ermənilərə güzəştə gedilməsi haqda qərar qəbul edilərkən, əslində kvorum (yetərsay-İ.A.) olmamışdır.

Həmin Protokoldakı qeydlərin təhlili göstərir ki, Milli İslam Şurasının 26 üzvündən yalnız 19 üzvü iştirak etmiş, qərarın lehinə isə cəmi 16 nəfər səs vermişdir. Bu isə həmin iclasın kvorum olmadan keçirilməsinə dəlalət edir.

Təsadüfi deyildir ki, 1970-ci ildə nəşr edilmiş “Bolğşaə sovetskaə gnüiklopediə”nın 2-ci cildinin 217-ci səhifəsində İrəvan şəhərinin 1937-ci ildən Yerevan şəhəri adlandırılması göstərilmişdir.

Hazırda ermənilərin dünyanın 60-dan çox ölkəsində yaşamasını nəzərə alsaq, belə çıxır ki, həmin ölkələrin hamısında erməni dövləti yaradılmalıdır

Azərbaycan Prezidenti cənab İlham Əliye

v demişdir: “Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olacaqdır... Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik”.

Azərbaycan torpaqları hesabına Ermənistan dövlətinin yaradılması keçmiş İrəvan xanlığında yaşayanları da, azərbaycanlıları da narahat etmişdir. Əslən İrəvanlı olan B.Rzayev Milli İslam Şurasında təmsil olunmuş irəvanlılar adından demişdir: “Müstəqil Azərbaycan uğrunda çalışmaqla yanaşı, rica edirik, bizi-erməni respublikası ərazisində qalanları da unutmayasınız”.

1918-ci il may ayının 28-də Azərbaycan Milli İslam Şurası “İstiqlal bəyannaməsi” ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdi. Bu tarixi sənəddə Şərqi və Cənubi Qafqazın Azərbaycan torpaqları olduğu və Azərbaycan Xalq Cümhuriyyətinin digər dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmaq zərurəti təsbit edilmişdi.

Tədqiqatçı-jurnalist T.Maşayev (Talıblı) müəllifi olduğu “Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti” kitabında 1410-cu ildən 1827-ci ilə qədər İrəvanda hakimiyyətdə olmuş hökümdarların siyahısını vermişdir. Həmin siyahıya baxdıqda aydın olur ki, İrəvan xanlığı hökmdarlarının hamısı azərbaycanlı olmuşlar. Bu isə bir daha göstərir ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi Azərbaycanın tarixi torpaqları olmuşdur.

Beləliklə, ermənilərin uzunmüddətli və məkrli məqsədli fəaliyyəti nəticəsində qədim Azərbaycanın ayrılmaz parçası olan bir diyarda-keçmiş İrəvan xanlığı ərazisində Ermənistan dövləti yaradılmışdır.

 

İlham ABBASOV,

hüquq üzrə fəlsəfə doktoru,

baş ədliyyə müşaviri.

 Respublika.-2014.- 26 sentyabr.- S.5.