Gəncədə 26 saylı orta məktəb-lisey kompleksinin açılışı

 

Əsası türk dünyasının fenomeni, təhsilin hamisi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanımız getdikcə daha da möhkəmlənir, infrastrukturlar güclənir, insan potensialı zənginləşir, maliyyə resursları daim artmaqdadır. Bu gün artıq bütün sahələrdə maddi-texniki baza gücləndirilərək, ümumilikdə ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Praqmatik dövlət başçısı cənab İlham Əliyevin ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun son üç ildə qədim Şeyx Nizami yurdu olan, respublikanın ikinci şəhəri ulu Gəncə sözün əsl mənasında böyük inkişaf yolu keçməkdədir. Artıq Gəncədə 30 orta məktəb binası yüksək standartlara uyğun yenidən qurulub və lazımi avadanlıqla təchiz edilmiş, informasiyakommunikasiya texnologiyaları ilə təminatı daha da gücləndirilmişdir. Bəli, Gəncədə başdan-başa yeniləşən və gözəlləşən məktəblərin sırasına daha biri də əlavə olundu. 26 saylı məktəb-lisey kompleksi əsaslı surətdə yenidən qurularaq, müəllim və şagirdlərin istifadəsinə verildi.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, YAP Şəhər Təşkilatının hüquq-mühafizə orqanlarının, şəhər ictimaiyyəti nümayəndələrinin, pedaqoji kollektivlərin, müəllim, şagird və valideynlərin iştirakı ilə təntənəli açılış mərasimi olmuşdur. Dövlət himninin səslənməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyəti bşçısının müavini ictimai siyasihumanitar məsələlər şöbəsinin müdiri Sevda Qurbanəliyeva mərasim iştirakçılarını bu sevinc dolu bayram münasibətilə təbrik etdi.

Sonra Məktəb-lisey kompleksinin direktoru Valeh Rüstəmov çıxışında bildirdi ki, məktəb-liseydə hazırda 960 şagird  təhsil alır. Onların da təlim-tərbiyəsi ilə 100 nəfər müəllim və 12 nəfər köməkçi, pedaqoji heyət məşğul olur. Məktəbin builki məzunlarından 2 nəfəri 600-dən, 6 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Məzunlar arasında Heydər Əliyev adına Milli Təhlükəsizlik Akademiyasına, Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olanlar da vardır.

Valideyn Naibə Ağayeva və 11-ci sinif şagirdi Aytac Mürsəlova çıxış edərək, belə bir gözəl məktəb binasının yüksək səviyyədə yenidən qurulub istifadəyə verilməsini respublika Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirərək ölkə başçısına təşəkkürlərini bildirdilər.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev geniş və əhatəli, Azərbaycanda gedən sürətli və innovativ inkişafdan, irimiqyaslı layihələrin icrasından danışaraq qeyd etdi ki, ölkəmizin uğurlu gələcəyi eyni zamanda cəmiyyətin intellektual potensialından asılıdır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, hansı ölkədə təhsilə, elmə, texniki tərəqqiyə diqqət verilir, həmin ölkələrdə inkişaf və tərəqqi diqqətəlayiqdir.

Şəhər rəhbəri bir daha vurğuladı ki, Dövlət Proqramına uyğun 2015-ci ilin sonuna kimi Gəncədə bütün məktəblər əsaslı şəkildə yenidən qurularaq istifadəyə veriləcəkdir. Dövlət Proqramına uyğun 4 nömrəli məktəb üçün 1000 yerlik əlavə korpusun inşası başa çatıb, 40 nömrəli məktəbin binası isə yeni görkəmə salınır.

Sonra müəllim və şagirdlərin intizarla gözlədiyi an, açılış rəmzi olan qırmızı lent kəsildi. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və ictimaiyyətin nümayəndələri yaraşıqlı sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, kitabxana, geniş idman zalı, psixoloqtibb otağı ilə tanış oldular. Təhsil ocağının həyətində də abadıq və quruculuq işləri aparılmış, qazonlar salınmış dekorativ ağaclar əkilmişdir. Məktəbin açıq futbol, voleybolbasketbol meydançaları yenidən qurularaq şagirdlərin istifadəsinə verilmişdir.

 

Zabit XƏLİLOV,

Respublika.-2014.- 26 sentyabr.- S.6.