BİLƏSUVAR: İQTİSADİ POTENSİAL YÜKSƏLİR

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında ölkənin yüksək templərlə inkişafı bir daha real faktlarla göstərilmiş, iqtisadi sosial həyatda nadir göstəricilərin olduğu qeyd edilmişdir.

Biləsuvar davamlı sosial-iqtisadi inkişaf, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılması cəhətdən Muğanın inkişaf etmiş rayonlarındandır. Şəhər və kəndlər, qəsəbələr indi getdikcə gözəlləşir, cavanlaşır, öz simasını tanınmaz dərəcədə dəyişdirir. Burada adamlar yaşayışlarını daha da firavanlaşdırmaq üçün səylə çalışırlar. Hər kəs aydın görür və dərk edir ki, son illərdə ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin bəhrəsi olan mükəmməl strateji kursun dönmədən davam etdirilməsi sayəsində insanların həyat səviyyəsi xeyli yüksəlmişdir.

2014-cü ilin otən dovrü bir sıra uğurlarla müşayiət olunmuşdur. Rayonun sakinləri dövlətin bütün sahələrə göstərdiyi qayğıdan ruhlanaraq cari ilin müvafiq dövründə böyük nəaliyyətlər əldə etmişlər. İqtisadi inkişafın sürətləndirilməsi, tikinti-abadlıq işlərinin görülməsi və əhalinin sosial problemlərinin həlli sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Sakinlərin əmək və yaradıcılıq əhval-ruhiyyəsi çox yüksəkdir. Bunun əsas səbəblərindən biri odur ki, Prezident cənab İlham Əliyevin yeni-yeni təşəbbüsləri adamların coşqun əmək və siyasi əhval-ruhiyyəsini şərtləndirən amilə çevrilmişdir. Prezidentin dəfələrlə Biləsuvara səfər etməsi, insanlarla görüşüb rayonun iqtisadisosial həyatındakı yeniliklərlə tanış olması və adamların gərgin zəhmətinə yüksək qiymət verməsi onların əmək və yaradıcılıq əzmini artıran əsas cəhətlərdir.

Ardıcıl olaraq göstərilən dövlət qayğısı tikinti-abadlıq işlərinin inkişafına təkan vermiş, bu sahədə çalışanlara əlverişli mühit yaratmışdır. Son vaxtlar ərzində tikinti-abadlıq və quruculuq işlərinə çoxlu vəsait sərf olunmuşdur. Tikinti təşkilatlarının yerinə yetirdikləri podrat işlərinin həcmi əvvəlki illərdəkindən daha artıq olmuşdur. 2 hektar sahəsi olan Heydər Əliyev parkında yenidənqurma işləri görülmüş, burada 6400 kvadratmetr sahədə park yenidən qurulmuş, şəhərdə smeta dəyəri 4,5 milyon manat olan üç mərtəbəli, 28 otaqdan ibarət Heydər Əliyev Mərkəzi tikilib istifadəyə verilmişdir. Burada şahmat, xalçaçılıq və heykəltəraşlıq dərnəkləri, rəqs, dizayn, fotokompyuter studiyaları, internet kafe, elektron kitabxana, kino zalı fəaliyyət göstərir. Ötən il həmçinin rayon icra hakimiyyətinin yeni binası, YAP rayon şöbəsinin binası, fəvvarələr meydanı istifadəyə verilmişdir. Heydər Əliyevin abidə kompleksi rayon mərkəzində ucaldılmışdır.  

Şəhərin Mübariz İbrahimov, Nizami, S.Rufullayev, M.Əzizbəyov, Xaqani, Sahil, B.Abbasov küçələrində abadlıq işləri həyata keçirilmişdir. Şəhərdəki kommunal evlərin su təchizatına xüsusi diqqət yetirilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, su anbarları və kanalizasiya xətləri təmizlənmiş, nasosxanaların fasiləsiz işi nizama salınmış, elektrik mühərrikləri təmir edilmişdir. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün 2 hektar ərazidə illik istehsal gücü 500 ton olan istixana, həmin məhsulların saxlanması üçün Bəydili kəndində 800 tonluq soyuducu kamera inşa olunmuşdur.

220 yerlik Əmənkənd tam orta məktəbinin binası inşa edilmiş, 640 yerlik Xırmandalı kənd 1 saylı orta məktəbinin, 1176 yerlik 42 sinif otağı olan Ağalıkənd kənd orta məktəblərinin əsaslı təmiri başa çatdırılmışdır. Rayon mərkəzində minlərlə bəzək ağacı və gül kolları əkilmişdir. Bir çox digər yaşayış məntəqələrində abadlıq və yenidənqurma işlərinin səviyyəsi daha yüksək və gözəgəlimli olmuşdur. Şəhərdə 50 yerlik, Zəhmətabad kəndində 40 yerlik uşaq bağçası tikilib istifadəyə verilmişdir. İndi Aşağı Cürəli və Xırmandalı kənd 2 saylı uşaq bağçasının, Toxumçuluq idarəsi binasının, Səmədabad kəndində Heydər Əliyev parkının inşası, Mərkəzi xəstəxana kompleksinin yenidən qurulması uğurla davam etdirilir.

Son illərdə yol tikintisinə xüsusi önəm verilmişdir. Prezident İlham Əliyevin tapşırığına əsasən 10,5 kilometrlik Biləsuvar dairəvi yolu, 19 kilometrlik Biləsuvar-İran sərhədi yolu, Biləsuvar şəhərinin mərkəzini rayonun Əsgərabad, Ağalıkənd, Əmənkənd, Aşağı Cürəli Yuxarı Cürəli kəndləri ilə birləşdirən 21 kilometr uzunluqda yol çəkilmişdir. Bəhramtəpə-Biləsuvar magistral avtomobil yolunun xeyli hissəsinə asfalt döşənmiş, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində təmir işləri aparılmışdır. Hazırda 16 kilometrlik Günəşli-Ağayri-İsmətli-Aranlı-Çinarlı-Əliabad, 6 kilometrlik Əsgərabad-Muğan kənd avtomobil yollarının inşası işləri gedir. Ərazilərdə yaşıllıq zolaqlarının salınması, 400 metr məsafədə avtomobil yolunun genişləndirilməsi, yol kənarlarında səkilərin inşa edilməsi, müasir işıqlandırma sisteminin quraşdırılması sakinlərin ürəyindən olmuşdur.

Yaşayış məntəqələrinin sosial-iqtisadi yüksəlişində, insanların yaşayış səviyyəsinin yüksəldilməsində özəl strukturların oynadıqları rolu qeyd etməmək mümkün deyil. Rayon iqtisadiyyatında məşğul olanların yarıdan çoxu özəl bölmədə çalışır. Bu fakt sahibkarlığın inkişaf etdirilməsinin yüksək templərini bu inkişafdan ötrü münbit şəraitin mövcudluğunu sübut edir. Birinci yarımildə 58 sahibkarlıq subyektinə 600 min manat kredit verilmişdir. Görülmüş tədbirlər nəticəsində 660 yeni yeri yaradılmışdır. Ölkə rəhbərliyinin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılimasına yönəltdiyi tədbirlər Biləsuvarda da uğurla həyata keçirilir. Rayon icra hakimiyyətinin həyata keçirdiyi tədbirlər nəticəsində xidmət sahələrində işlərin həcmi keyfiyyəti xeyli yüksəldilmişdir. Nəqliyyatda yük sərnişin daşınması nəzərəçarpacaq dərəcədə artmışdır. Yaşayış məntəqələrinin təbii qazla təmin olunması, su-kanalizasiya sisteminin yenidən qurulması sahələrində mühüm işlər görülmüşdür. Məşğulluğun təmin olunması, sosial müdafiənin gücləndirilməsi, pensiya müavinətlərin vaxtında ödənilməsi, aztəminatlı ailələrə sosial yardımların verilməsi əvvəlki vaxtlara nisbətən daha yaxşı təşkil edilmişdir. Cari ildə 1517 ailənin 7712 nəfər üzvünə ünvanlı sosial yardım ödənilmişdir.

Rayonun sosial həyatının inkişafı ən çox təhsil, səhiyyə mədəniyyət ocaqlarının işində özünü göstərir. Hazırda Biləsuvarda 36 ümumtəhsil, 3 məktəbdənkənar təlim-tərbiyə müəssisəsində 1600-dən çox pedaqoji işçi çalışır. Ötən dərs ilində ümumtəhsil məktəblərini 922 şagird bitirmişdir. Məktəblərin maddi-texniki bazası əvvəlki illərə nisbətən xeyli möhkəmləndirilmiş, son illərdə 9 yeni məktəb binası tikilmiş, geniş miqyasda təmir işləri aparılmışdır. Aşağı Cürəli Xırmandalı kənd 2 saylı orta məktəbi üçün müasir tələblərə cavab verən yeni binaların istifadəyə verilməsi kənd əhalisini xüsusilə sevindirmişdir. Bir sıra təhsil ocaqlarında istilik sistemləri yenidən qurulmuş, məktəblərə kifayət qədər tədris avadanlığı inventar verilmişdir.

Əhaliyə mərkəzi xəstəxana, uşaq xəstəxanası, kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri yüksək səhiyyə xidməti göstərir. Son vaxtlar xüsusilə ailə planlaşdırılmasına, ana uşaq mühafizəsinə diqqət artırılmış, yoluxucu xəstəliklərə qarşı intensiv profilaktika tədbirləri həyata keçirilmiş, sanitar-gigiyenik durumun sabit saxlanılması sahəsində zəruri tədbirlər görülmüşdür. Əhalinin tibbi müayinədən keçirilməsi haqqında dövlət başçısının tapşırığı uğurla həyata keçirilmiş, 83,3 nəfər müayinə olunmuşdur. Rayon mərkəzi xəstəxanasının yenidən qurulması sürətlə aparılır. Son vaxtlar 6 kənddə yeni səhiyyə xidməti binaları tikilib istifadəyə verilmişdir.

Rayonda mədəniyyət müəssisələrinin işi xeyli canlandırılmış, gənclərin asudə vaxtının mənalı və maraqlı keçməsi üçün lazımi şərait yaradılmışdır. Tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, maddi-mənəvi irsin mühafizəsindən ötrü bütün imkanlar səfərbər edilmişdir. Bütün bunlar son hədd deyildir. Heç şübhəsiz, Biləsuvarlılar 2014-cü ili layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacaqdır.

 

Sabir MUSTAFAYEV,

Respublika.-2014.- 27 sentyabr.- S.7.