Azərbaycan kitabının taleyi hamını düşündürməlidir

 

)

TQDK bununla, I-XI sinif dərsliklərinin respublikanın tanınmış mütəxəssisləri sırasından seçilmiş ekspertlər tərəfindən ekspertizasının həyata keçirilməsinə, ictimaiyyətin və ekspert rəylərinin müqayisəli təhlilinin nəticələrinin açıq müzakirə müstəvisinə çıxarılmasına nail olmuşdur. İnternet vasitəsilə canlı yayımlanan bu müzakirələrdə dərslik müəllifləri, Təhsil Nazirliyinin nümayəndələri, Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) sədri və ekspertləri, Təhsil Problemləri İnstitutuKurikulum Mərkəzinin mütəxəssisləri, Respublika Təhsil Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun müəllimləri də iştirak etmişlər. Müzakirələrdə səslənən qeyd, irad və təkliflərin nəzərə alındığı rəylər dərslik müəlliflərinə göndərilmiş, müəlliflərin qəbul edib-etmədikləri iradlarla bağlı bildirdikləri fikirlər Milli Elmlər Akademiyasının nümayəndələrindən, ali təhsil müəssisələrinin metodika kafedralarının mütəxəssislərindən, ümumtəhsil müəssisələrinin müəllimlərindən, psixoloqlardan ibarət müstəqil ekspertlərin iştirakı ilə təhlil olunmuş, yekun rəylər dərslik müəlliflərinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilməklə bərabər, həm də, www.tqdk.gov.az saytına yerləşdirilmişdir. TQDK-nın dərslik, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirən ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə xanım Batıyeva 30-31 oktyabr 2012-ci il tarixində Astanada (Qazaxıstan) Dərsliklərin işlənilməsi, ekspertizası, aprobasiyası, monitorinqi və nəşrinin elmi-metodiki təminat sisteminin təkmilləşdirilməsi, 19-23 fevral 2013-cü il tarixində Moskvada (Rusiya) və 28 mart-1 aprel 2013-cü il tarixində yenə də Astanada keçirilən təbiət və riyaziyyat istiqamətləri üzrə yeni tipli dərsliklərin hazırlanmasına konseptual yanaşma: təcrübə və inkişaf meyilləri mövzularında beynəlxalq müşavirələrdə ABŞ, Türkiyə, Böyük Britaniya, Fransa, Macarıstan, Rumıniya, Avstriya, Fransa, Polşa və Ukraynanın, eləcə də Kembric, MakmillanPearson ELT nəşriyyatlarının nümayəndələri ilə birgə iştirak edib bu sahədə toplanılan təcrübə ilə tanış olmuşdur.

Respublikamızda tətbiq edilən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanan dərsliklərin keyfiyyətinə, təbii ki, təcrübənin azlığı, məzmun qiymətləndirməsini həyata keçirənlərin səriştəsizliyi öz mənfi təsirini göstərməyə bilməzdi. Müəllif korpusunun kurikulumu tam mənimsəməsi və dərslikləri qiymətləndirən ekspertlərin formalaşıb yetkinləşməsi üçün zamanabu sahədə dönüş yarada biləcək ixtisaslı, təcrübəli kadrlara ciddi ehtiyac düyülur. Eyni zamanda, dövlət vəsaiti hesabına hazırlanan və rəsmi sənədlərdə istifadəsi üçün 4 il nəzərdə tutulan dərsliklərin monitorinqi nəticəsində tərtib olunmuş yekun rəylərdəki irad və təkliflərin gələcək nəşrlərdə nəzərə alınması üçün də müəyyən vaxtbu istifadə müddətinin bitməsi tələb olunur. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə yaradılmış elektron Dərslik portalında ekspertlər tərəfindən edilən düzəlişlərin yer aldığı yekun rəylərin yerləşdirilməsi, yeni dərsliklər çap olunana qədər yaranmış vəziyyətdən mümkün çıxış yollarından biri kimi qiymətləndirilə bilər. Dərslik müəllifləri və dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər Dərslik portalında şəxsiyyət vəsiqəsinin seriya və PİN kodunu daxil etməklə qeydiyyatdan keçib rəylərlə bağlı sorğuları cavablandıra, zəruri izahatları verə bilərlər. Portalda, yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və ilk dəfə nəşr olunmuş dərslik və dərs vəsaitlərinin bölmə və fəsillərinin tədrisi prosesində meydana çıxan qeyd və təkliflərin də hissə-hissə yerləşdirilməsi və bu məlumatların mütəmadi olaraq internet vasitəsilə canlı yayımlanan açıq müzakirələrə çıxarılması, eləcə də fənn müəllimləri ilə ikitərəfli əlaqələrnin yaradılması da nəzərdə tutulur. Dərslik portalı istifadəçisinin sistemə daxil etdiyi məlumatların təsdiqini, giriş-çıxış və qeydiyyat idarələrarası avtomat məlumat-axtarış sistemi həyata keçirir.

Son illərdə təhsil və tədrisin keyfiyyətinin aşağı düşdüyünü təkcə televiziya kanallarından eşitdiyimiz əvvəli-axırı bilinməyən cümlələr və ailə dramlarının sayı, qəzet səhifələrində rastlaşdığımız orfoqrafiyaüslub səhvlərinin baş alıb getdiyi məqalələr yox, həm də cəmiyyətdə gedən mənəvi açınmaların (ahıl valideynlərini “Qocalar evi”nə verənlərin, ailəsinə baxmaqdan, övladlarına sahib çıxıb aliment verməkdən imtina edənlərin, bu gün ailə qurub 1-2 aydan sonra boşananların, qadın, kişi ləyaqətinə sığmayan çirkin işlərlə məşğul olub böyüklərinin üzünə olanların, hətta onları dünyaya gətirib min bir əziyyətlə böyüdən analarına on illərlə zəng vurub halını xəbər belə almağa vaxt tapmayanların, bir sözə görə illərlə dostluq edib çörək kəsdiyi yaxınlarının həyatına qıyanların, qohum-əqrabanın evinə qarət etmək məqsədilə girib ailəsinə, uşağına xəsarət yetirməkdən, qəsd etməkdən çəkinməyənlərin və s.) sayının həndəsi silsilə üzrə artması da sübut edir. Hər gün rastlaşdığımız, gündəmdən düşməyən, tədricən sayı təhlükəli həddə yaxınlaşan bu xoşagəlməz hadisələrin əsas səbəbinin maddisosial problemlər olduğunu iddia edənlər yanılır. Axı bu millətin indi olduğundan qat-qat kasıb həyat tərzi və maddi imkanları olanda da, kriminal, ləyaqətsizlik və mənəviyyatsızlıq bu qədər geniş miqyasda baş alıb getməyib, pulu qurtaran vəziyyətdən çıxış yolunu axtarmaqda görüb, daha oğurluğa getməyə qapı, qarət etməyə qohum, qonşu axtarmaqda yox. Niyə bu gün gənclərimizin böyük bir hissəsi digərlərindən fərqlənməyin, yaşıdları arasında avtoritet qazanmağın yolunu dahi şairimiz Nizami Gəncəvinin hələ XII əsrdə yazdığı kimi elmdə, bilikdə yox, bahalı telefon gəzdirib, super maşın sürməkdə, barrestoranlarda ömrünü çürütməklə öyünməkdə görür?

Qarışıq nikahların təqdir olunmasına, milli xüsusiyyətlərin ümumi meyarlara uyğunlaşdırılmasına və onları fərqləndirən özəlliklərin silinib getməsinə istiqamət götürmüş sovet təbliğat maşınının, məhz uzun illər ərzində yerinə yetirdiyi işin nəticəsidir ki, bu gün tək xarici ölkələrdə qarışıq nikahdan dünyaya gəlmiş soydaşlarımız yox, elə Bakıda, azərbaycanlı ailəsində doğulmuş uşaqların da bir qismi azərbaycan dilində təhsil alıb Nizami, Füzuli kimi mütəfəkkirlərimizin yaradıcılığı ilə tanış olmağa, mədəniyyət və incəsənətimizi öyrənməyə can atmır. Belələrini azərbaycanlı adlandırmaq da, əslində, düzgün deyil. Bəs milli-mənəvi dəyərlərimizin, milli ruhun gənclərimizin qanına işləməsinə, onların öz vətənlərinin bir qarış torpağı üçün canından belə keçməyə hazır olan vətəndaş kimi yetişməsinə (heç kəs üçün sirr deyil ki, bu gün “Səni axtarıram” verilişində axtarılan oğulların böyük bir qismi Qarabağ müharibəsi zamanı vətən qarşısında öz borcunu verməkdən və atəşkəs dövründə hərbi qulluqdan yayınanlardır) necə nail olmalı? Bu gün cəmiyyətdə gedən bütün bu müxtəlif istiqamətli, genişmiqyaslı mənəvi aşınmaların, baş alıb gedən kriminal hadisələrin qarşısını almağın, ölkədə sabitliyi təmin etməyin ən effektiv yollarından biri təhsil sahəsində rüşvətxorluğun bütün təzahürlərinə birmənalı şəkildə son qoyulmasına nail olmaqdırsa, digər yolu çapdan çıxan nəşrlərin, xüsusilə də, onlardan ən kütləvisi sayılan dərsliklərin məzmununa nəzarət edilməsidir. Əks halda, vəziyyət elə belə də davam edəcək. Başlıca fünksiyası gənc nəslin tərbiyəsi olan dərslik şagirdlərə milli, əxlaqi, mənəvi dəyərlər aşılamalı, onların mənsub olduqları millətin nümayəndəsi olmaqla fəxr edib qürur duymasını təmin etməyə hesablanmalıdır. Bu gün müxtəlif mənbələrdən verilən informasiyanın cəmiyyətə ədəbi redaktorun nəzarəti altında, redaktə prinsipləri əsasında çatdırılması, sabah milli əxlaqi normalarımıza və mənəvi dəyərlərimizə sadiq vətəndaşın yetişdirilməsi deməkdir. Buna isə, yalnız kitab nəşri sahəsində mövcud olan çoxsaylı problemlərin həll edilməsi yolu ilə nail olmaq olar: hazırda respublikamızda ədəbi, texniki və bədii redaktor, naşir və dizaynerlərin hazırlığının günün tələbləri səviyyəsində təşkil olunması və bu sahədə ixtisaslı kadrların yetişdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən “Texniki redaktə”, “Poliqrafiya texnikasının və texnologiyasının əsasları”, “Nəşriyyat texnologiyasının əsasları”, “Redaksiya-nəşriyyat işinin texnologiyası”, “Azərbaycan kitabının bədii-texniki tərtibat tarixikimi dərsliklərin hazırlanması;

-nəşriyyat fəaliyyəti ilə məşğul olanya olmaq məqsədilə lisenziya almağa sənəd verənlərin bu sahədə təhsil alıb təcrübə məktəbi keçməsinə nəzarət edilməsi;

-qeydiyyatdan keçən müəssisənin qarşısında hər hansı bir sahə üzrə ixtisaslaşma, hər ilin axırında kütləvi informasiya vasitələrində öz oxucularına nəşrə hazırladığı əsərlərlə, iştirak edib uğur qazandığı sərgilərlə bağlı hesabat verməklə bağlı tələb qoyulması və təsadüfi şəxslərin bu sahəyə axınının qarşısının alınması.

Respublikamızın ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək üçün göstərilən bütün səylərə baxmayaraq, ali məktəblərə qəbul zamanı keçid balının aşağı salınması və müəyyən fənlərdən heç bir bal (0) toplamayanların sayı, bu sahədə vəziyyətin həqiqətən də qənaətbəxş olmadığını bir daha təsdiqləmiş oldu. Şagirdlərin əksəriyyətinin dərs yükünü kifayət qədər mənimsəyə bilməməsinin bir səbəbi müəllimlərin hazırlıq səviyyəsinin günün tələbləri səviyyəsində olmaması ilə bağlıdırsa, digər səbəbi kurikulumun tələbləri əsasında yazıldığı iddia olunan dərsliklərin nəşriyyat-redaksiya işinin texnologiyasına bələd olmayan şura üzvləri tərəfindən qiymətləndirilməsidir. Millətimizin intellektual səviyyəsinin yüksəlməsində müstəsna rolu olan dərsliklərin məzmun qiymətləndirilməsini həyata keçirən müstəqil şuranın tərkibində ədəbi, bədii və texniki redaktorların olmaması faktı özü, şagirdlərin bilik səviyyəsinin ümumi həddinin aşağı düşməsinin təsadüfi olmadığını (bunu, axırıncı qəbul imtahanlarında abituriyentlərin 43.21 %-inin -41682 nəfərinin imtahan verdikləri fənlərin ən azı birindən sıfır bal toplaması və 11-ci sinif şagirdləri arasında 8 nəfər, 9-cu sinif şagirdləri arasında isə 122 nəfər, hətta oxuyub yazmağı belə bacarmayan şagirdin olması faktı da təsdiqləyir) göstərir. Qəbul imtahanlarının nəticələrinin təhlili abituriyentlərin bilik, bacarıq və vərdişlərində olan çatışmazlıqların bir qisminin onların söz ehtiyatının az olması ilə bağlı olduğunu göstərir. Bu da dərslik, elmi-metodiki və tədris vəsaitlərində olan qüsurlardan və tədris prosesində şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilib ünsiyyət mədəniyyətlərinin təkmilləşdirilməsinə, sözlər arasında qrammatik və məna əlaqələrinin qurulmasına, öyrənilən material üzərində fərqli məntiqi əməliyyatların aparılması kimi bacarıq və vərdişlərinin formalaşdırılmasına xüsusi diqqət yetirilməməsindən irəli gəlir. Bu gün gənclərin bir hissəsinin ətrafdakılarla öz arasında olan anlaşılmazlıqları həll etmək üçün insanı qeyri canlılardan fərqləndirən ünsiyyət vasitəsini - dili qoyub nadanlığın və şəxsiyyət natamamlığının göstəricisi sayılan bıçağa əl atmasının başlıca səbəbi də, elə budur. Hal-hazırda yuxarı sinif şagirdlərinin məktəb rəhbərliyinin razılığı ilə seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verib digər fənləri proqramın minimum tələbləri səviyyəsində belə öyrənmədiyi hallar az deyil. Halbuki, tədris olunan bütün fənlərə lazımi səviyyədə diqqət yetirməyən, hər fənn üzrə ən azı minimum proqram həcmində biliyi olmayan şagirdin geniş dünyagörüşlü vətəndaş kimi yetişə bilməyəciyi heç kəs üçün sirr deyil.

Bütün bu deyilənlər, informasiya məkanında öz həllini gözləyən məsələlərin yalnız cüzi bir hissəsini təşkil edir. Çapa hazırlanan nəşrlərin elmi, ədəbi, bədii dəyərinə, eləcə də bütövlükdə informasiya məkanına nəzarətin gücləndirilməsi, ədəbi-bədii tənqidə geniş meydan verilməsi naşirlərin məsuliyyətini artırar, ölkənin mədəni səviyyəsinin başlıca göstəricisi sayılan kitabın gələcək inkişafını, deməli, gənclərimizin elmi-mədəni və intellektual səviyyəsinin yüksəlməsini təmin edərdi.

Elm, bilik daşıyıcısı kimi tanıdığımız kitabın texniki və bədii tərtibatı, əsərin məzmununun oxucu tərəfindən anlaşılmasına, bədii və poliqrafik vasitələr isə nəşrin özəlliyinin (mətnin illüstrə edilmə tərzi, nəşrin formatı, cildi, kompozisiya seçimis.) təmin olunmasına əhəmiyyətli təsir göstərir. Nəşrə verilən tərtibat oxucunu əsərin süjet xəttini izləməyə istiqamətləndirməli, daxilixarici tərtibat elementlərinin (şrift, titul, inisial, cild...) zəncir həlqələri kimi ardıcıllıqla düzülüb bir-birini əvəz edərək tamamlaması, mətnin özəyinin nəşrin forması, təyinatı və məzmunu ilə səsləşib oxucuya kifayət qədər dəqiqliklə çatdırılmasını təmin etməlidir.

Mətnin oxucuya çatdırılma dərəcəsini bədii-texniki tərtibat, nəşrin taleyini bu tərtibatın janrın xüsusiyyətlərinə və yazarın üslubuna uyğunlaşdırılma dərəcəsi müəyyənləşdirir. İstedadsız rəssam və ya təcrübəsiz texniki redaktor tərəfindən işlənilən əsər tək oxucuya təsir qüvvəsini və dəyərini deyil, həm də potensial alıcısını, deməli, onun şüuruna fəal təsir göstərmək şansını itirmiş olur. Təcrübə göstərir ki, əsər və onun müəllifi ilə bağlı heç bir məlumatı olmayan alıcını kitabı almağa vadar edən çox vaxt elə məhz kitabın üzqabığının onda yaratdığı ilk təəssürat olur.

Əlyazmalardan fərqli olaraq, çap kitablarının tərtibat səviyyəsini tək tərtibatçıların istedad və ustalıqları yox, həm də poliqrafiya texnikasının texniki imkanları müəyyənləşdirir. Mükəmməllikdən uzaq poliqrafiya texnikası tərtibatçılara fantaziyalarını həyata keçirməyə imkan vermədiyi kimi, məntiqsiz tərtibat verilən kitab da oxucu tərəfindən asanlıqla dərk olunub qavranıla bilmir. Oxu vasitəsindən əlavə, həm də poliqrafiya məmulatı kimi tanıdığımız kitabın oxucu tərəfindən düzgün qavranılması, texnologiyaya dərindən yiyələnməyi tələb edir. Hələ qədimdən bu sahədə tədqiqatçı olmaqla yanaşı, həm də ixtiraçı kimi yetişmiş tanınmış kitab sənəti ustalarımız nəşrin effektli alınmasının birbaşa ona sərf edilən materialların xüsusiyyətlərindən asılı olduğunu yaxşı anlayırdılar. Günbəgün yeniləşib mükəmməlləşən texniki avadanlıq və poliqrafiya texnologiyasının kitabın poliqrafik icra və bədii-texniki tərtibatına göstərdiyi təsirin həcminin böyüklüyü, bədii və texniki redaktordan hər yeni nəşrə təyinatına və məzmununa, aid olduğu dövrə və hesablandığı oxucu auditoriyasına uyğun tərtibat verilməsini, deməli, daha da uğurlu və məqsədəuyğun kompozisiya həlli tapılmasını tələb edir.

Sonda, öz qiymətli vaxtını “Respublika” qəzetinin mənim məqaləmlə bağlı açdığı bu müzakirədə iştirak edib arzu, qeyd və təkliflərini bildirən, konstruktiv fikirləri ilə mənə dəstək olan dəyərli ziyalılarımıza və peşəkar kitab sənəti ustalarımıza bir daha dərin minnətdarlığımı bildirir və müstəqilliyinin üçüncü onilliyinə qədəm qoymuş gənc dövlətimiz üçün mühüm strateji əhəmiyyət kəsb edən bu məsələnin rəsmi dairələrin diqqətindən kənarda qalmayıb dövlət səviyyəsində öz obyektiv həllini tapacağına ümid edirəm: müzakirə kitabs. nəşri, istehsalı, reklam və yayımını təşkil edib tənzimləyən, nəşriyyat, mətbəə və kitab satışı obyektlərinin fəaliyyətinə, eləcə də, bütövlükdə informasiya məkanına nəzarət mexanizmini işləyib hazırlaya və həyata keçirib bu subyektlərin işini bir-biri ilə əlaqələndirən, həmçinin poliqrafiya materialları istehsalını və kadr hazırlığını günün tələbləri səviyyəsində təşkili edə biləcək müstəqil bir qurumun yaradılması məsələsinin müvafiq orqanlar qarşısında qoyulması zərurətinin yarandığını bir daha təsdiqləmiş oldu.

 

(əvvəli ötən sayımızda

 

İradə ƏlƏsgƏrova,

"Azərbaycan" nəşriyyatı, İstehsalat şöbəsinin rəisi.

   Respublika.-2014.- 9 yanvar.- S.4.