Məqsəd əhalini keyfiyyətli dərman preparatları ilə təmin etməkdir

 

  

Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyə sektorunda da aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illərdə bu sahənin inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü siyasət səhiyyə sisteminin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olmuşdur. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması istiqamətində atılan addımlar öz müsbət nəticələrini verməkdədir.

Yeni səhiyyə müəssisələrinin tikintisi, təmiri və bərpası, onların ən müasir avadanlıqlarla təchiz edilməsi, vətəndaşların pulsuz dərman preparatları ilə təmini, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsi, əhalinin tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə islahatların əsasını təşkil edir. Xüsusilə qeyd etmək lazımdır ki, əvvəllər müəyyən xəstəliklərin müayinəsi və müalicəsi üçün xəstələr mütləq paytaxta üz tuturdularsa, bu gün regionlarda yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə tam səkildə təmin olunması üçün veni müəssisələr yaradılır. Təkcə son illərdə bölgələrdə 15 yeni diaqnostika-müalicə mərkəzi tikilmişdir, son on ildə isə təqribən 500-ə yaxın tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir.

Bəs bu gün inkişaf etməkdə olan tibb müəssisələrimizin keyfiyyətli dərman preparatları ilə təmin edilməsində vəziyyət necədir? Bununla bağlı “Avromed” şirkətinin baş direktoru Elşad Abdullayevlə görüşüb rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı ətraflı məlumat verməsini xahiş etdik. O dedi:

—“Avromed” şirkəti 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkətin yaradılmasında məqsəd ölkə əhalisini dünyanın ən tanınmış əczaçılıq şirkətlərinin məhsulları ilə təmin etmək və Azərbaycan əczaçılıq bazarında mövcud olan çatışmazlıqların aradan qaldırılmasında müvafiq qurumlara kömək göstərməkdir.

Avromed” qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən transmilli şirkətlərin ölkəmizdə öz nümayəndəliklərini açmaq, onların köməkliyi ilə dünya tibb elmindəki ən son yenilikləri Azərbaycan əczaçılarına çatdırmaq vəzifəsini böyük qürurla yerinə yetirir. Müstəqillik dövründə ilk dəfə olaraq Fayzer (Pfizer), Novartis, Roche, Sanofi-Aventis, Merck, Alcon və dünyanın digər tanınmış şirkətləri Azərbaycanda öz ofislərini açdılar.

Avromed” şirkətinin Azərbaycan əczaçılıq bazarına gətirdiyi ilk yenilik idxal olunmuş əczaçılıq məhsullarının birbaşa satış məntəqələrinə çatdırılması kimi mütərəqqi bir infrastrukturun yaradılması oldu. Paytaxtda və ölkənin Sumqayıt, Gəncə, Mingəçevir kimi digər iri şəhərlərində yaradılan regional satış bazaları ən müasir saxlama və çatdırılma vasitələri (avadanlıqları) ilə təchiz olunmaqla əczaçılıq bazarında ticarətin təşkilinin ən qabaqcıl üsullarını tətbiq etməyə başladı. Yeni şəraitdə həkimlər, apteklər və təchizatçı şirkətlər arasında ən müasir mədəni qaydalara əsaslanmaqla yaranan etibarlı işbirliyi tezliklə öz bəhrəsini verdi. Daha sonrakı illərdə şirkət fəaliyyət dairəsini daha da genişləndirərək Şirvan şəhəri və Şamaxı, Lənkəran, Şəki, XaçmazQazax rayonlarını da əhatə etdi. Hazırda Sabirabad və Bərdə şəhərlərində yeni regional ofislərin açılmasına hazırlıq görülür.

Qısa müddət ərzində şirkət həm ölkə daxilində, həm də xarici tərəfdaşlar arasında böyük rəğbət qazanmış yüzlərlə ixtisaslı gəncin çalışdığı bir şirkətə çevrildi. Hazırda “AvromedQafqaz regionunda əczaçılıq ticarəti ilə məşğul olan ən böyük şirkətdir. “Avromed” dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən çox tanınmış istehsalçı şirkətlərlə sıx əməkdaşlıq edir. Heç təsadüfi deyil ki, beynəlxalq şirkətlər də “Avromed” şirkətini etibarlı tərəfdaş və beynəlxalq səviyyəli müasir biznes şirkəti kimi yaxından tanıyır və onunla əməkdaşlıqdan razılıq ifadə edirlər.

Onu da xüsusi vurğulamaq istərdim ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatlar, sahibkarlığın inkişafı üçün qəbul olunan qanun və sərəncamlar bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni yerlərinin açılmasını prioritet vəzifə kimi qarşımıza qoyan cənab Prezident biz adamlarının önündə geniş üfüqlər açmışdır. Yeri gəlmişkən, bir faktı da nəzərinizə çatdırım ki, son bir ildə “Avromed” şirkəti 100-ə yaxın yeni yeri yaratmışdır.

Ölkədə yaradılan əlverişli investisiya mühitinin nəticəsidir ki, “Avromed” şirkəti 11 illik fəaliyyəti nəticəsində Azərbaycan əczaçılıq bazarının şəriksiz liderinə çevrilmişdir. Bu günAvromed” 1000 nəfərə yaxın işçisi, 100 milyon manatlarla dövriyyəyə malik 9 regional filialları olan nəhəng bir şirkətdir. Şirkət fəaliyyətə başladığı ilk dövrdən bugünədək təqdim etdiyi məhsulların çeşidini on beş dəfədən çox artıraraq 15 min 500-ə çatdırmışdır. Avromed” 900-ü dövlət olmaqla ölkə ərazisində fəaliyyət göstərən 1800 aptekin təchizatçısı, 160 çatdırma və 10 ağır yük avtomobilləri, saat 9:00-dan 21:00-dək müştərilərdən sifarişləri qəbul edən 80 əməliyyatçı, 6 min kvadratmetr sahəsı olan mərkəzi anbarlarda gündəlik 1200 sifarişi təmin edən çoxşaxəli şəbəkəyə malikdir.

Avromedöz fəaliyyətində təkcə şirkətin mənafeyi baxmından deyil, eyni zamanda Azərbaycan əczaçılıq bazarının təkmilləşdirilməsi baxımından da novatorluq təşəbbüslərini və səmərələşdirici təkliflərini hər zaman irəli sürmüşdür. Şirkət nümayəndələrinin təklifləri ilə bu sahəyə aid qayda və qanunların təkmilləşdirilməsi ölkəmizdə əczaçılıq fəaliyyətinin inkişafını sürətləndirmiş və nəticədə hər bir vətəndaşın sağlamlığının qorunmasına töhfələr verilmişdir.

Biz elə bir zamanda yaşayırıq ki, bütün dünya sürətlə dəyişir və insanlarda humanizm, xeyriyyəçilik meyilləri getdikcə güclənir. “Avromed” şirkəti də yarandığı gündən öz fəaliyyətində insanlara qayğını özünün prioritet vəzifəsi hesab edir. “Avromed” də on bir illik fəaliyyəti ərzində bir sıra humanitar tədbirlərin təşəbbüskarı olmuş və qayğıya ehtiyacı olan insanların müraciətinə biganə qalmamışdır. Xüsusilə kütləvi humanitar tədbirlərin həyata keçirilməsi yüzlərlə insanın qarşısında duran problemlərin həllində mühüm rol oynamışdır. Artıq şirkətdə xoş bir ənənəyə çevrilən könüllü qanvermə aksiyaları keçirilir ki, bu da qan xəstəliyindən əziyyət çəkən insanların fiziki sağlamlığını qorumaq baxımından olduqca önəmlidir. Hər il şirkətin yüzlərlə əməkdaşı bu tədbirlərdə yaxından iştirak edirlər.

Ölkənin bir sıra şəhərlərində — Gəncədə, Şəkidə, Lənkəranda və Sabirabadda yerli sakinlərin Bakıdan aparılmış yüksək ixtisaslı mütəxəssislər tərəfindən əhali arasında son dövrlər çox geniş yayılmış hepatitgöz xəstəlikləri üzrə pulsuz müayinəsi təşkil olunmuş, xəstəlik aşkar olunan vətəndaşlara “Avromed” şirkəti hesabına lazımi köməklik göstərilmişdir. Eyni zamanda şirkət Bakıda yerləşən Talassemiya Mərkəzi ilə sıx əməkdaşlıq edir və artıq bir neçə ildir ki, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təbliğat işləri aparır. Son üç ildə Şəki şəhərində yaşayan yüzə yaxın talassemiyalı uşağın müalicə prosesinin intensivləşməsi üçün lazımi tədbirlər görülür. Hər il onlarca vətəndaş “Avromed” şirkəti hesabına əməliyyat olunur, yüzlərlə həmvətənimiz üçün lazımi müayinə, müalicə və məsləhət köməkliyi göstərilir.

Bundan başqa, yaradıcı ziyalılarımız daAvromed” şirkətinin qayğısından kənarda qalmırlar. Bugünə qədər bir neçə qələm sahibinin elmi və bədii kitabları şirkətin dəstəyi ilə işıq üzü görmüşdür. Şirkət cəmiyyətimizin mədəni-estetik dəyərlərini təbliğ edən teatr və incəsənət əsərlərinin yaranmasına da öz töhfəsini vermişdir.

Avromed” şirkətinin istedadlı tələbələrə verdiyi dəstəyin bariz nümunəsi kimi Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi elmi-praktik konfranslarda istedadlı tələbələrin Almaniyada təcrübə keçməsi üçün təqaüd ayırdığını da qeyd etmək olar.

Bu günAvromed” Azərbaycan cəmiyyətində və biznes aləmində yaxşı tanınan ən böyük şirkətlərdən biridir. Şirkətin fəaliyyəti müxtəlif yerli və beynəlxalq qurumlar tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Ölkədə əczaçılıq sənayesinə gətirdiyi yeniliklərə və əczaçılığın inkişafına verdiyi töhfələrə görə “Avromed” şirkəti 2010-cu və 2012-ci illərdə Consulting&Business jurnalının təsis etdiyi “UĞUR” Milli Mükafatına layıq görülmüşdür.

Ölkədə əczaçılığın inkişafı istiqamətində, bu sahənin dünya standarlarına uyğun fəaliyyət göstərməsi üçün xeyli işlər görülür, Prezident İlham Əliyev tərəfindən vaxtaşırı müvafiq qanun və sərəncamlar qəbul olunur. Avromed” şirkəti də yarandığı gündən Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun qeyd olunan sahədəki çatışmazlıqların aradan qaldırılması, əhalinin yüksək keyfiyyətli dərman pereparatları ilə təmin olunması üçün əlindən gələni əsirgəmir. İnanıram ki, bundan sonra da peşəkar kollektiv, səmimi və gülərüz mütəxəssislərimiz xalqımızın sağlam gələcəyi naminə var qüvvəsi ilə çalışacaq, qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsində bütün imkanları səfərbər edəcək.

 

B.BƏYBALAYEV,

Respublika.-2014.- 9 yanvar.- S.3.