O, tarixi yaratdı-tarix onu yaşatdı
(Heydər
Əliyev adına foto albom. Bakı. 2013.
Renessans)
Tanrının insanlığa bəxş etdiyi elə
nadir şəxsiyyətlər var ki, bunlar öz
xalqlarının həyatında tarixə çevrilir,
böyük əməllərilə əbədiyyət
qazanır, təkcə yer üzündə yox, həm də
yaddaşlarda abidəyə dönürlər. Azərbaycan
xalqının ümummilli lideri, ulu öndər Heydər
Əliyev belə şəxsiyyətlərdən idi. Allah onun taleyinə mənsub olduğu xalqın
xilaskarı missiyasını yazmışdı. Və bu
böyük tarixi missiyanı yerinə yetirmək
üçün səxavətlə hər şey vermişdi:
fenomenal yaddaş, yaraşıqlı sima, böyük dövlətçilik
təfəkkürü, insanı bir anda fəth edən nitq
qabiliyyəti, monolit şəxsiyyət, hüdudsuz cəsarət,
dönməz siyasi iradə və ən
başlıçası öz xalqına və vətəninə
sonsuz məhəbbət! Bütün bu cəhətlər Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Ulu
Öndərin 90 illiyi münasibəti ilə “Renessans” nəşriyyatında
çap etdirdiyi möhtəşəm “Heydər Əliyev adına foto albom”da öz əksini tapıb.
Layihənin rəhbəri və “Zamanın fövqündə”
adlı məzmunlu ön sözün müəllifi, Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev, məsləhətçi nazirin
birinci müavini Vaqif Əliyev, mətnin müəllifləri
Vaqif Bəhmənli və Ələddin Əsədzadədir.
Kitab həm ictimai-siyasi, həm də mənəvi-fəlsəfi
çəkisinə, poliqrafik gözəlliyinə görə
möhtəşəmdir. Burada öncə Heydər
Əliyev yolunun bacarıqlı davamçısı, ləyaqətli
siyasi varis, Azərbaycan Prezidenti cənab İlham Əliyevin
imzaladığı iki tarixi sənəd yer alır.
“Azərbaycan
xalqının ümummilli lideri Heydər Əlirza oğlu
Əliyevin xatirəsinin ədəbiləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 mart
2004-cü il tarixli fərmanı və “Azərbaycan
xalqının ümimmilli lideri Heydər Əliyevin 90 illik
yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21
yanvar 2013-cü il tarixli sərənçamı. Bu iki sənəd və Azərbaycan Prezidenti möhtərəm
İlham Əliyevin yüksək nəzəri-tarixi məzmunlu
fikirləri foto-kitabın konsepsiyasını müəyyən
edir. Şübhəsiz ki, Heydər Əliyevə ən
düzgün qiyməti onu hamıdan yaxşı tanıyan,
hamıdan çox sevən, dövlətçilik ənənələrini
uğurla davam etdirən Prezident İlham Əliyev vermişdir:
“Azərbaycan xalqının ümummilli lideri, müstəqil
Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan
tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən
biridir. Azərbaycanın son 30 ildən artıq bir
dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində
xalqın ictimai- siyasi, iqtisadi və mədəni həyatının
bütün sahələrində dirçəlişi Heydər
Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində
Azərbaycanı bir dövlət kimi zamanın ağır və
sərt sınaqlarından çıxara bilmiş, ölkənin
gələcək inkişaf strategiyasını müəyyən
etmiş və onun həyata keçirilməsi
üçün mühim addımlar atmışdır. Azərbaycanın 1969-cu ildən bəri yaşanan
dövrü xalqımızın tarixinə Heydər Əliyev
dövrü kimi əbədi həkk olunmuşdur. Tarixi bu dövrdən etibarən başlayan Heydər
Əliyev idarəetmə fəlsəfəsinin
başlıça ideya, fəlsəfi istiqaməti xalqın
milli özünüifadəsinin bütün forma və vasitələrinin
geniş vüsət alması, milli qürur hissinin güclənməsi
və milli şüurun yüksəlişinə təkan verən
sürətli inkişaf strategiyasının gerçəkləşməsi
ilə səciyyələnmişdir”.
Azərbaycanda
Heydər Əliyevin 90 illiyinə həsr olunmuş III beynəlxalq
kitab sərğisi kontekstində Gənc
Tamaşaçılar Teatrında geniş təqdimatı
keçirilən “Heydər Əliyev adına
foto albom” ulu öndər haqqında yazılmış
kitablardan fərqlənir. Çevik və aydın dildə
yazılmış bu kitab Heydər Əliyevin sevimli nəvəsi,
bu gün Rusiya kimi nəhəng bir dövlətdə onun
ideallarını, xüsusilə azərbaycançılıq
fəlsəfəsini dönmədən təbliq edən Leyla
Əliyevanın babasına həsr etdiyi şeirlə
açılır. Munis bir qəlbin dərin məhəbbətini
ifadə edən bu şeir kitaba səmimiyyət gətirir,
onun romantik pafosunu və cazibədarlığını
artırır.
Yeni foto-kitab olduqca canlıdır. Burada Heydər
Əliyevin həyatı, taleyi, böyük əməllərini
əks etdirən foto şəkillər elə bir məntiqlə
yerləşdirilib ki, onlara baxanda ümummilli lideri, sanki,
çanlı olaraq görür, onunla təmasda olursan.
Kitabda
Heydər Əliyevin adı ilə bağlı Heydər
Əliyev Fondunun və onun rəhbəri, Azərbaycanda və
bütün dünyada ulu öndərin ideallarını, Azərbaycan
həqiqətləri və mədəniyyətini böyük
sevgi ilə təbliq və təqdim edən ölkənin
birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti
geniş və məzmunlu tərzdə
işıqlandırılır. Mehriban
Əliyeva qloballaşan dünyanın intellektual ledisi, Azərbaycan-türk
xanımlıq ənənələrinin qəhrəmanlıq
və zəriflik simvoludur. O qəlbində Azərbaycan
sevgisi ilə bütün sivil dünyanı fəth edir.
Heydər Əliyevin adını əbədiləşdirmək,
bununla bağlı tarixi zaman-zaman çanlandırmaq, milli mənəvi
və dövlətçilik ideallarımıza böyük
xidmətdir.
“Heydər Əliyev böyük azərbaycanlıdır,
böyük tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın
qurucusudur”-möhtərəm Prezidentimiz İlham Əliyevin bu
sözləri kitabın leytmotivini müəyyənləşdirir.
Layihənin rəhbəri Əbülfəs Qarayev və
müəlliflər adı və əməlləri yüzlərlə
kitaba sığmayan Heydər Əliyev fenomeninə mədəniyyət
prizmasından yanaşıblar. Onun isə düsturu belədir: “Xalq
bir çox xüsusiyyətləri ilə tanınır,
sayılır və dünya xalqları içərisində
fərqləndirilir. Bu xüsusiyyətlərdən
ən yüksəyi mədəniyyətdir” (Heydər
Əliyev). Həqiqətən də, mədəniyyət
xalqın tarixdəki rolunun ən bariz göstəriçisidir.
Ona görə də Heydər Əliyev qədim
və zəngin Azərbaycan mədəniyyətini, onun ədəbiyyatı
və inçəsənətini dərindən bilirdi. Ulu öndərin azərbaycançılıq fəlsəfəsinin
ən etibarlı mənbələrindən biri və birincisi
Azərbaycan ədəbiyyatı və incəsənəti
idi.
“Heydər
Əliyev adına foto albom” kitabının
layihə rəhbəri, Azərbaycanın Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev “Zamanın
fövqündə” adlı ön sözdə bu məsələyə
xüsusi önəm verir. “Ədəbiyyata, incəsənətə,
bütövlükdə mədəniyyətə sıx
bağlılığı bu böyük şəxsiyyətin
fitri istedadından, yaradıcı təbiətindən və
milli irsə olan diqqətindən qaynaqlanırdı. Dahi şəxsiyyət Heydər Əliyev həm
Allah vergisi, həm gözəllik duyumu, həm də fəhmi
ilə əsl sənəti qiymətləndirməyi
baçarır, hər hansı sənət əsərinə
ilk növbədə bir sənət sərrafı kimi
yanaşa biliridi. Ölkənin
ictimai-siyasi, sosial-iqtisadi cəhətdən çox
ağır durumda olduğu zamanlarda belə Heydər Əliyev
mədəniyyət və incəsənətin xalqlar və
millətlər arasında heç bir tərcüməyə
ehtiyacı olmayan ən yaxşı ünsiyyət vasitəsi
kimi rolunu nəzərə alaraq Azərbaycanın zəngin mədəniyyətini
dünyaya inteqrasiya və onun təbliğində mühim
addımlar atırdı”.
Əlbəttə, Heydər Əliyevin Azərbaycan
dövlətinin tarixdə qalması, xalqımızın
dünyadakı yerinin və nüfuzunun möhkəmlənməsi
naminə gördüyü cahanşümul işlər
cild-cild kitablara sığmaz. Barəsində söz
açdığımız möhtəşəm kitabın
müəllifləri də ulu öndərin gördüyü
işlərin əhatə olunması iddiasında deyillər.
Kitabı ərsəyə gətirənlər,
çalışıblar ki, onun fəaliyyətinin kardinal
istiqamətləri barəsində təsəvvür
yaratsınlar. Qeyd etməliyik ki, kitab bu ali
məqsədinə nail olub. Bu günün və gələcəyin
oxucuları bu kitabdan öyrənib biləcəklər ki:
Heydər
Əliyev ikinci dəfə hakimiyyətə qayıdaraq (15 iyun
1993) ölkəmizdə vətəndaş müharibəsinin
qarşısını almışdır;
Vətəndaş
qarşıdurmasını aradan qaldırıb ölkənin
parçalanmaq təhlükəsindən xilas etməyə,
xalqı bir araya gətirməyə nail olmuşdur;
Heydər
Əliyev müstəqil Azərbaycan dövlətinin
qurucusudur: O, Azərbaycanda müasir hüquqi və demokratik
dövlət yaratmış, vətəndaş cəmiyyəti
formalaşdırmışdır;
O,
bütün dünyada etimadını itirmiş bir ölkədə
sabitlik yaradaraq “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan,
Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsi
ilə Azərbaycanın milli neft strategiyasını
formalaşdırmış və həyata keçirmişdir.
Bununla, habelə qeyri-neft sektorunun inkişaf etdirməsi,
torpağı xüsusi mülkiyyət elan etməsi sayəsində
o, milli müstəqilliyin iqtisadi təməllərini
formalaşdırmışdır;
Ölkənin
dünya iqtisadiyyatına inteqrasiya olunması, milli iqtisadiyyatda
liberallaşmanın tətbiq edilməsi Heydər Əliyevin
bu gün də davam edən iqtisadi siyasətinin uğurlu
istiqamətləridir;
Heydər Əliyev Azərbaycanın milli ordusunu
yaratdı.
Ölkənin hərbi doktrinasını - hərbi sənayesini
formalaşdırdı;
Ulu öndər milli maraqları əsas tutan xarici siyasətimizi
formalaşdırdı, öz böyük dövlətçilik
təcrübəsinə əsaslanaraq yeni dövrün
diplomatiyasını yaratdı. Heydər Əliyev
danışa-danışa öz nitqləri ilə Azərbaycanın
siyasət dilini, diplomatiya dilini formalaşdırdı;
O, hələ
sovet dönəmində - 1978-ci ildə Moskvanın
böyük müqavimət və təzyiqlərinə sinə
gərərək Azərbaycan SSR-in Konstitusiyasına Azərbaycan
dilim dövlət dili kimi daxil etməyə nail oldu. İkinci
dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan
xalqının ən böyük sərvəti kimi ana dilimizin
nüfuzunu yüksəltmək üçün “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında”, “Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında” tarixi fərmanlar
vermişdir. Akademik Ramiz Mehdiyev yazır: “Müasir mərhələdə
dil amilindən siyasi mübarizədə və idarəetmə
praktikasında Heydər Əliyev qədər məharətlə
istifadə etməyi bacaran ikinci bir dövlət
başcısı, siyasi lider göstərmək çətindir.
Bu da hər şeydən əvvəl, ölkəmizin
Prezidentinin ana dilini bütün varlığı ilə sevməsindən,
bütün incəliklərinə bələd olmasından irəli
gəlir”; Heydər Əliyevin Azərbaycan xalqı
üçün qoyub getdiyi ən böyük sərvətlərdən
biri Azərbaycançılıq təlimi idi. O, dildən
də, mədəniyyət və ədəbiyyatdan da azərbaycançılıq
məfkurəsinin məxəzi kimi istifadə edirdi. Dünya
azərbaycanlılarının I qurultayındakı
açıqlamasında o böyük milli qürur hissi ilə
belə deyirdi: “hər bir insan üçün milli mənsubiyyəti
onun qürur mənbəyidir. Həmişə fəxr
etmişəm, bugün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
Müstəqil Azərbaycan dövlətinin əsas
ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq” Bu gün azərbaycançılıq
fəlsəfəsi milli dövlət idealogiyası kimi həm
nəzəri, həm də praktik baxımdan hakimiyyət elmi
kimi güclənməkdədir; Heydər Əliyev
bütün dünyaya səpələnmiş əlli milyondan
artıq həmvətənimizi azərbaycançılıq
ideyası ətrafına toplayaraq Azərbaycan diasporunu
yaratmağa nail oldu. Azərbaycanlıların
birinci qurultayı bunun əyani tarixi ifadəsi idi. Ölkəmizin xarici düşmənlərə
idealoji müqavimətini gücləndirmək
üçün belə bir güclü diasporun yaranması
olduqca zəruri idi. Heydər Əliyev onu təşkilati
cəhətdən yaratdı və idealoji arsenalla
silahlandırdı; O, dünyadakı tarixi reallığı
dəqiqliklə nəzərə alan
müdrik strategiyası ilə türk birliyinin təməllərini
qoydu. Türk epos təfəkkürünün şah əsəri,
ana kitabımız olan “Kitabi-Dədə Qorqud”un 1300, dahi
şair Məhəmməd Füzulinin 500 illik yubileylərini
dünya miqyasında keçirməklə dünya türklərini
mənəviyyat müstəvisində bir araya gətirə
birdi. Təsadüfi deyil ki, onun Türkiyə
Böyük Mİllət Məclisindəki
çıxışı “Məhəmməd Füzuli
Türkləri birləşdirən şəxsiyyətdir”
adlanır. O, bu məşhür
çıxışında demişdir: “Füzuli
keçmişdə də türkləri birləşdirən
bir şəxsiyyət olmuşdur. Amma indi, XX əsrdə
türk dünyasına mənsub olan ölkələrin demək
olar ki, əksəriyyətinin (bir Türkiyədən
savayı) onların həyatına, tarixinə, adət-ənənəsinə
uyğun olmayan rejimlər içərisində
yaşadığı vaxtda Füzuli bizi yaşadaraq bu
günlərə gətirib çıxartmışdır”. Türk təfəkkürünün yetirdiyi
böyük şəxsiyyət olan Heydər Əliyev
türkçülüyün tarixində şərəfli
yer tutur.
“Heydər
Əliyev adına foto albom” kitabında
bütün bunlar əyani faktlarla göstərilir, xüsusi
bir məntiqlə yerləşdirilmiş foto şəkillərlə
nümayiş etdirilir. Kitabdakı mətnlərin və
fotoşəkillərin çıxış nöqtəsini
belə bir mənalı və məntiqli deyim müəyyən
edir: “Heydər Əliyev tarixi dəyərləndirdi, bu
günü yaratdı, gələcəyə yol göstərdi”.
Kitabın ilk bölümü “Keçmişə ehtiram
dövlətin ləyaqətidir” adlanır. Və bu
bölmədə Heydər Əliyevin tarixi xidmətlərini əks
etdirən nəzəri müddəalar yer alır.
Kitabın
“Heydər Əliyev adına” adlı digər bölümündə
ulu öndərin adını əbədiləşdirən,
onun tarixi əməllərini yaşadan ünvanlardan bəhs
olunur: Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi,
Heydər Əliyev Sarayı, Heydər Əliyev Prospekti, Heydər
Əliyev Hava Limanı, Heydər Əliyev Müasir Təhsil
Kompleksi, Heydər Əliyev adına Ali Hərbi Məktəb,
Heydər Əliyev Mükafatı, Heydər Əliyev adına
İdman-Konsert Kompleksi kitabda barəsində məlumat verilən
belə ünvanlardandır. Foto-kitabın
“Dünya ondan danışır” bölməsində ulu
öndərin dünya dövlətlərinin rəhbərləri
ilə görüşlərini əks etdirən foto şəkillər
və bu görüşlərin məzmunu, tarixi və siyasi,
diplomatik əhəmiyyəti haqqında məlumatlar yer
alır.
Əsərin
“Yaxın-uzaq ünvanlar” hissəsində onun adını əbədiləşdirən
ölkələr: Gürgüstan, İsrail, Qazaxıstan,
Qırğızıstan, Rumıniya, Rusiya, Ukrayna, Türkiyə,
Özbəkistan haqqında müxtəsər qeydlər
verilir. Kitabda deyildiyi kimi, burada həmin ölkələri
üç söz birləşdirir: Heydər Əliyev adına!
Canından artıq sevdiyi Azərbaycanın elə bir
regionu, rayonu, tarixi güşəsi yoxdur ki, Heydər
Əliyev orada olmasın, xalqla görüşməsin, təsərrüfat,
mədəniyyət obyekti tikdirməsin. Haqqında
danışdığımız 500 səhifəlik, iri
formatlı, möhtəşəm kitabın
yarısını əhatə edən “Hər qarışda
izi var” hissəsi ulu öndərin regionlarda əbədiləşmiş
xatirəsinə ehtiram ifadə edən parklardan, Heydər
Əliyev Mərkəzi adlı muzey məkanlardan bəhs edir. Burada hər bir rayon haqqında tarixi, coğrafi və
demoqrafik məlumat verilir.
Bütün
bu cəhətlər “Heydər Əliyev adına
foto-albom”a ensiklopedik xarakter verir, ulu öndərin
obrazını canlandırmağa imkan yaradır.
Azərbaycan xalqının tarixində müstəsna
xidmətləri olmuş dahi şəxsiyyət kimi Heydər
Əliyevin ən böyük töhfələri Müstəqil
Azərbaycan və onun yolunu ləyaqətlə davam etdirən
möhtərəm Prezident İlham Əliyevdir. Ulu öndər: “Mən ona
özüm kimi inanıram” - deyə özünün şah əsəri
olan müstəqil Azərbaycanın taleyini etibar etdi. Cənab
İlham Əliyev hakimiyyətdə olduğu ötən on il ərzində bu inamı əzmlə
doğrultdu, Azərbaycanı dünyanı heyrətdə
qoyan iqtisadi-siyasi və milli-mənəvi ucalığa
yüksəltdi.
Bu gün
o qalibiyyət əzmi ilə ulu öndərin tövsiyələrini
həyata keçirir: “Dilimizin, mədəniyyətimizin
mütərəqqi adət-ənənələrimizin,
tariximizin yaşadılması və inkişaf etdirilməsi
Heydər Əliyevin ideyası idi.
Müasir
Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev
bizə azərbaycançılıq kimi dərin bir fəlsəfi
konsepsiya bəxş edərək Azərbaycan dilini, Azərbaycan
tarixini, Azərbaycan mədəniyyətini və milli-mənəvi
dəyərlərimizi qorumağı dönə-dönə
tövsiyə etmişdir” (İlham Əliyev)
“Heydər
Əliyev adına foto albom” ulu öndərimizə
olan ümumxalq məhəbbəti və onun xalqa, vətənə
sevğisini əks etdirir: “Heydər Əliyev irsinin dəyərini
ən mükəmməl ifadə edən iki kəlmə
söz- vətən sevgisi” - bu sözlər kitabın
leytmotivini ifadə edir. Onun “vətən sevgisi”
isə hüdudsuz idi, hələ ki, bu sevginin nə dərinliyini,
nə də hüdudlarını müəyyən edən
meyar icad olunmayıb.
Heydər Əliyevin ömrü mənsub olduğu xalqa sədaqətlə
xidmət nümunəsi idi. Azərbaycan dövlətinin
tərəqqisinin monolit təməlində onun dönməz
şəxsiyyəti, tarixləri adlayan dühası
dayanır. Möhtərəm Prezident İlham Əliyev
yazır: “2003-cü ildə Azərbaycan xalqı inamla mənə
etimad göstərərək əslində Heydər Əliyev
siyasətinə öz dəstəyini vermişdir. 2008-ci ildə isə Azərbaycan xalqı bir daha əmin
oldu ki, Heydər Əliyev siyasəti yaşayır, davam
etdirilir və bundan sonra da yaşayacaqdır”. Hələ 2003-cü ildə “Mən hər bir azərbaycanlının
prezidenti olacağam” deyən, buna öz fəaliyyəti ilə
əməl edən İlham Əliyev siyasətinin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Əslində
bu ulu öndərin vaxtilə söylədiyi: “Xalq dövlət
üçün yox, dövlət xalq üçün
olmalıdır” fikrinin yeni tarixi şəraitdə uğurlu
davamıdır.
Dünyanın
məşhur siyasi xadimləri Heydər Əliyev şəxsiyyətinə,
onun öz xalqının tarixindəki və dünya siyasətindəki
roluna böyük dəyər vermişlər: “Qeyri-adi şəxsiyyət”
(Jak Şirak) olan “Heydər Əliyev Azərbaycanın
böyük lideri idi. O, böhranlar dövründə öz
ölkəsinə sabitlik gətirdi. Azərbaycan
xalqı onun qoyduğu irs ilə fəxr edə bilər” (Toni
Bleyer). “Heydər Əliyev bütün
dünyada layiqli hörmət və böyük nüfuz
qazanmış görkəmli dövlət xadimidir” (Vladimir
Putin). “Türk xalqı heç vaxt onu
unutmayacaqdır. Azərbaycan xalqı Heydər
Əliyev kimi dahi şəxsiyyət ilə hər zaman fəxr
etməlidir” (Süleyman Dəmirəl). Milli qürur
hissi doğuran belə mülahizələr “Heydər
Əliyev adına foto-albom”u zənginləşdirir,
onun qəhrəmanının ümumdünya şöhrətindən
soraq verir. Heydər Əliyev haqqında yazanlar ona məxsus
olan bir keyfiyyəti də həmişə ön plana çəkirlər:
onun nəzərləri tarixin uzaq üfüqlərinə
şəfqət saçır. Bu ona görə
belədir ki, ulu öndər böyük tarixilik duyğusuna
malik idi, o tarixin addım səslərini eşidir, tarixin
hansı istiqamətə getdiyini təyin edə bilirdi. Təfəkkürün tarixiliyi, həm də
yüksək tarixilik duyğusu onu heç vaxt yanılmağa
qoymamışdır. Heydər Əliyevdən
yazmaq çətin, ağır, məsuliyyətli və şərəflidir.
O, sonadək dərkedilməzdir, çünki onun şəxsiyyəti
və əməlləri tükənməzdir. Onun
idealları yeni tarix yaradır və hər yeni tarix onu təzə
yöndən dərk edir, ona güvənir və
yaşadır. “Heydər Əliyev adına
foto albom” bu dahi şəxsiyyətə yeni tarixi yanaşma
nümunəsidir. O, yeni təfəkkürə
ünvanlanıb.
Bu kitab vətən
sevgisi, millət və xalq təəssübü, böyük
siyasi iradəsi, fenomenal təfəkkürü, parlaq nitq mədəniyyəti,
hakimiyyət əzmi, monolit şəxsiyyəti, qələbədən-qələbəyə
aparan dövlətçilik strategiyası tarixi
keçmişimizə, ana dilimizə və mədəniyyətimizə
tükənməz hörməti ilə dünyada nüfuz,
xalqda məhəbbət qazanmış qeyri-adi bir insan
haqqında əbədiyyət simfoniyasıdır. Səsi-sədası tarixin uzaq ünvanlarına, gələcək
nəsillərin milli yaddaşına ərməğan edilib.
Gülşən Əliyeva -
KƏngƏrli,
filologiya elmləri doktoru,
professor.
Respublika.-2014.- 12 yanvar.- S.2.