Nasir

 

Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin təsis etdiyi “Naşir”

 jurnalının ümumilikdə beşinci, yeni ildə isə ilk sayı çapdan çıxmışdır

 

 

Əgər xatırlayırsınızsa, ölkəmizdə belə bir mündəricat və bədii-texniki tərtibatda jurnalın nəşrə başlamasını təkcə peşəkar nəşriyyat-mətbəə işçiləri üçün deyil, ümumiyyətlə, milli mətbuat tariximiz və kitabçılıq sahəsinin xoş hadisəsi adlandırmışdıq. Jurnalın yeni sayını da  yaradıcı kollektivin uğuru hesab etmək olar. Çünki jurnal bu sayında da öz məramına uyğun humanitar-ictimai fikrin kütləvi üslubdamodern bədii-texniki quruluşda təqdimi ilə çağdaş mətbuatımızda “sözün özünəməxsus ifadə formatına görə dövri mətbuat mədəniyyəti tariximizdə yer almağa iddiasını davam etdirir. “Naşirin 2014-cü ildə ilk sayının mövzu dairəsinin genişliyibu fikri təsdiqləyə bilər.

Yeni təfəkkürə və əməkdaşlığa hər zaman açıq olan yaradıcı kollektivimiz bu nömrəmizdə də bir-birindən maraqlı və zəngin materiallarla sizləri düşündürməyə, zövqünüzü oxşamağa çalışmışdır” — belə bir müraciətlə oxucu qarşısına çıxan yeni il müjdəli jurnaldarubrika” səliqəliliyi, lakonikliyidaimiliyi ənənəsi ilk səhifədən diqqəti cəlb edir. Fikrin təsdiqi kimiNaşir xəbər” ətrafında toplanmış informasiyaların seçilib-qruplaşdırılmasında zövq amili xüsusi dəyərləndirilməlidir. Zəncilərin hüquqlarının məşhur nüdafiəçisi Martin Lüter Kinqin əlyazmalarının, ingilis tənqidçisi Ceron Selincerin bioqrafiyasının satışa çıxarılması, ana dilimizdə “Dünya Ədəbiyyatı Kitabxanası” silsiləsindən buraxılan yeni kitabların  siyahısı və yığcam təqdimatı, ölkəmizdə “Mobil kitab rəfilayihəsi çərçivəsində millidünya ədəbiyyatı nümunələrilə mobil telefonda tanış olmaq imkanları, həmçinin kitabxanalarımızın Wi-Fi sistemi ilə təchiz ediləcəkləri barədəki geniş xəbərlər informasiya bolluğu içindən lazımlısını seçə bilmək qabiliyyətinin göstəricisi kimi qiymətləndirilə bilər.

Ümumiyyətlə, jurnalın bu sayında da diqqəti cəlb edən xüsusiyyət odur ki, mündəricat bütövlükdə, müəyyən materiallarda isə dolayısı ilə birbaşa kitaba, kitabçılıq mədəniyyəti tarixinə (məs., “Dərdimizin dərmanı Kitab!”, “Çələbinin izi ilə Azərbaycanda”, “Fədakar Orucov qardaşları”, “Əvvəl  evin içi, sonra çölü” deyən Vəzirov”, “Hophopnamə”nin yeni nəşri”, “Qeyri-adi kitablar” başlığı altındakı maraqlı materiallara diqqət yetirmək kifayətdir) xidmət edir.

“...Sizlərə dünyanın ən çətin oxunan romanlarının siyahısını təqdim edirik” müraciəti də oxucu ilə fərqli formatda ünsiyyət yaratmaq üsulu kimi dəyərləndirilə bilər; burada vacib olan budur ki, yanaşma oxucunu kitabdan uzaqlaşdırmır, əslində, başqa yollayola gətirir”.

Məslək uğrunda mücadiləyə həsr olunmuşBütün yollar Türkiyəyə apardı”(Məmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə Turan) portret cizgilərindəki tanış motivlər isə mənəvi yüksəklik barədə didaktik mahiyyətli deyil, keçmişə salam və hörmət üslubunda hazırlandığından yenidən maraqla oxunur.

Amerikalı qadın yazıçı Luiza Hey barədəki zarisovka da özü üçün yeni müəllif axtaran oxucuya müəyyən istiqamət verə bilər.

Professor Cahangir Məmmədlinin “Prezidentin jurnalistika dərsləri” məqaləsi, Mətbuat Şurasının sədri Əflatun Amaşovla söhbətin üstünü açanJurnalistika — alın yazım” müsahibəsi də “Naşirin ümumi məramına uyğun kontekstdə hazırlanmışdır və müasir Azərbaycan mətbu sözünün keçdiyi yolda ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin mətbuata xüsusi diqqət və qayğıları, sosial-siyasi dəsdəklərinin müxtəlif tərəflərini görməkdə oxucuya xeyli informasiya verir.

Söz və Qələm” cütlüyünə sədaqətdən yaranan jurnalist hörmətinin yenidən özünə qaytarılması istiqamətində çalışmalarla bir daha tanış olmaq üçün həmin materialları mütaliyə etməyə dəyər.

Sös diridir” rubrikası ilə dərc olunan “İnsanı özünə aparan yol” (prof. Səlahəddin Xəlilov) fəlsəfi oçerki nisbətən hazırlıqlı oxuculara ünvanlanmışdır. Jurnalın yaradıcı kollektivinin xüsusi kateqoriyalı oxucunu unutmaması təqdirəlayiqdir. Ona görə də “... daha uzaqlara gedib, daha böyük sahələri gəzib, dünyagörüşünü daha çox genişləndirib sonradan başlanğıca qayıda bilmək, yəni yollarda itib-batmamaq, özünə qayıtmaq hədəfini unutmamaq şərti ilə uzaqlara getmək həm maraqlı, həm də mənalı olurmüdrikliyinin əhatəli süjetinin  populyar fəlsəfə həvəskarları tərəfindən maraqla oxunacağına əminlik var.

Beləliklə, yüksək poliqrafik icrada işıq üzü görən “Naşir” jurnalının 2014-cü ildə ilk sayındakı ancaq bəzi yazılara bələdçilik etdik.  Digər materiallarla da tanış olmağa dəyər, orada hətta övladlarınız üçün də maraqlı oxu yazılarına rast gələcəksiniz...

Elçin V.,

Respublika.-2014.- 12 yanvar.- S.3.