Azərbaycanın gələcək inkişaf
dinamikasını müəyyən edən sənaye sahəsinin
önəmi
2014-cü il ölkəmizdə
“Sənaye ili” elan edildi
Azərbaycanın paytaxtında və regionlarda sosial layihələrlə yanaşı,
ölkəmizin iqtisadi
imkanlarının genişləndirilməsinə
xidmət edən müxtəlif sahələrə
aid sənaye müəssisələri
inşa edilir, yeni-yeni istehsalat sahələri yaradılır. Bütün
bunlar qeyri-neft sektorunun inkişafını
sürətləndirməklə yanaşı, həm də yeni iş
yerlərinin açılması
baxımından da olduqca əhəmiyyətlidir.
Sənayeləşmə siyasəti regionların
dinamik inkişafında
mühüm rol oynayır. Maşınqayırma, alüminium, sement
zavodları, konserv, süd və ət emalı, çörək istehsalı
müəssisələri, quşçuluq
fabrikləri, istixanalar
və məhsulların
saxlanılması üçün
soyuducu anbar infrastrukturunun inşası
müsbət nəticələr
verir. Azərbaycanda
texnopark modelinin yaradılması və bu modelin əsas
iqtisadi subyektlərindən
hesab olunan sənaye texnoparklarının
inkişaf etdirilməsi
üçün dövlətimiz
tərəfindən çox
əhəmiyyətli işlər
görülür və
bu, ölkə iqtisadiyyatının inkişafına
öz müsbət təsirini göstərməkdədir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2013-cü ilin sosial-iqtisadi
inkişafının yekunlarına
və 2014-cü ildə
qarşıda duran vəzifələrə həsr
olunmuş iclasındakı
nitqində dövlət
başçısı bildirib
ki, sənaye istehsalının artırılması
ilə bağlı texnoparkların fəaliyyəti
xüsusi əhəmiyyət
daşıyır: “Bu istiqamətdə
artıq ilkin nəticələr vardır.
Sumqayıt Texnoparkı fəaliyyət
göstərir. Yeni Kimya
Texnologiya Parkı artıq fəaliyyətə
başlayır. Digər şəhərlərdə,
Mingəçevirdə texnoparkın
yaradılması nəzərdə
tutulur. Balaxanı Texnoparkının yaradılması prosesi gedir. Bu istiqamətdə
bu il daha
da ciddi addımlar atılmalıdır”.
Sənayeləşmə siyasəti başlıca prioritetlərdən olan ölkəmizdə 2003-cü ildən
bəri sənaye istehsalı üç dəfəyə qədər
artmış və kompleks tədbirlər hesabına yaxın illərdə bu artımın daha da yüksələcəyi
gözlənilir. Həm 2004-cü ildə, həm də 2009-cu ildə qəbul edilmiş iki Dövlət Proqramının
icrası ölkəmizin
inkişafı üçün
çox böyük rol oynadı. Məhz bu proqramların
uğurlu icrası ilə son 10 ili
əhatə edən bir dövrdə ölkəmizin hərtərəfli,
dayanıqlı və
şaxələndirilmiş şəkildə inkişafı
təmin edilmişdir.
Bu inkişaf hər
bölgədə, hər
rayonda, hər kənddə özünü
göstərir. Ölkəmizdə yeni texnologiyalar əsasında müasir standartlara uyğun rəqabətqabiliyyətli məhsul
istehsal edən müəssisələrin istifadəyə
verilməsi regionların
inkişafını sürətləndirir.
Azərbaycanın perspektiv iqtisadi inkişafı qeyri-neft sektoru ilə bağlıdır. 2003-2013-cü illərdə güclü
sənaye şəbəkəsinin
yaradılması və
sənayenin şaxələndirilməsi
qeyri-neft sektorunun intensiv inkişaf fonunda ölkəmizdə davamlı artım tempinə yol açmışdır. Bununla da
Azərbaycanda iqtisadiyyatın
dinamik inkişafı dövlətin iqtisadi əsaslarını daha da möhkəmləndirəcək
qeyri-neft sektorunun, infrastruktur sahələrinin,
regionların sosial-iqtisadi
inkişafının sürətləndirilməsi,
yoxsulluğun azaldılması,
ərzaq təhlükəsizliyinin
təmin olunması və digər məsələlərin həlli
istiqamətində daha
təsirli tədbirlərin
həyata keçirilməsi
üçün imkanlar
yaranmışdır. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən
ardıcıl siyasətin
nəticəsi olaraq ölkənin sənaye sektorunda istehsal olunan məhsulun həcmi ümumi daxili məhsulun 50 faizini təşkil edir. Artıq bu sahədə
dinamizm elə bir səviyyəyə çatıb ki, sənayenin inkişaf tempi
milli məhsulların
artım tempinə bərabər olmaqdadır.
Hazırda sənaye məhsulu
istehsalına görə
Azərbaycan regionda liderdir.
Azərbaycan Prezidenti İlham
Əliyev iqtisadiyyatın
və regionların inkişafı üçün
əlverişli şəraitin
yaradılması, investisiyaların
təşviqi və prioritet sahələrə
yönəldilməsi, yeni
iş yerlərinin açılması, müasir
idarəetmə təcrübəsindən
istifadə olunması, rəqabətqabiliyyətli
mal və xidmətlərin
təqdim edilməsi kimi məsələlərin
həllinə nail olmaq
məqsədilə hələ
2007-ci ildə “Azərbaycan
Respublikasında xüsusi
iqtisadi zonaların yaradılması haqqında”
fərman imzalamışdı.
Bu istiqamətdə qəbul edilmiş “Xüsusi iqtisadi zonalar haqqında” qanun Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların (texnoparkların) yaradılması
və idarə edilməsilə bağlı
hüquqi iqtisadi münasibətləri tənzimləyir,
həmin zonalarda sahibkarlıq fəaliyyətinin
təşkili qaydalarını
müəyyənləşdirir.
Bu gün Azərbaycan
dövlətinin sənaye
texnoparklarının yaradılması
ilə bağlı həyata keçirdiyi tədbirlər mühüm
əhəmiyyət daşıyır. Məlumat üçün
bildirək ki, texnoparklar dünya iqtisadiyyatında innovasiyalı
iqtisadiyyatın əsas
hərəkətverici qüvvəsi
hesab edilir. Milli iqtisadiyyatın yeni sahələrinin formalaşmasında və
rəqabətqabiliyyətli olmasında texnoparkların
böyük rolu var.
ABŞ, Çin, Hindistan
və s. ölkələrin
informasiya-kommunikasiya sektorunun
sürətli inkişafında
texnoparklar əsas rollardan birini oynayıb. Qeyd edək ki, texnoparkların yaradılmasının
təşəbbüskarları dövlətin iştirakı
ilə yerli hökumət orqanları olur. Texnopark strukturlarının yaradılmasına lazım
olan vəsaitin 75 faizdən çoxunu dövlət verir. Dünya təcrübəsi göstərir
ki, texnoparkların yaradılması üçün
qanunvericilik bazasının
formalaşdırılması, dövlət dəstəyi,
vergi və gömrük güzəştləri,
kadr hazırlığı
kimi bir sıra şərtlərin
yerinə yetirilməsi
vacibdir. Hazırda dünyada
inkişaf səviyyəsi
müxtəlif olan ayrı-ayrı ölkələrdə
texnoparkların yaradılması
və inkişaf etdirilməsi üçün
bir sıra layihələr həyata keçirilir. Texnoparkların yaradılması həmin ölkələrdə müəyyən
sahələrin sürətli
inkişafına səbəb
olur.
Hazırda Azərbaycanda da bu iqtisadi siyasət
uğurla həyata keçirilir. Sumqayıt Texnoparkı, Kimya Texnologiya Parkı, Balaxanı Sənaye Texnoparkı, Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması
sənaye sahələrinin
inkişafının əsas
istiqamətlərini təşkil
edir. Sumqayıt, Gəncə, Mingəçevir
və digər şəhərlər sənayeləşmənin
mərkəzi regionları
kimi sürətlə
inkişaf edir. Artıq bu sahədə
yeni bir istiqamət–filiz-çıxarma sənayesi müasir keyfiyyət dəyişiklikləri
ilə diqqəti cəlb edir. Sənaye sektorunun yeni ünvanları olan Daşkəsən, Gədəbəy,
Naxçıvan, Mingəçevir
postsənayeləşmənin vahid kompleksə çevrilməsində strateji
rola malikdir.
Daşkəsən-Gəncə-Sumqayıt sənaye şəbəkəsi
regionda ən geniş sənaye marşrutlarının işə
düşməsi kimi
dəyərləndirilir.
Gəncədə polad kompleksinin və “Detal” alüminium zavodunun təməlinin qoyulması
da postsənaye dövrünün başlanğıcı
kimi qiymətləndirilə
bilər. Təkcə bu iki zavod kompleksinin tikintisinə Azərbaycan bir milyard dollardan
çox investisiya qoyacaq. Bu müəssisələrdə
bir milyon ton polad və 100 min ton alüminium istehsal olunacaq. Eləcə də ölkənin
kimya sənayesində
çox əhəmiyyətli
yer tutan Sumqayıtın mövcud infrastrukturunun bərpa olunması, eyni zamanda, yeni müəssisələrin
yaradılması XXI əsrin
ikinci onilliyi üçün əsas hədəflər olacaq.
Bu sektorun inkişaf miqyasını genişləndirən
başqa bir amil xüsusi sənaye şəhərciyinin
salınması ilə
bağlı layihələrə
artıq start verilmişdir.
Qeyd edək ki, qeyri-neft
sektorunun inkişafının
sürətləndirilməsi istiqamətində dövlət
başçısının verdiyi tapşırıqların
icrasının nəticəsi
olaraq ölkəmizdə
yaradılan sənaye və texnologiya parklarının, idarəedici
təşkilatının və
operatorunun müddətsiz,
bu cür parklarda fəaliyyət göstərən rezident hüquqlu şəxslər
və fərdi sahibkarlar isə 7 il müddətinə bütün birbaşa vergiləri ödəmədən
azad edilmişdir. Dövlət
başçısının siyasi iradəsi hesabına qəbul edilən bu dəyişikliklər xarici
və yerli investorlar arasında böyük rezonans doğurmaqla, innovativ istehsal və informasiya texnologiyalarının
inkişafını sürətləndirəcək,
bu sahədə qabaqcıl təcrübənin
Azərbaycan iqtisadiyyatında
tətbiqinə geniş
şərait yaradacaqdır.
2014-cü
ili “Sənaye ili” elan edən
cənab İlham Əliyev bildirib ki, bu il
ölkəmizin gələcək
inkişaf dinamikasını
müəyyən edən
sənaye sahəsinə
daha da böyük
diqqət verilməlidir:
“Texnoparklar yeni sənaye müəssisələri,
ixracyönümlü sənaye
məhsullarının istehsalı,
emal müəssisələrinin,
böyük sənaye
komplekslərinin yaranması–bütün
bu işlər ölkəmizin gələcək
inkişafını təmin
edəcək, neft-qaz amilindən asılılığı
daha da azaldacaq
və ölkə iqtisadiyyatının dayanıqlı
şəkildə inkişafını
müəyyən edəcəkdir”.
Şükür ƏLİZADƏ,
Respublika.-2014.- 14 yanvar.- S.4;5.