O gecə metro insanlar üçün xilas yolu oldu...
Xalqımızın və ölkəmizin tarixində ən
ağrılı, unudulması mümkünsüz faciələrdən
biri olan 1990-cı ilin 20 Yanvar hadisələri keçmiş
sovet imperiyasının törətdiyi vəhşi cinayət,
Azərbaycanda milli azadlıq mübarizəsini boğmaq məqsədi
daşıyan amansızlıq kimi daim xatırlanacaqdır. Bu hadisələrin
canlı şahidləri həmin məşum gecənin təşviş
və həyəcanını indi də qəlblərində
və şüurlarında daşıyır, istiqlal
mücahidlərimizin, öz canını milli azadlıq
uğrunda fəda etmiş şəhidlərimizin xatirəsini
yaşadır, onların həyatına qıyan caniləri lənətləyirlər.
O
dövrdə respublikamızda ictimai-siyasi vəziyyətin
hansı səbəbdən kəskinləşdiyi yaxşı
məlumdur: mənfur Qorbaçovun “yenidənqurma” adı
altında apardığı siyasət keçmiş ittifaq
dövlətində millətlərarası münasibətlərin
gərginləşməsinə, xüsusən, xəyanətkar
ermənilərin Azərbaycana qarşı ərazi
iddialarının yenidən baş qaldırmasına gətirib
çıxardı. 1970-80-ci illərdə milli
özünüdərk və oyanış prosesi yaşayan,
azadlıq arzuları boy göstərən
xalqımızın bu düşmənçilik iddialarına
qarşı mübarizə üçün birləşməsi
zərurətə çevrildi.
Biz yaxşı bilirdik ki, ermənilərin tarixi
xülyalarına qol-qanad verən ən mühüm faktor Azərbaycanın
dahi oğlu Heydər Əliyevə qarşı həmin
dövrdə aparılan çirkin kampaniya, onun siyasi hakimiyyətdən
uzaqlaşdırılması idi. Böyük türk oğlunun siyasi
dühasına və yenilməz iradəsinə həsəd
aparan, onun bütün ittifaq miqyasında qazandığı
hörmət, etimad və nüfuzdan qorxuya düşən
Mixail Qorbaçov və onun əlaltıları ulu öndərimizin
nəinki siyasi karyerasına, hətta həyatına belə
son qoymaq üçün ən alçaq vasitələrə
əl atmağa belə hazır idilər. Heç təsadüfi
deyirldi ki, 1987-ci ildə məhz Heydər Əliyevin ali dövlət hakimiyyətində fəaliyyətdən
uzaqlaşdırılmasından bir gün sonra ermənilər
Dağlıq Qarabağı Ermənistana birləşdirmək
ideyasını açıq şəkildə bəyan etməyə,
səsləndirməyə başladılar. Belə
ki, M.Qorbaçovun iqtisadi məsələlər üzrə məsləhətçisi
akademik Aqanbekyan Fransanın “Humanite” qəzetinə müsahibəsində
Dağlıq Qarabağın iqtisadi cəhətdən Ermənistana
yaxın olduğunu iddia etdi.
Bundan bir
neçə ay sonra isə erməni millətçiləri Azərbaycana
qarşı təxribat planlarını həyata keçirmək
üçün əməli fəaliyyətə keçdilər,
Xankəndidə, Göyçədə, İrəvanda
biri-birinin ardmca milli zəmində münaqişə
ocaqları yaratdılar, soydaşlarımızın canına,
malına-mülkünə qəsdlər, onların öz
tarixi ata-baba yurdlarından qovulması ardıcıl xarakter
aldı. Bütün bunlar sovet imperiyası rəhbərlərinin
biganəliyindən, Azərbaycana düşmən münasibətindən
qaynaqlanırdı.
Ermənistanın ərazi iddiaları və erməni
millətçilərin soydaşlarımıza qarşı
azğın cinayətləri Azərbaycan xalqında hiddət
və etiraz doğurdu. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən
ümumxalq mitinqləri, 1989-cu il
dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin
sökülməsi SSRİ rəhbərliyini qorxuya saldı. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi
Azərbaycanda xalq hərəkatının
yatırılmasına əlverişli zəmin yaratmaq
üçün Bakıda, Lənkəranda, Cəlilabadda,
Neftçalada və digər bölgələrdə təxribatlar
törətdi, milli zəmində iğtişaşlar təşkil
etdi. 1990-cı ilin yanvar ayında Bakıya
qoşun hissələrinin yeridilməsi də guya bu
iğtişaşların qarşısını almaq məqsədi
daşıyırdı.
Təsəvvür
edin, yanvarın 18-də SSRİ və Azərbaycan rəhbərliyinin
nümayəndələri, xüsusən, Y.Primakov televiziya ilə
çıxış edərək, Bakıda fövqəladə
vəziyyətin tətbiq olunmayacağı, hərbi qüvvələrdən
istifadə edilməyəcəyi, dinc əhaliyə atəş
açılmayacağı barədə vədlər verdiyi
vaxtlarda hərbçilər, özü də əksəriyyəti
Stavropoldan gətirilmiş, qəzəbli və
azğınlaşmış erməni saqqallılarından
ibarət dəstələr güclü döyüş texnikası
ilə şəhəri hər tərəfdən mühasirəyə
alırdılar.
Küçə
və meydanlara toplaşmış yüz minlərlə vətəndaşına
xəbərdarlıq etmədən sovet dövləti
yanvarın 19-dan 20-nə keçən gecə onalara atəş
açılması barədə əmr verdi.
Zəhmli texnikanın qarşısında əliyalın
dayanmış dinc əhali əsl qırğına məruz
qaldı.
O gecənin
vəhşətini, şahidi olduğum ürəkağrıdan
faciəli Qara Yanvar hadisələrini təsvir etmək olduqca
çətin və kədərlidir. O günlərin
xronologiyasını, baş verənlərin mahiyyətini tam təfərrüatı
ilə xatırlayıram. Millətinə
qarşı törədilən qətliamı, qeyrətli, vətənpərvər
soydaşlarımızın qanına qəltan edilməsini, o
misilsiz vəhşiliyi unutmaq mümkündürmü?
Həmin vaxt mən distansiya rəisi kimi metronun “Elmlər
Akademiyası”nda idim. Maşinistlər, növbətçilər, çilingərlər,
bütün kollektiv ayıq-sayıq iş başında idi. Məzuniyyətdə olanlar, hətta xəstələnənlər
də ümüxalq etirazına qoşulmuşdular.
Heç kimin dəvəti olmadan onlar da öz ürəklərinin
hökmü ilə vətəndaşlıq borclarını
yerinə yetirmək naminə iş yerinə gəlmişdilər.
Qoşun hissələrinin metronun “20 Yanvar” stansiyası həndəvərində,
Biləcəri yoxuşunda, Salyan kazarmasının
qarşısında, indiki “Koroğlu” stansiyası
yaxınlığında adamlara atəş
açdığı barədə xəbərlər
aldıq. Sovet ordusunun tankları keçmiş Tbilisi
prospektindəki rəmzi barrikadaları darmadağın
etmiş, ətrafda toplaşan insanlara avtomatlardan atəş
açmışdı. Köməksiz və
silahsız adamlar metro stansiyalarına doluşmağa
başlamışdılar. Təsəvvür
edirsinizmi, necə xaotik mənzərə yaranmışdı.
Yaralıların, qorxuya düşmüş
qadınların, qocaların və uşaqların
harayından qulaq tutulurdu. Həmin dəqiqələrdə
metro stansiyaları əhalinin üz tutduğu, güvəndiyi
sığınacağa, hərbi terminlə desək, blindaja
çevrilmişdi. Əhali metro
qatarlarına, stansiya keçidlərinə, sözün əsl
mənasmda, bir həyat yolu kimi baxırdı. 20 Yanvar stansiyasının Respublika xəstəxanasına
tərəf çıxan keçidi, Allahdan olan kimi,
yırtıcıların nəzərindən
qaçmışdı. Həmin
keçidlə yüzlərlə yaralını xəstəxanaya
çatdırmaq mümkün oldu.
Həmin acı günlərin heç də
adının tarixə düşməsini arzulamayan qəhrəmanları
barədə danışmaq istərdim. “Nərimanov”
deposunda çilingər işləyən İlqar Qarayev 20
Yanvar şəhidi kimi paytaxtın ən uca zirvəsində
uyuyur. Yeri gəlmişkən deyim ki,
metropoliten bu qəhrəman gəncin ailəsinin problemlərinin
həllində bu gün də öz köməyini əsirgəmir.
Üzərinə düşən işin öhdəsindən
ləyaqətlə gələn həmkarlarım—Vaqif Həşimovun,
Fəxrəddin İbrahimovun, İsmayıl Maxanovun, Vilayət
Əsgərovun və başqalarının adlarını çəkməyi vacib
sayıram. Bu adamlar dinc əhalinin öz
ünvanlarına çatdırılmasında,
yaralıların daşınmasında, qorxmuş, vahiməyə
düşmüş əhalinin təhlükəsiz şəraitdə
bir nəfəs dərməsində əllərindən gələni
etmişdilər. O vaxt metropolitenin rəisi işləyən
Vahid Nadirli ilə hər dəqiqə əlaqə saxlayır,
operativ tədbirlər görülməsinə nail olurduq. Xoşbəxtlikdən
sovet əsgərləri metronun işinə müdaxilə etməkdən
çəkinmişdilər. Görünür,
yer altında onları hansısa sürprizin gözlədiyini
güman etmişdilər. Hər halda,
çətin, qorxulu vəziyyət idi. Hər dəqiqə
problemlərlə üzləşən metro əməkdaşları
bütün çətinliklərə mərdliklə, fədakarlıqla
sinə gərdilər, öz vətəndaşlıq
borclarını ləyaqətlə yerinə yetirdilər.
Bu bizim hər birimiz üçün şərəfli
sınaq anı idi...
Həmin
gecənin və ondan sonrakı günlərin faciəli
statistikası indi hamıya məlumdur: Bakının müxtəlif
rayonlarında sovet əsgərləri tərəfindən 134
insan qətlə yetirilmiş, 730-dan artıq vətəndaş
yaralanmış və xəsarət almışdı. Onların arasında qadınlar və uşaqlar da
vardı.
Xalqın
ağır günündə ulu öndərimiz Heydər
Əliyevin Moskvada öz haqq səsini ucaltması, sovet dövlətinə,
onun rəhbərlərinə qətiyyət və cəsarətlə
öz etirazını bildirməsi və bunun bütün
dünyaya səs salması bizim hər birimiz üçün
əvəzsiz təsəlli, eyni zamanda, qürurverici hadisə
oldu. Yanvarın 21-də özünün və ailə
üzvlərinin həyatını təhlükə
altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələn Heydər Əliyev xalqımıza
başsağlığı verdi və mətbuat konfransı
keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror
aktına rəvac verən hakimiyyət nümayəndələrini
və hərbçiləri cinayətkar, onların dinc əhaliyə
tutduqları divanı isə bütöv bir xalqa qarşı
edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə
etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından
çıxdığını bəyan etdi.
Təəssüf ki, ö dövrdə Azərbaycanda
hakimiyyətdə olanlar qorxaqlıq, səbatsızlıq
göstərdilər, xalqa qarşı xəyanət yolunu
tutdular. Nə bu hadisələr zamanı qaçıb aradan
çıxan maymaq Vəzirovdan sonra hakiməyyətə gətirilmiş
A.Mütəllibov, nə də xalq azadlıq hərəkatı
dalğasında müstəqil dövlətimizin idarəçiliyini
ələ almış AXC-Müsavat cütlüyü 20 Yanvar
hadisələrinə hüquqi-siyasi qiymət verməyi
bacarmadılar.
Yalnız
1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər
Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan
Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə
ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul
edildi. Azərbaycan xalqının ümumi rəyini
özündə təcəssüm etdirən bu qərar Heydər
Əliyev qətiyyətinin və cəsarətinin təzahürü
idi. Sənəddə respublika rəhbərliyindən
tələb olunurdu ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi
qiyməti verilsin. Lakin xalqın istək və
arzularına xilaf çıxan, milli mənafelərə biganəlik
göstərən ovaxtkı respublika rəhbərliyi bu tələbi
yerinə yetirmədi.
Bu şərəfli missiya yenə ulu öndər Heydər
Ənyevin üzərinə düşdü. Xalqın təkidli tələbi
ilə respublika rəhbərliyinə qayıdan ümummilli
liderimiz 1994-cü il yanvarın 12-də
keçirdiyi müşavirədə bu barədə deyirdi:
“Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ
müəyyənləşdirilməmişdir. Görünür
ki, ötən yaxın illərdəki Sovetlər Birliyi,
respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri
naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan
etməmişlər”.
Ulu öndərimizin təşəbbüsü ilə
hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi Milli Məclisə
tövsiyə olundu və elə 1994-cü ildə parlamentimiz
müvafıq qərar qəbul etdi.
Heydər
Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə,
onların ailələrinə dövlət
qayğısının gücləndirilməsinə hər
zaman böyük diqqət göstərir, hər il yanvarın
20-də Şəhidlər Xiyabanını ziyarət edir,
şəhid ailələri ilə görüşür, onların
problemləri ilə maraqlanırdı.
Ulu öndərimizin layiqli davamçısı möhtərəm
Prezidentimiz cənab İlham Əliyev də bu ənənəyə
sadiqdir və 20 Yanvar şəhidlərinin xatirəsinin uca
tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin
həllinə xüsusi diqqət göstərir. “Həmin gün respublikada
haqq-ədalətin bərqərar edilməsi tələbləri
ilə çıxış edən Azərbaycan
xalqının inam və iradəsini qırmaq, milli mənliyini
alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata
keçirdiyi terror aktı nəticəsində bəşər
tarixində insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə
günahsız insan yaralandı və qətlə yetirildi.
Ən ağır sınaqlara sinə gərmək əzmini
bütün dünyaya nümayiş etdirən Azərbaycan
övladları 1990-cı il yanvarın 20-də
xalqımızın qəhrəmanlıq salnaməsinə
parlaq səhifə yazdılar” —bu fikirlər möhtərəm
Prezidentimizə məxsusdur, xalqımızın qəhrəmanlıq
salnaməsinə onun dərin ehtiramını ifadə edir. Bu gün hər birimiz üçün müqəddəs
ziyarətgaha çevrilmiş, 20 Yanvar faciəsi
qurbanlarının və Ermənistanın hərbi təcavüzünə
qarşı döyüşlərdə həlak olanların dəfn
edildiyi Şəhidlər Xiyabanı məhz cənab İlham
Əliyevin təşəbbüsü ilə tam təmir
edilmiş və yenidən qurulmuşdur.
O məşum
günlərin canlı şahidləri yaxşı
xatırlayırlar ki, Dağüstü parkda 20 Yanvar şəhidləri
üçün qəbirlər qazılarkən
torpağın altından insan sümükləri
çıxırdı. 1918-ci ilin martında
Bakıda bolşeviklərin dəstəyi ilə erməni-daşnak
dəstələri tərəfindən İsmailiyyə
binasına yığılaraq yandırılan azərbaycanlıların
cəsədləri məhz burada
basdırılmışdı. Sovet
dövləti həmin soyqırımını unutdurmaq
üçün qəbirlərin üstündə gəzinti
meydançası salmış, burada Kirovun heykəlini
qoymuşdu. Amma tarix təkrarlanır: 1990-cı ilin yanvarında
soyqırımı qurbanların ruhları
azadlıq, müstəqillik uğrunda şəhid olan həmvətənlərimizin
ruhları ilə birləşdi və bura xalqımızın
əbədi və müqəddəs ziyarətgahına
çevrildi.
Bir
neçə gündən sonra 20 Yanvar faciəsinin 24-cü
ildönümü tamam olur və Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müvafiq Sərəncamının
icrası ilə əlaqədar olaraq Bakı metropolitenində
də tədbirlər planı hazırlanmış və onun
yerinə yetirilməsinə başlanmışdır.
Plana əsasən,
20 Yanvar hadisələrinin şahidi olmuş və əliyalın,
günahsız insanlara yardım və kömək göstərilməsində,
yaralıların tibb obyektlərinə
çatdırılmasında xüsusi fədakarlıq
göstərmiş metropolitençilərlə
görüşlər keçiriləcək, onların xatirə
və fikirlərinin təbliği, mətbuatda
işıqlandırılması ilə bağlı lazımi
addımlar atılacaq, şəhidləri anım mərasimləri
təşkil olunacaq, xüsusən, 20 Yanvar gecəsinin
günahsız qurbanlarından olan metropolitençi İlqar
Qarayevin xatirəsi yad ediləcəkdir.
20 Yanvar
günündə isə metropoliten xüsusi iş rejimində
fəaliyyət göstərəcək. Bütün
xidmətlər, ilk növbədə isə hərəkət,
yol, elektrik deposu, tunel qurğuları, elektrik təchizatı,
işarəvermə və rabitə xidmətlərinin hər
biri cavabdehlik daşıdığı sahələr üzrə
müvafiq hazırlıq işlərini yerinə yetirirlər.
Metronun 20
Yanvar stansiyasında tədbirlər planının icrası
üzərində də ardıcıl iş aparılır. 20 Yanvar günündə, əvvəlki illərdə
olduğu kimi, stansiya xüsusi bədii tərtibatda olacaq,
işçilərdən fəxri qarovul dəstəsi
düzüləcək. Həmçinin
bütün stansiya və vaqonlarda günün ruhuna uyğun və
bu ovqata köklənəcək tədbirlər də
planlaşdırılıb. Musiqi parçalarının
səsləndirilməsi üzərində də iş
aparılır.
Azərbaycan
Prezidenti Administrasiyasının rəhbərinin
imzaladığı sərəncamda da bildirilir ki, yanvarın
20-də saat 12:00-da bütün ölkə ərazisində
şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla
yad edilməsi, nəqliyyat vasitələrində səs siqnallarının
verilməsi də nəzərdə tutulub. Həmin gün saat 12:00-da
metropolitenin xətlərdəki bütün qatarları
stansiyalarda olacaq və bir dəqiqə ərzində siqnal
veriləcəkdir.
...Milli
azadlıq hərəkatının bütün
iştirakçılarının, 20 Yanvar şəhidlərinin
və torpaqlarımızın bütövlüyü
uğrunda canını fəda edənlərin ən ümdə
arzusu Azərbaycanı müstəqil və güclü bir
dövlət kimi görmək idi. Ümummilli lider Heydər
Əliyevin müdrik və möhtəşəm fəaliyyəti,
onun davamçısı cənab İlham Əliyevin qüdrətli
və mükəmməl idarəçiliyi, siyasi uzaqgörənliyi
sayəsində bu gün müstəqil Azərbaycan regionun
liderinə, dünya birliyinin ən perspektivli dövlətinə
çevrilmiş, xalqımız rifaha və
fıravanlığa qovuşmuşdur. Dövlətimizin hərbi
və iqtisadi gücü, onun rəhbərinin dürüst və
məqsədyönlü siyasəti ilə doğma
Qarabağımız da tezliklə işğaldan azad ediləcək,
bütöv və böyük Azərbaycan tarixə öz
şanlı zəfərini əbədi yazacaqdır!
Allah
bütün şəhidlərimizə rəhmət eləsin!
Tağı ƏHMƏDOV,
Bakı metropoliteninin rəisi.
Respublika.-2014.- 19
yanvar.- S.13.