Veteranlar ön cərgədədir

 

Yasamal rayon Veteran təşkilatının 2006-cı ildə keçirilən X hesabat-seçki konfransında hörmətli Prezidentimiz İlham Əliyevin səlahiyyətli nümayəndəsi, rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev veteranlara üz tutaraq demişdir ki, mən həmişə sizlərlə-veteranlarla bir cərgədə olacağam. Sözün əsl mənasında İbrahim müəllim veteranları unutmadı, həmişə təşkilata dəstək oldu, veteran təşkilatının adını yüksəklərə qaldırdı. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş yerli icra hakimiyyəti haqqında əsasnamənin maddələrini rəhbər tutaraq rayonun iqtisadi, sosial-mədəni və digər məsələlərinin müzakirəsi və onların həllinə dair təkliflərə baxılması məqsədilə icra hakimiyyətinin başçısı yanında daimi məşvərətçi orqan olan 11 nəfərdən ibarət Şura yaradılmışdır. Rayon rəhbərliyi müharibə veteranları ilə təşkilatın fəaliyyəti ilə maraqlanır, görülən işlər Şura iclaslarında müzakirə olunur. Rəhbərliyin göstərişinə əsasən təşkilatımız rayon gənclər və idman idarəsi ilə birgə gənclər arasında hərbi vətənpərvərlik işinin təşkili sahəsində tədbirlər planına uyğun olaraq müvafiq aparır. Rayon ümumtəhsil məktəblərində, orta ixtisasali təhsil ocaqlarında gənclər arasında hərbi vətənpərvərlik sahəsində geniş və səmərəli təbliğat işi mütəmadi həyata keçirilir, gənclərin ordu sıralarına yola salınma mərasimində rayonun icra başçısı ilə bərabər, BVM iştirakçıları, rayonun səlahiyyətli nümayəndələri də iştirak edir, onlara tövsiyələr verir, uğurlar arzulayırlar.

Rayon gənclər və idman idarəsinin kollektivi, müharibə və əmək veteranları təşkilatı əsl vətənpərvər, ümumbəşəri dəyərlərə malik gənclər tərbiyə etməyi qarşıya məqsəd qoymuşdur. Belə çoxşaxəli işlər rayon rəhbərliyinin göstərişinə əsasən məktəblərdən də yan keçməmişdir. Hərbi vətənpərvərlik komissiyasının üzvləri məktəblərdə şagirdlərimizi müstəqil dövlətimizin atributları—bayrağı, himni, gerbi ilə tanış etmişlər. “Azərbaycan Respublikasının Dövlət atributları müqəddəs rəmzlərdir”, “Dövlət rəmzlərinə hörmət və məhəbbət hər bir vətəndaşın borcudur” və s. mövzularda söhbətlər aparılmışdır. Artıq bir neçə ildir ki, hərbi hissələrdə keçirilən görüşlər, 18, 20, 60, 158, 173, 225 saylı və başqa məktəblərdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması üçün görülən işləri günün tələbləri səviyyəsinə qaldırmaqla müsbət nailiyyətlər əldə olunmuşdur. Hər yeni dərs ilində və son zənglərdə veteranlarımız məktəblərdə olur, məktəblilər qarşısında çıxış edir, şagirdlərə öz dəyərli tövsiyələrini verirlər.

Sevindirici haldır ki, son vaxtlar baş vermiş mürəkkəb ictimai-siyasi proseslərə, qlobal dəyişikliklərə və bir sıra çətinliklərə baxmayaraq, Azərbaycan gəncliyi əsrlər boyu xalqımıza xas olan humanizm, mərhəmət hissi, doğma torpağa məhəbbətini qoruyub saxlaya bilmişdir. Rayon icra hakimiyyətinin təşəbbüsü və göstərişi ilə Müharibə və Əmək Veteranları təşkilatı, rayon gənclər və idman idarəsi ilə birlikdə 18, 20, 158 saylı ümumtəhsil məktəblərinin iclas zalında “20 Yanvar” faciə gününə və “Xocalı” soyqırımına həsr edilmiş bədii kompozisiyalardan ibarət tədbirlər keçirmiş, Şəhidlər Xiyabanı ziyarət olunmuş, ehsanlar verilmiş, şəhid ailələrinə maddi və ərzaq yardımları edilmişdir. 20 Yanvar meydanında şəhidlərin xatirəsinə ucaldılmış xatirə kompleksi və Xətai rayonunda ucaldılmış abidə önündə 20 Yanvar və Xocalı qurbanları yad edilmişdir.

Təşkilatın gördüyü bütün işlər rayon rəhbərliyinin köməkliyi ilə aparılır. Yasamal rayon veteranlar təşkilatı tərkibinə görə rayonlar arasında ən böyük təşkilatdır. Adı çəkilən bu təşkilat, doğrudan da, yeganə təşkilatdır ki, tərkibində 50 ilk veteran təşkilatını və öz sıralarında 14.984 nəfərdən çox veteranı birləşdirmişdir. Hazırda təşkilatda 134 nəfər BVM iştirakçısı —157 nəfər arxa cəbhə veteranı, 73 nəfər ehtiyatda olan Silahlı Qüvvələr veteranı, 40 nəfər hüquq mühafizə orqanları veteranı, 590 nəfər müharibə iştirakçılarının dul qadını vardır. Onların 14.000 nəfəri əmək veteranıdır. Hazırda təşkilatımızda 28 nəfər I, II qrup əlil, 25 nəfər qadın, yaşı 90-ı keçmiş BVM iştirakçısı 64 nəfər, yaşı 90 keçmiş arxa cəbhə veteranı isə 18 nəfərdir.

Biz öz işimizi eyni zamanda 12 MKİS və 4, 5, 6 saylı xüsusi kommunal idarələrinin rəhbərləri ilə də əlaqəli şəkildə aparırıq. Mütəmadi olaraq veteranların ailələrinə zəng vurub onların səhhətilə maraqlanırıq.

Təşkilatımıza zəng vurub hər hansı bir veteranın vəfatı barədə bizə məlumat verildikdə, rəhbərlik və təşkilat adından qəzetlərdə başsağlığı verilir, yas mərasimlərində iştirak edilir, diqqət və qayğı, köməklik göstərilir. Yaşlı nəslin nümayəndələri, rayon icra hakimiyyətinin həmişə hərtərəfli qayğısını hiss edirlər. Veteranların problemlərinə yardımçı, köməklik göstərən İbrahim müəllim, şura iclaslarına bir qayda olaraq təşkilatın sədri kimi məni də dəvət edir, təşkilata müraciət edən veteranların problemləri qısa müddətdə öz həllini tapır.

Əlil veteranlara güzəştli dərman preparatlarının verilməsi istiqamətində görülən işləri şura diqqət mərkəzində saxlamış və bu işdə səhiyyə ocaqları təşkilatımıza yardımçı olmuşdur. Təşkilatımızın səhiyyə rəhbərləri ilə sıx əlaqə qurmasının nəticəsidir ki, müalicə məqsədilə bizə müraciət edən çoxlu sayda veteranlarımız Bilgəh Kardioloji sanatoriyasında, Şağan, Mərdəkan veteranlar xəstəxanasında, Masallı, Lənkaran, Nabran, Qəbələ istirahət mərkəzlərində pulsuz müalicə olunmuş və istirahət etmişlər.

Təşkilata yazılı və şifahi müraciətə əsasən çoxlu sayda şəkər xəstəliyinə tutulmuş qadın və kişi veteranlarımız 3, 16, 19 saylı poliklinikalarda müayinədən keçirilmiş, dispanser qeydiyyatına götürülərək ayda 1 dələ pulsuz dərmanla təmin olunmuşonlara şəkəriölçən şəxsi aparat verilmişdir. Bu xəstələr həmişə bizim nəzarətimizdədir və mütəmadi olaraq poliklinika həkimləri  xəstələrdən analizlər götürüronlara yardımçı olurlar. Hər il veteranlarımız yaşadıqları ərazi üzrə poliklinikalarda təmənnasız olaraq rentgenflüoroqrafik müayinədən keçirlər.

Təşkilatımıza müraciət edən hər bir xəstə veterana lazımi köməklik, yardım göstərilir. Baş Səhiyyə İdarəsinə yazılı müraciətə əsasən 10 nəfər veterana pulsuz protez diş düzəldilmiş, 5 nəfər veteran Qanköçürmə İnstitutunda, xəstəxanada müalicə olunmuş, 1 nəfər böyrək daşı xəstəliyindən əziyyət çəkən arxa cəbhə veteranı təmənnasız əməliyyat olunmuşdur. Özəl “Loğman” klinikasına müraciətimiz əsasında 3 xəstənin əməliyyatı pulsuz edilmişuğurla nəticələnmişdir. Bütün bu xeyirxah köməkliyə görə BVM-si illərində ağrılı-əziyyətli yollar keçmiş veteranların sağlamlığına kömək göstərən rayonumuzun səhiyyə işçilərinə, özəl “Loğmanklinik xəstəxanasının cərrahı Elman həkimə, cərrah Rza həkimə, göz həkimi Kəmalə xanıma dərin təşəkkürümüzü bildiririk. Bəli, yaşlı nəslin nümayəndələri fəxrlə, qürur hissi ilə rayon icra hakimiyyətinin qayğısını hər zaman hiss edirlər. Eyni zamanda icra başçısının rəhbərliyi ilə Qızıl Aypara Cəmiyyəti rayon şöbəsi, Yasamal bələdiyyəsi, rayon əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən veteranlara daima yardım edilir.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi Yasamal rayon Heydər Əliyev Mərkəzində rayon ziyalılarının, veteranların və gənclərin iştirakı ilə yüksək səviyyədə qeyd edilmiş, məzarı ziyarət olunmuşdur. Ulu öndərin vəfatının 10 ilinin, anım günü icra hakimiyyəti rəhbərliyi tərəfindən qeyd olunaraq ərazidə yerləşən 5 müvafiq salonda 1.000 nəfərdən yuxarı imkansızlara, tənha, əlil insana, BVM iştirakçılarına, Qarabağ müharibəsi iştirakçılarına ehsan süfrəsi açılmışdır.

Respublika Veteranlar Şurasında veteranlar üçün keçirilən seminar-müşavirədə hörmətli Surxay Tağızadə təqdirəlayiq bir fikir söylədi ki, bu seminar layihənin, məşğələnin əsas məqsədi müasir dövrdə veteran təşkilatlarının işlərinin günün tələblərinə uyğun qurulmasından ibarətdir. Bəli, bu, həqiqətən də, seminar-məşğələlərin müxtəlif mövzularda aparılması məqsədə uyğundur. Təşkilatda 5 aparıcı qüvvə olan daimi komissiyalar fəaliyyət göstərir. Komissiya üzvlərinin hər birinin ayrı-ayrılıqda rəyasət heyətinin iclasında təsdiq edilmiş planı, əsasnaməsi və aparılan tədbirlərin qısa məzmunu və icrası barədə qeydiyyat dəftərçəsi vardır. Komissiya üzvlərinin tərtib etdiyi plana əsasən 50 ilk veteran təşkilatlarına müxtəlif məsələlərlə əlaqədar müraciət etdikdə onlardan sənəd tələb olunurbir sıra problemlərlə üzləşirdilər. Buna görə də rəhbərlik ilə razılaşma əsasında 20 nəfər fəal, işgüzar idarə heyətinin və komissiya üzvlərinin sədrlərinə vəzifəsi göstərilməklə vəsiqə verilmiş və problemlər aradan qaldırılmışdır. Bu komissiyalar məktəblərdə və təhsil ocaqlarında seminar-məşğələlər keçiriröz işlərinə məsuliyyətlə yanaşırlar.

Bizim veteran təşkilatının qarşıda görüləsi işləri hələ çoxdur, həmişə yeniliklər axtarışındayıq. Yasamal Rayon İcra Hakimiyyəti ağsaqqal, müdrik veteranlarımızın yubileylərinin keçirilməsini heç zaman unutmur. Hər il 80, 90 və 100 yaşı olan veteranlarımızın yubileyləri təntənəli şəkildə qeyd olunur, onlara fəxri fərman, qiymətli hədiyyə və pul mükafatları verilir. Belə tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, rayon bələdiyyəsinin sədri Zakir Cəfərov və bələdiyyə üzvləri, QAS-nın rayon təşkilatının sədri Şahin Hüseynov da iştirak edir.

Son 10 ildə rayonumuzun BVM iştirakçılarından 16 nəfərinə tam təmirli yeni mənzillər verilmiş, 8 nəfər əlil isə avtomobillərlə təmin olunmuşdur.

Veteran təşkilatının sədri olaraq, rəhbərliyin razılığı əsasında həmkarlar komitəsinin sədri Sevda Hüseynli ilə əlaqə yaratmış, tənha, ehtiyacı olan veteranlarımıza yardım göstərilməsi barədə müraciət etdikdə onlara köməklik göstərilmişdir. Hər il 8 Mart —Qadınlar Günündə fəal qadınlarımız rayon icra hakimiyyəti tərəfindən pul mükafatı və hədiyyələrlə mükafatlandırılır.

1996-cı ildə ulu öndərimiz Heydər Əliyev Azərbaycan gənclərinin I Forumunun keçirilməsinin təşəbbüskarı olmuşdur. Hər il fevralın 2-si “Gənclər günükimi qeyd edilir. Bu münasibətlə rayonun orta məktəb və ali məktəblərində veteranlarımız gənclərlə görüşür, onların qarşısında vətənpərvərlik mövzusunda çıxışlar edirlər. Biz veteranlar gənclərə çox şey borcluyuq, çox şey öyrətməliyik. Bütün bu borcların ən başlıcası —sevgi borcudur—Vətən sevgisi, millət sevgisi.

Mən xüsusi ilə qeyd etmək istəyirəm ki, hamımızın qayğısına qalan rayonun rəhbəri İbrahim müəllim, onun işgüzar əməkdaşları, həmişə bizimlə bir yerdə olmuşlar. Biz uğurlarımızı da, həll olunmayan problemlərimizi də onlarla bölüşmüşük. Bizim işimiz çətin, amma şərəflidir. Bu çətin işimizdə respublika Veteranlar Şurasının rəhbərliyi sədr əvəzi Surxay Tağızadə və onun işgüzar əməkdaşları həmişə bizə köməklik göstərib, bizim işimizlə maraqlanıblar.

Fərəhli haldır ki, veteran təşkilatımız 8 ildir ki, rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin təşəbbüsü ilə rayon icra hakimiyyətinin yeni binasında hər cür şəraiti olan, işıqlı və geniş otaqla təmin olunmuşdur. Bu xeyirxahlıq missiyasına görə onlara dərin təşəkkürümü bildirirəm.

2015-ci ildə faşizm üzərində qələbənin 70 ili tamam olur. Biz bu yubileyə artıq indidən hazırlaşırıq.

Mən əminliklə deyə bilərəm ki, qələbənin 70 illik yubileyi Yasamal Rayon İcra Hakimiyyətinin başçısı və dövlət nümayəndələrinin iştirakı ilə rayonumuzda çox yüksək səviyyədə keçiriləcəkdir.

Müharibə və Əmək Veteranları təşkilatı bundan sonra da xalqımızın ən öndə gedən nümayəndələri olmaqla gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində, dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsində əlindən gələni əsirgəməyəcəkdir.

 

Almaz QASIMOVA,

Bakı şəhəri, Yasamal Rayon

Veteranlar təşkilatının sədri.

Respublika.-2014.- 26 yanvar.- S.3.