Azərbaycan istiqlal poeziyası

 

Tofiq Əbdülhəsənli. “Azərbaycan istiqlal poeziyası”. Bakı, “Elm və təhsil”, 2014, 268 səh.

Sovetlər Birliyinin süqutu və Azərbaycanın yenidən müstəqillik əldə etməsi ölkəmizin istər ictimai-siyasi, istərsə də ədəbi-mədəni həyatında bir sıra əsaslı dəyişikliklərin gerçəkləşməsi üçün zəmin hazırladı. Sovet siyasi rejiminin formalaşdırdığı və yetmiş ilə yaxın bir dövrdə ədəbi-estetik prosesi yönləndirmək funksiyasını həyata keçirən sosialist realizmi adlanan yaradıcılıq metodunun öz ömrünü başa vurması, senzuranın ləğv edilməsi, əvvəllər işlənilməsinə ciddi yasaqlar qoyulmuş bir çox mövzuların araşdırılması üçün təbii imkanlar yaranması istər-istəməzədəbi prosesin canlanmasına təkan vermiş oldu. Ədəbiyyatınqısa bir zaman kəsiyində yaşadığı bu keyfiyyət dəyişiklikləri digər janrlarda olduğu kimi, poeziyada da aşkar şəkildə duyulmağa başladı. Yaranmış poetik örnəklər dövrümüzün ictimai-siyasi və mənəvi-əxlaqi sferasına güzgü tutduğu, başqa sözlə, onun canlı panoramını çəkdiyi üçün bu janrın xüsusi təhlil obyektinə çevrilməsi aktuallıq kəsb edir.

Sosial-siyasi ovqataab-havaya köklənmiş 1991-2005-ci illər poeziyası xalqı, vətəni, milləti düşündürən, narahat edən ən mühüm problemlərin daşıyıcısına çevrilmişdir. Bu dövrün poetik salnaməsini yaradan ədəbi şəxsiyyətlərin yaradıcılıq məramı, estetik missiyası, hər şeydən əvvəl, Azərbaycanın ötən əsrin sonlarında təkrar qovuşduğu istiqlaliyyət amalına söykənməkdədir. Milli poeziyanın məzmununda ifadə olunan bu keyfiyyət yeniliyini şərtləndirən məqamların üzə çıxarılması da aktuallıq daşımaqdadır.

Monoqrafiyada 1991-2005-ci illərdə Azərbaycan poeziyasında mövzu, janrüslub məsələlərinin təhlili fonunda mövcud ədəbi epoxanın bədii panoramının canlandırılmasına çalışılmışdır. Hər şeydən öncə, təhlil prosesində bəhs olunan dövrün poeziyasında geniş işləklik qazanmış vətənpərvərlik, azadlıq, istiqlalçılıq, şəhidlik, qaçqınlıq və köçkünlük, torpaqyurd həsrəti və s. məsələlərin təhlili mövzu axtarışlarında yeni mərhələ kimi dəyərləndirilmişdir.

Monoqrafiyanın aktuallığını səciyyələndirən mühüm amillərdən biri də 1991-2005-ci illər Azərbaycan poeziyasında Güney mövzusuna xüsusi tərzdə yanaşılması ilə bağlıdır. Məlum olduğu kimi, Sovet hakimiyyəti illərində Azərbaycanın Güney problemi ilə bağlı poetik örnəklər yaransa da, bu məsələ imperiya siyasətinin tərkib hissəsini təşkil etdiyindən onun təhlilinin milli müstəvidə dəyərləndirilməsi mümkün deyildi. Son illərdə isə Güney problemi ilə bağlı yaranmış poetik örnəklərin sayca çoxluğu, həmçinin bədii irsin dəyərləndirilməsində milli-nəzəri məfkurənin aparıcılığı mövcud bədii örnəklərə fərqli baxış bucağından yanaşma tələb edir. Monoqrafiyada məhz bu məramdan çıxış edilmişdir.

Monoqrafiyada müstəqillik dövrü poeziyasının, həmçinin janr-üslub müstəvisində araşdırılması tədqiqatın aktuallığını şərtləndirən məqamlardan biridir. Çünki bu dövrün poeziyasına həsr olunmuş müxtəlif səpkili tədqiqatlarda başlıca olaraq sosioloji aspekt əsas tutulduğundan estetik amillər bir növ unudulmuş, bu da nəticə etibarı ilə bəhs olunan ədəbi zaman kəsiyinin bütöv şəkildə dərkinə imkan verməmişdir.

Əvvəllər qələmə alınmış bir sıra araşdırmalarda 1991-2005-ci illər Azərbaycan poeziyasının bir sıra aspektləri və həmin dövrü təmsil edən ədəbi şəxsiyyətlərin yaradıcılığı buya başqa şəkildə təhlil obyektinə çevrilsə də, indiyədək mövzu, janr, üslub axtarışları kontekstində tədqiq olunmamış, dövrün poetik örnəklərini yaradan ədəbi şəxsiyyətlərin yaradıcılıq yolu bu yöndə dəyərləndirilməmişdir. Tədqiqatın elmi yeniliyini şərtləndirən amillərdən biri məhz bəhs olunan mövzunun ilk dəfə olaraq təhlil obyektinə çevrilməsilə bağlıdır.

Monoqrafiyada ilk dəfə olaraq istiqlaliyyət illərində Azərbaycan poeziyasının mövzuproblem baxımından təsnifatı verilmiş, bu da bəhs olunan dövrün aydın sosioloji xarakteristikasını müəyyənləşdirməyə imkan yaratmışdır. Belə ki, tədqiqat işində vətənpərvərlik, istiqlal məfkufəsi və milli özünəqayıdış amalı, Dağlıq Qarabağ müharibəsi, Azərbaycanın Güney dərdi, məhəbbət və təbiət lirikası, habelə mənəvi-əxlaqi problemlər mövzu kontekstində nəzərdən keçirilərək ümumiləşdirilmişdir.

Monoqrafiyada mövzu, janrüslub probleminin araşdırılması fonunda yalnız 1991-2005-ci illərin poeziyası deyil, əvvəlki dövrün poetik irsi də müqayisəli təhlilə cəlb olunmuşdur.

Monoqrafiyanın yeniliyini səciyyələndirən mühüm amillərdən biri araşdırılan problemin yalnız estetik prinsiplər fonunda deyil, həmçinin sosioloji kontekstdə şərh olunmasıdır ki, bu da yaşadığımız müstəqillik dövrünün bütün yönlərilə dəyərləndirilməsini şərtləndirməkdədir.

Tədqiqat işində bəhs olunan dövrün poetik örnəkləri təhlil edilmiş, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Xəlil Rza Ulutürk, Məmməd Araz, Cabir Novruz, Musa Yaqub, Fikrət Sadıq, Nəriman Həsənzadə, Fikrət Qoca, Ramiz Rövşən, Eldar Baxış, Məmməd İsmayıl, Məmməd Aslan, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Önər, Rüstəm Behrudi və digər şairlərin yaradıcılıq irsi təhlilə cəlb olunan problem işığında nəzərdən keçirilmişdir. Yuxarıda adı çəkilən tanınmış ədəbi şəxsiyyətlərlə yanaşı, bir çox gənc qələm sahiblərinin yaradıcılıq irsimonoqrafiyada təhlil obyektinə çevrilmişdir. Araşdırmada bədii nümunələrlə yanaşı, Azərbaycan ədəbiyyatşünaslığında şeirin problemlərinə həsr olunmuş ədəbi-nəzəri məsələlərə də yer verilmişdir. 

Monoqrafiyada araşdırmaya cəlb olunan problemləri dünya nəzəri-estetik fikri kontekstində təqdim etmək üçün mövcud analoji tədqiqatlara da istinad olunmuşdur.

Müstəqillik dovrü poeziyası haqqında dolğun, ətraflı məlumat əldə etmək üçün mövcud poctik toplularla yanaşı, “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Ədəbiyyat qəzeti”, “Kredo” və başqa ədəbi orqanlardakı materiallardan bəhrələnilmişdir.

Azərbaycan poeziyasının istiqlaliyyət illəri və bu dövrün ayrı-ayrı ədəbi şəxsiyyətlərinin yaradıcılığı buya digər dərəcədə araşdırılmışdır. Belə ki, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Qabil, Cabir Novruz, Balaş Azəroğlu, Əli Tudə, Fikrət Sadıq, Məmməd Araz, Məmməd İsmayıl, Fikrət Qoca, Qabil, Söhrab Tahir, Vaqif Səmədoğlu və digər sənətkarların yaradıcılıq yolunu əks etdirən monoqrafiyalarda, müxtəlif səciyyəli məqalələrdə mövzu, janrüslub məsələləri konkret bir ədəbi şəxsiyyətin timsalında araşdırılmışdır.

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Yaşar QarayevinTarix, yaxından və uzaqdan” adlı sanballı monoqrafik araşdırmasında və dərslik səpkisində qələmə aldığı “Azərbaycan ədəbiyyatı tarixi (XIX və XX yüzillər)” adlı tədqiqatında müasir Azərbaycan ədəbiyyatının nəzəri-metodoloji konteksti şərh edilərkən mövzu, janrüslub məsələlərinin ayrı-ayrı məqamlarına da nəzər salınmışdır.

Azadə Rüstəmova, Bəkir Nəbiyev və Yaşar Qarayevin birlikdə nəşrə hazırladığı “Azərbaycan ədəbiyyatı” tədqiqatının son bölümündə də problemin müəyyən aspektlərinə toxunulmuşdur.

Professor Cəlal Abdullayev, professor Tofiq Hüseynoğluprofessor Vaqif Sultanlının redaktorluğu ilə nəşr olunmuş ikicildlikMüasir Azərbaycan ədəbiyyatı” adlı dərslikdə istiqlaliyyət dövrü poeziyası və bu poeziyanı təmsil edən ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılığı fonunda araşdırılan problemin bir çox məqamları elmi-nəzəri səpkidə təhlilə cəlb olunmuşdur. Xüsusilə burada istiqlaliyyət dövrü poeziyasının ayrıca bir bölmədə təqdimi onun keyfiyyət cizgilərini sistemli şəkildə dəyərləndirməyə imkan vermişdir. Dərslikdə Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Məmməd Araz, Nəriman Həsənzadə və digər şairlər haqqında verilmiş müstəqil oçerklər də mövzunun öyrənilməsində əhəmiyyətli məqamların üzə çıxarılmasına imkan verir.

Tənqidçi Elçin Mehrəliyevin “Müharibə və ədəbiyyat” adlı monoqrafiyasında, habelə bəzi məqalələrində müasir Azərbaycan ədəbiyyatında müharibə mövzusunun araşdırılması fonunda istiqlaliyyət dövrü poeziyasının mövzu, janrüslub problemlərinə də müəyyən qədər yer verilmişdir.

Son illərdə Dağlıq Qarabağ probleminin bədii ədəbiyyatda və publisistikada öyrənilməsinə həsr olunmuş araşdırılmalarda da tədqiqata cəlb olunan problemin bəzi məqamları nəzərdən keçirilmişdir.

Azərbaycanın güneyində yaranmış bədii irsin tədqiqinə həsr olunmuş monoqrafik araşdırmalarda təhlilə çəkilən problemlər buya digər şəkildə elmi-nəzəri təfsirini tapmışdır.

Müasir türk poeziyasının sənətkarlıq məsələlərinə həsr olunmuş bəzi araşdırmalarda da monoqrafiyada qaldırılan problemin nəzəri aspektlərinə müəyyən qədər yer verilmişdir.

Həmçinin son illərdə yazılmış, çağdaş Azərbaycan poeziyasının müxtəlif problemlərinə və ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığına həsr olunmuş monoqrafiya işlərində araşdırılan problemin buya digər aspektlərinə toxunulmuşdur.

Təhlil prosesində, eyni zamanda bir sıra internet resurslarına da istinad olunmuş, yeri gəldikcə, onlardan bəhrələnilmişdir.

Bütün bunlarla belə, indiyədək istiqlaliyyət dövrü poeziyası mövzu, janrüslub baxımından ayrıca təhlil obyektinə çevrilməmişdir. Ona görə də oxucuların mühakiməsinə verilən monoqrafiyada problem ilk dəfə olaraq sistemli şəkildə araşdırılır.

 

 Respublika.-2014.- 26 yanvar.- S.5.