Şəmkir şəhəri anbaan gözəlləşir

                        

 Şəmkir rayon İH başçısının Şəmkir şəhər İƏD üzrə Nümayəndəliyinin 2013-cü ildə gördüyü işlərə dair hesabat yığıncağı keçirilmişdir.

Yığıncaqda Şəmkir şəhərində yerləşən təhsil, səhiyyə, mədəniyyət idarə, müəssisə təşkilatların nümayəndələri iştirak edirdilər.

Tədbiri açan Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Çingiz Həsənov öz çıxışında demişdir:

Dinamik və davamlı inkişaf yolunda olan Azərbaycanın uğurları ildən-ilə çoxalmaqdadır. İstər siyasi, istər iqtisadi, istər sosial, idman, mədəniyyət və digər sahələrdə qazanılan nailiyyətlər respublikamızın regional və beynəlxalq nüfuzunun artmasına, dünyada daha yaxından tanınmasına böyük töhfələr verməkdədir. İndi Cənubi Qafqazın liderinə çevrilən, Avropanın və bir sıra aparıcı dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycanla dünya da hesablaşır, mövqeyini bölüşür.

Başa çatmış 2013-cü ilbir sıra uğurlarla yaddaşlarda qalacaqdır.

Ötən ildə də əvvəlki illərdə olduğu kimi, bir sıra beynəlxalq siyasi, iqtisadi, mədəniyyət və idman tədbirlərinin ünvanı Azərbaycan oldu.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası respublikanın bütün regionlarının tarazlı və davamlı inkişafını təmin etmişdir.

Biz böyük qürur hissi ilə qeyd edirik ki, bu gün respublikamızda həyata keçirilən ən irimiqyaslı iqtisadi layihə məhz Şəmkir rayonunda həyata keçirilir. “Şəmkir Su Anbarı”nın tikintisinin başa çatdırılması ilə Azərbaycanın qərb rayonlarında həm yüksək keyfiyyətli içməli suya, həm də suvarma suyuna olan tələbat tam ödəniləcəkdir.

2014-cü ildə biz şəmkirlilərin səbirsizliklə gözlədiyimiz ən mühüm hadisə də məhz Şəmkir çayının qarşısının kəsilməsi və su anbarında suyun toplanmasının başlanması olacaqdır.

Bildiyimiz kimi, ötən 2013-cü ildə Şəmkir şəhərində aparılan təmir-tikinti, abadlıq işlərinin sürəti artırılmış, 1-ci, 5-ci küçələrdə sukanalizasiya xətləri, qaz və rabitə xətləri tamamilə yerin altına keçirilmiş, su arxları yenidən qurulmuş, 700-ə yaxın evin dam örtüyü təzələnmiş, həyətlərin girişlərinə tağlar tikilmiş, taxta darvazalar qoyulmuşdur.

Beş küçənin işıq sistemi tamamilə dəyişdirilmiş, ən müasir standartlara cavab verən avadanlıqlarla təmin olunmuş və nəhayət, bu küçələr yeni asfalt örtüklə örtülmüşdür.

Bütün bu işlər 9 oktyabr prezident seçkilərinə kimi başa çatdırılmışdır.

Bundan əlavə, Bayraq meydanının, Heydər Əliyev mərkəzinin, Gənclər mərkəzinin, Abidələr parkının, Oksford məktəbinin uşaq bağçasının tikintisibaşa çatdırılmışdır. H.Əliyev mərkəzinin, Gənclər mərkəzinin və Bayraq meydanının ətrafında salınmış istirahət parklarında şəmkirlilərin, xüsusilə uşaq və gənclərin istirahətini ən yüksək səviyyədə təşkil etmək üçün hər cür şərait yaradılmışdır.

Meqafan əyləncə mərkəzi şəmkirli uşaq və gənclərin ən sevimli istirahət məkanına çevrilmişdir.

Hörmətli Prezidentimizin dediyi kimi, bu obyektlər “böyük zövqlə və məhəbbətlə” tikilmişdirburada hər bir şəxs öz zövqünə uyğun əyləncə tapa bilər.

Şəhərimizin mərkəzində yerləşən, XX əsrin başlanğıcında tikilmişçox pis vəziyyətdə olan Alman Lüteran kilsəsi çox böyük ustalıqla təmir edilmiş, ətrafında 1 hektar gözəl park salınmışdır.

Abadlıq və tikinti işləri zamanı Şəmkir şəhərinin küçə və parklarına, İpək Yolunun kənarlarına 30000-dən çox müxtəlif gözoxşayan çiçəklər, 100000-ə qədər dekorativ kolağaclar əkilmişdir.

Bu gün Şəmkirimiz öz gözəlliyinə və abadlığına görə Azərbaycanın rayon mərkəzləri sırasında ilk yerlərdən birini tutur.

2013-cü ildə nümayəndəlik öz işlərini günün tələbləri səviyyəsində quraraq Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sərəncam və tapşırıqlarını əldə rəhbər tutaraq rayon icra hakimiyyəti tərəfindən təsdiq edilmiş planına uyğun olaraq tədbirlər həyata keçirmişdir.

Nümayəndəlik əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də şəhər bələdiyyəsi ilə sıx əməkdaşlıq şəraitində işləmişdir. Şəhərimizdə aparılan tikinti-abadlıq işləri ilə əlaqədar ortaya çıxan və şəhər sakinlərini ciddi narahat edən problemləri (küçələrdə tıxacların yaranması, yolların bərbad vəziyyətə düşməsi, suqaz təminatında fasilələrin yaranması və sair) Şəmkir bələdiyyəsi ilə birlikdə həll etmişik.

Bu gün şəhərimizin təmiz saxlanılmasında, küçə, səki və parklarda yaşıllıqların qorunmasında Kommunal Müəssisələri Kombinatının fəaliyyəti danılmazdır.

Müntəzəm olaraq şəhərin küçələri, yaşayış və qeyri-yaşayış binaları, idarə və müəssisələrin ətrafı süpürülərək təmizlənir, məişət və digər tullantılar yığılır, su arxları və boruları açılır, qurumuş ağackollar kəsilərək yeniləri əkilir.

Bu gün KMK-da 11 ədəd zibil daşıyan maşın, 3 ədəd traktor, 5 ədəd su maşını işləyir. KMK-nın nəzdində işləyən yaşıllaşdırma briqadası tərəfindən il ərzində 2000-dən çox mövsümi çiçəklər əkilmiş və qorunub saxlanmışdır.

Şəmkir Mənzil İstismar Kontoru 2013-cü il ərzində Mənzil Məcəlləsinə uyğun olaraq kontorla müqaviləsi olan 1897 özəl və dövlət tabeliyində olan özəlləşməmiş 423 mənzilə xidmət və nəzarət edir.

Ortaya çıxan problemlərin həllində nümayəndəlik yaxından iştirak edir.

2013-cü il ərzində ümumi sahəsi 317 kvadratmetr olan 6 mənzil özəlləşdirilmişdir.

Şəmkir rayon GigiyenaEpidemiologiya Mərkəzi tərəfindən il ərzində sanitar-gigiyenik məqsədlə 110 müayinə aparılmış, 65 nəfərə xəbərdarlıq edilmiş, 4 müəssisədə istifadəyə yararsız ərzaq məhsulları aşkar edilərək satışdan çıxarılmışdır. İl boyu şəhərin içməli suyunun bakterioloji və kimyəvi tərkibinə nəzarət diqqət mərkəzində olunmuşdur. İl ərzində profilaktik peyvənd planları vaxtında yerinə yetirilmişdir.

Şəmkir rayon poliklinikası ixtisaslı həkim və tibb işçiləri ilə rayon əhalisinə tibbi yardım göstərir. Poliklinikada müasir müayinə metodlarından və ən müasir tibbi avadanlıqlardan geniş istifadə olunur.

Şəhər ərazisində yaşayan qaçqın və məcburi köçkünlər, şəhid ailələri, Qarabağ əlilləri növbədən kənar və keyfiyyətli müalicə olunurlar.

Qeydiyyatda dayanan şəkərli diabet xəstələrinə, ruhi xəstələrə hər ay pulsuz dərman preparatları verilir. Bundan başqa, Dövlət Proqramına daxil edilmiş onkoloji xəstələr, talassemiyaqan xəstələri, böyrək çatışmazlığı olanlar dispanser qeydiyyata götürülür, pulsuz dərman preparatları ilə təmin olunurlar.

2 nəfər Böyük Vətən Müharibəsi və 17 nəfər Qarabağ əlili Respublika Əlilləri Bərpa Mərkəzinə, Müalicə Pansionatına, Veteranlar Xəstəxanasına göndərilmişlər.

Möhtərəm Prezidentimiz Şəmkirdə olarkən tamamilə yeni bir xəstəxananın tikintisinin başlanacağı qərarını elan edərək həm səhiyyə işçilərini, həm də bütün şəmkirliləri çox sevindirdi. Çox keçmədi ki, tikinti işlərinin başlanması üçün ilkin olaraq 3 milyon manat vəsait ayrıldı.

Bu möhtəşəm səhiyyə mərkəzi nəinki şəmkirlilərin, eləcə də qərb rayonlarının əhalisinin sağlamlığını qoruyacaq bir mərkəz olacaqdır.

2013-cü ildə Şəmkir rayon əhalisinin sosial müdafiə mərkəzi tərəfindən Şəmkir şəhəri üzrə 669 ailəyə 883.000 manat ünvanlı sosial yardım verilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsi tərəfindən şəhərdə yaşayan 5710 nəfər əmək təqaüdçüsünə il ərzində vaxtlı-vaxtında təqaüdlər ödənilmişdir.

Onlardan 3646 nəfər yaşa, 1415 nəfər əlilliyə, 649 nəfər isə ailə başçısını itirməsinə görə pensiya alır.

Təqaüdlər şəhər ərazisində quraşdırılmış 5 ədəd bankomat vasitəsi ilə alınır.

Şəmkir rayonu aqrar rayon olduğundan nümayəndəlikdə kənd təsərrüfatının inkişafına xüsusi önəm verilir. Şəhər ərazisində yerləşən 3948 hektar əkinəyararlı torpaq sahəsində 2013-cü ildə 1500 hektar taxıl, 515 hektar kortof, 510 hektar tərəvəz, 250 hektar meyvə bağı, 140 hektar üzüm bağı, 350 hektar yonca və digər məhsullar əkilib becərilmişdir.

1 yanvar 2014-cü ildə şəhər ərazisində iribuynuzlu mal-qaranın sayı 3458, xırdabuynuzlu mal-qaranın sayı isə 37803 olmuşdur.

Bu gün şəhər ərazisi sürətlə böyüyür, rəsmi olaraq şəhər əhalisinin sayı 1 yanvar 2014-cü ilə 40942 təşkil edir. Qeyri-rəsmi isə 50000 nəfərdən çox əhali yaşayır. Küçələrin sayı 150-yə çatmışdır.

Şəhərdə 8 uşaq bağçası, 9 orta məktəb, 7 tibb müəssisəsi və mərkəzi xəstəxana, 2 mədəniyyət evi, 2 muzey, musiqi məktəbi, 12 klubkitabxana sakinlərin xidmətində dayanıb.

2013-cü ildə şəhər məktəbləri üzrə 11-ci sinfi bitirənlərdən hamısı attestat almış, onlardan 125 nəfər test imtahanlarını uğurla verərək ali məktəblərə qəbul olmuşdur.

Şəhər ərazisində yerləşən 9 orta məktəbdə bu gün 688 müəllim tərəfindən 6275 nəfər şagirdə təhsil verilir.

8 uşaq bağçasında 95 tərbiyəçi 550 azyaşlı körpənin tərbiyəsi ilə məşğul olur. Bağçaların əksəriyyəti  təmir səviyyəsinə görə günün tələblərinə cavab vermir.

Bu gün şəhərimizdə 1000-ə yaxın ticarət və xidmət obyektləri, 8 ədəd şadlıq sarayı fəaliyyət göstərir. Şəhər əhalisinin, xüsusilə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün 11 ədəd ümumi sahəsi 34 hektar olan istirahət parkları, Olimpiya İdman Kompleksi, Gənclər mərkəzi, Heydər Əliyev mərkəzi onlara xidmət göstərir.

2013-cü ildə şəhər sakinlərinin enerjimavi yanacaqla təminatında və istifadə olunmuş yanacaqenerjinin dəyərinin ödənilməsində heç bir problem olmamışdır.

1 yanvar 2014-cü il tarixdə Şəmkir şəhər əhalisinin sayı 40942 nəfər, daimi təsərrüfatların sayı isə 9310 olmuşdur.

Hesabat dövründə 19 iclas keçirilmişdir. Onlardan 12-si planına uyğun olaraq, 7-si isə təqdimat və digər məsələlərdir. Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilmişdir.

2013-cü ilin əvvəlində statistika idarəsi tərəfindən nümayəndəliyə 70 ədəd təsərrüfat başına kitab verilmişrayon icra hakimiyyəti Aparatının köməyi sayəsində şəhərdə əhalinin siyahıyaalınması keçirilərək bu kitabların doldurulması təmin olunmuşdur.

Biz çalışacağıq ki, 2014-cü il ərzində şəhərin mərkəzi küçələrindən başlayaraq (təmir olunmuş küçələrdən) əhalinin siyahısı xüsusi proqramlarla təhciz olunmuş kompyuterlərə işlənsin. Bu məsələnin həllinə nail olsaq, bir çox problemlər aradan götürüləcək.

2013-cü ildə nailiyyətlərlə yanaşı, nöqsanlar da olmuşdur.

Şəhər təsərrüfatına vurulan ziyan yeni yaradılmış “XXI əsr” ictimai birliyinin təmir-tikinti briqadası tərəfindən dərhal bərpa edilir.

Şəhərə kimlərin qeydiyyata düşüb-çıxması haqqında nümayəndəliyin heç bir məlumatı olmur. Nümayəndəlikdə rayon polis şöbəsinin Şəmkir şəhəri üzrə sahə müvəkkilləri arasındakı birliyi bizi qane edəcək səviyyədə deyildir.

Azərbaycan sürətlə, uğurla inkişaf edir və yaxın zamanlarda dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir.

Şəmkir şəhər İƏD üzrə nümayəndəliyin kollektivi 2014-cü ildə öz işini layiqincə quracaq, rayon icra hakimiyyətinin başçısı N.Veysovun rəhbərliyi altında qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən gəlmək üçün qüvvəsini əsirgəməyəcək.

Şəmkir şəhəri inzibati ərazi nümayəndəsinin hesabat məruzəsi iştirakçılar tərəfindən qənaətbəxş qiymətləndirildi. Tədbirdə iştirak edən şəmkirlilər gələcək işlərində onlara uğurlar dilədilər.

 

Eyvaz HƏMİD,

Respublika.-2014.- 29 yanvar.- S.5.