Təhsil və elm sistemində ekologiya

 

XXI əsr bəşəriyyətin mədəniyyətlərarası dialoqa, sivilizasiya cəmiyyətinə, multikulturalizmə Davamlı İnkişafa inteqrasiya olunma əsri sayılır, elmi-texniki tərəqqinin İKT-nin dinamik yüksələn düz xətlə inkişafı ilə xarakterlənir. Lakin etiraf etmək lazımdır ki, yaşadığımız planetin bugünkü ekoloji durumu bəşəriyyəti “qlobal düşünməyə və lokal-yerli təsir (hərəkət) etməyə” məcbur edibheç bir məcraya sığmayan tərzdə narahatlığa səbəb olub. Artıq bu gün ekologiya BMT-nin və dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatlarının (GEF-Ümumdünya Ekologiya Fondu, ÜST-Ümumdünya Səhiyyə Təşkilatı, BEB-Beynəlxalq Epizootiya Bürosu, BBA—Beynəlxalq Baytarlıq Assosiasiyası, FAO Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Məhsullarının Keyfiyyətinə Nəzarət Komitəsi) diqqət mərkəzində duran planetar, bəşəri, insan sağlamlığının qorunmasına xidmət edən, qlobal, regionallokal əhəmiyyətli elmə çevrilib.

Ekologiya olduqca geniş diapazonlu, insanların sağlamlığı və uzunömürlülüyünün keşiyində dayanan, çox nəhəng, qüdrətli, inteqral elm kimi təşəkkül tapıb. Əgər bu elm təşəkkül tapmasaydı, onda bəşəriyyətin taleyinin necə olacağı, hansı məcra alacağı çox müəmmalı olardı. Ekoloji durumun yaxşılaşdırılması, tarazlığın bərpa olunması, ətraf mühitin mühafizəsi və təbiət-cəmiyyət, cəmiyyət-biosfer münasibətlərindəki disbalansın və ziddiyyətlərin qarşısının alınması, aradan qaldırılması müasir dövrün ən aktualqlobal problemidir. Bu problem yaxın gələcəkdə öz müsbət həllini tapmazsa, onda bəşəriyyəti daha böyük ekoloji böhran gözləyir. Çünki XIX və XX əsrlərdə antropogen fəaliyyət nəticəsində təbiətə, onun sərvətlərinə, təbii ətraf mühit amillərinə həddindən artıq zərbə vurulmuşekoloji disbalans yaranmışdır. Planetimizin hər yerində ekoloji bumeranq (proqnoz nəzərə alınmadan görülən işlərin göstərdiyi neqativ təsirlərin törətdiyi ekoloji böhran və fəlakətlər) özünün kulminasiya nöqtəsinə çataraq bəşəriyyəti iki yolölüm və həyat ayrıcında qoymuşdur. Litosferə, hidrosferə, atmosferə, florafaunaya çox güclü, bərpa olunmayan zərbələr vurulmuş, ekoloji genosidekosid törədilmiş, təbiətə zülm edilmiş, nəticədə qarşısıalınmayan ekoloji kataklizmlər (partlayışlar) və təbii fəlakətlər tüğyan etmiş və onların arealı çox sürətlə genişlənmişdir. Onlar torpağa basdırılmış insanheyvan cəsədlərini, onlarla birlikdə isə yoluxucu agentləri torpağın səthinə çıxararaq, təhlükəli epidemiya, epizoofiyapandemiyalar törədir. Təbiət-cəmiyyət münasibətlərində mənfi disbalansın kəskinləşməsi və dialektik vəhdətin pozulmasının bəşəriyyət üçün çox neqativ fəlakətlərlə nəticələnəcəyi barədə alimlərin həyəcan təbili çalmasına baxmayaraq, bu proses get-gedə daha da kəskinləşmiş, insanlar sanki təbiətin, onun sərvətlərinin ən qəddar düşməninə çevrilmiş və dəhşətli ekosid törətmişlər.

“Təbiət hər şeyi yaxşı bilir, qiymətləndirir və ona uyğun cavab verir” (B.Kommoner). “Əvvəllər təbiət insanları qorxudurdu, indi insanlar təbiəti qorxudur” (Jak-İv-Kusto). “İnsanlar, unutmayın və agah olun! Yaşadığınız Round riversonsuz bir çay —hazırda təhlükə qaqrşısındadır, bu təhlükənin sonuncu qurbanı isə bütün canlı aləm və Sizlər olacaqsınız!” (A.Leord).

Dünya şöhrətli alimlərimiz də həmin Round Riverə biganə qalmamış, uzaqgörən və daha kəskin münasibət bildirmiş, vaxtında həyəcan təbili çalmışlar: “Təbiətə bir zərbə vurana o min zərbə ilə cavab verəcək, bir balta endirənə isə min balta endirəcəkdir” (Həsən Əliyev). “Təbiətə zülm edəni o zindana salacaq, cəhənnəmə göndərəcək və ondan öz qisasını mütləq alacaqdır”(Xudu Məmmədov). Həmin müdrik kəlamlar artıq bu gün reallığa çevrilmiş, təbiət insanlardan üz döndərərək qisas almağaalternativ cavab reaksiyası verməyə başlamışdır. Özüçox kəskin və qarşısıalınmaz cavabla! Ekosid münasibət XIX-XX əsrlərdə özünün sanki ən yüksək “zirvəsinə”, kulminasiya nöqtəsinə çatmışdır. Kimya sənayesi və aqrar sənayenin dinamik yüksələn düz xətlə inkişafı (industrializasiya) planetin ekoloji durumunun ahəngini tamamilə pozmuş və bərpa olunmayan bir məcra almışdır. Təbiət insandan heç bir sərvətini, nemətini əsirgəmədiyi halda, dərrakəli insanın (Homo sapiens) ona cavabı qeyri-adekvat oldu: hələ antik dövrlərdən başlayaraq insan dəhrə, balta, sonra isə daha təkmilləşdirilmiş texnikasilahlarla (güllə, top, mərmi, tank, ballastik raketlər və.) təbiətin resurslarına qənim kəsildilər. Sanki onlara süd verib bəsləyən, bəhrələndirən ananın süd vəzilərini kəsib atdılar və nankorluq etdilər. Həmin yaraların qanı bu gün də axır və onun qarşısını almaq, sağaltmaq artıq heç bir vəchlə mümkün deyil. Nəhayət, hər şeydən ümidini kəsən ana təbiət alternativ cavab reaksiyalarına start verməyə başladı. Təkcə 2013-cü ilin noyabr ayının 8-10-da Filippində baş verən və indiyədək analoqu olmayan, çox ağır fəsadlar törədən, dəhşətli “Hayyan” qasırğasını xatırlamaq kifayət edər. Bu qasırğanın sürəti saatda 315 km, dəniz suyunun dalğalarının hündürlüyü 6m olmuş, 10 min insan ölmüş, 150 mindən çox insan isə evsiz-eşiksiz qalmışdır. Qasırğa Vyetnama və Çinə keçərək böyük tələfat və dağıntı törətmişdir. Hayyantayfunu başa çatmamış, Fillippini 2-ci güclü qasırğa — “Zoraidaağuşuna aldı. Alimlərin son proqnozuna görə, növbəti 10 ildə (2024-cü ilə qədər) bu cür təbii fəlakətlərin daha da intensivləşməsi, arealının genişlənməsi və ciddi fəsadlar törədəcəyi artıq elmi əsaslarla sübut olunub.

2014-cü ilin yanvarında güclü leysan yağışlar nəticəsində Temza çayı daşaraq Londonu suya qərq etmiş, ABŞ-da isə temperatur -300C-510C-ə enərək ağır fəsadlar törətmişdir. Atmosferə atılan zəhərli qazlar (karbon, kükürd, azot oksidləri və s.) yaratdığı parnik effekti qlobal istiləşməyə və iqlim dəyişkənliyinə səbəb olur. 2013-cü ilin dekabr ayında həmin qazların Tehran şəhərinin üzərində əmələ gətirdiyi qurum təbəqəsi (smoq) 400 nəfər adamın ağır xəstələnməsinə səbəb oldu. Həmin dioksidlərin təsirindən hər il bu şəhərdə 4 min nəfərə qədər adam ölür. Bunun məntiqi nəticəsi kimi ölkənin paytaxtının başqa şəhərə köçürülməsi zərurəti yaranıb. Bakı şəhərinin də bu cür təhlükə ilə qarşılaşmaması üçün çox ciddi tədbirlərin həyata keçirilməsi zəruridir. Çünki 1 milyon 200 mindən artıq avtomobilin zəhərli qazları çox ciddi ekoloji fəsadlar törədə bilər. Avtomobilin hər bir təkəri ildə atmosferə 10-15 kq toz buraxır (toz-həm radiasiya, həm də infeksiya amilidir). Avropa ölkələrində avtomobil yanacaqları 6 Avro standartı olduğu halda, ölkəmizdə bu göstərici hələ ki, aşağıdır. Hökumətimizin qərarı ilə 2014-cü ildə Avro-4 standartına keçiləçək. Bakının şəhər mühitinin pozulmasında əsas amillərdən birirayon və kəndlərdən buraya əhali axınının ildən-ilə çox güclənməsidir. Hər ay Bakıya periferiyadan 30 min nəfər adamın miqrasiyası, heç şübhəsiz ki, onun ekoloji durumunun pozulmasına, ətraf mühitin çirklənməsinə, xüsusilə havanın keyfiyyətinin pisləşməsinə və respirator xəstəliklərin (rinit, faringit, laringit, bronxit, traxeit, pnevmoniya, bronxial astma) arealının daha da genişlənməsinə çox böyük zəmin yaradır, sanitariya-gigiyena normalarını tamamilə pozur.

Göründüyü kimi, respublikamızda da ekoloji durumun pozulmasının qarşısının alınması və əhalinin maarifləndirilməsi gündəmdə duran problemə çevrilib. Ölkənin ekoloji situasiyasının pozulması, mövcud problemlərin vaxtında həll edilməməsi, onun qarşısının alınmaması isə Davamlı İnkişafa tormozlayıcı təsir göstərən ən başlıca amil sayılır. Təbiət insanlardan mərhəmət gözləmir, əlini üzərək gecolsa yalnız Allahdan imdad diləyir. 2000-ci ildən etibarən planetimizdə baş verən ekoloji kataklizmlər və fəlakətlər bəşəriyyəti ciddi imtahanla üzləşdirib. Avropa, AsiyaAfrika ölkələri, ABŞ, Latın Amerikası, Pakistan, Hindistans. baş verən böhran və fəlakətlər bəşəriyyəti təlatümə salmış, heç bir antibiotikin və preparatın təsir etmədiyi “MDM” epidemiyasını törətmişdir. Elmə əvvəllər məlum olmayan yeni xəstəliklərin və ekopatologiyaların (QİÇS, quş, donuz və balıq qripi, atipik pnevmoniya, sarı qızdırma, dəli dana-inək quduzluğu, viruslu hepatitlər (A,B,C), Afrika taunu, anomaliyalar, teratogen xəstəliklər, immun çatışmazlığı, metabolik sindrom-sürətlə kökəlmə, uşaqların ölü və vaxtından əvvəl doğulması və s.) baş verməsinin və arealının genişlənməsinin, bəzi klassik yoluxucu xəstəliklərin (taun, vəba, qarayara, quduzluq, salmonellyoz, vərəm, brusellyoz, leptospiroz, botulizm, malyariya, dezinteriya, leyşmanioz, dəmrovlar, qoturluq, tülyaremiya, helmintozlars.) isə yeniləşməsinin səbəbi məhz ekoloji kataklizmlər və təbii fəlakətlərdir. Çünki ekoloji böhranlarqlobal istiləşmə, parnik (istixana) effekti, ozon ekranı (hazırda onun diametri ABŞ-ın ərazisi qədərdir), leysan yağışlar, sel və daşqınlar, qasırğalar, sunamilər, tornadalar, torpaq sürüşməsi, meşə yanğınları) və təbii fəlakətlər (zəlzələ, vulkan püskürməsi) ekoloji tarazlığı pozur, patogen agentlər (virus, bakteriya, göbələk, parazit, helmints.) genetik modifikasiyaya uğrayır, yeni təhlükəli xəstəliklər törədir. Bu isə ekologiya, insan ekologiyası, sağlamlığı və baytarlıq təbabətinin dialektik vəhdətini, qırılmaz bağlılığını sübut etdiyindən ekopatologiya, tibbi ekologiya və baytarlıq təbabəti ekologiyası kimi bəşəri və planetar əhəmiyyətli yeni, mütərəqqi elm sahələrinin formalaşmasına zəmin yaratmışdır.

Narahatlıq törədən odur ki, qeyd olunan infeksion agentlər əvvəlkilərdən fərqli olaraq yüksək patogenliyə, virulentliyə malik olub, antibiotik, sulfanilamidnitrofuran qrupu preparatlarının və dezinfeksiya maddələrinin təsirinə həddindən artıq davamlılıq göstərir. Alimlərin fikrincə, ekoloji böhranların və kataklizmlərin hazırda arealının həddindən çox genişlənməsinin ən ümdə səbəbi antropogen fəaliyyət və ekoloji bumeranqın təsirindən yaranan qlobal istiləşmə və iqlim anomaliyalarıdır. Onlar qarşısıalınmaz ekoloji disbalans nəticəsində insan üçün qorxulu ekopatologiyaların arealının genişlənməsinə çox böyük zəmin yaratmışdır. Nəticədə törədicisi torpaqda 100 ildən artıq yaşayan qarayara və 10 ildən artıq yaşayan dəmrovlar (trixofitiya, mikrosporoz, parşa, axorion, favus), taun, vəba, dezinteriya, qoturluq, stafilokokkoz, streptokokkoz, kolibakterioz, iersinozs. kimi olduqca təhlükəli yoluxucu xəstəliklərin yeniləşməsi baş vermişdir.

Hazırda heyvanlar, quşlar, balıqlar və onların yeyinti və digər məhsullarından insana keçən yoluxucu (infeksioninvazin) xəstəliklər və zəhərləmələr (intoksikasiyatoksikozlar) tez-tez baş verir, olduqca ağır fəsadlar törədir, uzunmüddətli müalicə tələb edən mürəkkəbləşmələr və ölümlə nəticələnir. 2014-cü ilin yanvarında Keniyada qəflətən baş verən vəba 71 nəfərin ölümü ilə nəticələnib BMT, UNESCO və dünyanın aparıcı, nüfuzlu beynəlxalq təşkilatları hazırda belə nəticəyə gəlmişlər ki, hər hansı bir ölkənin ümumi inkişafının ən başlıca prioritetini ətraf mühit, Davamlı İnkişafekologiya aspektlərində həyata keçirilən tədbirlər kompleksimüvafiq layihələrin realizasiya olunmasının səmərəliliyi təşkil edir. Bu aspektdə uğurla həyata keçirilən layihələr ümumi inkişafda olduqca böyük təkanverici amil sayılır. XIX əsrin ikinci yarısı və XX əsr bütövlükdə bəşəriyyətin tarixinə qara hərflərlə həkk olunub, planetimizin ekoloji mənzərəsinə, durumuna, təbii resurslara, ümumilikdə isə canlı və cansız materiyaya insan tərəfindən düşmənçilik, qəddarlıq, ekoloji terrorçuluq, vandalizm münasibətlərinin aşılanması, formalaşması, çox sürətlə inkişaf etməsi ilə xarakterlənir.

Bu dövrlərdə antropogen təsirlər və düşmənçilik münasibətlərinin “təşəkkül” tapması nəticəsində dünyanın təbii meşə örtüyünün üçdə iki hissəsi məhv edilmiş, ətraf mühitin biotik (canlı) və abiotik (cansız) amilləri güclü antropogen təsirlərə məruz qalmış, çoxlu sayda biotlar (florafauna növləri) məhv olmuş, onların nəsli kəsilmiş, bəziləri “Qırmızı kitablara düşmüş, digər qrupların isə nəsli artıq kəsilmək üzrədir. Təbii quru ekosistemlərinin 63 faizi tamamilə dağıdılıb, yerlə yeksan edilib. İnsanın təbiətə düşmənçilik münasibətlərinin pik nöqtəsinə çatması və antropogen təsirlər nəticəsində floranın əsas hissəsinin məhvi, meşələrin düşünülmədən, gələcək fəsadları nəzərə alınmadan qırılması - meşəsizləşmə, güclü səhralaşma prosesinin yaranması nəticəsində ozon qatı zədələnmiş, bütün ölkələrdə turşulu yağışlar, istilik (parnik) effekti, qlobal istiləşmə və s. ekoloji böhranlar peyda olmuşdur. Beləliklə, elmi-texniki tərəqqinin yeni nailiyyətləri bazasında təşəkkül tapan, get-gedə formalaşmağa başlayan, inkişaf edən, bu gün elmləri əlaqələndirən yeni qlobal miqyaslı, planetar əhəmiyyətli elm sahəsinin—ekologiyanın yaranması bəşəriyyətin ümumi inkişafı zərurətindən baş verdi. Bu zərurət insanlarn 2 yol ayrıcında—ölüm, yaxud yaşamaq—qalması məcburiyyəti nəticəsində yarandı və bəşəriyyətin xilas olması üçün ən prioritet məsələyə çevrildi.

 

(davamı növbəti saylarımızda)

 

Fəqan Əliyev,

Azərbaycan Memarlıq və İnşaat UniversitetininEkologiya Mühəndisliyi” kafedrasının müdiri, professor.

Eldar Hüseynov,

Ekologiya Mükafatı Laureatı, professor.

Sakit Hüseynov,

AMEA-nın fəlsəfə, Sosiologiya Hüquq İnstitutununDinşünaslıq mədəniyyətin fəlsəfəsişöbəsinin müdiri, fəlsəfə elmləri doktoru.

 

Respublika.-2014.- 30 yanvar.- S.5.