Çin Xalq Respublikasının
Sədri Zati-aliləri
cənab Si Cinpinə
Hörmətli cənab Sədr,
Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Çin münasibətləri dinamik inkişaf yolundadır. Əlaqələrimizin bütün sahələrdə genişlənməsi və dərinləşməsi möhkəm siyasi iradəyə, qarşılıqlı inam və etimada əsaslanır.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran işgüzar əməkdaşlığımızın daha da inkişaf etdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 sentyabr 2015-ci il.
Azərbaycan.- 2015.- 1 oktyabr.- S. 1.