Yekaterinburqda VI Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib

 

Yekaterinburqdakı Beynəlxalq Sərgi Mərkəzində VI Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, regionlararası forumun işində iştirak etmək üçün Azərbaycandan buraya geniş nümayəndə heyəti gəlib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, müxtəlif nazirlik idarələrin, ölkəmizin işgüzar dairələrinin təmsilçiləri rayon icra hakimiyyətlərinin başçıları daxildir.

Forumun təşkilatçıları Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikası İqtisadiyyat Sənaye Nazirliyidir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin regionlararası forumun iştirakçılarına təbrik məktubunu Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxudu.

Rusiyanın dövlət başçısının təbrikində qeyd edilir ki, ötən illər ərzində Rusiya-Azərbaycan əlaqələri daha da möhkəmlənib. Bu gün ticari-iqtisadi sahədə, sənaye, energetika, elmi-texniki başqa sahələrdə qarşılıqlı fəaliyyəti möhkəmlətmək üçün hər iki ölkənin bütün zəruri imkanları var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionlararası forumun iştirakçılarına təbrik məktubunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxudu (məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

ForumunRegionlararası əməkdaşlığın nəticələri perspektivlərimövzusunda plenar iclasında çıxış edən Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski deyib ki, Rusiya-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə inkişaf edir bu münasibətlər strateji tərəfdaşlıq nümunəsidir. O bildirib ki, Rusiya Federasiyasının 75 subyekti, xüsusən Dağıstan, Tatarıstan, Moskva, Sankt-Peterburq başqa regionlar Azərbaycanla sıx ticari-iqtisadi əlaqə saxlayırlar. Nazir müavini son beş ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin iki dəfə artdığını xatırladaraq bildirib ki, cari ilin birinci yarısında bu göstərici 1,7 milyard ABŞ dollarına bərabər olub.

Azərbaycan Respublikası iqtisadiyyat sənaye nazirinin müavini Niyazi Səfərov deyib ki, Rusiya Azərbaycanın bu cür tədbirlər keçirdiyi yeganə ölkədir. O xatırladıb ki, Azərbaycan ilə Rusiya arasında möhkəm müqavilə-hüquqi baza mövcuddur, 170-dən çox sənəd imzalanıb, onlardan 50-si iqtisadi əməkdaşlığa aiddir. Nazir müavini qarşılıqlı sərmayə qoyuluşunun vacibliyindən söhbət açaraq bildirib ki, Rusiya Azərbaycana 1,8 milyard dollar həcmində sərmayə yatırıb. Azərbaycanın Rusiyaya birbaşa investisiyalarının həcmi 1 milyard dollardan çox olub. N.Səfərov sonda deyib: “Azərbaycan iqtisadi əlaqələri genişləndirməkdə, Rusiya Federasiyası ilə əmtəə dövriyyəsini artırmaqda maraqlıdır”.

Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev çıxışında qeyd edib ki, Sverdlovsk vilayəti ilə Azərbaycan Respublikasının ticari-iqtisadi əməkdaşlığının daha da möhkəmlənməsi üçün böyük potensial imkanlar var. 2014-cü ildə Azərbaycan ilə xarici ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artıb vilayət 2015-ci ildə bu yüksək səviyyəni saxlamaq niyyətindədir. Sverdlovsk vilayəti maşınqayırma, əczaçılıq neft-qaz sahələrində Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsini perspektivli sayır.

Forumda çıxış edən İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov bu cür görüşlərin vacibliyi ikitərəfli münasibətlərin inkişafında diaspor təşkilatlarının rolu barədə danışıb. O bildirib ki, İnquşetiyada 5 mindən çox azərbaycanlı yaşayır, onlar respublikanın ictimai-siyasi iqtisadi həyatında fəal iştirak edirlər. İnquşetiyanın rəhbəri Azərbaycan ilə əməkdaşlığın perspektivlərindən söhbət açaraq 2016-cı ildən etibarən Mineralnıye Vodı-Bakı müntəzəm turist marşrutunu istifadəyə verməyi təklif edib. O, forumun işində iştirak edən gənc biznesmenləri İnquşetiyada öz bizneslərini genişləndirməyə dəvət edib.

Tatarıstanın Baş naziri İldar Xalıkov deyib ki, Azərbaycan Respublikası Tatarıstan üçün həm iqtisadi ticari, həm siyasi sahələrdə xüsusi tərəfdaşdır. O bildirib ki, oktyabrın 7-də Kazanda Azərbaycan investisiyalarının iştirakı ilə şirə istehsalı müəssisəsinin tikintisinə başlanacaq.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi potensialından söhbət açıblar.

Plenar iclasda Bakının Nərimanov rayonunun, Şəki şəhərinin Qusar rayonunun icra hakimiyyəti başçıları da çıxış ediblər. Onlar Rusiya Federasiyasının subyektləri ilə qarşılıqlı əlaqələr, başçılıq etdikləri rayonların iqtisadi potensialı başqa məsələlər barədə məlumat veriblər.

Plenar iclas başa çatandan sonra sənədlər imzalanıb.LotosXüsusi İqtisadi ZonasıAçıq Səhmdar Cəmiyyəti (Rusiya Federasiyası) iləMətanət A” şirkətlər qrupu (Azərbaycan Respublikası) arasında investisiya layihəsinin həyata keçirilməsinə dair niyyət sazişi, Xarici ticarətin beynəlxalq iqtisadi münasibətlərin inkişafı üzrə Şura (Rusiya Federasiyası) ilə Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında saziş imzalanıb. İmzalanma mərasimində Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski Azərbaycan Respublikası iqtisadiyyat sənaye nazirinin müavini Niyazi Səfərov iştirak ediblər.

Sonra VI Rusiya-Azərbaycan Regionlararası Forumu öz işinidəyirmi masa”larla davam etdirib. Rusiya-Azərbaycan Gənclər Forumu, habelə ekspertlərinRusiya-Azərbaycan: ikitərəfli dialoqun inkişafında yeni meyillər. İqtisadiyyat, siyasət, inteqrasiyamövzusunda görüşü, sənaye sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı, Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı, nəqliyyat, turizm, humanitar əlaqələr sahələrində ikitərəfli əməkdaşlığın inkişafı başqa mövzulardadəyirmi masa”lar keçirilib.

Forum işini yekun plenar iclası ilə davam etdirib.

 

Azərbaycan.- 2015.- 1 oktyabr.- S. 3.