VI Rusiya-Azərbaycan Regionlararası Forumunun yekunlarına dair sənəd imzalanıb

 

Sentyabrın 30-da Yekaterinburqda VI Rusiya-Azərbaycan Regionlararası Forumunun yekunlarına dair sənəd imzalanıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sənədi Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski Azərbaycan Respublikasının iqtisadiyyat sənaye nazirinin müavini Niyazi Səfərov imzalayıblar.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV yekun plenar iclasda çıxış edərək vurğulayıb ki, VI Rusiya-Azərbaycan Regionlararası Forumu işgüzar konstruktiv şəraitdə keçib. Forumun proqramı yetərincə dolğun olub. Plenar iclasda dəyirmi masa”larda dərin məzmunlu məruzələr səslənib, maraqlı fikirlər təkliflər bildirilib, iki ölkənin qarşılıqlı fəaliyyətinin müxtəlif aspektlərini hərtərəfli müzakirə etmək, tərəfdaşlığın istiqamətlərini mühüm sahələrini nəzərdən keçirmək mümkün olub.

Əli Həsənov bildirib ki, forumda regionlararası əməkdaşlığın ticari-iqtisadi, investisiya-maliyyə mədəni-kommunikasiya aspektləri təhlil edilib. Sənaye, kənd təsərrüfatı, nəqliyyat turizm sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparan forum iştirakçıları vətəndaş cəmiyyəti təsisatlarının gənclər təşkilatlarının qarşılıqlı humanitar fəaliyyət prosesinə daha fəal cəlb olunması yolları barədə maraqlı təkliflər irəli sürüblər.

Azərbaycan Prezidentinin köməkçisi deyib: “Tədbir aydın şəkildə göstərdi ki, strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi iki dövlətin xarici siyasətinin prioritet istiqamətidir. Bu isə hər iki ölkənin xalqın fundamental maraqlarına cavab verir”.

Forumun Azərbaycan ilə Rusiya arasında mühüm innovasiya əməkdaşlığı məsələlərinin müzakirəsi üçün səmərəli məkan olduğunu söyləyən Əli Həsənov vurğulayıb ki, iki ölkənin bir çox sahələr üzrə ümumi maraqları baxışları var. Bu da qanunauyğun haldır, çünki iki ölkə arasında münasibətlər möhkəm tarixi köklərə malikdir mehriban qonşuluq prinsiplərinə söykənir.

Azərbaycan Prezidenti Administrasiyasının rəsmisi onu da vurğulayıb ki, forum hər iki tərəfin bir-biri ilə daha fəal sıx əməkdaşlıqda qətiyyətli olduğunu nümayiş etdirib. O deyib: “Bizim qarşıya qoyulan məqsədlərə nail olmaq üçün böyük imkanlarımız var. Potensialımız birgə işləmək səylərimiz isə tükənməzdir”.

Əli Həsənov qeyd edib ki, qarşıda çox var: bunlar həm əmtəə dövriyyəsinin investisiyaların artırılması, həm ticari-iqtisadi əlaqələrin ahəngləşdirilməsi, həm mədəni mübadilənin yeni formalarının işlənib hazırlanması bir çox digər məsələlərdir. O, əmin olduğunu bildirib ki, iki ölkənin davamlı səyləri sayəsində münasibətlərin inkişafının daha əlverişli dinamikası əldə ediləcək.

Azərbaycan Prezidentinin köməkçisi Azərbaycan ilə Rusiyanın subyektləri arasındakı qarşılıqlı münasibətlərin cari məsələlərinin konstruktiv həllinin, mövcud qarşılıqlı faydalı regionlararası əlaqələrin genişləndirilməsinin yenilərinin qurulmasının zəruri olduğunu vurğulayıb. O, xüsusi qeyd edib ki, Azərbaycan da, Rusiya da bu əməkdaşlığa dərin maraq göstərir.

Əli Həsənovun sözlərinə görə, istər plenar iclaslardakı, istərsə dəyirmi masa”lardakı çıxışlar müzakirələr göstərib ki, forumun bütün iştirakçıları iki ölkənin daha da yaxınlaşması kursunu birmənalı şəkildə dəstəkləyirlər. Çünki dövlətlərimizin bir çox beynəlxalq regional problemlər üzrə mövqeləri çox yaxındır ya üst-üstə düşür. O deyib: “Gələcək inkişaf üçün xeyli imkanlarımız var. Ümidvaram ki, biz onlardan səmərəli istifadə edəcəyik”.

İkitərəfli münasibətlərə toxunan Əli Həsənov bildirib ki, Azərbaycan ilə Rusiya çox şeylə fəxr edə bilərlər. Bu illər ərzində səmimiliyə etimada əsaslanan möhkəm dostluq münasibətləri qurmaq mümkün olub. Əli Həsənov vurğulayıb ki, Rusiya Azərbaycanın xarici siyasətinin prioritetləri sirasında ənənəvi olaraq mühüm yer tutur ölkələrimiz strateji tərəfdaşlardır. O deyib: “Bu gün məmnunluq hissi ilə qeyd etmək olar ki, Azərbaycan ilə Rusiya, rus Azərbaycan xalqları, vətəndaşlarımız vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri qeyri-hökumət təşkilatları arasında münasibətlər qarşılıqlı etimad hörmət üzərində qurulub. Sevindirici haldır ki, prezidentlərimiz cənab İlham Əliyev cənab Vladimir Putin arasında münasibətlər qarşılıqlı ehtirama tam qarşılıqlı anlaşmaya söykənən açıq səmimi münasibətlər kimi səciyyələnir. Bu isə Azərbaycan-Rusiya əməkdaşlığının ən mühüm amillərindən biridir”.

Sonda Əli Həsənov qonaqpərvərliyə əlverişli şəraiti yaradılmasına görə forumun təşkilatçılarına təşəkkür edib.

VI Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində keçirilən tədbirlərin - Rusiya-Azərbaycan Gənclər Forumunun, “Rusiya-Azərbaycan: ikitərəfli dialoqun inkişafında yeni meyillər. İqtisadiyyat, siyasət, inteqrasiyamövzusunda ekspertlər səviyyəsində görüşün, sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm, humanitar əlaqələrin inkişafı s. sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığına həsr olunmuşdəyirmi masa”ların moderatorları müzakirələrə yekun vurublar. Çıxış edənlərin hamısı bir məsələdə yekdil olub: belə görüşlər işgüzar əlaqələri yoluna qoymaq inkişaf etdirmək üçün çox səmərəlidir.

Diqqətə çatdırılıb ki, forum çərçivəsində 6 ikitərəfli sənəd imzalanıb.

 

Azərbaycan.- 2015.- 1 oktyabr.- S. 3.