Əli Həsənov: Avrasiya regionunda Rusiya ilə münasibətlər Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir

 

Avrasiya regionunda Rusiya ilə münasibətlər Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir.

AZƏRTAC-ın Yekaterinburqa ezam olunmuş müxbirinin məlumatına gərə, bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov VI Rusiya-Azərbaycan regionlararası forumuna münasibət bildirərək deyib.

“Bu münasibətlərə uyğun olaraq biz bu foruma önəm veririk. Azərbaycan Prezidenti İlham Əliyev davamlı olaraq 6 dəfədir ki, Azərbaycan-Rusiya regionlararası forumuna müraciət ünvanlayır bu müraciətlərdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlığına mühüm önəm verilir”, - deyə Əli Həsənov vurğulayıb.

Prezidentin köməkçisi xatırladıb ki, ilk Rusiya-Azərbaycan regionlararası forumu 2010-cu ildə Bakıda keçirilib ardıcıl olaraq bir dəfə Rusiyada, bir dəfə Azərbaycanda keçirilir. Foruma hər iki ölkənin prezidentləri müraciətlərini ünvanlayır. Bu müraciətlərdə Azərbaycan-Rusiya münasibətlərinin bütün aspektlərinə toxunulur qiymət verilir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan arasında birbaşa iqtisadi, siyasi, sosial əlaqələr hər iki ölkənin maraqlarına cavab verir bu maraqlara müvafiq olaraq müzakirələr aparılır. Bugünkü forumda beşdəyırmi masa”nın keçirildiyini deyən Əli Həsənov gənclər arasında foruma xüsusi toxunaraq bildirib ki, Azərbaycanın Rusiyanın gələcəyini quran nəslin nümayəndələri birlikdə bu əlaqələrin bugünkü vəziyyətini perspektivlərini müzakirə edəcəklər.

Forumun sonunda aparılan müzakirələr, səslənən fikirlər rəylər əsasında Azərbaycan Rusiya prezidentlərinə təkliflər hazırlanaraq qəbul ediləcək”, - deyə Əli Həsənov bildirib.

 

Azərbaycan.- 2015.- 1 oktyabr.- S. 3.