“Frankfurter Rundschau”: Azərbaycan regionda sabitlik mənbəyidir

 

Almaniyanın “Frankfurter Rundschauqəzetinin saytında Azərbaycan haqqında məqalə yayılıb.

Bundestaqın deputatları - iqtisadiyyat enerji komitəsinin üzvü Mark Hauptmanın, idman komitəsinin üzvləri Eberhard Qinqer Andre Hanın həmmüəllifləri olduqları məqalədə Avropa Oyunları ərəfəsində Almaniya parlamentinin qəbul etdiyi antiazərbaycan qətnamə tənqid olunur.

İlk dəfə keçirilən Avropa Oyunları kimi mötəbər idman yarışının açılışına bir neçə saat qalmış Bundestaqın Azərbaycanda insan hüquqları ilə bağlı qətnamə qəbul etməsinin məyusluq doğurduğu bildirilir.

Qeyd edilir ki, konstruktiv tənqid ən yaxşı halda bərabərtərəfli dialoqda səsləndirilir, birtərəfli ittihamlar isə yaxınlaşmağa xidmət etmir. Digər tərəfdən, idman tədbirləri siyasi debatlar üçün müvafiq çərçivə deyil, çünki bu tədbirlər diplomatik danışıqları əvəz edə bilməz.

Müəlliflər bildirirlər ki, indiyədək Azərbaycanın Avropaya inteqrasiya istiqamətində göstərdiyi səyləri dəyərləndirmək əvəzinə, Bundestaqın belə qətnamə qəbul etməsi heç bir ehtiyac olmadan ikitərəfli münasibətlərə zərbə vurdu.

Məqalədə Azərbaycanda xristian yəhudi əhalinin müsəlman çoxluqla bərabər öz dinlərinə sərbəst ibadət etdikləri, ölkədə dini obyektlər inşa edə bildikləri diqqətə çatdırılır.

Bundestaqın üzvləri Azərbaycan ilə Almaniya arasında siyasi iqtisadi əməkdaşlıq üçün kifayət qədər zəminin, yüksək səviyyədə davamlı dialoqun olduğunu bildirir, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini dıqqətə çatdırırlar. Eyni zamanda, Azərbaycanın Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşı olduğunu vurğulayırlar.

Qeyd olunur ki, Azərbaycan qaz nəqli yollarının genişləndirilməsi məsələsində Avropanı dəstəkləyir, investisiya imkanlarını gücləndirir, iqtisadiyyatını şaxələndirir. Təhlükəsizlik sahəsində Azərbaycan regionda sabitlik mənbəyidir.

Vurğulanır ki, Azərbaycan son illərdə iqtisadi yüksəlişə nail olub, ölkədə yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb.

Müəlliflər hesab edirlər ki, Almaniya xarici siyasətinin məqsədi regionda sabitlik mənbəyi olan Azərbaycanın Avropaya yönəlmiş yolunu bərabərtərəfli dialoq vasitəsilə dəstəkləməkdən ibarət olmalıdır.

 

AZƏRTAC

 

Respublika.- 2015.- 27 oktyabr.- S. 5.