BMT-nin yaranmasının 70 illiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunda qeyd olunub

 

Birləşmiş Millətlər Təşkilatının yaranmasının 70 illiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində qeyd edilib.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən BAMF-ın sədri Umud Mirzəyev bəşəriyyətin ən çətin və sınaq qarşısında olduğu bir dönəmdə BMT-nin dünyada sülhün, tərəqqinin, əmin-amanlığın simvoluna çevrildiyini qeyd edib. O, təşkilatın illərdir dünyada təhlükəsizliyin, sülhün, dayanıqlı inkişafın, fundamental insan hüquqlarının qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması, sülhməramlı aksiyalarbir sıra digər məsələlərdə dövlətləri və vətəndaş cəmiyyəti qurumlarını bir araya gətirməklə bəşər övladının firavan yaşamına, tərəqqisinə öz töhfəsini verdiyini qeyd edib. Həmçinin BAMF-ın BMT strukturları ilə illərdir davam edəm əməkdaşlığından və bu yöndə həyata keçirdiyi layihələrdən söhbət açıb.

Fondun beynəlxalq məsləhətçisi Lütful Kabir sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, millətlərarası dostluq münasibətlərinin inkişaf etdirilməsi və digər mühüm istiqamətlərdə fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıqdan bəhs edib.

Tədbirdə, həmçinin BMT-nin yaranma tarixi və əldə etdiyi nailiyyətlər barədə videoçarx nümayiş olunub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 27 oktyabr.- S. 6.