Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi qeyd edilir

 

18 sentyabr - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə sentyabr 18-i ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu il görkəmli bəstəkarın anadan olmasının 130 illiyi tamam olur. Bu münasibətlə geniş tədbirlərin keçirilməsi planlaşdırılır.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin 107 il bundan öncə tamaşaya qoyulanLeyli Məcnunoperası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub, Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

 Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmışLeyli Məcnunyalnız Azərbaycanın deyil, həm Şərqin ilk operasıdır. Biz fəxr edirik ki, qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. Bu şərəfli salnamədə ilk ad 22 yaşlı bəstəkar Üzeyir Hacıbəylinin ölməz ismidir.

İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardıncaŞeyx Sənan” (1909), “Rüstəm Söhrab” (1910), “Şah Abbas Xurşidbanu”, “Əsli Kərəm” (1912), “Harun Leyla” (1915) kimi milli operalar yazdı.

Üzeyir Hacıbəyli yaradıcılığının kulminasiya mərhələsiKoroğluoperası oldu. Koroğlutəkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən birinə çevrildi. Koroğluoperası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera balet teatrlarında dəfələrlə göstərilib.

Üzeyir HacıbəylininFüruzəadlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasındaFüruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarətƏr arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Dahi bəstəkarın üçüncü sonuncu musiqili komediyasıArşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb.Arşın mal alanbeş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı romanslar, kamera xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Sevinirik ki, müstəqilliyimizi qazandıqdan sonra millətimizə azadlıq şərafəti çatdıran o ilk himni biz bu gün yenə məhəbbətlə səsləndiririk.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmişAzərbaycan xalq musiqisinin əsaslarıadlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün musiqi dərsliyi kimi istifadə edilir.

Üzeyir Hacıbəyli 1948-ci ilin noyabrında 63 yaşında dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub. Hər il sənətkarın ad günündə minlərlə musiqisevər Fəxri xiyabana gələrək böyük sənətkarın xatirəsini ehtiramla yad edir.  

 

AZƏRTAC

 

Respublika.- 2015.- 19 sentyabr.- S. 6.