Təhsil Problemləri İnstitutunda

 

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru Qulu Növruzov tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın (2.2.1. yeni kurikulumlarainformasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması) məzmunu əsas götürülərək TPİ-də 29-30 dekabr 2014-cü il tarixlərindən 2015-ci il yanvar ayının 30-na qədər növbəti kurslar keçirilir. 2015-ci ilin ilk həftəsində Azərbaycan müəllimləri növbəti məsafədən təhsil (distant) kursuna qatıldılar.

Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən verilən məlumata görə, institutdaElektron məktəb üçün elektron müəllim” kursu Azərbaycanın əməkdar müəllimi, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilir. Kursun 2 günü auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə keçirilmişdi, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində davam edəcəkdir. Elektron təhsilə keçidlə əlaqədar olaraq kurs zamanı müəllimlərə kiçik mühazirə, təqdimat, müzakirə, “orkshop”, debat və müxtəlif Veb texnologiyalarından istifadə etmə kimi təlim formatından istifadə olunur.

Təhsil Problemləri İnstitutu nəzdində təşkil olunmuş kursun keçirilməsinə   Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi”, “Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları”, “İKT-nin pedaqoji sahədə tətbiqi imkanları”, “İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu”, “İKT, ev, məktəb və mədəniyyət”, “Sosial şəbəkələr və təhsil”, “Veb texnologiyalar”, “Elektron dərslərin hazırlanması mexanizmi” və s. mövzuları daxildir. Onu da qeyd etmək lazımdır ki, kursların sonunda müəllimlərin elektron dərs, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması və distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılır.

Kursda Azərbaycan Respublikasının pedaqojiyönümlü ali təhsil müəssisələrində çalışan müəllim və tələbələr, məktəbəqədər təhsil müəssisəsi və orta məktəblərdə dərs deyən müxtəlif fənn müəllimləri iştirak edirlər. İlin ilk kursuna Bakı şəhəri ilə yanaşı, Samux, Göyçay, İsmayıllı, Şamaxı, Şəmkir, Zaqatala, Lənkəran, Sabirabad rayonlarından gəlmiş 40-a yaxın təhsil işçisi qatılıb.

Kursu uğurla başa vuran müdavimlərə  2015-ci ilin yanvar ayının sonunda sertifikatlar təqdim olunacaq.

 

B.Bəybalayev

 

Respublika. - 2015.- 9 yanvar.- S.3.