İlin yekunları nikbin proqnozlara əsas verir
Neft sənayesi
“Azneft” İB-nin qocaman neft və
qazçıxarma idarəlrindən
biri olan Ə. C. Əmirov adına
NQÇİ üzrə 2014-cü ilin yekunları uğurludur. NQÇİ üzrə
neft hasilatı tapşırığı 104,5
faiz yerinə yetirilmişdir. Əvvəlki illə müqayisədə
neft hasilatı xeyli çox olmuşdur. Hesabat ilində neft təhvili tapşırığı
104,6 faiz yerinə yetirilmişdir. Keçən illə müqayisədə neft təhvili +8,5 faiz çox olmuşdur.
2014-cü
ilin yekunlarına görə qaz hasilatı tapşırığı
104,0 faiz yerinə yetirilmişdir. Əvvəlki illə müqayisədə
qaz hasilatı xeyli artmışdır.
Hesabat ilində qaz təhvili tapşırığı
artıqlaması ilə
yerinə yetirilmişdir.
Ötən il qazımadan
(521 saylı) quyu istismara daxil etmiş və bu quyudan 660,0
ton neft hasil edilmişdir.
Ötən il həmçinin
ikinci yan lülə ilə qazımadan Atəşgah və Lökbatan sahəsində qeyri-işlək
fondda olan quyulardan 3 quyu istismara daxil olmuşdur və bu quyulardan 509,0 ton neft hasil
edilmişdir. Lökbatan sahəsində
1 quyu ikinci yan lülə ilə qazılmış və artıq mənimsəmədədir.
Onu da qeyd edim
ki, 2013-cü ildə fəaliyyətsiz quyu fondundan 3 quyu istismara daxil edilmiş və bu quyulardan 377,0 ton neft və 3039 min kubmetr qaz hasil
edilmişdir.
İstismar quyularının yüksək
məhsuldarlıqla və
optimal rejimdə işləmələrinin
təmin edilməsində
geoloji-texniki tədbirlərin
rolu yüksəkdir. Belə
ki 2014-cü il ərzində planla 131 geoloji tədbir həyata keçirməklə,
14170,0 ton neft (+670,0 ton
çox) və 3420,0
min kubmetr qaz (+3420,0
min kubmetr çox) hasil edilmişdir.
2014-cü il ərzində
planla 204 texniki tədbir həyata keçirməklə, 2652,0 ton neft
hasil edilməsi nəzərdə tutulduğu
halda, faktiki 221 texniki tədbir həyata keçirməklə,
3597,9 ton neft (+945,9 ton çox)
hasil edilmişdir.
Ötən il 168 əsaslı
təmir işi aparmış, 14066,0 ton neft hasil edilmişdir.
4198 yeraltı təmir
işi görən neftçilər neft və qaz hasilatını
artırmaq üçün
səylərini davam etdirirlər.
2014-ci il ərzində
NQÇİ-nin elektrik
enerjisi sərfi
17243,957 min kVt- saat təşkil etmişdir.
NQÇİ-nin sərf
etdiyi elektrik enerjisi 2013-cü ilə nisbətən 740,704 min kVt-
saat az
olmuşdur.
2014-cü
il ərzində elektrik təchizatının
etibarlılığını artırmaq məqsədi ilə 2,5 km uzunluğunda xətlər
təmir edilmişdir.
4 saylı sexin yeni tikilmiş məntəqəsində elektrik
təchizatı quraşdırılıb
başa çatdırılmışdır. Qalmaz sahəsində 2,5 km uzunluğunda hava xətti quraşdırılıb
istismara verilmişdir.
1 km. uzunluğunda hava xəttinin qəzalı vəziyyətdə
olan hissəsi əsaslı təmir edilərək, yenidən qurulmuş və digər yerlərdə güc avadanlıqları quraşdırılıb istifadəyə
verilmişdir.
“2kV-luq elektrik şəbəkəsindən
6 kV-luq elektrik şəbəkəsinə keçid”
obyekti layihəsi üzrə 9 ədəd
y/stansiyada tikinti-quraşdırma
işləri başa çatdırılmış, 4 ədəd yarımstansiyada
avadanlıqlar quraşdırılmış,
70 km uzunluğunda kabel
xətləri çəkilmişdir.
Ötən il ərzində yerinə yetirilən təmir-tikinti,
yenidənqurma və sosialyönümlü işlər
davam etdirilir.
Belə ki, NQÇİ-nin bir neçə sexinin inzibati binaları tikilib istifadəyə verilmişdir. Həmçinin 1 saylı neft və qazçıxarma sexində və 4 saylı NQÇS-də operatorlar üçün
inzibati bina tikilib istifadəyə verilmişdir. Yeni tikilmiş
və təmir edilmiş inzibati binalar mebel və
məişət avadanlığı
ilə təmin edilmişdir.
1 və 3 saylı
sexlərin xidmət sahələrinin neft-yığım-nəql
sistemi yenidən qurulmuş, atqı xətləri və kollektor dəyişdirilmişdir.
Əmtəə çənlərində abadlaşdırma,
bəndlənmə və
hasarlanma işləri,
4 saylı NQÇS-nin
inzibati binaları ətrafında abadlıq,
hamarlama işləri aparılmış, asfalt örtüyü salınmış
və ağaclar əkilmişdir.
Ötən il ərzində ətraf mühitin mühafizəsi
üzrə görülmüş
işlər də ürəkaçandır. Yola
saldığımız il
ərzində 6,835 min metr
neft kollektoru, 2,278 min metr qaz xətti,
2,495 min metr mədən
su kollektorları, 4,3
min metr yol təmir edilmiş, 1,336
min metr mədəndaxili
kanallar, 9,44 ha mədən
ərazisi tör-töküntüdən
təmizlənmiş, neft
yığma məntəqələrində
30 ədəd neftvuran,
22 ədəd suvuran nasoslar təmir edilmişdir. 75 ədəd
torpaq-anbar ləğv
edilmiş, 334 ədəddən
artıq yerüstü
avadanlıqlar (quyuağzı
avadanlıq, çənlər,
nasoslar, siyirtmələr,
fontan armaturları, neft xətləri və s.) rənglənmiş,
sahələrdə 1800 ədəd
ağac əkilmişdir.
1483 saylı quyu vakkum qaz xəttinə
qoşulmuş, 125 ədəd
quyu boruarxası hermetik bağlanmış,
7750 metr atqı xətti torpaq altına basdırılmışdır.
2014-cü
il ərzində 608953
kubmetr lay suyu çıxarılmış, suvurma
və suyun utilizasiyası sahəsi genişləndirilmiş, 211808,0 kubmetr lay suyu utilizasiya edilmiş, 397145,0
kubmetr isə texniki məqsədlər üçün istifadə
edilmişdir.
Ötən il ərzində
quyuların ətrafına,
mədəndaxili yollara,
NYM-in ərazisinə, bəndvurma
işlərinə və
s. çirklənmiş sahələrə
8263,0 kubmetr torpaq,
444,0 kubmetr ştib daşınaraq, 0,364 ha sahə
abadlaşdırılmışdır.
Əmək şəraitinin yaxşılaşdırılması
və sağlamlaşdırılmasına
yönəlmiş tədbirlərin
yerinə yetirilməsi,
təmir-tikinti, yenidənqurma,
ətraf mühitin mühafizəsi sahəsində
və sosialyönümlü
işlərin görülməsi
nəticəsində Ə.C.Əmirov
adına NQÇİ-nin əmək kollektivi 2014-cü ili hər hansı istehsalat bədbəxt hadisəsi və peşə xəstəliyi
olmadan başa vurmuşdur.
Əldə edilən bu uğurların 2015-ci ildə
davam etməsi üçün neftçilərimiz
səylərini birləşdirərək
daha böyük uğurlara imza atmaq, neft və
qaz hasilatını artırmaq əzmilə işləyirlər.
Ramin QULİYEV,
Ə.C.Əmirov adına NQÇİ-nin rəisi
Respublika. - 2015.- 9 yanvar.- S.4.