Üzeyir HacıbəylininLeyli Məcnunoperası Ankarada

Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1908-ci ildə səhnə üzü görmüş məşhurLeyli Məcnunoperası bu günə kimi öz səhnə təcəssümü estetik təravətini davam etdirməkdədir. Təxminən yüz səkkiz ildir ki, M.F.Axundov adına Azərbaycan Dövlət Opera Balet teatrında 600-dən çox səhnədə yer almış bu əsər bu gün tamaşaçı-dinləyicilərə mənəvi-estetik həzz verir, opera Teatrının salonu hər zaman ağzına qədər doludur. Əsərə olan belə bir sevgi rəğbət hissi heç təsadüfi deyil. Bunun səbəbini hər şeydən öncə əsərin müəllifi Füzulinin eyniadlı poemasının yüksək bədii-estetik məzmunu onun səhnə təcəssümünü yaradan Üzeyir bəyin dərin emosional musiqisində axtarmaq lazımdır. Təsadüfi deyil ki, Üzeyir bəy opera əsəri yazmaq üçün ilk dəfə bu mövzuya müraciət etmişdir. Füzulinin əsərinin qəzəl, şeir formasında olması da bəstəkara görə muğam sənəti muğam operası üçün daha münasib idi. Üzeyir bəy ümumiyyətlə, Şərq dünyasında ölməz sevgi dastanı kimi geniş coğrafi ərazidə tanınan, sevilən bir mövzuya müraciət etməklə Şərq insanları üçün yeni bir bədii hadisə olan opera vasitəsilə xalqın marağını çəkməyə çalışmışdır. Eyni zamanda o, bu məqsədlə geniş tamaşaçı-dinləyici kütləsinin xalq musiqisinə, xüsusilə klassik muğam yaradıcılığına dərindən bağlılığını nəzərə alaraq Şərq dünyasında geniş vüsət tapmış bu musiqi növündən yaradıcılığında istifadə etməyi lazımlı bilmişdir. Üzeyir bəy operada ümumiyyətlə, sintetik bir janr olan operaya xas bütün musiqi janrlarından məqsədəuyğun bir şəkildə məntiqi olaraq istifadə edə bilmişdir. Türk dünyasında ilk opera olaraq tarixə keçən bu əsərin bir əhəmiyyəti ondadır ki, bu əsər artıq Türk dünyasında da çoxsəsli (professional) musiqinin meydana gəlməsinin yüz ildən çox bir tarixi olduğunu sübut etməkdədir. Xatırladaq ki, operada xor parçaları, inkişaf etmiş orkestr səslənmələri, bu sırada ariya, duet kimi çoxsəsli musiqi janrları, xüsusilə opera sənəti üçün son dərəcə əhəmiyyətli olan vokal-instrumental janrlardan da istifadə edən bəstəkar ilk dəfə olaraq orkestrdə klassik muğamlarımızın canlı olaraq səsləndirilməsini reallaşdıra bilib. Operanın ilk premyerasında bu vəzifəni məşhur tarzən Qurban Pirimov görmüşdür. Bəstəkarın əsərdə operanın əsas qəhrəmanları olan Leyli Məcnunun surətlərini ilk dəfə olaraq klassik muğamlarımızın usta icraçılarına həvalə etməsi, klassik opera solistlərindən deyil, xalq musiqiçilərinə, xüsusi təhsil görmüş muğam sənətkarlarına həvalə etməsi kimi yaradıcılıq üsulları Üzeyir bəyin ilk operası üzərində qədər ürəklə dərindən çalışdığını, klassik Qərb musiqi üsulları ilə Şərq musiqi təfəkkürünün yaradıcı sintezini yaratmaq yolundakı yorulmaz səylərini sübut edir. Maraqlıdır ki, Üzeyir bəyin bu operasında reallaşdırdığı belə bir uzlaşdırma, inteqrasiya, metod günümüzə qədər davam etməkdədir əsərin Türkiyə Cümhuriyyəti Ankara Dövlət Opera Balet Teatrında keçirilən son premyerasında (14 may 2016) biz Məcnun rolunda tanınmış müğənni, Azərbaycanın Xalq Artisti, professor Mənsum İbrahimovun ifaçılıq məharətinin şahidi ola bildik. Bu nadir tamaşada M.İbrahimov böyük aktyorluq istedadı nümayiş etdirdi. Eyni zamanda əməkdar artistlər Elçin Haşımovun (tar) Elnur Əhmədovun (kamança) xüsusi olaraq Ankaraya dəvət olunmaları orkestrdə yer almaları da heç şübhəsiz, əsərin emossionallığına estetik təsir gücünün artırılmasına xidmət edə bilmişdir. Əvvəlcə Leyli rolunda Ankara Operası şan (vokal) ifaçısı Selva Erdener yüksək yaradıcılıq məharəti sərgilədi. Zərif hərəkətləriylə uçan qaranquşlar kimi roluna rəng qatdı sevimli Leyli rolunu məharətlə ifa etdi. Bakı tamaşalarında vərdiş etdiyimiz Leylinin tamamilə fərqli, təzə rejissorluq şərhiylə qarşılaşmış olduq. Fərqli yorum anlayışı çərçivəsində yeni bir Leyli rolunu ilk dəfə görmüş olduq. Muğamları da özünəxas gözəl səsiylə müvəffəqiyyətlə oxudu. Doğrusu, bu baxımdan Selvanı yalnız alqışlamaq lazımdır.

Xatırlatmaq lazımdır ki, muğam ifaçıları Bakıdakı opera tamaşalarında dəfələrlə səhnəyə çıxmış təbiidir ki, Ankarada tamamilə fərqli məkan rejissorluq anlayışı ilə rastlaşmışlar. Lakin buna baxmayaraq, onlar elmlər doktoru, professor Əflatun bəyin bu yeni estetik səhnə prinsiplərinə dərhal uyğunlaşa bilmişlər. tamaşanın professional bir səviyyəyə çatmasında təcrübələrini müvəffəqiyyətlə ifadə edə bildilər. Operanın bir musiqili səhnə əsəri olaraq milli intonasiyalara təməllənən orijinal musiqisini Azərbaycanın tanınmış dirijoru, Xalq Artisti Fəxrəddin Kərimov idarə etməkdə idi. Əsərin ifası zamanı Fəxrəddin bəy digər azərbaycanlı musiqiçilər kimi yeni, daha fərqli rejissor şərhiylə rastlaşmasına baxmayaraq, öz məharətini göstərə bilmişdir.

Əvvəlcə orijinal rejisorluq şərhi haqqında ... Üzeyir bəy sənətinin dərin bilicisi pərəstişkarı, bəstəkarın demək olar ki, bütün operetta operalarını səhnələşdirən tanınmış rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi, Prof. Dr. Əflatun Nemətzadə, yazıldığı gündən günümüzə qədər davam edən tamaşaların hamısından fərqli bir rejissor anlayışı ilə qarşımıza çıxır. İlk premyerada Ankara tamaşaçıları sanki ovsunlandı onların necə heyran olduqlarının şahidi olduq. Yazıldığı gündən günümüzə qədər ilk dəfə operaya gətirmiş olduğu yeniliklər bəstəkarın məqsədinə tam olaraq cavab verir. Proloq epiloqdaŞəbi Hicran ...”la səslənən xor parçasını səhnədə kulis arxasında hiss etmək mümkün olurdu. Lakin musiqinin ruhunda ilahi bir eşqin yüksəlişi olduğunu da duymamaq olmurdu. Rejissor həyatda eşqlərinə qovuşmayan Leyli ilə Məcnunun cənnətdə birlikdə xoşbəxt olduqlarını cəsarətlə göstərir. Bu yorum indiyə qədər heç bir vaxt həyata keçirilməmişdir. Finalda, epiloqda bir-birilərini sevən iki aşiqin qovuşduqlarının, xoşbəxtliklərinin şahidi oluruq. Onlar cənnət mələklərinin müşayiətilə yüksəklərdə, buludların cənnət çiçəklərinin arasında yox olurlar, əbədiyyətə qovuşurlar. Əflatun bəy, daha əvvəl məşhurKoroğluoperasına da gətirmiş olduğu yeni rejissor anlayışı ilə beynəlxalq miqyaslı bir rejissor olduğunu sübut etmişdir. Bu möhtəşəm tamaşa I Beynəlxalq İstanbul Festivalında Haliç Konqres səhnəsində nümayiş etdirilmişdir (23 iyul 2009). Daha sonra Samsun operasında səhnələşdirdiyi Qazax operasının yaradıcısı Mukan TulebayevinBirjan Sara” operasında da orijinal rejissorluq şərhi ilə beynəlxalq layihəyə uyğun olaraq yeni orijinal üslubuna sadiqliyi haqqında Prof. Dr. İlham Rəhimlinin əsərlə əlaqədar yazdığı məqaləsini oxudum. Onun yeni kəşfləri ilə tamaşaçıları sevindirən istəyini burada da görmüş oldum.

Bu tamaşa ilə də Əflatunun öz estetik prinsipləri üfüqündə operanın əsas fəlsəfi məzmun və bəstəkar düşüncəsinə layiq müvəffəqiyyətli tamaşası ilə Ankara opera səhnəsini bəzədiyinin də şahidi olduq. Tamaşada Ankara operasının gənc nəslə mənsub sənətçiləri də ulduz kimi parladılar. Leylinin anasının ibrətamiz surətini yaradan Zeliha Köksek müdrik bir şərq qadınının zəhmli, sərt, eyni zamanda səmimi ürəyi qızının ağrılarını bir ana olaraq təbiiliyi ilə paylaşan bir qadın surətini müvəffəqiyyətlə ifa etdi. Leylinin atası rolunda Kamil Kaplan, Məcnunun atası rolunda Haser Tek və anası Nuriyə Apaydın təbiiliyi və səmimiliyilə seçilirdi. Nofəl rolunda Tuncer Tercan isə səhra qəhrəmanının obrazını ustalıqla yaratdı və bir daha təcrübəli səhnə adamı oldugunu isbat etdi. İbn-Salam rolunda oynayan Əmrah Sözərin çox təbii, saf və şərəfli bir insan olduğunu gördük. Məcnunun məktəb yoldaşı, vəfa dostu Zeyd rolunda isə Burak Perktaş təbiiliyi ilə seçilirdi. Tamaşada I Ərəb və II Ərəb rolunda Raşit Görkem AytimurYağmur Bayraqtarlar da kiçik rollarında səmimiliyi ilə xoşa gəlirdilər. Rejissorun iradəsinin, təcrübəsinin rollarını ifa edən sənətçilərin bütün davranış və hərəkətlərində hiss olunurdu. Operada xorun fəaliyyəti, səhnə hərəkətləri, gəliş və gedişləri opera dramaturgiyasının quruluşu daxilində inkişaf edir. Lakin tamaşada bütün gəliş və gedişlər hadisələrin, dramatik məzmunun zəruriliyindən irəli gəlir. Xüsusilə I şəkildə Leyli ilə Məcnunun ilk eşq səhnəsində qadınların və kişilərin üzlərindəki sərt ifadə sonradan yerini nilfrətə, hirsə verir. Onların Məcnunun üzərinə hücum etmələri, dönəmin adət-ənənələrə uyğun gəlməyən davranışlara görə Leyliyə qarşı olan hiddət, nifrət hissləri sanki qiyam kimi idi. Bu dəhşətli xəbəri analarına aparan qadınlarda belə bu hiddət, qəzəb dayanmır, az qala Leylini məhv etmək belə istəyirlər. Kişi və qadınların xor səhnəsində onlar çoxhərəkətli və hadisələrin dramatik, zirvə nöqtələrində bu hadisələri təbii bir şəkildə canlandıra bilirlər.

 

(davamı növbəti saylarımızda)

 

Prof. Dr. Babək Qurbanov.

Respublika.-2016.- 17 iyul.- S.4.