Azərbaycan-Avstriya Turizm Proqramı”nın 10 illik yubileyi qeyd olundu

 

Aprelin 7-də “JW Marriot AbsheronhotelindəAzərbaycan-Avstriya Turizm Proqramı”nın (AATP) 10 illik yubileyi münasibətiləAzərbaycan-Avstriya Turizm Proqramı Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər perspektivlərimövzusunda beynəlxalq konfrans keçirilib.

 

Konfrans Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Turizm Menecement Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

 

Azərbaycan Turizm Menecment Universitetinin rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov çıxış edərək konfransın proqramı haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, sözügedən proqram üzrə indiyədək 143 bakalavr 13 magistr olmaqla 156 azərbaycanlı gənc hər iki universitetin diplomunu alıb. Onlar hazırda beynəlxalq tələblərə cavab verən əmək bazarlarında layiqincə təmsil olunurlar.

 

Tədbirdə mədəniyyət turizm naziri Əbülfəs QarayevinAzərbaycan turizm sektorunda keyfiyyətin kadr təminatımövzusunda məruzəsi dinlənilib. Nazir proqramın önəmindən danışaraq bildirib ki, proqram üzrə məzun olmuş tələbələr Azərbaycan turizm sənayesinə öz töhfələrini verməkdədir. Buna görə bu proqram üzrə təhsil alan tələbələrin sayının artırılması vacibdir.

 

Qeyd olunub ki, dövlət başçısı tərəfindən turizm sahəsinə yüksək diqqət qayğı göstərilir. Bu qayğı nəticəsində yaxın gələcəkdə turizm peşə məktəblərinin sayının çoxaldılması nəzərdə tutulub.

 

Nazir bildirib ki, bu ilin ilk üç ayında ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artım olub. 3 ayda ölkəmizə 544 min xarici turist səfər edib. Azərbaycan turizmi ölkənin ümumi daxili məhsulunda (ÜDM) 4 faiz paya malikdir. 2025-ci ilədək Azərbaycan turizmi ÜDM-in 8 faizini təşkil edəcəyi gözlənilir.

 

Təhsil naziri Mikayıl CabbarovAzərbaycanda ali təhsildə beynəlxalq proqramların tətbiqi: nəticələr perspektivlərmövzusunda çıxış edib. Ölkəmizdə təhsil sisteminin inkişafından danışan Mikayıl Cabbarov bildirib ki, müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sisteminin formalaşdırılması əsas amildir: “Təhsil sistemimiz iqtisadi cəhətdən dayanıqlı dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə qaldırılmalıdır. Hazırda ölkəmizin ali təhsil müəssisələrində Avropa Komissiyasının TEMPUS, ERASMUS plyus, HORİZON digər təhsil proqramları çərçivəsində müxtəlif layihələr həyata keçirilir. Bu layihələrin hər birinin məqsədləri vardır. Bu layihələr arasında Azərbaycanın bir neçə ali təhsil müəssisəsi ilə Avropa ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının işlənilməsinə aid layihələr xüsusi yer tutur”.

 

Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin prezidenti Hans BoyerAvstriya universitetlərində ikili diplom proqramları AATP təcrübəsiadlı məruzəsində müasir təhsil sisteminin inkişaf istiqamətlərinə toxunub. Sonra Hans Boyer rəhbəri olduğu ali təhsil ocağında turizmin tədrisinə həsr olunmuş təqdimatla çıxış edib. Daha sonra tədbir çərçivəsində AATP üzrə təhsil alan 156 tələbə ilə görüş keçirilib, maraq doğuran mövzular müzakirə olunub.

Respublika.- 2017.- 8 aprel.- S.4