Multikultural dəyərlər diqqət
mərkəzində
Son dövrün diqqətçəkən
başlıca məqamları
mədəniyyətlərarası münasibətlərin, bu
il isə İslam həmrəyliyi kimi fundamental ideyanın ön plana çəkilməsi barədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamları
ilə bağlıdır.
Bu sərəncamlar dini, mədəniyyətlərarası məsələlərə xüsusi
yanaşma tələb
etməklə dövlət
qurumları ilə eyni zamanda hər
bir vətəndaşın
qarşısına bir
sıra mühüm vəzifələr qoyur.
2016-cı ildə
rayon icra hakimiyyəti başçısı
aparatlarının ictimai-siyasi
və humanitar məsələlər şöbəsi
müdirinin müavini
- dini qurumlarla işin təşkilatçısı
ştat vahidinin təsis olunması ölkə rəhbərliyinin
yerlərdə də dini məsələlərlə
əlaqədar aparılan
işlərə önəm
verdiyini göstərir
və bu sahədə işin daha səviyyəli təşkilinə xidmət
edir. Sərəncamların tələblərindən irəli gələn məsələlərin icrasının
mütəşəkkil, vahid
ideoloji konsepsiya ilə təmin olunması məqsədi ilə ötən ilin fevral ayında
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında seminar-müşavirə
keçirildi. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi,
İctimai-siyasi məsələlər
şöbəsinin müdiri
Əli Həsənov,
Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
dövlət müşaviri
Kamal Abdullayev, Prezident Administrasiyası rəhbərinin müavini,
Regional idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Hüquq-mühafizə orqanları
ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Qanunvericilik
və hüquq ekspertizası məsələləri
şöbəsinin müdiri Şahin Əliyev, Dövlət Təhlükəsizliyi Xidməti
Əks-kəşfiyyat Baş
İdarəsinin rəisi
İsmayıl Bağırov,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı və Bakı Dövlət Universiteti ilahiyyat fakültəsinin dekanı,
akademik Vasim Məmmədəliyev kimi mötəbər simaların
seminar-müşavirədə məruzələrlə çıxış
etmələri ölkə
rəhbərliyinin
yerli icra hakimiyyətlərində dini
məsələlərlə bağlı fəaliyyətin
konseptual əsaslarla qurulmasına xidmət edir.
Seminar-müşavirədə “Azərbaycan Respublikasında
dövlət-din münasibətləri
və əsas istiqamətlər”, “Milli-mənəvi
dəyərlərin təbliği
və tolerantlıq mühitinin formalaşmasında
vətəndaş cəmiyyəti
təsisatlarının rolu”,
“Azərbaycanda dövlət-din
münasibətlərinin qanunvericilik
bazası”, “Azərbaycan multikulturalizminin
inkişaf perspektivləri”,
“Dini radikalizmə qarşı mübarizədə
hüquq-mühafizə orqanlarının
rolu və fəaliyyətinin əlaqələndirilməsi”,
“Dövlət-din məsələlərinə
milli təhlükəsizlik
kontekstindən baxış”, “Azərbaycanda
İslam: tarixçilik
və müasirlik” mövzularında məruzələrdə
respublikamızda dini proseslər dərindən
təhlil olundu, mərkəzi və yerli icra hakimiyyəti
orqanları qarşısında
duran vəzifələr
müəyyən edildi.
Ötən il respublikamızın demək
olar ki, bütün idarəetmə orqanlarında
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə “Dini ekstremizmə qarşı mübarizə”, rayon İdman
və Gənclər idarələri ilə “İslam dini tolerantlıq və dözümlülük nümunəsi”,
Heydər Əliyev mərkəzlərində “Multikulturalizm
həyat tərzidir”,
“16 noyabr — Beynəlxalq
Tolerantlıq Günü”
mövzularında, tam
orta məktəblərdə
silsilə tədbirlər
keçirmişdir.
Müəyyən qüvvələr dini radikal qruplardan istifadə etməklə öz siyasi məqsədlərini həyata
keçirməyə cəhd
göstərirlər. Xüsusilə
xaricdə dini təhsil alan müəyyən şəxslər
“Qurani-Kərim”dən olan
ayələri yanlış
yozaraq, özlərinə
uyğun şəkildə
təqdim etməyə
çalışırlar. Yerli icra
hakimiyyətlərinin, təhsil
orqanlarının, Qeyri-Hökumət
təşkilatlarının, Həmkarlar İttifaqı
komitələrinin, kütləvi
informasiya vasitələrinin
fəaliyyəti isə
dini radikalizmin səbəblərinin araşdırılması,
təhlil edilməsi, müəyyən nəticələr
əldə olunması
və aradan qaldırılmasına
yönəlməlidir. Xüsusilə radikal dini təriqətlərə
meyilli gənclərin
müəyyən olunması,
onların təhsilə
marağının artırılması,
peşə və təhsil kurslarına cəlb olunması üçün təşəbbüs
göstərmək çox
vacibdir. Əfsuslar olsun ki, bir
çox hallarda müxtəlif təsirlər
altına düşmüş şəxslər barədə aidiyyəti qurumlara, hətta onların valideynlərinə,
yaxınlarına onların
çalışdıqları və ya oxuduqları
kollektivlərin, xüsusilə
təhsil müəssisələrinin
rəhbərləri tərəfindən
məlumat verilməsi
əvəzinə əksinə
olur. Ona görə də
təhsil müəssisələrinin
rəhbərləri, psixoloqları,
tələbə gənclər
təşkilatları, tələbə
həmkarlar ittifaqı
komitələri gənclərdə
dinə, millətlərarası
münasibətlərə olan
meyillərə mütəmadi
diqqət ayırmalı,
özlərinin gündəlik
fəaliyyətində
ön plana çəkməlidirlər.
Qüdrət CƏfƏrov
Respublika.-
2017.- 16 dekabr.- S.11.