Unudulmaz fizik alim

Görkəmli fizik Rauf Suleymanov 4 dekabr 1949-cu ildə Bakı şəhərində dünyaya göz açıb, İrəvan şəhər 1 nömrəli rus orta məktəbini qızıl medalla bitirmiş Yerevan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuş eksperimental nüvə fizikası ixtisası üzrə qırmızı diplomla bitirmişdir.

O, 1971-ci ildə AMEA-nın Fizika İnstitutunun aspiranturasına qəbul olmuş, görkəmli akademik-fiziklər Həsən Abdullayev, Arif Paşayev, Eldar Salayev, Məhəmmədəmin Şahtaxtinski, Nazim Məmmədov digər alimlərlə çiyin-çiyinə çalışaraq, Azərbaycanda əldə olunmuş bərk cisim fizikası üzrə nailiyyətləri dünya elmi ictimayyətinə təqdim etmişdir. Ötən əsrin 90-cı illərində Türkiyədə elmi-pedaqoji fəaliyyətə dəvət olunan ilk alimlər sırasında fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Adil oğlu da var idi. Məhz o illər Ankaradakı Orta Doğu Texnik Universitetində bərk cisim fizikasının rövnəqlənməsində, digər azərbaycanlı bərk cisim fizikası üzrə mütəxəssislər Kərim Allahverdiyev, Həmdulla Mehrabov Nizami Həsənli ilə yanaşı, məhdud sayda xarici fiziklər çalışırdı. Hazırda həm Türkiyə elm təhsil müəssisələrində, həm dünyanın bir sıra qabaqcıl ölkələrində, digər mütəxəssislərlə yanaşı professor Rauf Suleymanovun da yetişdirdiyi mütəxəssislər bərk cisim fizikası nano-tədqiqatlara öz töhfələrini verirlər.1976-cı ildəİssledovanie gnerqetiçeskoy strukturı selenid qalliə optiçeskimi i löminesüentnımi metodamimövzusunda namizədlik dissetasiyası müdafiə edib fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi, 1985-ci ildə isəDeformaüionnıe gffektı v sloistıx poluprovodnikaxadlı dissertasiya müdafiə edərək, Azərbaycanda ilk gənc fizika-riyaziyyat elmləri doktorlarından biri olmuş professor elmi adı almışdır. Dissertasiyasının materialları əsasında Moskvada dərc olunan o illər dünyanın fizika üzrə ən reytinqli jurnallarından biri olanUspexi Fiziçeskix Naukjurnalında müəllimləri akademik Eldar Salayev professor Qriqori Belenki ilə birlikdəDeformaüionnıe əvleniə v sloistıx kristallaxadlı böyük həcmli elmi məqalə çap etdirərək, digər Azərbaycan fiziklərinə bu səviyyəli elmi jurnallarda əsər çap etdirməyə yol açmışdır. Məhz bu nəticələri hesabına sovet gənclərinin elm xalq təsərrüfatında əldə etdikləri yüksək nailiyyətlərə görə təltif edildiyi Lenin komsomolu mükafatına layiq görülmüşdür.

Sovetlər İttifaqı dağıldıqdan sonra, Azərbaycanda faktiki müstəqilliyi təmin etmək üçün ali hakimiyyətə dəvət olunan nəhəng siyasətçi mahir dövlət qurucusu Heydər Əliyevin respublikaya rəhbərlik illərində Rauf Suleymanov, Azərbaycan EA-nın rəhbərliyinin dəvəti ilə öz doğma Fizika İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir.

O illərdə müstəqil Azərbaycanda dünya bazar iqtisadiyyatı üzrə mütəxəssislər çatışmadığından, dəqiq analitik düşüncə sahiblərini ölkədə gedən iqtisadi islahatlar aparmaq üçün dövlət idarəetmə strukturlarına işləməyə tez-tez dəvət edirdilər. Bu proseslər kontekstində Rauf Suleymanov da islahatları aparmaq prosesinə dəvət olunmuş, yeni yaradılmış Azərbaycan Əmlak Komitəsinin sədri professor Nadir Nəsibli professor Barat Nuriyevlə birlikdə Auksionlar Mərkəzinin baş direktor vəzifəsində Azərbaycanda müvəffəqiyyətlə dövlət mülkiyyətinin özəlləşdirilmə prosesinə də öz töhfəsini vermişdir.

 

Daha sonra o, Bakı Dövlət Universitetinin fizika fakültəsində işləməyə dəvət olunmuş, 2003-cü ildə isə Türkiyənin Qəbzə Texnik Universitetindən təkidli dəvətlər ilə ora köçmüş ömrünün sonunadək orada, Fizika bölməsinin rəhbəri olmuşdur. Bu illərdə o, bir çox türk alimlərinin elmdə ilk addımlarını atmalarına dayaq olmuşdur.

Professor Rauf Suleymanov 200-dən artıq elmi əsərin müəllifidir. Bütün bu illər ərzində, elmi-pedaqoji fəaliyyətlə yanaşı 20-dək elmi dərəcəli kadr yetişdirmişdir.

O öz nəcib əməlləri elmi əsərləri ilə onu tanıyanların xatirələrində həmişə yaşayacaqdır.

 

Rauf CƏfƏrov,professor.

Respublika.- 2017.- 16 dekabr.- S.10.